ÇƏLTĠKÇĠLĠK
Azərbaycanın məhsuldar torpağı, əlveriĢli iqlim Ģəraiti bu ərazidə
çəltikçiliyin inkiĢafına imkan yaratmıĢdır.
Çəltik bitkisinin ilk vətəni Cənub-ġərqi Asiya ölkələri olmuĢdur [55].
Daha doğrusu, dünya bitkiçiliyinə çəltiyi Hindistan və Birma vermiĢdir" [56].
Deməli, çəltik tədricən bu ərazilərdən baĢqa ölkələrə yayılmıĢdır. Orta Asiyada bu
bitkinin becərilməsi təxminən e.ə. VII əsrə, Yaxın ġərq ölkələrində (Babilistan və
Suriyada və b.) e.ə. II əsrə [57], Misir və Ġspaniyada eramızın VIII əsrinə aid edilir
[58]. Ġranda isə çəltiyin Sasanilər sülaləsinin (236-651) son dövrlərində becərildiyi
göstərilir [59]. Çox ehtimal ki, bu bitki Ġranda VI-VII əsrlərdən geniĢ becərilməyə
baĢlamıĢdır. Azərbaycanda da çəltik bitkisinin elə həmin vaxtlardan becərildiyi
fikrini irəli sürmək olar. Lakin çəltik bitkisi Azərbaycanda VIII-IX əsrlərdən
108
etibarən daha geniĢ yayılır [60].
Arxeoloji qazıntılar zamanı orta əsr Beyləqan Ģəhəri xarabalıqlarından
təxminən X əsrə aid mədəni təbəqədən çoxlu miqdarda çəltik dənləri tapılmıĢdır
[61]. Bundan əlavə Bəndovan yaĢayıĢ yerindən arxeoloji axtarıĢ zamanı tapılmıĢ
çəltik dənləri də dövr etibarı ilə IX-XIII əsrlərə aid edilir [62]. Bütün bunlar həmin
dövrlərdən, bəlkə də daha əvvəllərdən Mil və Muğan ərazisində və bu yerlərə
qonĢu olan rayonlarda çəltik əkildiyini bir daha təsdiq edir.
Azərbaycanın iqtisadi həyatından bəhs edilərkən orta əsr mənbələrinə
əsaslanaraq göstərilir ki, ölkədə X əsrdə bir sıra dənli və texniki bitkilərlə yanaĢı,
çəltik də becərilirdi [63]. BaĢqa bir tədqiqat əsərində isə Azərbaycanda X əsrə
nisbətən XII əsrdə əkinçiliyin xeyli inkiĢaf etdiyi, xüsusilə buğda, darı və çəltik
əkininin geniĢ yayıldığı göstərilir [64]. Böyük Azərbaycan Ģairi Nizami Gəncəvinin
əsərlərində dənli bitkilərin, o cümlədən çəltiyin, habelə onlardan hazırlanan xörək
və nemətlərin adına dönə-dönə rast gəlirik.
XIII əsrin əvvəllərində monqolların Azərbaycana yürüĢü zamanı kənd
təsərrüfatına dəyən zərərdən danıĢılarkən, çəltik əkinlərinin də adı çəkilir [65].
Azərbaycanda XIII-XIV əsrlərdən etibarən əvvəlki dövrlərə nisbətən,
çəltik bitkisinin becərilmə arealı geniĢləndiyi kimi, onun istehsalının da xeyli
çoxaldığı nəzərə çarpır. XIII əsrin müəllifi məlum olmayan "Əcaib-əd-dünya"
əsərində Arranda çəltik yetiĢdirildiyi qeyd edilir [66]. Həmin əsrin səyyahı Marko
Polo Azərbaycanda dənli və texniki bitkilərlə bərabər çəltiyin də becərildiyini
xəbər verir [67].
RəĢidəddin Fəzlüllahın məktublarında da Astara əyalətində (TalıĢda)
çəltiyin becərildiyi haqqında məlumat vardır [68]. XIV əsrin səyyahı Klavixo
Qarabağın təbiət və təsərrüfatından bəhs edərək göstərirdi ki, "Burada çoxlu çəltik
becərilir. Çəltik o qədər çoxdur ki, hətta onu atlara yedizdirirlər" [69]. Ġran tarixçisi
Həmdullah Qəzvini yazırdı: "Kür və Arazdan böyük bir qol ayrılmıĢdır, ondan
arxlar çəkilmiĢ və arxların ətrafında çoxlu kənd salınmıĢdır. Məhsulu taxıl və
çəltikdir..." [70]
XIII-XIV əsrlərdə Azərbaycanın daxili və xarici ticarətində dənli bitkilər
arasında düyünün də mühüm yer tutduğu qeyd edilir [71].
