A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   12   13   14   15   16   17   18   19   ...   102
 

 

 

 

 

 


 

 

178 



ÜZÜMÇÜLÜK 

 

Azərbaycan  xalqının  təsərrüfat  həyatında  bağçılıqla  yanaĢı  üzümçülük  də 



mühümi  rol  oynamıĢdır.  ƏlveriĢli  təbii-coğrafi  Ģərait  ta  qədimlərdən  bu  ərazidə 

üzümçülüyün  geniĢ  inkiĢafına  imkan  yaratmıĢ  və  bəzi  bölgələrində  bu  təsərrüfat 

sahəsi  əhalinin  iqtisadi  həyatında  mühüm  rol  oynamıĢdır.  Yabanı  üzüm 

Azərbaycan meĢələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təĢəkkülü və 

sonrakı inkiĢafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı. 

Azərbaycanda  cır  -  meĢə  üzümünün  geniĢ  yayılması,  bu  ərazidə 

üzümçülüyün  qədimlərdən  mövcud  olmasını  bir  daha  təsdiq  edir.  Cır  üzümün 

yarpağı  və  giləsi  mədəni üzümə  nisbətən kiçik, az Ģirəli və  həm  də  bir  qədər turĢ 

olması  ilə  seçilir.  Cənubi  Qafqaz,  o  cümlədən  Azərbaycan  yabanı  və  mədəni 

üzümün yetiĢməsi üçün ən münasib ərazi hesab edilir. 

Üzüm insan üçün çox faydalı olan və nisbətən az zəhmət tələb edən giləli 

meyvələr içərisində əsas yerlərdən birini tutur. Üzüm tənəyi quraqlığa lazımı qədər  

davamlı  olub,  qüvvəli  torpağa  o  qədər  də  tələbkar  deyil.  Üzüm  çox  su  tələb 

etməyən və hətta dəmyə Ģəraitində yetiĢdirilməsi mümkün olan bir bitkidir [46]. 

Azərbaycanda 

üzümçülüyün 

yaranması 

tarixi 


hələlik 

dəqiq 


öyrənilməmiĢsədə onun bu ərazidə yayılmasını hələ Ġlk Tunc dövrünə, daha dəqiq 

desək,  e.ə.  III  minilliyin  baĢlanğıcına  aid  etmək  mümkündür.  Bu  fikri  qonĢu 

ərazidən tapılan bəzil tutarlı dəlillər təsdiq edir. 

Ağdam  rayonu  ərazisində  Üzərliktəpə  qədim  yaĢayıĢ  yerindən  e.ə.  II 

minilliyin ortalarına aid təbəqədən baĢqa bitki qalıqları ilə yanaĢı üzüm tumları da 

aĢkar  edilmiĢdir.  Bu  üzüm  -  Vitis  Vinifera  növünə  mənsubdur.  Bu  isə  Ġran  və 

Cənubi Qafqaz ərazisində üzümün ən qədim növü sayılır [47]. 

Üzümçülüyün  Azərbaycanda  qədim  tarixi  olmasını  göstərən  qiymətli 

materiallardan  biri  də  Xanlar  rayonu  yaxınlığında  e.ə.  II  minilliyin  sonu  və  I 

minilliyin  əvvəllərinə  aid  olan  qədim  yaĢayıĢ  yerinin  118  №-li  binasında  iri 

təsərrüfat  küpünün  içindən  tapılan  üzüm  tumlarıdır  [48].  Bu  tumlar  da  ən  qədim 

növlərdən sayılan Vitis Vinifera növünə aiddir. Bu iri küpdən tapılan üzüm tumları 

bu  ərazidə  təkcə  üzümçülüyün  deyil,  həm  də  Ģərabçılığın  varlığına  iĢarədir.  Bu 

baxımdan Xanlar rayonu ətrafında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə 

aid  bir  kurqandan  tapılan  qara  küpün  içərisindən  üzüm  tumları  ilə  yanaĢı,  Ģərab 

qalığı çöküntülərinin tapılması müstəsna əhəmiyyət kəsb edir [49]. 

Üzümdən  Ģərab  hazırlamaq  üçün  bir  sıra  qaydalardan  istifadə  edilmiĢdir. 

Təxminən e.ə. I minilliyin ortalarına aid daĢ nov ġərur rayonunun Qıvraq kəndində [50], 

eramızın  baĢlanğıcına  aid  ġamaxı  rayonu  Dərə  Xınıslı  kəndi  ərazisindən  aĢkar 

edilməsi [51] böyük maraq doğurur. 

