A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə13/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   9   10   11   12   13   14   15   16   ...   102
sm enində, 0,2 sm qalınlıqda yarımdəyirmi dəmir parçasından ibarətdir. Onun sapı (qolu) 

və çəkəcəyə bağlanmıĢ ipləri vardır. Kərdivarla iki nəfər iĢləyirdi. ĠĢ zamanı onlardan 

biri sapı tutaraq onu aĢağıya basır, ikincisi isə ipin dəstəyini çəkirdi. Beləliklə də arx və ya 

bostan kərdiləri-ləkləri hazır olurdu. 

Maraqlıdır ki, öz iĢinə və formasına görə kərdivara oxĢayan və mütəxəssislərin 

toxa  -  bel  adlandırdıqları  belə  bir  əl  əmək  alətindən  hələ  e.ə.  III—II  minilliklərdə 

Yaxın  ġərq  ölkələrində  suvarma  əkinçiliyində  -  su  Ģırımlarının,  arx  və  kanalların 

çəkilməsində  və  təmirində  istifadə  edildiyi  qeyd  olunur  [172].  Deməli,  Naxçıvan 

ərazisində  hazırda  belə  suvarma  əkinçiliyində  istifadə  edilən  kərdivar-mərküz 

adlanan əl əmək aləti ölkədə suvarma əkinçiliyinin qədimliyini bir daha sübut edir. 

Azərbaycanda dəhnə və bəndlərin çəkilməsi (tikilməsi) yerli Ģəraitdən, tikinti 

materiallarından və baĢqa səbəblərdən asılı olaraq müxtəlif qaydalarda aparılırdı. 

Naxçıvan çaylarında bəndlərin tikilməsi üçün "çatma" üsulu daha geniĢ yayıl-

mıĢdı. Bunun üçün 5-6 uzunluğunda yoğun ağac-tir bir neçə yerdən deĢilir və ona 1-1,5 



uzunluğunda qollar keçirilirdi. Çayın bənd götürüləcək yerində qoyulan həmin tirin 

qabağına  xırda  ağaclar,  Ģax,  meynə,  küləĢ,  ot,  daĢ,  torpaq  və  s.  tökülərək  suyun 

səviyyəsi qaldırılır və ana arxın dəhnəsinə verilirdi. Bəzən də bənd tikiləsi yerə çarpaz 

halda yoğun payalar basdırılıb onun üstünə, Ģax-Ģulax, daĢ-torpaq tökülərdi. Vilayətin 

coĢqun  və  sulu  çaylarında  bəndlər  daha  davamlı  tikilərdi.  Belə  çaylarda  bəndin 

çəkilməsi  üçün  yoğun  ağacdan  8-10  m  uzunluğunda,  1,5  m  hündürlükdə  "qırxayaq" 

düzəldilərdi.  Bunun  üçün  ağac  tirə  yerbəyerdən  çatma  qaydasında  qollar  keçirilərdi. 

Qırxayağa vilayətin bəzi kəndlərində qoduq ayağı da deyilərdi. Çayın bənd salınan yeri 

enli olduqda qırxayağın  ikisi-üçü baĢ-baĢa qoyulardı.  Qırxayağın suya salınması, onun 

qabağına ləmpərin düzülməsi və ləmpərin üstünə çuval və kisələrdə daĢların qoyulması 

çətin iĢ prosesi olduğundan böyük qüvvə tələb olunardı. Bu iĢin görülməsi üçün çoxlu 

adam iĢtirak edərdi. 




 

 

139 



Ləmpərin  özünəməxsus  hazırlanma  üsulu  olmuĢdur.  Bunun  üçün  çəltik 

küləĢindən  qol  yoğunluğunda  7-8  uzunluğunda  ―bədnəm‖  edilir  və  bir-  birindən 

30-40  sm    aralıqda  yan  –  yana  qoyularaq  5-6  qol  düzülərdi.  Həmin  bəndəmlərin 

üstünə çırpı, budaq, çör – çöp sərilərdi. Bunun üstünə bir lay küləĢ, küləĢin üstünə 

isə bir lay çınqıl daĢ töküldükdən sonra yenə də bir lay çəltik küləĢi verilərdi. Daha 

sonra isə həmin laylar yumurlanaraq bükülür və beləliklə də ləmpər hazır olardı.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BaĢqa etnoqrafik zonalarda da dəhnə və bəndlərin tikilməsi üçün bir sıra 



qayda və üsullar mövcud olmuĢdur. 