Ölkənin iqtisadiyyatında getdikcə böyük əhəmiyyət kəsb edən çəltikçilik
XV əsrdə və sonrakı dövrlərdə də əhalinin təsərrüfat həyatında mühüm rol
oynamıĢdır. Həmin dövrdə xarici bazarlara taxıl, meyvə və sair kənd təsərrüfatı
məhsulları ilə yanaĢı, çəltik və düyünün də ixrac olunması haqqında orta əsr
mənbələrində, həmçinin Azərbaycanda olmuĢ səyyahların yol qeydlərində maraqlı
məlumatlara təsadüf edilir.
Venesiya diplomatı, səyyah Ambrozio Kontarini (XV əsr) yazır ki,
"tacirlər Dərbənddən HəĢtərxana düyü və sair aparıb orada xəz və baĢqa mallarla
dəyiĢdirirdilər‖ [72]. Əvvəlki dövrlərdə olduğu kimi, XV əsrdə də ġirvandan dünya
bazarlarına baĢqa məhsullarla yanaĢı, düyü də aparılırdı [73].
109
Çəltikçilik XVII-XVIII əsrlərdə də ölkənin iqtisadiyyatında mühüm
yerlərdən birini tutmuĢdur. Həmin dövrlərdə bu bitkinin əkin sahəsinin ayrı-ayrı
rayonlar üzrə yayılması, məhsulun daxili və xarici bazarlarda müntəzəm olaraq
satıĢı haqqında bir sıra qiymətli materiallar vardır.
Azərbaycanı gəzmiĢ XVII əsr tarixçisi və səyyahı Evliya Çələbi bu ölkədə
çəltik, pambıq və baĢqa bitkilərin becərildiyini xəbər verir [74]. MəĢhur tacir Zəkə-
riyyə Əylisli (1677-ci il) Azərbaycan haqqında öz gündəliyində yazırdı: "Bu ölkə
qədimdən çox əhalisi olan gözəl və məhsuldar bir yerdir. Burada əla düyü olur,
keyfiyyətinə görə hind düyüsündən daha üstündür. Onu sovqat kimi Ġspaniyaya
qədər aparırlar" [75].
XVII
əsrin 70-ci illərində Azərbaycanda olmuĢ hollandiyalı dənizçisi-
səyyah Yan Streys Dərbənddən ġamaxıya gedərkən ġabranda yüksək keyfiyyətli
düyüyə rast gəldiyini və bu düyünün ucuz satıldığını qeyd edir [76].
XVIII
əsrin ortalarında Azərbaycanda səyahətdə olarkən həkim-səyyah
Lerx Ġohann Yakob Kür sahili kəndlərinin ətrafında buğda, arpa və pambıqla
yanaĢı, çəltiyin də becərildiyini yazmıĢdır [77]. Bu dövrdə Azərbaycandan baĢqa
ölkələrə bir sıra qiymətli məhsullarla bərabər düyü də aparılırdı [78]. Düyü satıĢı
xeyli geniĢlənmiĢdir. Hətta kənd təsərrüfatı məhsullarını alıb satmaqla məĢğul olan
möhtəkirlər meydana gəlirdi ki, onlar "çox zaman düyü və digər kənd təsərrüfatı
məhsulları ucuz olan rayonlardan mal alıb, ölkənin bahalıq olan vilayətlərinə
aparıb satır və gəlir əldə edirdilər" [79].
Zəngin ölkə olan Azərbaycan orta əsrlərdə dəfələrlə xarici iĢğalçıların
hücumlarına məruz qalmıĢdır. Bu hücumlar zamanı iĢğalçılar onu çapıb-talayır və
viran qoyurdular. Tez-tez təkrar olunan daxili feodal müharibələri də təsərrüfata
böyük zərər vururdu. Lakin bunlara baxmayaraq, Azərbaycanda əkinçilik, xüsusilə
çəltikçilik ləng də olsa, inkiĢaf etməkdə idi. Əməksevər xalqımız "özünün maddi
və mənəvi nemətlərini" yaradır [80] və onu daha da inkiĢaf etdirirdi.
Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra ölkədə yaradılan əmin-
amanlıq zəruri ərzaq məhsulu olan buğda, arpa ilə yanaĢı, çəltiyin də əkin
sahələrinin geniĢləndirilməsinə, Lənkəran, ġəki, ġirvan, Qarabağ, Quba
əyalətlərində, habelə Car-Balakən dairəsində onun istehsalının xeyli artmasına
səbəb olmuĢdur.
Beləliklə, bir sıra obyektiv səbəblərin nəticəsi olaraq XIX əsrin birinci
yarısından etibarən ölkədə kənd təsərrüfatının inkiĢafı üçün zəmin yaranmıĢ oldu.
Bu dövrdə Azərbaycandan xaricə göndərilən malların içərisində həmiĢə düyünün
adı çəkilirdi. Düyü daha çox Rusiyaya göndərilirdi [81].
Mühüm çəltikçilik rayonlarından hesab olunan ġirvan, Lənkəran, Quba,
və Qarabağda XIX əsrin 40-cı illərinin ortalarında məhsul istehsalı xeyli artmıĢdı.
Belə ki, 1845-ci ildə Qubada 93750 pud, ġirvanda 493150 pud, Lənkəranda
695000 pud, Qarabağda isə 375000 pud, həmin ildə ümumi çəltik məhsulu isə
bütün Azərbaycan üzrə 2315650 pud olmuĢdur [82]. ToplanmıĢ məhsulun
110
təxminən yarım milyon pudu, [83] yəni ümumi məhsulun 1/5 hissəsi bazara
çıxarılmıĢdı. Bu isə bəhs edilən dövrdə Azərbaycanda taxılçılıq, o cümlədən,
çəltikçilik təsərrüfatının gözə çarpacaq dərəcədə "əmtəə xarakteri daĢıdığını sübut
edirdi" [84].
Azərbaycan kənd təsərrüfatında XIX əsrin ikinci yarısında da çəltikçilik
əsas və demək olar ki, mühüm bir sahə olaraq inkiĢaf etməkdə idi. Bu dövrdə
Azərbaycanın iqtisadi inkiĢafının əsas cəhətlərindən biri Rusiya bazarının təsiri
altında kənd təsərrüfatının əmtəə sahələrinin inkiĢafından ibarət idi. Azərbaycanın
təsərrüfat cəhətdən Ümumrusiya iqtisadi həyatına cəlb olunmasının mütərəqqi
əhəmiyyəti də bundan ibarət idi" [85].
XIX əsrin sonu (90-cı illərin ortaları) üçün Cənubi Qafqazda çəltik əkini
sahəsi 51 min desyatinə yaxın idi. Ayrı-ayrı quberniyalar üzrə isə əkin sahəsi
aĢağıdakı miqdarda olmuĢdur: Tiflis quberniyası üzrə 639 desyatin və ya Cənubi
Qafqazın ümumi çəltik əkini sahəsinin 1,25 faizi, Zaqatala dairəsində 5434
desyatin və ya ümumi çəltik əkini sahəsinin 11,11 faizi, Yelizavetpol quberniyası
üzrə 16738 desyatin və ya ümumi çəltik sahəsinin 32,89 faizi, Bakı quberniyasında
21343 desyatin və ya Cənubi Qafqaz üzrə ümumi çəltik əkini sahəsinin 41,93 faizi,
nəhayət, Ġrəvan quberniyası üzrə 6549 desyatin və ya 12,67 faizi qədər olmuĢdur
[86]. Deməli, çəltik əkini sahəsinə görə Bakı quberniyası birinci, Yelizavetpol
quberniyası isə ikinci yeri tuturdu. Göründüyü kimi, Cənubi Qafqazda əsas
çəltikçilik rayonu Azərbaycanın ərazisi idi. Həmin illərin məlumatına görə Cənubi
Qafqazda istehsal olunan 8-9 milyon puda qədər çəltiyin [87] 85-90 faizi yenə də
Azərbaycanın payına düĢürdü.
Bakı quberniyası üzrə ən iri çəltikçilik rayonu Lənkəran qəzası idi.
