Teymur Bünyadov
akademik
12
COĞRAFĠ ġƏRAĠT
Azərbaycanlılar dünyanın ən qədim və mədəni xalqlarından biridir. Onların
tarixi vətəni Qafqazda və Ön Asiyada yerləĢən Azərbaycandır. Azərbaycan Qafqazın
cənub-Ģərq və cənubunda və Ġran yaylasının Ģimal-qərbində yerləĢən ölkədir.
Azərbaycanın tarixi ərazisinin Ģimal sərhədləri BaĢ Qafqaz dağ silsiləsinin
cənub yamacları boyu, qərb sərhədləri Böyük Qafqaz sıra dağlarından baĢlayaraq
Suram dağ silsiləsi, Kiçik Qafqaz dağlarının qərb yamacları və Qotur dağ silsiləsi boyu
cənuba doğru uzanır. Onun cənub hüdudlarını Zaqros dağları təĢkil edir. Azərbaycan
Ģərqdə Xəzər dənizi ilə və Ġranın Qəzvin, Zəncan və Həmədan mahalları ilə
hüdudlanır.
Azərbaycanın tarixi torpaqlarının ümumi sahəsi 250 min kv.km-dən artıq olmuĢ-
dur. Müasir dövrdə bu tarixi ərazinin bir hissəsini əhatə edən Azərbaycan Respub-
likasının sahəsi 86,6 min kv.km, Ġran Ġslam Respublikasının tərkibində olan Cənubi
Azərbaycanın sahəsi isə 135 min kv.km-dir. Azərbaycan Cümhuriyyətinin sahəsi 114
min kv.km olmuĢdur. 1918-1921-ci illərdə Azərbaycan özünün 29 min kv.km-dan çox
torpağını itirmiĢdir. 1918-ci ildə Azərbaycan toфaqlarının bir hissəsində Ermənistan
dövləti yaradılmıĢ, 1921-ci ildə Zəngəzur və Göyçə bölgələri Ermənistana, Borçalı
bölgəsi Gürcüstana, Dərbənd bölgəsi Rusiyaya verilmiĢdir.
Hazırda Azərbaycan Respublikasının əhalisi 8,6 mln. nəfər, Cənubi Azərbaycanın
əhalisi isə 26 mln. nəfərdir. Azərbaycanlılar Azərbaycan Respublikasının və Cənubi
Azərbaycanın əsas əhalisini təĢkil etməklə yanaĢı toplu kütlə Ģəklində Türkiyə,
Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda və diaspora
halında dünyanın 20-dən çox dövlətinin ərazisində yaĢayırlar. Azərbaycan ərazisində
azərbaycanlılardan baĢqa azsaylı xalqlardan talıĢlar, tatlar, kürdlər, aysorlar, ləzgilər,
saxurlar, avarlar, laklar, udilər, ingiloylar, haputlar, buduqlar, qırızlar, ceklər, xınalıqlılar
və azlıq təĢkil edən millətlərin nümayəndələri də yaĢayırlar.
Azərbaycan ərazisi dağlıq və düzənlik relyefə malikdir. Onun ən hündür zirvəsi
dəniz səviyyəsindən 4821 m yüksəklikdə yerləĢən Savalan dağı, ən çökək hissəsi isə
Lənkəran Ģəhəri yaxınlığında dəniz səviyyəsindən 28 m aĢağı olan Lənkəran düzənliyidir
[1]. Azərbaycanın ən böyük düzənliyi olan Kür-Araz ovalığı Azərbaycan
Respublikasının ərazisindədir. Azərbaycanın digər ovalıq və düzənlik relyefli əraziləri
- Ceyrançöl, Gəncə-Qazax, Arazyanı, ġərur, Samur-Dəvəçi düzləri və Lənkəran
ovalığı da Azərbaycan Respublikası ərazisindədir. Cənubi Azərbaycan isə geoloji
quruluĢu müxtəlif olan, əsas etibarilə dağlıq relyefə malik ölkədir.
Azərbaycanın ən böyük çayları Kür və Arazdır. Kür Qafqazda ən böyük çaydır.
Onun uzunluğu 1515 km-dir, ondan 900 km-i Azərbaycan ərazisindən axır. Kür çayı
öz mənbəyini Türkiyə torpağından, dəniz səviyyəsindən 2741 m yüksəklikdə yerləĢən
Çaldıran suayırıcından götürür. Ölkənin ikinci böyük çayı olan Arazın uzunluğu 1072
km-dir. O, da öz baĢlanğıcını Türkiyə ərazisindəki 2600 m yüksəklikdə yerləĢən Bingöl
dağlarından götürür.