Dəhnə  və  bənd  tikiləsi  yerə  2-3  m  uzunluğunda  yoğun  payalar  (bir-




 

 

140 



birindən 60-70 sm aralı) vurulardı. Həmin payaların qabağına palıd, qarağac, fındıq 

ağaclarının  qol-budağı  və  baĢqa  Ģax-Ģulax  qoyular,  üstünə  ot-avar  atılaraq 

tapdalanardı.  Və  yaxud  çubuq,  çır-çırpı  və  ya  kol-kosdan  bağlanan  dərzlər 

payaların  qabağına  basılıb  üstündən  daĢ-torpaq  tökülər,  ya  da  ağacın  budaqları 

qom  bağlanaraq,  payaların  qabağına  qoyular,  üstündən  isə  ot-avar,  küləĢ,  daĢ-

torpaq tökülərək tapdalanardı. Bu proses bir neçə lay olana qədər təkrar olunardı. 

BasdırılmıĢ  payalara  möhkəmliyi  saxlamaq  üçün  xüsusi  dəstəklər  də  vurulardı. 

Bəzi  hallarda  bəndlərin  tikilməsi  üçün  "üçayaq"dan  və  ya  da  səbət-çalılardan 

istifadə  edilərdi.  Üçayaq  payalar  səbət  kimi  toxunaraq,  çayın  dəhnə  və  bənd 

tikiləcək  yerinə  qoyular,  içərisi  daĢ  və  torpaqla  doldurular,  qabağına  isə  küləĢ, 

torpaq və s. tökülərdi. Səbət-çalılar söyüd və ya palıd çubuqlarından toxunar, onun 

hündürlüyü  1-1,5  m,  uzunluğu  2-2,5  m,  eni  1  m-dən  çox  olardı.  Həmin  səbətlər 

çayın bənd götürüləcək yerinə yan-yana düzülərək içərisi daĢ-torpaq, küləĢ və s. ilə 

doldurulardı. 

Bəndlərin  hündürlüyü,  uzunluğu  onun  tikiləcəyi  yerin  Ģəraitindən  və 

baĢqa  səbəblərdən asılı olardı. Əsasən bəndlərin  hündürlüyü 2-3  m,  eni bir  və  ya 

metrdən artıq, uzunluğu isə 30-40 m-ə çatardı. Bəzən də bəndlər daha kiçik və ya 

da enli, yüksək və daha iri olardı. 

Bənd  və  dəhnələrin  tikilməsi  üçün  böyük  iĢçi  qüvvəsi  lazım  gəlirdi. 

Tikinti materiallarının hazırlanması, onların nəqliyyat vasitəsilə bənd tikiləcək yerə 

gətirilməsi və sair iĢlər də nəzərə alınarsa, bəzən bu iĢdə bir neçə kəndin camaatı 

iĢtirak  edərdi,  el  tökülüb  gələrdi.  Ġri  və  coĢqun  çaylardan  götürülən  bəndlər  öz 

tikilmə  quruluĢuna  və  qaydasına  görə  daha  əzəmətli  olardı.  Bəzən  iri  bəndlər 

bütövlüklə  daĢdan  hörülərdi.  Belə  bir  qədim  bəndin  izi  Naxçıvanda  Xarabagilan 

adlı Ģəhər yerinin yaxınlığında indi də durmaqdadır [173]. 

KeçmiĢdə  əkinlər üçün arx çəkmək, bənd tikmək, dəhnə  basmaq  həmiĢə 

çətin və ciddi bir problem olaraq qalmıĢdı. Süni suvarmanın mühüm rol oynadığı 

bir Ģəraitdə, Ģübhəsiz ki, bu problemlər həlledici əhəmiyyət kəsb etmiĢdir. 