Bir qayda olaraq Ģərabı uzun müddətə saxlamaq üçün iri Ģərab küplərindən isti-

fadə edilmiĢdir. Bu cəhətdən Ağstafa kərpic zavodu ərazisindən tapılıb e.ə. II minilliyin 

sonlarına  aid  olan  irihəcmli  küpün  içərisindən  üzüm  tumları  və  bir  daĢ  parçasının 



 

 

179 



aĢkar  edilməsi  böyük  əhəmiyyətə  malikdir  [52].  Ehtimal  ki,  daĢ,  Ģərab  hazırlanan 

zaman istifadə edilmiĢdir. 

 

Azərbaycanda Qazax rayonunun qərbində Sarıtəpə yerindən e.ə. II minilliyin 



sonuna  aid  xeyli  taxıl  və  Ģərab  küpləri  aĢkar  edilmiĢdir  ki,  bu  da  həmin  dövrdə  bu 

ərazidə  Ģərabçılığın  geniĢ  istehsalını  göstərir  [53].  Maraqlı  cəhət  ondadır  ki,  həmin 

küplərin  dibində  bərkimiĢ  Ģərab  qalığı  saxlanmıĢdır.  Buradan  tapılan  yanıb 

kömürləĢən üzüm gilələri də üzümçülük və Ģərabçılığın varlığını göstərir. 

Üzümçülük və Ģərabçılıq Manna və Midiya qədim dövlətləri ərazisində də 

geniĢ  yayılmıĢdı.  II  Sarqonun  dövrünə  dair  mətnlərdə  mannalıların  Ģərab  anbarları 

haqqında məlumat vardır [54]. Hətta həmin yazılarda deyilir ki, Assur qoĢunları e.ə. 

714-cü  ildə  urartular  üzərinə  yürüĢ  təĢkil  edərkən  mannalılar  onları  Ģərabla  təmin 

edirdilər [55]. E.ə. VI əsrdə Midiyada "...lampa tutmaq və Ģərab paylamaq peĢələri var 

idi. ġərab paylamaq hörmətli vəzifə idi. Çünki saqilər Ģahı tez-tez görürdülər" [56]. 

Arxeoloji və tarixi mənbələrdən aydın olur ki, albanlar arasında üzümçülük və 

Ģərabçılıq  daha  geniĢ  yayılmıĢdı.  Heç  Ģübhəsiz,  albanlar  üzümçülük  və  Ģərabçılıqla 

əlaqədar  öz  ulu  əcdadlarının  ənənələrini  mənimsəmiĢ,  inkiĢaf  etdirmiĢ  və  bu 

sahədə həyat vərdiĢlərini xeyli artırmıĢlar. 

Üzərliktəpənin  e.ə.  IV-II  əsrlərinə  aid  mədəni  təbəqəsindən  tapılan 

tumların  Ģərq  üzüm  növünə  aid  olması  müəyyənləĢdirilmiĢdir  [57].  Yunan 

coğrafiyaĢünası  Strabon  Albaniyada  üzümçülüyün  geniĢ  inkiĢaf  etməsindən  bəhs 



 

 

180 



edərək  yazırdı:  "Albaniyada  üzüm  tənəklərini  qıĢda  torpağa  basdırmırdılar, 

tənəklərin  baĢı  beĢ  ildən  bir  budanırdı,  yeni  salınmıĢ  tənəklər  iki  ildən  sonra  bar 

verməyə  baĢlayır.  Köhnə  tənəklər  o  qədər  məhsul  verirdi  ki,  üzümün  bir  hissəsi 

dərilməmiĢ  qalırdı"  [58].  Həqiqətən  də  qıĢı  mülayim  keçən  ərazidə,  o  cümlədən 

müəllifin  təsvir  etdiyi  Kür  və  Araz  çaylarının  qovuĢduğu  yerlərdə  əhali  tənəkləri 

qıĢda torpağa basdırmırdı. 

Eramızın  II-III  əsrlərində  yaĢamıĢ  Dionisi  Perieget  kaspilərdən  bəhs 

edərkən onlarda "üzüm tənəklərinin bol məhsul verdiyini" qeyd edir [59]. 