13
Azərbaycan Respublikasının ərazisi beĢ fiziki-coğrafi vilayətə bölünür: Böyük
Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Lənkəran və Mərkəzi Aran [2].
Böyük Qafqaz sıra dağlarının Azərbaycan ərazisinə daxil olan cənub-Ģərq his-
səsi BaĢ Qafqaz, Yan, Nialdağ, Qovdağ və Ləngəbiz dağ silsilələrindon ibarətdir.
Böyük Qafqazın bu hissəsi Bazardüzü dağından cənub-Ģərqə doğru uzanaraq Dağlıq
ġirvan, Qobustan və AbĢeron yarımadasına qədər davam edir. Böyük Qafqaz sıra
dağlarının Azərbaycan ərazisində ən uca zirvələri Bazardüzü dağı (4466 m) ġahdağ
(4243 m), Tufandağ (4206 m), Bazaryurd (4126 m), Quton (3648 m) və Babadağdır
(3229 m). Qanıx, Qabırrı, Əyricay, KiĢ, ġin, Künküt, Samux, Quzeyçay, Türyançay,
Dəvəbatan, Girdiman, Göyçay, Ağsu, Qarasu, Samur, Qusarçay, Gilgilçay, Vəlvələçay,
Qaraçay, Ağçay, Qudyalçay, Rustovçay, Pirsaatçay, Sumqayıtçay və b. çaylar öz
baĢlanğıclarını Böyük Qafqaz sıra dağlarından götürürlər.
Böyük Qafqazda dağ ətəyindən zirvəyə doğru quru-çöl, mülayim-isti, soyuq
və dağ-tundra iqlim tipləri müĢahidə edilir. Burada boz-qonur, Ģabalıdı, qəhvəyi və
qonur, dağ-meĢə, qara və dağ-çəmən torpaqları üstünlük təĢkil edir. Vilayətdə iqlim
və torpaq tiplərinə müvafiq olaraq yarımsəhra, dağ-çöl, and dağ meĢələri, enliyarpaqlı
dağ meĢələri, subalp və alp çəmənləri, qayalıq-buzlaq landĢaftları mövcuddur. Böyük
Qafqazın meĢələri çox zəngindir. Burada palıd, fıstıq, vələs, toz-ağacı kimi meĢə
ağacları ilə bərabər Ģabalıd, qoz, fındıq, alma, armud, zoğal, alça kimi meyvə ağacları
da geniĢ yayılmıĢdır. Vilayətin torpaq örtüyü və iqlimi burada taxılçılıq, üzümçülük,
tütünçülük və meyvəçiliyin inkiĢafı üçün Ģərait yaratmıĢdır. Böyük Qafqaz vilayəti
hələ qədimdən dulusçuluq, misgərlik və ipəkçilik kimi sənətkarlıq sahələri ilə də
məĢhurdur.
Kiçik Qafqaz fiziki-coğrafi vilayətini Kiçik Qafqaz dağlarının Azərbaycana aid
olan Murğuz, ġahdağ, Göyçə, Mıxtökən, Murovdağ, Qarabağ dağ silsilələri və Qarabağ
yaylası təĢkil edir. Vilayətin ən hündür nöqtələri GamıĢdağ (3740 m), Dəlidağ (3616
m), Böyük ĠĢıqlı (3552 m), Hinaldağ (3367 m) zirvələri və Qaraarxac yaylasından (3362
m) ibarətdir. Vilayətin Ağstafaçay, Zəyəmçay, Tovuzçay, ġəmkirçay, Gəncəçay,
QoĢqarçay, Quruçay, Bazarçay, Qarqarçay, Tərtər, Ġncə, BərgüĢad, Xaçın, Həsənsu,
Həkəri və b. çayları öz baĢlanğıclarını Kiçik Qafqaz sıra dağlarından götürürlər.
Dünyada məĢhur olan, göllər Ģahzadəsi Göygöl də Kiçik Qafqazdadır.
Kiçik Qafqazın dağ ətəklərində iqlim isti və yarımrütubətli, orta zolaqda
mülayim-soyuq və yarımrütubətli, yüksək dağlıq hissədə isə soyuq və rütubətlidir.