Burada çəltikçilik ixtisaslaĢdırılmıĢ bir təsərrüfat sahəsinə çevrilmiĢdi. Qəzada
XIX əsrin 90-cı illərinin ortalarında 13 min desyatindən artıq çəltik əkilirdi ki, bu
da Bakı quberniyası üzrə bütün çəltik əkin sahəsinin 61 faizini, Cənubi Qafqaz
üzrə isə bütün çəltik əkini sahəsinin 25 faizini təĢkil edirdi. Burada 110-dan çox
kənd çəltik əkirdi. Ümumiyyətlə, əhalinin 30 faizindən çoxu çəltikçiliklə məĢğul
olurdu [88]. Belə ki, 1897-ci ildə qəzada istehsal olunan çəltik Azərbaycan üzrə
toplanan məhsulun yarıdan çoxunu təĢkil edirdi [89].
Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda Lənkəran qəzasından
sonra ən iri çəltikçilik rayonu Yelizavetpol quberniyasının ƏrəĢ və Nuxa (ġəki)
qəzaları hesab olunurdu. ƏrəĢ qəzasında suvarılan əkin sahəsinin 25, Nuxa
qəzasında isə 33 faizini çəltik əkini sahələri təĢkil edirdi. Hər iki qəzada ildə 13500
desyatindən çox çəltik əkilirdi [90].
Bu da quberniya üzrə bütün çəltik əkini sahəsinin 71 faizi idi. Bu bitkinin
becərilməsi üçün əlveriĢli Ģəraiti olan Zaqatala dairəsində isə çəltik əkini sahəsi
6000 desyatinə yaxın idi.
Azərbaycanda çəltik əkini sahəsinin geniĢlənməsilə yanaĢı, onun istehsalı
da artırdı. XIX əsrin 90-cı illərinin axırlarında Cənubi Qafqazda yığılan ümumi
111
illik məhsulun 25 faizini Lənkəran qəzası, 26 faizini ƏrəĢ və Nuxa qəzaları, 11,67
faizini Göyçay qəzası, 10,87 faizini Zaqatala dairəsi vermiĢdir [91].
XIX əsrin 80-90-cı illərində Azərbaycanda çəltik satıĢı da xeyli
geniĢlənmiĢdi. Təkcə 1886-cı ildə Bakı quberniyasından 766 min pud,
Yelizavetpol quberniyasından 80 min pud düyü satıĢ üçün baĢqa yerə
göndərilmiĢdi [92]. Ölkənin daxilində də düyü və çəltik satılırdı. Düyü və çəltik
ticarəti əsasən iri Ģəhərlərdə, ayrı-ayrı qəza mərkəzlərində, habelə həftəbazarlarda
da olurdu. Bu bazarlarda düyü alıcıları Ģəhər əhalisindən əlavə, Azərbaycanın dağ
və çəltik əkməyən kəndlərinin əhalisi idi. Bundan əlavə, çəltik elə istehsal olunan
yerlərdə də satılırdı [93].
Azərbaycan düyüsünün əsas satıĢ bazarı Rusiya idi. Lakin Azərbaycanın
düyüsü Qərbi Avropa ölkələrinin bazarlarına da aparılırdı. Təkcə 1886-cı ildə
Ġtaliyaya 2500 min manatlıq düyü yola salınmıĢdı [94]. Əgər 1884-cü ildə Poti və
Batumidən xarici bazarlara yola salınan düyünün miqdarı 53 min pud idisə, 1894-
cü ildə bu, 173 min puda çatmıĢdı [95]. Onu da qeyd etmək lazımdır ki, həmin
düyünün çox hissəsi Azərbaycanın payına düĢürdü. Məsələn, 1888-ci ildə Cənubi
Qafqazdan xaricə göndərilən 263 min pud düyünün 72 min pudu Yevlax
stansiyasından, 122,4 min pudu isə Ləki stansiyasından yola salınmıĢdı [96].
Bundan əlavə, Rusiya bazarlarına dənizlə də düyü göndərilirdi. Məsələn, 1892-ci
ildə Lənkərandan 35 min pud, 1893-cü ildə isə (ilin 6 ayı ərzində) 30 min pud düyü
yola salınmıĢdı [97].
