BOSTAN VƏ TƏRƏVƏZÇĠLĠK
Azərbaycan özünün dadlı və növbənöv bostan-tərəvəz bitkiləri ilə hələ qədim-
lərdən tanınmıĢdır.
Arxeoloji qazıntılar zamanı Bek mağarasından tapılıb son Tunc dövrünə aid
edilən balqabaq tumları [124] bu ərazidə bostan bitkilərinin becərildiyini sübüt edən ən
qədim nümunə hesab olunur.
Qədim Azərbaycanda bostançılığın xeyli inkiĢaf etdiyini arxeoloji tədqiqatlar və
tarixi mənbələr də təsdiq edir [125].
Əhəmənilərin hakimiyyəti dövründə Azərbaycan ərazisində baĢqa bitkilərlə ya-
naĢı, qarpız, yemiĢ və digər bostan bitkilərinin becərildiyi haqqında da məlumat verilir [126].
Eramızın I – VII əsrlərinə aid Mingəçevir katakomba qəbirlərindən bostan bitkilərinin
qalıqları tapılmıĢdır [127]. Qəbələ Ģəhərinin xarabalıqlarında VIII-IX əsrlərə aid mədəni
təbəqədən xiyar və yemiĢ tumları əldə edilmiĢdir [128].
125
Qədim Gəncənin ərazisindən aĢkar edilən bitki qalıqları içərisində balqabaq,
xiyar, yemiĢ, qarpız və baĢqa bostan bitkiləri də vardır [129].
Orta əsrlərdə Azərbaycanda bostançılıq daha da inkiĢaf edir. Orta əsr Ģəhəri
Örənqalada arxeoloji qazıntılar nəticəsində aĢkar edilmiĢ quyulardan meyvə toxumları ilə
yanaĢı, qarpız və iki növ yemiĢ tumu tapılmıĢdır [130]. XIV əsrdə Qarabağ və ġirvanda bir
neçə min hektar sahədə bostan bitkilərinin əkildiyi də qeyd edilir [131].
Həmdullah Qəzvini Cənubi Azərbaycanın müxtəlif rayonlarında, xüsusilə Təb-
rizdə yetiĢdirilən yemiĢ növləri haqqında məlumat verir [132].
Ġctimai-iqtisadi və baĢqa obyektiv səbəblərin nəticəsi olaraq Azərbaycanda
bostançılıq bir təsərrüfat sahəsi kimi XIX əsrin əvvəllərindən etibarən daha geniĢ inkiĢaf
etməyə baĢlayır. Münasib torpaq və isti iqlim Ģəraiti burada ilin bütün fəsillərində bostan və
tərəvəz bitkilərinin yetiĢdirilməsinə imkan vermiĢdir. XIX əsrin ortalarına aid olan
mənbədə göstərilir ki, burada soğan, xiyar, növbənöv göyərtilər, Ģirin və çox iri qarpız,
yemiĢ və baĢqa bostan bitkiləri ilin çox vaxtında bol olur. Tərəvəz məhsulları isə ilin
bütün fəsillərində mövcuddur [133].
XIX əsrin ortalarından etibarən AbĢeron yarımadasının əhalisinin təsərrüfat
həyatında bostan və tərəvəzçilik mühüm rol oynamağa baĢlayır. Artıq bostan və
tərəvəzçiliklə məĢğul olan fərdi kəndli təsərrüfatları fəaliyyət göstərirdi. Bununla da Bakı
Ģəhər əhalisinin bostan və tərəvəz məhsuluna olan tələbatını ödəmək iĢi xeyli
yaxĢılaĢmıĢdı. Beləliklə, bostan və tərəvəz bitkilərinin məhsulu bazara - satıĢa çıxarılır, daha
doğrusu, ailə tələbatından əlavə o, bazarın da ehtiyacını ödəyirdi.
Bostan məhsullarına olan ehtiyacın artması əkin sahələrinin geniĢləndirilməsi
zəruriyyətini qarĢıya qoyurdu. Beləliklə də Azərbaycanda bostan və tərəvəz bitkilərinin
becərilməsi üçün daha münasib olan ixtisaslaĢmıĢ xüsusi rayonlar mövcud olmuĢdur.
Yelizavetpol quberniyasında ƏrəĢ və Qazax qəzaları, Bakı quberniyasında Quba, Lənkəran
və Cavad qəzaları belə rayonlardan hesab olunurdu. AbĢeron yarımadasının əkinə
yararlı torpaqlarının xeyli hissəsində bostan və tərəvəz bitkiləri əkilirdi.
Tiflis və Ġrəvan bazarlarında satılan bostan və tərəvəz məhsulunun çoxu
həmin Ģəhərlərin yaxınlığında yerləĢən Azərbaycan kəndlərində yetiĢdirilirdi.
Borçalı qəzasında 150 desyatinə yaxın bostan əkilirdi, buradan 20 min puddan çox
qarpız və yemiĢ götürülürdü. Bu qəzadan təkcə Tiflis bazarına ildə 20 min pud
soğan satıĢa aparılırdı [134].
Cənubi Qafqaz dəmir yolunun çəkiliĢi bostan məhsullarının iri Ģəhərlərə
daĢıma iĢini xeyli sürətləndirdi. Bu da öz növbəsində bostan əkini sahələrinin
geniĢləndirilməsinə və onun məhsullarının daha çox istehsalına səbəb oldu.
Göyçay qəzasında bostan bitkiləri əhalinin təsərrüfatında mühüm yer
tuturdu. Burada yetiĢdirilən yemiĢ ġamaxı, Bakı, Tiflis, Batum və baĢqa Ģəhərlərin
bazarlarında satılırdı [135]. XIX əsrin 90-cı illərinin birinci yarısında Göyçay
qəzasından dəmir yolu ilə hər il 28 min pud yemiĢ və qarpız daĢınmıĢdır [136].
Bostan bitkilərinin becərilməsi üçün münasib torpağı və əlveriĢli iqlimi
olan Azərbaycanın bütün qəzalarında əhali təsərrüfatın bu sahəsi ilə məĢğul olurdu.
126
Məhz belə bir Ģəraitə malik olan ƏrəĢ qəzasının demək olar ki, bütün kəndlərində
bostan bitkiləri əkilirdi. Qəzanın bostan məhsulları əksər hallarda iri Ģəhərlərə
satıĢa göndərilirdi [137]. Bu qəzada yetiĢdirilən AğdaĢ qarpızı öz keyfiyyəti və
dadına görə təkcə bu ərazidə deyil, bütün Cənubi Qafqazda məĢhur idi [138]. Quba
qəzasında və AbĢeron yarımadasında becərilib yetiĢdirilən bostan məhsulu isə
Bakı, Dərbənd və Quba bazarlarında satılırdı.
Azərbaycanda bostançılığın inkiĢaf etdiyi əsas yerlərdən biri də Kür və
Araz çaylarının sahil boyu ərazisi olmuĢdur. Çay sahillərinin qumlu-lilli torpaqları
burada bol bostan bitkilərinin yetiĢməsinə imkan vermiĢdir. Bununla əlaqədar
olaraq, təbiətĢünas alim Həsən bəy Zərdabi yazırdı: "KeçmiĢdə Kür boyunda əla
növ yemiĢ, qarpız yetiĢdirilirdi. Çünki əhalinin hələ gübrə nə olduğunu bilmədiyi
bir vaxtda, Kürün daĢması ilə təbii Ģəkildə lillə gübrələnən torpaqlarda yemiĢ,
qarpız əkilərək yüksək məhsul verirdi" [139].
Lənkəran bölgəsində də əhali bostançılıqla məĢğul olmuĢdur. Qəzanın
düzənlik ərazisində yemiĢ, qarpız və balqabaq daha çox becərilirdi. Bostan
məhsulları əsasən ailənin tələbatını ödəyirdi. Lakin onun xeyli hissəsi bazarlara
satıĢa göndərilirdi [140].
Bostan məhsullarının satıĢından əhali xeyli gəlir əldə edirdi. Ona görə də
düzən kəndlərdə məskunlaĢan hər bir ailə öz həyətində bostan əkərdi. Qəzada tez
yetiĢən, öz dadı və keyfiyyətilə seçilən "gərmək" yemiĢ ancaq satıĢa göndərilərdi.
Bu yemiĢin özünün də növ müxtəlifliyi olmuĢ və cürbəcür adlarla (torlu, göbəkli,
ağ gərmək, girdə gərmək, qara gərmək və s.) tanınmıĢdır [141]. Ümumiyyətlə,
qəzada XIX əsrin sonlarında iyirmidən çox yemiĢ növü yetiĢdirilirmiĢ. Lənkəranın
bostan məhsulları əsasən Lənkəran, Masallı, Boradigah və Qızılağac həftə
bazarlarında satılardı. Məhsul satıĢ üçün gəmi ilə Bakıya da göndərilərdi. Qəzada
bostan məhsullarının alğı-satqısı ilə xüsusi Ģəxslər - möhtəkirlər məĢğul olardılar.
Bostan bitkiləri yaz aylarında əkilirdi. Onların becərilməsi üsulları
Azərbaycanın bostançılıqla məĢğul olan rayonlarında, demək olar ki, eyni qaydada
aparılırdı.
Azərbaycanda bostan bitkiləri üçün əsasən meĢədən təmizlənmiĢ tala
yerləri və qumsal torpaqlar seçilərdi. MeĢədən təmizlənmiĢ həmin sahələrdə bir və
ya bir neçə il bostan bitkiləri əkilərdi. Daha sonrakı illərdə oradan taxıl əkini üçün
istifadə edilməklə taxıl bitkiləri növbələĢdirilərdi.
Bostan əkiləcək sahə əvvəlcədən, əksər hallarda payız aylarında, əsasən,
qara kotanla Ģum edilərdi. ġumlanmıĢ sahə toxum səpilməmiĢdən əvvəl suvarılır-
arata qoyulurdu. Bir neçə gündən sonra həmin sahəyə çox seyrək halda toxum
səpilir. Toxum səpilməmiĢdən bir-iki gün əvvəl suda saxlanılırdı. Beləliklə də
cücərti alınmıĢ-diĢərmiĢ toxum sahəyə səpilir və dərhal mala vurulurdu. Daha
sonra sahə kotanla Ģırımlanaraq taxtalara bölünürdü. Bəzən də bostan əkiləcək sahə
taxtalara bölündükdən sonra xırda çalalar düzəldilirdi. Çalalara dörd-beĢ dənə tum
tökülür və üstü torpaqla örtülürdü.
127
Bostan-bitkiləri üç yarpaq olduqda seyrəldilir. Lazım gəldikdə isə alaq
edilərək dibləri doldurulur və vaxtaĢırı suvarılırdı.
Naxçıvan bostançıları öz keyfiyyəti, Ģirin dadı, həmçinin məhsuldarlığı ilə
fərqlənən tutma qovun da yetiĢdirirdilər. Bunun üçün onlar yemiĢin kəlik növünün
gülündən sonra onun baramasını öz yarpağına büküb torpağa basdırırdılar. Kəlik
böyüdükcə onun üstü torpaqla örtülürdü. YetiĢənə yaxın ona hava və günəĢ dəysin
deyə, üstü açılırdı. Beləliklə də bir neçə gündən sonra qovun öz rəngini alır və
yetiĢirdi. Xalq arasında bu üsula tutma, yetiĢdirilən yemiĢə isə tutma qovun adı
verilmiĢdir.
Naxçıvanda yetiĢdirilən tutma qovun nəinki Azərbaycanın bazarlarına,
hətta Rusiya bazarlarına da göndərilirdi. Əgər adi qayda ilə becərilən yemiĢ
bostanının hər hektarından 200 sentner məhsul alınırdısa, tutma üsulu ilə
yetiĢdirilən qovun sahəsində məhsuldarlıq 250 sentnerə çatırdı [142]. YemiĢin
tutma üsulu ilə yetiĢdirilməsi Naxçıvan ərazisi üçün daha səciyyəvidir.
YetiĢməsinə görə qovunlar tez və gecyetiĢən növə bölünürdü. Qaraqovun,
nobar, Binə qovunu, həmkar, ağnabat, AbĢeron gözəli, sarı qovun növləri tez
yetiĢir. Narıncı, Ələmdan, Ģami, qızılburun, dostucan qovun növləri isə gec
yetiĢirdilər. Torlu kəlik, qızılburun, dilbərçin və baĢqa yemiĢ növlərini hətta
Novruz bayramınadək saxlamaq olurdu. YemiĢ növlərini daha da yaxĢılaĢdırmaq
üçün bəzən calaqvurma və tozlandırma üsulundan da istifadə edilmiĢdir.
Bostançılar hər il toxum tədarük edərkən əkin sahəsində daha gövdəli,
Ģirin və dadlı növ yemiĢ və qarpızı seçərək hələ yetiĢməmiĢdən onu niĢanlayaraq
xüsusi qayğı göstərir və nəzərdə saxlayırdılar. Həmin yemiĢ və qarpız tam
yetiĢdikdə kəsilir, onun ancaq ortasındakı tumları götürülür, baĢ və ayaq
hissəsindəkilər isə atılırdı. Belə hesab edilərdi ki, həmin toxumlar daha qüvvətli və
daha yetiĢkəndir. Beləliklə, onun törəməsi də iri və canlı olmalı idi. Çox vaxt
toxum çay suyu ilə suvarılan və daha münbit torpaqlarda becərilən bostanların
məhsulundan götürülərdi. YemiĢ və qarpız tumları kölgədə tədricən qurudulardı.
O, təmiz və münasib havası olan otaqlarda xüsusi kisəciklərdə və ya saxsı qablarda
saxlanılardı.
Bostanın vaxtında və düzgün suvarılması əsas Ģərt idi. Belə ki, əgər yemiĢ
və ya qarpız tağı gül açıb goda çevrildikdə bostan suvarılardısa, godlar çürüyə
bilərdi. Bununla da məhsulun xeyli hissəsi zay olardı. Məhsul godlaĢan vaxt bəzən
bostana yenıiĢ milçəyi xəstəliyi (godları milçəklər zədələyirdi) düĢərdi. Bunun üçün
bostançı godu tağın altında gizlədər və ya torpağa basdıraraq onu milçəkdən
qoruyardı.
Azərbaycanda becərilən bostan bitkiləri içərisində qabaq, boranı,
balqabaq, ağ qabaq, dana qabağı, kudu və s. adlarla tanınan müxtəlif qabaq növləri
yetiĢdirilmiĢdir. Bu bostan bitkisi əsasən ailənin tələbatını ödəmək üçün
yetiĢdirilərdi. Lakin az-az hallarda cürbəcür qabaq növləri bazara satıĢa da
çıxarılardı. Əsasən həyətyanı sahələrdə becərilən bu bitki bəzən də bostan və
128
tərəvəz sahələrinin qıraqlarında əkilərdi. Qabaq bitkisinin məhsulu bostan uru
olanda yığılırdı.
Bostan bitkiləri içərisində qarpız xüsusi yer tutur. Azərbaycanda
qədimdən becərilən bu bitkinin bir neçə yerli növü hazırda becərilməkdədir. Öz
dadına görə Qalağayın, Sabirabad, Cavad, Sarıcalar, Qala və Zirə qarpızı
Azərbaycanda çox geniĢ Ģöhrət qazanmıĢdır. AbĢeronun Qala qarpızı öz dadına və
həm də iriliyinə görə Sabirabad qarpızından heç də geri qalmırmıĢ.
Azərbaycanda vaxtilə becərilmiĢ və hazırda belə becərilməkdə olan qarpız
növlərindən qara qarpız, ağ qarpız, ala qarpız, xunu (hunu) qarpız və s. öz
məhsuldarlığına, çəkisinə və keyfiyyətinə, Ģirin dadına və uzun müddət qala
bilməsinə görə həmiĢə Ģöhrət qazanmıĢdır.
Azərbaycan əkinçiləri torpaq və iqlim Ģəraitinə uyğun olan yüksək
keyfiyyətli, dadlı, ətirli və Ģirin yemiĢ növləri də yetiĢdirə bilmiĢlər. Onlardan
boztorlu, nobar, qızılburun, tağdibi, torlu kəlik, ağnabat, ağdaban, narıncı, Ģami, sarı
qovun, tutma və s. növlərini göstərmək olardı. AbĢeronda 40-dək, Lənkəran
qəzasında 20-dən yuxarı yemiĢ növü yetiĢdirilmiĢdir. Quba, Cavad, ƏrəĢ, Qazax və
baĢqa qəzalarda da cürbəcür yemiĢ və qarpız növləri becərilmiĢdir. Ümumiyyətlə,
XX əsrin əvvəllərində Azərbaycanda 50-dən artıq yemiĢ növünün əkilib-becərildiyi
müəyyən edilmiĢdir.
Azərbaycanda yetiĢdirilən yemiĢ və qarpız növlərinin bəziləri ancaq
müəyyən əraziyə yayılmaqla məhəlli xarakteri daĢımıĢdır. Bu baxımdan
AbĢeronun Zirə qarpızı, axund tumu, dostucan, Corat ağ qovunu, çay qovunu,
Qubanın Qalaqan qarpızı. Bostançının qızılburun və torlu kəlikləri, Həsənqala
cönüsü, Muğanın Sarıcallar, Qalağayın, Cavad qarpızı, habelə Naxçıvanın Xunu
qarpızı, Mədəti, Ələmdarı, tutma, dilbərçin, qaraçıraq, sineybaz, Uluxanlı,
ġaxtaxtı, Həsənbəyli, Lənkəranın Xosrovxana, Hacısəlim, Gülbəndi, Misirxanı,
ağköynək yemiĢ və qarpızları bir ərazidə daha geniĢ yayılmaqla öz lokal
xüsusiyyətləri ilə də seçilmiĢlər.
Bostan bitkiləri keçmiĢdə o qədər də geniĢ sahələrdə deyil, əsasən kiçik
torpaq sahələrində becərilirdi. Bəzi bölgələrdə iri torpaq sahiblərinin bir neçə
desyatinlik bostan sahələri də olmuĢdur.
Ġri torpaq sahibləri bostan əkinlərindən alınan məhsulun demək olar ki,
hamısını satıĢ üçün bazara çıxarırdı. Beləliklə də Bakı, Quba, Dərbənd, ġuĢa,
ġamaxı və baĢqa Ģəhərlərin bazarlarında yay aylarında çoxlu miqdarda qovun,
qarpız satılırdı.
Bostanların becərilməsində muzdlu iĢçi qüvvəsi kimi daha çox
gəlmələrdən, xüsusilə Cənubi Azərbaycandan gələnlərin əməyindən istifadə
edilirdi.
Ġri torpaq sahibləri bostan əkini üçün torpaq sahələrini ĢərtləĢmə əsasında
icarəyə də verirdilər. RazılaĢmaya görə sahibkar ancaq sahəni Ģumlamalı idi. Qalan
iĢ prosesi isə (səpindən baĢlamıĢ, məhsulun yığılması və satıĢına qədər) bütünlüklə
129
icarədar muzdurların öhdəsinə düĢürdü, əldə edilən gəlir isə yarıya bölünürdü
[143].
Bostan əkini ilə məĢğul olan yoxsul və ortabab kəndlilər öz aralarında
"ortaqlıq" da təĢkil edirdilər. Adətən, ortaqlıqda eyni tavanalı təsərrüfatlar
birləĢirdi. Ortaqlıq üzvləri bostan üçün sahəni birgə Ģumlayır, əkir və becərirdilər.
Onlar məhsulu, ya da satıĢdan alınan məbləği öz aralarında bərabər
bölüĢdürürdülər. Bəzən də bostan sahəsi birgə Ģumlanıb əkildikdən sonra ortaq
üzvləri arasında bərabər bölünərdi [144]. Belə bölgüdə hər bir təsərrüfat payına
düĢən bostan sahəsində becərmə iĢlərini müstəqil aparırdı. Ortaq üzvləri öz
tavanalarına görə qeyri-bərabər olduqda, varlı kəndlilər ortaqlıqdan artıq pay
götürməklə daha çox qazanırdılar. Atalar demiĢkən "Bəylə bostan əkənin tağı
çiynində bitər".
Bostanı qorumaqdan ötrü mütləq gözətçi tutardılar və buna "bostançı"
deyilərdi. Onun bostanda ya çardağı və ya koması olardı. Bostançıya zəhmət haqqı
razılaĢma əsasında natura və ya pulla verilərdi. Məhsul mövsüm ərzində 2-3 və ya
3-4 dəfə yığılırdı. Daha sonra yayın sonunda, yaxud payızın ilk günlərində bostan
"uru" olardı. Urudan sonra əkinə mal-qara, ya da qoyun sürüsü buraxılardı. Əksər
hallarda bostan əkilən sahədə məhsul yığıldıqdan sonra dərhal payızlıq taxıl üçün
Ģum edilərdi. Əkinçilərin təcrübəsi göstərir ki, bostan yerində taxıl əkilərdisə,
həmin sahədən yüksək məhsul götürülərdi.
Tarixi və etnoqrafik materialların təhlili göstərir ki, bostançılıq
Azərbaycanda qədim və geniĢ yayılmıĢ təsərrüfat sahələrindən biri olmuĢdur.
Bostan bitkilərinin növbənövlüyü onların becərilməsində əkinçilərimizin qazandığı
zəngin təcrübə bunu bir daha təsdiq edir. Bu sahədə qazanılmıĢ ənənə isə
nəsillərdən nəsillərə keçərək hazırda da yaĢamaqdadır.
Azərbaycanda tərəvəz bitkilərindən - pomidor, xiyar, badımcan, bibər,
kələm, gül kələm, soğan və sarımsaq, kökü meyvəli bitkilərdən - yerkökü,
çuğundur, qırmızı turp və ağ turp, göyərtilərdən - keĢniĢ, Ģüyüd, vəzəri, ispanaq
(Ģomu), reyhan, turĢəng, nanə, kəvər, tərxun, kərəviz, cəfəri və s. bitkilər
yetiĢdirilirdi.
Tərəvəz bitkilərinin çoxu toxum səpildiyi ləkdə də becərilərdi. Lakin pomidor,
badımcan, kələm, bibər və baĢqa bitkilər isə Ģitil halında əkilirdi. ġitil üçün bitki
Ģitilliklərdə yetiĢdirilir və sonra çıxarılıb lək kəsilmiĢ sahəyə cərgə ilə əkilərək
becərilirdi. Soğan, sarımsaq və kökü meyvəli baĢqa bitkilərin isə toxumlarını sahəyə
səpməklə becərilir və yaxud soğan və sarımsağın gilələri ləklərə basdırılardı. Gilə soğan
daha tez yetiĢərdi.
Tərəvəz bitkiləri və göyərti əsasən həyətyanı sahələrdə becərilərdi. Hər bir
ailə öz tələbatına görə bir neçə ləkdə keĢniĢ, Ģüyüd, soğan, pomidor, kələm və s. bitki
yetiĢdirərdi. Tərəvəz məhsullarına və göyərtiyə tələbatın artması ilə əlaqədar olaraq,
Ģəhərətrafı kəndlərdə becərilən tərəvəz və göyərti Ģəhər bazarlarına da satıĢa
çıxarılardı.
130
Ġri Ģəhərlərin ətraf kəndlərinin əhalisi tərəvəz bitkilərinin yetiĢdirilməsi sahə-
sində, demək olar ki, ixtisaslaĢmıĢdı. ġəhər əhalisinin tərəvəz bitkilərinə artan tələbatını
ödəmək üçün xüsusilə XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Gəncə kimi iri
Ģəhərlərin bazarlarını göyərti ilə təmin etmək lazım gəlirdi. Buna bazarlarda böyük
ehtiyac və tələbat da var idi. Çünki hər bir azərbaycanlı ailəsi özünün yemək rasionunda,
demək olar ki, göyərtisiz keçinmirdi.
Tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, istiot, kök və baĢqaları
xüsusilə göy-göyərti keĢniĢ, Ģüyüd, vəzəri, ispanaq, turĢəng, göy soğan, turp, reyhan, cəfəri,
kəvər, tərxun və s. Bakı ətrafı AbĢeron kəndlərində və Gəncənin yaxın kəndlərində daha
çox becərilirdi. Ġl boyu göy-göyərtinin becərilməsi və ondan əldə edilən gəlir ayrı-ayrı
kəndli ailələrinin dolanacağının əsasını təĢkil edirdi. Daha doğrusu, bu sahə ilə məĢğul
olmaq kəndli ailəsi üçün daha münasib və daha sərfəli hesab olunurdu.
Tərəvəz bitkilərinin becərilməsi Lənkəran qəzasında da geniĢ Ģəkil almıĢdı.
Qəzanın əsasən düzən və dağətəyi ərazisində becərilən xiyar (yerpənək), soğan (baĢ soğan,
göy soğan), sarımsaq, pomidor, lobya (paxla), turp, yerkökü, bibər və baĢqa bitkilər [145]
ailənin ehtiyacından savayı satıĢa da çıxarılırdı.
Zəngin təcrübəyə malik olan Azərbaycan əkinçiləri məhsuldar və keyfiyyətli
tərəvəz bitkiləri yetiĢdirməyi bacarmıĢlar. Masallı soğanı, Hövsan soğanı, AbĢeron
yerköküsü öz keyfiyyəti ilə Azərbaycanda məĢhur olmuĢdur. Hövsan soğanı XIX əsrdə
hətta xarici ölkə bazarlarına da satıĢa göndərilirdi. Öz keyfiyyətinə və dadına görə həmiĢə
yüksək qiymətə satılan və bazarlarda geniĢ alıcısı olan Hövsan soğanının əkin sahəsi
ildə 150-160 desyatinə çatırdı [146].