Vilayətin torpaq örtüyü qəhvəyi və qonur dağ-meĢə, qara, çimli və torflu
dağ-çəmən torpaqlarından ibarətdir [3]. Kiçik Qafqazda çılpaq dağlıq, enliyarpaqlı
dağ-meĢə, alp və subalp çəmənləri və qayalıq-buzlaq landĢaftları yayılmıĢdır. Kiçik
Qafqazın meĢələrində palıd, vələs, fıstıq, tozağacı, ağcaqayın və b. ağaclara təsadüf
edilir. Həmin meĢələrdə yabanı halda alma, armud, qoz, fındıq, zoğal, alça, gilas, əzgil, tut,
üzüm, nar, heyva, yemiĢan, və b. meyvə ağacları bitir. Vilayətin torpaq örtüyü və
iqlim Ģəraiti hələ qədimdən burada əkinçiliyin müxtəlif sahələrinin, xüsusilə
taxılçılığın inkiĢafına səbəb olmuĢdur.
14
Kiçik Qafqaz dağlarının Dərələyəz və Zəngəzur silsilələri Naxçıvan Muxtar
Respublikasının ərazisindədir. Naxçıvan fiziki-coğrafi vilayətinin ən hündür nöqtələri
Qapıcıq dağı (3904 m) və Küküdağ (3120 m) zirvələridir. Dərələyəz və Zəngəzur dağ
silsilələrinin qovĢağında yerləĢən Biçənək aĢırımı dəniz səviyyəsindən 2346 m
hündürlükdədir. Vilayətin çayları Аrpасау, Gilançay, Əlincəçay, Naxçıvançay,
Ordubadçay və b. öz baĢlanğıclarını Kiçik Qafqaz dağlarının Zəngəzur və Dərələyəz
silsilələrindən götürür və Araz çayına tökülürlər. Vilayətin ərazisi, əsasən, düzənlik,
dağətəyi və dağlıq bölgələrə ayrılır. Naxçıvanın torpağı münbit və məhsuldardır. Torpaq
örtüyü düzənlikdə boz, dağ ətəyində Ģabalıdı, dağlıq hissədə dağ-çəmən torpağı
tiplərinə aiddir. Ġqlimi kontinentaldır, yayı isti, qıĢı soyuq keçir. Bitki örtüyü və heyvanat
aləmi zəngindir. Torpaq-iqlim Ģəraiti burada taxılçılığın, bağçılığın, üzümçülüyün və
tütünçülüyün inkiĢafı üçün əlveriĢlidir. Naxçıvanın cənub-Ģərq hissəsi qədim zamanlardan
baramaçılığın və ipəkçiliyin mərkəzi kimi tanınır.
Qafqazın florasının 60 faizini Azərbaycanda bitən 4 mindən çox bitki növü
təĢkil edir. Həmin bitki növləri ən çox Böyük Qafqaz və Kiçik Qafqaz dağlıq böl-
gələrində yayılmıĢdır. Bu da hər iki dağlıq bölgədə maldarlıq təsərrüfatının inkiĢafına
əlveriĢli Ģərait yaratmıĢdır.
ƏlveriĢli relyef və iqlim Ģəraiti və bitki növlərinin çoxluğu ilə bağlı olaraq
Böyük və Kiçik Qafqaz dağlıq bölgələrinin heyvanat aləmi də olduqca zəngindir.
MeĢələrdə xallı pələng, ayı, canavar, tülkü, qaban, dağ keçisi, maral, cüyür, dovĢan və b.
heyvanlara rast gəlmək olar. Çaylarda isə müxtəlif balıq növləri, о cümlədən qızıl balıq
da vardır.
Lənkəran fiziki-coğrafi vilayəti TaliĢ dağlarından və Lənkəran ovalığından
ibarətdir. TaliĢ sıra dağları Burovar, PeĢtəsər və TaliĢ dağ silsilələrindən ibarətdir. TaliĢ
dağ silsiləsi Cənubi Azərbaycan ərazisindədir. TaliĢ dağları cənub-Ģərqdə Əlbürs,
qərbdə isə Savalan dağları ilə birləĢir. Vilayətin ən hündür nöqtələri Gömürgöy (2493 m)
və Qızyurdu (2433 m) zirvələridir [4]. Vilayətin Lənkərançay (BəĢəru), Vazaru, SadaĢaru,
Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, QumbaĢıçay, ViləĢ, MiĢarçay,
Göytəpəçay, Bolqarçay və b. çayları öz baĢlanğıclarını TaliĢ dağlarından götürürlər.
Lənkəran bölgəsinin iqlimi mülayim-isti iqlim tipinə aiddir. Lənkəran ovalığı və
dağətəyi zolaq rütubətli subtropik iqlimə malikdir.