XX əsrin əvvəllərində ölkədə pambıqçılığın inkiĢafı ilə əlaqədar olaraq,
çəltik əkini sahələri nisbətən azalır. Beləliklə də ġuĢa, Cəbrayıl, Naxçıvan, Cavad,
Yelizavetpol, Qazax, ġamaxı və Göyçay qəzalarında çəltik əkini sahələri və onun
istehsalı xeyli azalmıĢdır. Lakin əsas çəltikçilik rayonları hesab olunan Nuxa (ġəki)
qəzası və Zaqatala dairəsində əkin sahəsinin ümumi miqdarı XIX əsrin
sonlarındakı səviyyədə qalmıĢdı. Lənkəran qəzasında isə əksinə, çəltik əkini sahəsi
xeyli artmıĢdı. Məsələn, XIX əsrin sonları üçün bu qəzada 13000 desyatin çəltik
əkini sahəsi var idisə, 1910-1912-ci illərdə onun sahəsi 17000 desyatinə çatmıĢdı
[98]. Ümumiyyətlə, Azərbaycan üzrə çəltik əkini sahəsi XX əsrin ilk onilliyində
30-40 min desyatin arasında tərəddüd etmiĢdir [99].
XX əsrin əvvəllərində Cənubi Qafqazda istehsal olunan ümumi çəltik
məhsulunun 86 faizi Azərbaycanın payına düĢürdü [100]. Əvvəlki illərdə olduğu
kimi, yenə də ümumi məhsulun müəyyən hissəsi satıĢa çıxarılırdı. Beləliklə də XX
əsrin əvvəllərində "Cənubi Qafqaz pambıq və çəltik istehsalına görə Rusiya
kapitalizmi üçün Türküstandan sonra ikinci xammal rayonu idi" [101].
Öz çox növlüyünə görə çəltik baĢqa taxıl bitkilərindən fərqlənir. Belə ki,
Azərbaycanda çəltiyin əllidən çox növ və növ müxtəlifliyinin olduğu
müəyyənləĢdirilmiĢdir. Lakin bu ərazidə həmin növlərin az bir hissəsi geniĢ yayıla
bilmiĢdir.
Azərbaycanın əsas çəltikçilik bölgələrində (Lənkəran, Quba, ġəki) çəltiyin
112
(Oryza Sativa L) aĢağıdakı növ və növ müxtəliflikləri becərilmiĢdir. Lənkəran böl-
gəsi üzrə - ənbərbu, akülə, mazandarani (mazani), rasimi, yetimi, beybu (ağ beybu,
qırmızı beybu), ağ çilə, qırmızı çilə, çilənbəri, Ģəstras, vilgiciri, Ģatalivə, sədri (qır-
mızı sədri), Məmmədəli, reyhani, çampo, guĢa (hüĢə), çitim (qırmızı çitim, ağ
çitim), Əlməmmədi, Ģabunatum, Əsgəri, Qasımxani (küsə), çiləyi (qırmızı çiləyi)
və s. növlər, ġəki bölgəsi üzrə - Marağa, çampo, ağqılçıq, qaraqılçıq, sarıqılçıq,
Ģəril (qınnızı Ģəril, ağ Ģəril), Əmirxan, Quba bölgəsi üzrə - sanqılçıq, Teymurxan
çəltiyi, qaraqılçıq çəltik növləri daha geniĢ yayılmıĢdı. Naxçıvanda Ģəril, ağ çəltik,
qızıl çiləli, Qubadlı-Zəngilanda sədri, Marağa, akülə növləri, ġirvanda isə qır-
mızıqılçıq, qaraqılçıq, səyad, akülə, ənbərbu, Marağa, sədri çampo, Ģəril və baĢqa
növlər becərilmiĢdir.
Həmin çəltik növlərindən ənbərbu, akülə, rasimi, sədri, çampo, ağqılçıq,
qaraqılçıq kimi məhsuldar və keyfiyyətli növlər daha geniĢ yayılmıĢdı.