Bəzən  bənd  və  dəhnələr  çaylarda  suyun  artması  ilə  (aramsız  yağıĢlar 

zamanı və  s.) uçub dağılardı.  Bunları tezliklə  bərpa  etmək  o qədər asan  olmayıb, 

böyük zəhmətin hesabına baĢa gələrdi. Belə gözlənilməz hadisələrdə kəndin əli bel 

tutan  bütün  cavanı,  qocası  iĢtirak  edərdi.  Bu  haqda  hətta  bayatılarımızda  da 

oxuyuruq: 

 

Haray, ellilər, haray! 



ġana tellilər, haray! 

Dəhnədən arxım uçub 

Əli bellilər, haray! 

 

Haray, elli neyləsin?  



ġana telli, neyləsin?  


 

 

141 



Arx ki dəhnədən uça,  

Əli belli neyləsin? 

 

Azərbaycanın ayrı-ayn bölgələrində  dəhnə  basmaq  və  bənd tikmək  üçün 



cürbəcür üsul və qaydalardan istifadə edilmiĢdir. Bu üsul və qaydaların zənginliyi 

xalqın bu sahədə geniĢ təcrübəyə malik olmasını bir daha təsdiq etməklə yerli əha-

linin hələ çox qədimlərdən çayların suyundan suvarma məqsədilə istifadə etdiyinə 

dəlalət  edir.  Bəndlər  və  dəhnələr  paya  basdırmaq,  çubuqla  hörmək,  səbətlər  düz-

mək, Ģax və daĢla hörmək, torpaq tökmək və s. qaydada tikilərək çayın suyu istə-

nilən səviyyəyə qaldırılırdı. Dəhnənin tikilməsi üçün tökülən Ģax, torpaq, küləĢ və 

s. tapdalanaraq (lay-lay) basıldığı üçün buna "dəhnəbasma" da deyilirdi. 

Ana  arxların  çəkiliĢi,  dəhnə  və  bəndlərin  tikilməsi,  suvarmanın  düzgün 

təĢkili böyük ustalıq və təcrübə tələb edirdi. Bu arxlar çətin sahə və yamaclardan, 

dərə və dağ döĢlərindən, qayalardan tunellə, yarğanlardan ağac və ya taxta novlarla 

keçirilərək istənilən əraziyə aparılırdı. Bəzən ana arxlar çay vadilərilə (çayın hər iki 

sahili  boyu)  mərtəbələrlə  (paralel  halda)  çəkilərək  gətirilirdi.  Belə  bir  ustalıqla 

suyu uzaq yerlərə aparılan ana arxları çəkmiĢ Azərbaycan əkinçilərinin böyük bilik 

və təcrübəyə malik olduqları bir daha təsdiq olunur. Əkinçilər ana arxları çəkərkən 

bu iĢi elə məharətlə görürdülər ki, bəzən də uzunluğu on kilometrlərlə və daha artıq 

olan bu arxlarla suyu istənilən əraziyə çox rəvan aparırdılar. XIX əsrin ortalarında 

Azərbaycanda olmuĢ ipəkçilik üzrə bir mütəxəssis ölkədə suvarma mədəniyyətinin 

zənginliyinə heyran olaraq yazırdı: "Mən istərdim ki, bir nəfər Cənubi Qafqazda

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

xüsusilə Xəzərin sahilinə qovuĢan ölkədə (Azərbaycanda  -  Ş.Q.) suvarma  üsul və 

qaydalarını öyrənməklə məĢğul olsun. Mənə gəldikdə isə deməliyəm ki, bu sahədə 

mövcud olan üsul və qaydaları gördükdə heyrətimin həddi-hüdudu olmadı. Bir də 




 

 

142 



görürsən  ki,  coĢqun  bir  çay  yarğanla  iti  sürətlə  aĢağıya  doğru  axır,  elə  güman 

edirsən  ki,  bu  çaydan  bir  damcı  su  belə  götürmək  olmaz.  Bir  neçə  verst  aĢağıya 

getdikdən sonra heç ağlına da gəlmir ki, necə oldu, həmin coĢan sürətli çayın suyu 

sakit  bir  halda-lal  axır.  Suyu  isə  heç  bir  maneə  yolundan  saxlaya  bilmir.  O, 

dərələrdən  yan  keçir,  təpələri  aĢır.  Suçu  bel  ilə  onu  istədiyi  yerə  axıda  bilir.  Bu 