Azərbaycanda  təxminən  e.ə.  III—II  və  eramızın  V-VII  əsrlərində 

üzümçülük  və  Ģərabçılığın  geniĢ  inkiĢafını  arxeoloji  axtarıĢlar  zamanı  tapılan 

irihəcmli küplərlə  yanaĢı, süddanlar, xırda  matra, kuzə, qədəh və baĢqa təsərrüfat 

qabları da sübut edir. 

Qədim  Mingəçevirdə  eramızın  III-VIII  əsrlərinə  aid  qəbir  abidələrindən 

üzüm tumlarından baĢqa, Ģərab çöküntüləri və dəridən hazırlanan tuluq parçaları da 

tapılmıĢdır.  Bu  tapıntılar  onu  göstərir  ki,  Azərbaycanda  ilk  orta  əsrlərdə  Ģərabı 

təkcə iri küplərdə deyil, tuluqlarda da saxlayırlarmıĢ. Lakin əgər iri küplərdə Ģərab 

uzun müddətə saxlanırdısa, Ģərab tuluqları əsas etibarilə Ģərab daĢınması üçün daha 

çox iĢlədilirdi. Onu da qeyd edək ki, həmin dövrdə süfrə üzümü və Ģərab üçün daha 

əlveriĢli olan üzüm növləri olmuĢdur [60]. 

Eramızın  VII  əsrinin  ortalarından  etibarən  ərəblərin  Azərbaycanı  iĢğal 

etmələrilə əlaqədar ZərdüĢt və Xristian dinlərin fəaliyyətləri məhdudlaĢır və Ġslam 

dini  yayılır.  Ġslam  dininə  görə  Ģərabın  hazırlanması  və  içilməsi  qəti  qadağan  idi. 

Əlbəttə,  islam  dini  Azərbaycanda  üzümçülük  və  Ģərabçılığın  inkiĢafına  böyük 

maneələr törətmiĢdir. Lakin dinin təsiri altında  bu  sahə tənəzzülə  məruz  qalsa  da 

tamamilə  aradan  çıxmamıĢdır.  Ondan  təbabətdə  müalicə  məqsədi  kimi  istifadə 

edilmiĢdir. 

X  əsr  fars  təbibi  Əbu  Mənsur  özünün  "Kisab  əl-əbniyean  Xakik  əl-

Ədviye"  adlı  əsərində  qeyd  edir  ki,  Ģərabı  lazımi  qaydada  içdikdə  o  bədənin 

sağlamlığı üçün çox faydalıdır [61]. ġərab bədəni möhkəmləndirir, insanda cəsarət, 

mənlik və fərəh doğurur [62]. 

Üzümün  və  Ģərabın  hazırlanması  və  istifadəsi  haqqında  "Kitabi-Dədə 

Qorqud"da daha qiymətli mülahizələrə rast gəlirik. 

 

Ol dağlarımızda bağlarımız olur,  



Ol bağların qara salxımları üzümü olur.  

Ol üzümü sıxarlar, al Ģərabı olur.  

Ol Ģərabdan içən əsrük olur. 

 

Bu  əsərdə  Ģərabın  uzun  müddət  saxlanması  açıq  deyilir:  "Yeddiillik 



alĢərab içdilər". Göründüyü kimi, orta əsrlərdə Ģərabdan istifadə edilmiĢdir. Lakin 

kübar  məclislərinin  Ģənliklərində  Ģərabın  bir  içki  kimi  daha  çox  iĢlənməsi  halları 




 

 

181 



məlumdur. 

 

Saqi, ver mənə o qırmızı sudan,  



Ki, ondan qocalar gəncləĢir hər an.  

Ver ondan parlasın gənclik ulduzu,  

Bu sarı gülləri edim qırmızı [63]. 

 

Həmdullah  Qəzvini  qeyd  edir  ki,  Azərbaycanın  bir  sıra  əyalətlərində 



hazırlanan  Ģərablar  öz  keyfiyyətinə  görə  məĢhur  idi  [64].  Orta  əsr  müəlliflərinin 

əsərlərindən məlum olur ki, bu dövrdə üzümlüklərin sahəsi daha da  geniĢlənir və 

onların növləri artır. Müəllifi məlum olmayan XIII əsr "Əcaib əd-dünya" əsərində 

deyilir ki, Naxçıvan Ģəhərinin ləziz meyvələri vardır. Naxçıvan üzümündən yaxĢısı 

və  cana  xeyirlisi  yoxdur  [65].  Həmdullah  Qəzvini  də  Ordubadda  yüksək 

keyfiyyətli  üzüm  növlərinin  yetiĢdirildiyini  qeyd  etmiĢdir  [66].  Bu  da  maraqlıdır 

ki,  artıq  orta  əsrlərdə  geniĢ  üzüm  sahələrinə  malik  olan  feodal  təsərrüfatları 

yaranmağa  baĢlayır.  Belə  ki,  RəĢidəddinin  Təbriz  Ģəhəri  ətrafında  yerləĢən  üzüm 

bağları ildə 150 ton üzüm verirdi [67]. Həmin dövrdə yetiĢdirilən üzüm növləri də 

çoxalır.  Orta  əsr  mənbələrinin  verdiyi  məlumata  görə  Təbrizdə  kiĢmiĢi,  sahibi, 

dizmari, razeqi, əsgəri, gəlinbarmağı, ağ Ģanı, qara Ģanı, qatsab, təbərzəd, surxpüst, 

mələki  adlı  üzüm  növləri  yetiĢdirilirdi  [68].  Evliya  Çələbi  Təbrizdə  ənqurə, 

xurderazeqi, mələki, təbərzəd, ġamaxıda 7 növ, Cənubi Azərbaycan və Qarabağda 

bir çox üzüm növünün yetiĢdirildiyini xəbər verir [69]. 

XVII-XVIII əsrlərdə  Azərbaycanda üzümçülüyün inkiĢafı  üçün  müəyyən 

tədbirlərin  həyata  keçirilməsinə  baxmayaraq,  o  ayrıca  bir  təsərrüfat  sahəsi  kimi 

əsasən XIX əsrdə daha geniĢ inkiĢaf etməyə baĢlamıĢdır. 

XIX  əsrin  birinci  yarısınadək  Azərbaycanda  üzümçülük  əsasan  natural 

təsərrüfat  çərçivəsində  inkiĢaf  edirdi.  Lakin  XIX  əsrin  ikinci  yarısından  etibarən 

Azərbaycanın  Ümumrusiya  bazarına  çıxması  burada  yetiĢdirilən  müxtəlif 

meyvələrlə  yanaĢı  üzüm  məhsullarının  da  xarici  bazarlara  daĢınmasına  yol  açdı. 

Ümumrusiya  bazarının  tələbatı  Azərbaycanda  üzümçülüyün  yeni  istiqamətdə 

inkiĢaf  etdirilməsinə  təkan  verməkdən  baĢqa,  üzüm  məhsullarının  emalı  ilə  bağlı 

olan  yeni  sahələrin  yaranıb,  inkiĢaf  etməsinə  imkan  yaratdı.  Məhz  bu  dövrdən 

baĢlayaraq,  Azərbaycanda  üzümçülüklə  yanaĢı,  Ģərabçılıq  da  inkiĢaf  etməyə 

baĢlayır  ki,  bu  da  həmin  təsərrüfatın  artıq  Azərbaycanda  geniĢ  miqyas  aldığını 

göstərən  amillərdəndir.  Onu  da  qeyd  edək  ki,  XIX  əsrin  60-70-ci  illərində 

üzümçülük  Azərbaycan  kənd  təsərrüfatında  kapitalist  münasibətlərinin  inkiĢaf 

etdiyi  sahələrdən  biri  olub  "ticarət  əkinçiliyinin"  yeni  növü  kimi  xarakterizə 

olunurdu. 

Təbii-coğrafı  Ģərait  və  baĢqa  ictimai-iqtisadi  amillər  üzündən 

Azərbaycanın  hər  yerində  üzümçülük  eyni  vəziyyətdə  inkiĢaf  etməmiĢdir. 

Ümumiyyətlə,  XX  əsrin  əvvəllərində  Azərbaycanda  üzümçülük  AbĢeron,  ġirvan, 



 

 

182 



Qarabağ,  ġəki,  Qazax,  Naxçıvan  rayonlarında  daha  geniĢ  yayılmıĢdır.  Bu 

rayonlarda  yetiĢdirilən  üzüm  növləri  istər  keyfiyyətinə,  istərsə  də  onların  iqtisadi 

sərfəliliyi  baxımından  bir-birindən  fərqlənirdi.  Belə  ki,  bir  zona  üçün  daha 

səciyyəvi olan üzüm  növü baĢqa  zonada  azlıq təĢkil edirdi və  ya  bəzi rayonlarda 

əsasən süfrə üzümləri yayıldığı halda, digər rayonlarda texniki üzüm sortları əkilib-

becərilirdi. 