YetiĢmə vaxtına görə Azərbaycanda becərilmiĢ çəltik növlərini iki yerə
bölmək olar. TezyetiĢən (60-105 gün) növlər: akülə, beybu və s. GecyetiĢən (110
gündən yuxarı) növlər: vilkiciri, sədri, əsgəri və s. çəltik növlərinin çoxu 120 günə
qədər yetiĢdiyinə görə belə bir atalar məsəli də vardır: "Qırxında yaĢ, qırxında baĢ,
qırxında aĢ". Azərbaycanda becərilmiĢ çəltik növlərinin bir çoxu özlərinin
məhsuldarlığı və yüksək keyfiyyəti ilə də fərqlənmiĢdir. Belə ki, XIV-XVII əsrlərə
aid olan mənbələrdə yüksək keyfiyyətli Azərbaycan düyüsü haqqında qiymətli
məlumatlar vardır. XIX əsrdə Beynəlxalq və Rusiya sərgilərində Azərbaycanda
becərilən çəltik növlərinin dəfələrlə mükafata layiq görülməsi də bunu təsdiq edir.
1852-ci ildə Moskvada keçirilən Ümumrusiya kənd təsərrüfatı sərgisində ġamaxı
qəzasının sakini Zülfüqar bəy Ġskəndər oğlu yüksək keyfiyyətli çəltiyə görə bürünc
medal almıĢdı [102]. Çəltik ustaları Ümumdünya London sərgisində (1862-ci il),
Xarkov sərgisində (1887-ci il) və Qafqaz sərgisində (Tiflis, 1889-cu il)
Azərbaycanda becərilən çəltik növlərinin məhsuldarlığına və keyfiyyətlərinə görə
mükafat və fərqlənmə diplomlarına layiq görülmüĢlər [103].
Çəltik ustalarının zəngin təcrübəsi və empirik biliyi bu bitkinin
məhsuldarlığının artmasına və hətta yeni növ müxtəlifliyinin alınmasına xeyli
kömək etmiĢdir. "Qırma", "dəstələmə", "külləmə" kimi toxum seçmə üsullarının və
həm də Azərbaycanda yetiĢdirilən və uzun müddət çəltik plantasiyalarında
becərilərək özünə vətəndaĢlıq hüququ qazanmıĢ Qasımxani, BəxĢəli, Əlməmmədi,
Ģabunatum, Məmmədəli, Əsgəri, Əmirxan və s. kimi çəltik növlərinin yaradıcısı da
xalq olmuĢdur.
Toxumluq dənin seçilməsinə və onun saxlanılmasına çəltikçilər mühüm
və zəruri bir iĢ kimi baxırdılar. Ona görə də "necə olarsa toxumun əsli, elə də olar
onun nəsli" zərbi-məsəlində əkinin həmiĢə keyfiyyətli və təmiz toxumla aparıl-
ması məsləhət görülür.
Çəltik ustaları yeni növlər əldə etmək məqsədilə baĢqa ölkələrdə becərilən
keyfiyyətli, məhsuldar və suya daha az tələbatı olan çəltik növlərini də yerli Ģəraitdə
113
becərərək təcrübədən keçirmiĢlər. Hələ XIX əsrin ortalarında (1852-ci ildə)
Naxçıvanda Hindistandan gətirilmiĢ çəltik növü becərilmiĢdir. Yaxud Lənkəranın
Çaxırlı kəndində (1863-cü il) Tibet çəltiyi becərilmiĢdir [104]. Bütün bunlar
çəltikçilərimizin təĢəbbüskar və öz iĢlərinin mahir bilicisi olduğunu təsdiq edir.
XX əsrin əvvəllərində Azərbaycanda çəltik Ģumu xıĢ və qara kotanla
aparılmıĢ, Ģumun əkinə hazırlanmasında isə müxtəlif formalı malalardan istifadə
edilmiĢdir. XıĢların forma və quruluĢunda ümumi bir oxĢarlıq olsa da, ayrı-ayrı
zonaların torpaq-iqlim Ģəraitinə və baĢqa obyektiv səbəblərə uyğun olan səciyyəvi
fərqlər də mövcud olmuĢdur. XıĢlardan yalnız çəltik əkininin Ģumu deyil, taxılçılıq,
bostan və tərəvəzçilikdə də eyni məqsəd üçün geniĢ istifadə edilmiĢdir. Lənkəran
bölgəsinin çəltik xıĢları baĢqa bölgələrin xıĢlarından fərqli olaraq, məhz çəltik əkini
üçün Ģum edilməsində, əkinə hazırlanmasında, onun yumĢaldılmasında (həllində
də) istifadə edilmiĢdir.
Çəltik xıĢı nisbətən yüngül olur. Kötüyün ümumi uzunluğu 70-75 sm-dir.