yerlərdə əkinlərin suvarılması böyük ustalıq və riyazi dəqiqliklə aparılır. Burada on 

və  yüzlərlə  desyatin  əkin  sahəsi  suvarılır.  Bu  arxların  bəzən  60-100  verst  uzun-

luğunda olmasını, heç bir ölçü və alətdən istifadə edilməyərəkdən, gözəyarı çəkil-

diyini, bu iĢin adi bir kəndli zəkasının məhsulu olduğunu bildikdə adamın heyrəti 

birə on qat artır. Əlində bel olan suçu-tatara (azərbaycanlıya-Ş.Q.) bir Ģırnaq (qol) 

axar su ver, əgər o, istəsə bütün kürreyi-ərzi suya qərq edər" [174]. 

XX  əsrin  20-30-cu  illərinə  qədər  əkinçilikdə  kəhriz  suvarma  Ģəbəkəsi 

mühüm  rol  oynamıĢdır.  Kəhriz  suyu  ilə  hər  il  Azərbaycanda  50  min  desyatindən 

artıq əkin sahəsi suvarılırdı [175]. Həmin dövrdə isə minə yaxın kəhriz vardı [176]. 

Kəhrizlər  əsas  etibarilə  dağətəyi  ərazidə,  quru  və  sulu  çay  sahillərində 

vurulardı  (qazılardı).  Kəhrizlərin  qazılması  üçün  xüsusi  kankan  (quyu  qazan) 

dəstəsi iĢə cəlb olunardı. 

Kəhrizin  baĢ-gumana  quyusunun  qazılası  yerdə  suyun  olması  müəyyən 

edildikdən  sonra  həmin  sahədə  2-3  quyu  qazılardı.  Gumana  quyusundan  sonra, 

kəhrizin o biri sulukar quyuları qazılırdı. Quyular bir-birindən 20-30 m, bəzən 50-

60  m  aralı  olurdu.  Quyuların  dərinliyi  isə  10-20-25  m  və  daha  dərin  -  60-70  m-ə 

çatırdı. Onların dərinliyi əsasən sahənin relyefindən və suyun yeraltı səviyyəsindən 

asılı idi. Kəhrizin ümumi uzunluğu, suyun hansı əraziyə aparılmasından asılı olaraq 

2-3,  5-6  km  və  bəzən  də  daha  artıq  olurdu.  Kəhrizin  suyu  hansı  sahəyə 

çıxarılmalıdırsa,  həmin sahədə  kəhrizin  sonuncu quyusu  -  godə  quyu, daha  sonra 

isə  onun  yarması  qazılırdı.  Suyun  yerin  səthinə  çıxdığı  yerə  isə  kəhrizin  gözü  - 

çeĢməsi deyilirdi. 

Kəhrizqazan  kankan  dəstəsində  4-6  nəfərə  qədər  iĢçi  olurdu.  Bunlar  baĢ 

usta-kankandan,  usta  köməkçisi  -  lağımbardan,  çarxçıdan,  dolçudan  ibarət  idi. 

Kəhrizin qazılmasında aĢağıdakı alətlər iĢlədilərdi: dolamaçarx (buna sadəcə olaraq 

çarx  deyilir),  külüng,  keçəbel  (çalov),  dol  (inək  gönündən  hazırlanardı),  qırmaq, 

kəndir, çıraq (Ģam), taraz və s. 

Kəhriz quyusunun ağzında qoyulan çarxla lağımdan dola tökülmüĢ torpaq 

qaldırılaraq yuxarı çıxarılırdı. Çalovla torpaq dola yığılırdı. Külünglə lağım qazılır, 

iĢıqla (çıraq və Ģamla) və ya tarazla lağımın istiqaməti və onun düzgün qazılması 

müəyyənləĢdirilirdi. Bundan əlavə, kankan baĢına xüsusi baĢlıq geyər, çiyninə isə 

qoyun dərisindən Ģəltə atardı ki, üstdən tökülən su və torpaq ona mane olmasın. 

Kəhrizin  su  axan  hissəsi  lağım  və  ya  kürə  adlanır.  Lağım  baĢ  quyudan 

sonuncu quyuya qədər düz və eyni ölçüdə olurdu. Lağımın hündürlüyü təxminən 1 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin