Tütünçülük. BaĢqa texniki bitkilərə nisbətən tütünün Azərbaycanda becəril-
məsi tarixən o qədər də qədim deyildir. Ölkədə bu bitki əsasən XVII-XVIII əsrlərdən
etibarən becərilməyə baĢlanmıĢdır. XIX əsrdə Azərbaycanın bəzi bölgələrində
tütünçülük daha geniĢ yayılmıĢdı. XIX əsrin əvvəllərində Qazax, ġəmĢədil nahiyələrində,
Yelizavetpol dairəsində və Qarabağ əyalətində tütünün becərildiyi məlumdur. Daha
sonrakı illərdə isə ġəki, Naxçıvan, ġirvan və TalıĢ torpaqlarında da tütün becərilmiĢdir.
Azərbaycanın bəzi bölgələrində tütün bitkisi becərilmiĢsə də, lakin XIX əsrin birinci
yarısında tütünçülük müstəqil bir təsərrüfat sahəsinə çevrilə bilməmiĢdi. Yüksək növlü
tütünə olan tələbatın artması ilə onun becərilməsinə də daha çox qayğı göstərilir və əkin
sahəsi geniĢləndirilir. Azərbaycanın tütünçülüklə məĢğul olan rayonlarında baĢqa növlərlə
yanaĢı, tədricən Amerika, Havana, alban, perqam [51] növləri və həmçinin türk növü
də becərilirdi.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda tütün əkini sahələri xeyli
artaraq bu təsərrüfat sahəsi əhalinin gəlir mənbəyindən birinə çevrilməyə baĢlayır. XIX
əsrin 70-ci illərində ġəki, Quba qəzalarında, Zaqatala dairəsində tütün bitkisi daha geniĢ
Ģəkildə əkilib-becərilmiĢ və Azərbaycanın əsas tütünçülük rayonları sayılmıĢdır. Əgər
yoxsul kəndlilər tütünü ancaq öz həyətyanı sahələrində əkirdilərsə. mülkədarların əlində
daha iri tütün plantasiyaları cəmlənmiĢdi. Tütün məhsulu əsasən yerli bazarlarda
satılır,Yelizavetpoldakı tütün fabrikinə təhvil verilir, qismən də Gürcüstan və
Rusiyaya göndərilirdi [52].
XX əsrin əvvəllərində Azərbaycanda tütünçülük daha da inkiĢaf etmiĢdi.
Hələ XIX əsrin sonlarında xaricdən Rusiyaya gətirilən tütünə yüksək gömrük
204
qoyulması ilə əlaqədar olaraq xaricdən gətirilən tütünün qədəri xeyli azalmıĢdı. Bu
da öz növbəsində Azərbaycanda tütünçülüyün inkiĢaf etdirilməsinə təkan verdi.
Tütün əkinlərinin geniĢləndirilməsi və məhsul artımı nəticəsində Rusiya
bazarlarına Azərbaycandan aparılan tütünün qədəri də xeyli çoxalmıĢdı. Bu dövrdə
ġəki qəzası və Zaqatala dairəsi tütünçülükdə daha çox inkiĢaf edərək sənaye
tütünçülüyü rayonlarına çevrilmiĢdi. Göyçay və Quba qəzalarında da tütün istehsal
edilirdi. Lakin yüksək keyfiyyətli tütünün əsas istehsalçısı Zaqatala dairəsi idi.
Burada istehsal edilən tütünün 90 faizi yüksək növ məhsul hesab olunurdu [53].
Azərbaycanda XX əsrin əvvəllərində muzdlu əməyə əsaslanan iri
kapitalist tütün plantasiyaları ilə yanaĢı əmək prosesində bütün iĢləri özləri görən
kəndli tütünçülük təsərrüfatları da mövcud idi.
Azərbaycanda yaĢayan ruslar da tütünçülüklə məĢğul olurdular. XX əsrin
əvvəllərində Kubandan köçüb gələn rus kəndliləri ġəki qəzasında 4 tütünçülük
plantasiyası yaratmıĢdılar [54]. XX əsrin əvvəllərində Azərbaycanın tütün məhsulu
Nuxa, ġamaxı, Bakı və bir sıra Ģəhərlərdə olan tütün fabriklərinə göndərilirdi.
Lakin tütün daha çox Rusiyaya satıĢa aparılırdı. Xarici ölkələrə, xüsusilə Ġrana
Azərbaycan tütünü ixrac edilirdi [55]. Göründüyü kimi, XX əsrin birinci rübündə
Azərbaycanda tütünçülük əvvəlki dövrlərə nisbətən xeyli inkiĢaf etmiĢ və əhalinin
iqtisadi həyatında müəyyən rol oynamıĢdır.
Böyük zəhmət və qayğı tələb edən tütün bitkisinin əkilib-becərilməsi,
205
dərilib-qurudulması və baĢqa iĢlərin çoxu əl ilə görülürdü. Azərbaycanda
tütünçülüklə məĢğul olan ərazilərdə, xüsusilə ġəki-Zaqatala bölgəsində onun əkilib
becərilməsilə əlaqədar olaraq meĢəliklər qırılıb əkin sahələrinə çevrilmiĢdir. Bir
qayda olaraq tütün plantasiyaları xıĢ və kotanla ĢumlanmıĢdır.
Tütün eyni bir sahədə bir neçə il əkilib-becərilə bilər. Lakin torpağın
tərkibində qida maddəsinin azalması, xəstəliklərin çoxalması və ziyanvericilərin
artması və s. səbəblərindən bu bitki növbələĢdirilirdi. Növbəli əkində tütün eyni
sahədə hər iki ildən bir dəyiĢdirilir. Tütün əkiləcək sahə keyfiyyətli Ģum edilir.
Payızda dondurma Ģumu edilən sahə yazda malalanır. ġitilin sahələrə basdırılması
müddəti təxminən bir ay çəkir. ġitil əvvəlcədən düzəldilmiĢ Ģitilliklərdə yetiĢdirilir.
ġitilliyə səpilən toxum ay yarıma, iki aya yetiĢir. Hazır Ģitillər sahəyə əl ilə - çubuq
vasitəsilə sancılır. Bir hektarın Ģitillənməsi üçün gündə 20-30 kəndli iĢtirak edirdi.
Yerli iqlim və torpaqdan asılı olaraq, tütün plantasiyaları bir neçə dəfə suvarılır.
Becərmə üç-dörd dəfə aparılır. Bol və keyfiyyətli tütün məhsulu əldə etmək üçün
onun baĢı və gövdəsi budanır.
Tütündə cəmi altı dəfə dərim aparılır. Hər bir dərimin də öz adı vardır. Dib yar-
paq, dib üstü yarpaq, orta yarpaq, orta üstü yarpaq, baĢ altı yarpaq, baĢ yarpaq.
DərilmiĢ yarpaqlar səbətlərə yığılıb daĢınır. Yarpaqlar qıyıq vasitəsilə iplərə düzülür
və qurudulur. Bir qayda olaraq tütün günün altında və ya xüsusi düzəldilmiĢ qurğularda
qurudulur. Qurudulan tütün bağlanıb öz rəngini alana qədər saxlanılır. QurudulmuĢ tütün
yarpaqları çeĢidlərə ayrıldıqdan sonra taylara vurulur və möhkəm bağlanır. Tayların
üzərinə tay ağacı qoyulub kəndir və ya məftillə bağlanır. BağlanmıĢ tay bezə bükülür.
Taylardakı tütün arabalarla qəbul məntəqələrinə göndərilərək təhvil verilir və emal
edilirdi.
Tütün bitkisi Azərbaycanın bəzi bölgələrində daha çox becərilmiĢ və əhalinin
gəlir mənbələrindən birinə çevrilmiĢdir.
Azərbaycanda feodalizm dövründən daha geniĢ halda becərilən lifli texniki bit-
kilər toxuculuğun inkiĢafına təsir göstərmiĢ və xalqın məiĢətində mühüm rol oy-
namıĢdır.
Dostları ilə paylaş: |