Onun. burun uc hissəsinə 20-25 sm-lik dəmir gavahın keçirilir. Kötüyə keçirilən
bazı 2 metr yarıma qədərdir. Bazının ucu boyunduruğa bağlanır. Bazıda bir-
birindən 10-15 sm aralı güc ağacını keçirmək üçün deĢik (göz) olur. ġumu dərin
götürmək lazım gəldikdə güc ağacını axırıncı, dayaz götürdükdə isə onu əvvəlinci
gözə keçirirlər. Çəltik Ģumunun kötüyü Ģuma görə, yəni hansı Ģumda istifadə
ediləcəyindən asılı olaraq dəyiĢdirilirdi. Torpağı daha yaxĢı və tez həll etmək
mümkün olsun deyə, birinci Ģumda iĢlədilən xıĢın kötüyü nisbətən dar, ikinci və
üçüncü Ģumlarda isə enli olurdu.
Ümumiyyətlə, xıĢlar öz quruluĢ və formalarına görə sadə olurdu. Bu alət
aĢağıdakı hissələrdən ibarətdir: kötük, bazı, gavahın, dəstə, müĢdük. Həmin
hissələr kiçicik fərqlərə baxmayaraq, Azərbaycanın bütün bölgələrində, demək olar
ki, eyni adla tanınmıĢdır. XıĢların öküz və kələ qoĢulması üçün boyunduruqdan
istifadə edilirdi.
Azərbaycanın ayrı-ayrı çəltikçilik bölgələrində Ģumun əkinə hazırlanmasında
istifadə edilən malalar öz quruluĢ və formalarına görə müəyyən qədər fərqlənmiĢlər.
Bunun isə baĢlıca səbəbi ayrı-ayrı bölgələrin torpaq iqlim Ģəraitinin müxtəlifliyi
olmuĢdur. Çəltik malaları hazırlandığı materiala və formasına görə də seçilirdi. Bunlardan -
ağac mala, taxta mala, toxuma mala, Ģax mala daha geniĢ yayılmıĢdı.
Maraqlıdır ki, Lənkəran bölgəsində torpağın əkin üçün hazırlanmasında isti-
fadə edilən çəltik malaları baĢqa bölgələrin malalarından xeyli seçilmiĢlər. Həmin
malalar bölgədə peĢkovil, gironda, çəpə, diĢli mala adı ilə tanınmıĢdır. PeĢkovil və
gironda mala əsasən birinci Ģumdan, çəpə mala isə ikinci Ģumdan sonra çəltik
ləklərinin torpağının əzilib həlli üçün iĢlədilirdi. Daha sonra diĢli maladan istifadə
edilirdi. Bu mala ilə torpağı daha yaxĢı əzməklə onu ağac və bitki köklərindən
təmizləmək olurdu. Axırıncı Ģıım - üçüncü Ģumdan sonra isə ləkdə hamar mala iĢlədilirdi,
bu mala ləkin torpağını hamarlardı. Bununla da malalama prosesi qurtarar və Ģitilin
sancılmasına baĢlanardı.
116
PeĢkovil malanın taxtasının uzunluğu 1 m 50-60 sm, eni 15-20 sm, qalınlığı isə
4-5 sm- dir. Gironda mala peĢkovilə nisbətən daha iri və taxtasının alt-iĢlək hissəsi gəz-
gəz olurdu. Çəpə malanın taxtası da təxminən 1 m 50 sm - 1 m 80 sm, qalınlığı 5-6 sm,
alt-iĢlək hissəsi 15-20 sm olub, dilik-dilikdir. Taxtanın mərkəzindən və hər iki baĢından
keçirilən tənək boyunduruğa bağlanır. Çəpərdə orta tənək dəstə rolunu oynayırdı. DiĢli
malanın taxtasının uzunu 2 m, eni 20 sm, qalınlığı isə 8 sm-dir. Həmin malanın iĢlək
hissəsinə Ģahmatvari qaydada 7-8 sm uzunluğunda və bir-birindən 6-7 sm aralı dəmir
diĢlər keçirilir. Mala taxtası hər iki baĢdan zəncirlə boyunduruğa bağlanır. Taxtada əl
tutmaq üçün dəstək olur. Hamar malanın taxtasının uzunluğu 2-5 m-ə qədər, eni 20-22
Dostları ilə paylaş: |