XIX əsrin ortalarından baĢlayaraq Azərbaycanda kartof bitkisi də becəril-
miĢdir. Əvvəllər kartof əsasən Azərbaycandakı rus kəndlərində və alman kolonistlərinə
məxsus və bu bitkinin yetiĢməsi üçün imkan olan torpaqlarda əkilib-becərilirdi.
Yelizavetpol quberniyasında yaĢayan və əsasən əkinçilik və bağçılıqla məĢğul olan rus və
almanlar da kartof əkirdilər.
Bakı quberniyasında isə kartof və kələm əsasən Lənkəran, ġamaxı, Quba qəza-
larında yaĢayan ruslar tərəfindən becərilirdi.
Beləliklə də kartof bitkisi ruslar tərəfindən daha geniĢ Ģəkildə becərilməyə
baĢlayaraq artıq məhsul bazara - satıĢa da çıxarılırdı. Azərbaycanlılar arasında əvvəllər
"yeralması" adlandırılan kartof bitkisi daha sonralar xalqın yemək rasionuna daxil
olaraq onlar tərəfindən də əkilib-becərilirdi.
XX əsrin əvvəllərindən etibarən kartof Azərbaycanda daha geniĢ Ģəkildə becə-
rilməyə baĢlanmıĢdır. Beləliklə də Qərbi və Ģimal-Ģərqi Azərbaycanın dağ və dağ-ətəyi
ərazisi özünün keyfiyyətli kartofu ilə də seçilirdi.
Tərəvəz bitkilərinin becərilməsi üçün torpağın Ģumlanması və onun əkinə
hazırlanması əsas Ģərtdir. Ona görə də əkinçilər sahənin seçilməsinə, onun Ģumlanması və
əkinə hazırlanmasına xüsusi qayğı göstərirdilər. Etnoqrafik materiallardan aydın olur ki,
tərəvəz sahələri böyük və kiçikliyindən asılı olaraq xıĢ və qara kotanlarla Ģumlanır, yaxud
da torpaq bel ilə bellənib, əkin üçün hazırlanırdı. Tərəvəz bitkiləri həyətyanı sahədə
131
becərilərdisə bütün iĢ prosesi ancaq əl əmək alətləri ilə görülərdi. Tərəvəz sahələrinin iri
və kiçikliyindən asılı olaraq, becərmə iĢində də müəyyən fərqlər mövcud olmuĢdur.
Adətən iri sahələr arat edildikdən sonra toxum səpilər, malalanar və sonra sahə arxlarla
taxtalara bölünərdi. Kiçik sahələrdə isə toxum ləklərə, Ģırımlara və ya çalalara atılıb
üstü torpaqla örtülərdi. Tərəvəz bitkiləri torpaq və iqlim Ģəraitindən asılı olaraq 4-5 dəfə
suvarılır, bitkinin dibi bir-iki dəfə doldurularaq alağı vurulardı.
132
Azərbaycanda XIX əsr - XX əsrin əvvəllərində tərəvəz bitkilərinin becəril-
məsi üçün imkan və Ģərait olan yerlərdə, az və ya çox halda da olsa həyətyanı sahələrdə,
hətta ayrıca sahələrdə soğan, sarımsaq, kartof, xiyar, pomidor və baĢqa bitkilər, həmçinin
də göyərti - keĢniĢ, Ģüyüd, göy soğan, nanə, tərxun, ispanaq, turĢəng, turp və s. əkilib
becərilmiĢdir. Demək olar ki, hər bir ailədə həmin bitkilərdən ya tərəvəz halında, yaxud
tutma kimi (Ģoraba) və ya milli xörəklərin hazırlanmasında istifadə edilmiĢdir.
Tərəvəz bitkilərindən, onların yalnız yetiĢdiyi yaz və yay mövsümlərində deyil,
payız və qıĢ aylarında da istifadə edilərdi. Soğan, sarımsaq, kartof qıĢ ayları üçün tədarük
edilərək müxtəlif üsul və qaydalarla saxlanılırdı.
Dostları ilə paylaş: |