Lənkəran bölgəsi IV dövr buzlaĢmalarına məruz qalmadığına görə burada III
dövrdən qalma relikt bitki növləri, о cümlədən, dəmirağac, azadağacı, ipəkakasiya,
ĢümĢad, Ģabalıdyarpaq palıd və s. yayılmıĢdır. Bölgənin torpaqlaгı sarıtorpaq, qonur və
qəhvəyi dağ-meĢə torpaqları tiplərinə aiddir. Məhsuldar torpaqlar, isti iqlim və bol su
mənbələri burada taxılçılığın, xüsusilə çəltikçiliyin, habelə sitrus meyvəçiliyinin,
tərəvəzçilik və bostançılığın inkiĢafına Ģərait yaratmıĢdır. Bölgənin geniĢ çəmənlikləri
və örüĢləri maldarlığın, zəngin meĢələri isə ovçuluğun inkiĢafına səbəb olmuĢdur.
Bölgənin Xəzər dənizi sahilində yerləĢməsi, six çaylar Ģəbəkəsi ilə təmin olunması,
Murdov və Ġstil kimi böyük su tutarlarının olması burada qədimdən su quĢlarının
ovlanması və balıqçılıq üçün Ģərait yaratmıĢdır.
15
Böyük Qafqaz, Kiçik Qafqaz və TaliĢ dağlarının arasında yerləĢən Mərkəzi
Aran fiziki-coğrafi vilayəti ölkənin ərazisinin dörddə birini təĢkil edir. Kür-Araz
ovalığından ibarət olan bu geniĢ ərazi ġirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə
bölünür [5]. Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə keçir. Mərkəzi
Aranın yayı yağmuru az və isti, qıĢı mülayim keçir. Kür-Araz ovalığının torpaq örtüyü
müxtəlif olub, boz, boz-çəmən, çəmən torpaqları, çəmən-bataqlıq torpaq, bataqlıq
və Ģoran torpaq tiplərindən ibarətdir [6]. Ovalıq səhra və yarımsəhra bitkilərilə
zəngindir. Burada soğan, qaraĢoran, sarıbaĢ, soğanaqlı qırtıc, tonqalotu, bərk quramat,
ġərq bozağı, çiling burnu, daraqlı ayrığan, çərən, Ģahsevdi, qıĢotu və s. daha çoxdur.
Mərkəzi Aranın xeyli hissəsini qıĢ otlaqları tutur. Otlaqların yem ehtiyatını
birillik efemer bitkiləri - yovĢan, qarağan, kəngiz və b. Ģoran bitkiləri təĢkil edir [7].
Bu otlaqlar qıĢlaq Ģəraitində mal-qaranın əsas yem mənbəyi hesab olunur. Ovalıqda
heyvanat aləminin nümayəndələrindən maral, əlik, ceyran, dovĢan, tülkü, canavar,
turac, kəklik, köçəri quĢlar və müxtəlif növ ilanlar yaĢayır.
Cənubi Azərbaycan relyefi bir neçə dağ silsilələrindən və dağarası çökəkliklərdən
ibarətdir. Araz çayının sağ sahilindən baĢlanan Qaradağ silsiləsi qərbdən Ģərqə doğru
uzanır. Onun Ģimal yamacında dağarası dərələrin dərinliyi 1000 metrdən artıqdır [8].
Qaradağın cənub və cənub-qərbinə yaxın 110 km məsafədə Kiəmki-Qaraca
dağ silsiləsi uzanır. Bu silsilə cənub-Ģərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan
silsiləsinə birləĢir. Savalan silsiləsi qərbdən-Ģərqə doğru 130 km məsafədə uzanır.
Onun ən yüksək zirvəsi Savalan dağıdır (4821 m). Cavan dağlardan olan Savalan
silsiləsinin vulkan lavalarından, küllərindən və tuflarından yaranmıĢ yamacları
Acıçay, Balıqlıçay və Qarasu çayları vasitəsilə parçalanmıĢdır [9].
BozquĢ dağ silsiləsi Acıçayın yuxarı və orta axarından cənub-qərbdən Ģimal-
Ģərqə doğru 125 km məsafədə uzanır. BozquĢ silsiləsi Ģimaldan Acıçay və Balıqlıçay,
cənub-Ģərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanır. Acıçaydan cənub-
qərbdə vulkan mənĢəli Səhənd dağı (3710 m) ucalır. Səhənd dağı ətrafındakı dağarası
çökəklik və düzənliklərdən öz vulkan konusu ilə çox qabarıq Ģəkildə görünür.
Zirvədən radiuslar Ģəklində onun ətəklərinə doğru uzanan kiçik çay dərələri dağa
xüsusi görkəm verir [10].
Urmiya gölünün Ģimal-Ģərqində yerləĢən MiĢudağ silsiləsinin ən hündür zirvəsi
Ələmdar dağıdır (3132 m). Ġranla Türkiyə sərhədi boyu 110 km məsafədə uzanan Qotur
dağ silsiləsinin ən uca zirvələri Heravil (3676 m), Moğancıq (3676 m) və Avrin (3623
m) dağlarıdır. Qotur dağ silsiləsinin Ģərq yamacı Sarısu, Qızılçay, Ələnd və Qotur çayları
ilə sərt yarğanlar halında parçalanmıĢdır. Qotur silsiləsi Bəzərkan, Qaratəpə və b.
aĢırımları ilə məĢhurdur. Qotur silsiləsindən cənubda, Urmu gölündən qərbdə yerləĢən
Musalan dağ silsiləsinin Ģərq yamacları da Urmu gölü istiqamətində bir çox çay
dərələri vasitəsilə parçalanır [11].
Dağ silsilələri arasında Ərdəbil, Acıdərə və Mianə adlı iri dağarası çökəkliklər
uzanır. Ərdəbil çökəkliliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuĢduğu yerdə
vulkanik çöküntülərdən yaranmıĢ düzənlikdən ibarətdir. Acıdərə çökəkliyi Təbriz-
16
Kəhriz istiqamətində qərbdən Ģərqə doğru 125 km məsafədə uzanır. Onun dibində çay
terraslarından ibarət düzənliklər vardır. Mianə çökəkliyi isə Qızılüzən çayının orta
axarında yerləĢir [12].
Cənubi Azərbaycanın dağarası çökəklərində Naxçıvan Muxtar Respublikasında
olduğu kimi yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi hakimdir. Kon-
tinental iqlimə aid olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur mənfi
32°C, illik mütləq maksimum temperatur isə 43°C olur. Hər iki ərazinin orta və yüksək
dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Ġstər Naxçıvanda,
istərsə də Cənubi Azərbaycan ərazisində meĢə örtüyü çox azdır, demək olar ki, yox
dərəcəsindədir. Ġqlim Ģəraitinin kontinentallığı və quraqlıqla əlaqədar Cənubi
Azərbaycandakı dağ yamaclarında kolluqlar və yarımkol bitkilər geniĢ yer tutur.
Dağarası çökəkliklərdə və maili düzənliklərdə quru və yarımsəhra bitkiləri inkiĢaf
etmiĢdir. Qotur-Musalan dağ silsiləsinin Ģərq yamaclarında enliyarpaqlı meĢələr və
səhra (bozqır) bitkilərindən ibarət kolluqlar yayılmıĢdır. Dağ yamaclarının meĢədən
məhrum olması eroziyanın intensiv getməsinə, sellərin tez-tez baĢ verməsinə səbəb olur.
Belə iqlim Ģəraitində yay otlaqları da az məhsuldar olur [13].
Cənubi Azərbaycanın torpaq örtüyü kəskin parçalanmıĢ relyef Ģəraitində for-
malaĢmıĢdır. Alçaq dağlıq ərazilərdə açıq sarı, əksər hallarda isə çimli torpaqlar əmələ
gəlmiĢdir. Tipik boz torpaqlar yüksək dağarası çökəklərdə yayılmıĢdır. Qəhvəyi torpaqlar
Cənubi Azərbaycanın geniĢ ərazisini əhatə edir. Vulkanların püskürməsi nəticəsində
yaranan süxurlardan əmələ gəlmiĢ torpaqlar mikroelementlərlə zəngin olduqlarından
onların məhsuldarlığı yüksək olur. Kiçik Qafqazda Qarabağ vulkanik yaylasının,
Cənubi Azərbaycanda Savalan və Səhənd dağları yamaclarının torpaqları belə
torpaqlardandır [14].
Azərbaycan ərazisində atmosfer yağıntılarının miqdarı qeyri-bərabər
paylanmıĢdır. Əgər Lənkəranın cənubunda illik yağıntının miqdarı 1800 mm-dən
artıqdırsa, Qobustanın cənub-Ģərq hissəsində illik yağıntının miqdan 150 mm-dir. Müla-
yim iqlim qurĢağının orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan ərazilərdə
tipik səhra bitkiləri, 200-400 mm olan ərazilərdə tipik yarımsəhra bitkiləri, 400-500
Dostları ilə paylaş: |