AbĢeron  tarixən  Azərbaycanda  üzümçülüyün  inkiĢaf  etdiyi  ərazilərdən 

biri  olmuĢdur.  XIX  əsrin  əvvəllərində  isə  bu  ərazi  demək  olar  ki,  üzümlüklərlə 

əhatə  olunmuĢdu.  Bu  üzüm  bağlarından  30-40  xalvar,  yəni  750-dən  1000  puda 

qədər  üzüm  məhsulu  almırdı  [70].  Həmin  ərazidə  50-yə  qədər  üzüm  növü 

yetiĢdirilirdi ki, bunların içərisində ən geniĢ yayılanı ağ Ģanı, qara Ģanı idi. Burada 

sarıgilə, xatını, piĢraz, göybəndəm, gəlinbarmağı, keçiəmcəyi, qızıl üzüm, kiĢmiĢi 

(Təbrizi),  mövüci,  Dərbəndi,  Salyani,  Zabrat  üzüm  növləri  də  becərilirdi  [71]. 

AbĢeronda  ġüvəlan,  MaĢtağa,  Buzovna,  PirĢağa,  Bilgəh,  ġağan,  Nardaran,  Qala, 

Fatmayı, Kürdəxanı, Novxanı, Saray kəndləri öz dadlı üzümü ilə məĢhur idi. 

AbĢeronda  əsasən  süfrə  üzüm növləri becərilirdi.  Torpaqların qumsallığı 

və iqlimin daha isti olması bu ərazidə üzümün dəmyə Ģəraitində yetiĢməsinə, onun 

keyfiyyətinə və dadına da böyük təsir göstərmiĢdir. 

Quba qəzasında üzüm əsasən MüĢkür və ġabran mahallarında becərilirdi. Burada 

daha çox çiləyi, qırmızı çiləyi, ġabranı, ağadayı, xatını, kiĢmiĢi, sarıgilə, keçiəmcəyi, 

Təbrizi, Dərbəndi, dəvəgözü və baĢqa üzüm növləri yetiĢdirilirdi [72]. 

Azərbaycanın əsas üzümçülük rayonlarından biri də ġamaxı və Göyçay qəza-




 

 

183 



ları sayılırdı. XIX əsrin əvvəllərində burada üzümlüklərin sahəsi 600 desyatin idi [73]. 

XIX əsrin 40-cı illərində ġamaxıda ilk dəfə olaraq üzüm tingliyi salınmıĢdı ki, bunun 

da  sahəsi  10  desyatinə  bərabər  idi  [74].  Bu  qəzalarda  əsasən  ġirvanĢahi,  keçiəmcəyi, 

xəzri, qızıl üzüm, çil-çil üzüm, Beyləqani, xan üzümü adlı qırmızı üzüm növləri, riĢbaba, 

Ģəkəri, dəvəgözü, kiĢmiĢi quĢürəyi, mərəndi, ağcaqara, saqi adlı ağ üzüm növləri daha 

geniĢ yayılmıĢdı [75]. 

ġamaxı qəzasının dağətəyi kəndlərində, Göyçay qəzasında isə əsasən düzən 

yerlərdə  üzümçülük  daha  geniĢ  yayılmıĢdı.  ġamaxı  qəzasının  Saqiyan,  Mədrəsə, 

Kəlaxana, Gürcüvan, Ġnqar kəndləri özlərinin istehsal etdiyi üzümün qədəri və yüksək 

keyfiyyətinə görə bütün ġirvanda məĢhur idi. 

XIX əsrdə Azərbaycanın əsas üzümçülük rayonlarından biri də Yelizavetpol 

qəzası hesab edilirdi. Həmin əsrin 30-cu illərində təkcə Yelizavetpol Ģəhərindəki üzüm 

bağlarından 19 min vedrə Ģərab istehsal edilmiĢdi. Qəzanın yalnız dağlıq hissəsində 80-ə 

qədər  üzüm  bağı  var  idi  [76].  Bununla  yanaĢı  həmin  illərdə  qəzanın  tərkibinə  daxil 

olan  ġəmĢədil  və  Qazax  distansiyalarında  da  xeyli  üzüm  bağları  var  idi.  Belə  ki, 

ġəmĢədil distansiyasında (1840-cı ilin məlumatına görə) üzüm bağlarından 4500 vedrə 

Ģərab,  680  vedrə  araq  və  800  batman  (400  pud)  bəkməz  alınmıĢdır  [77].  Qazax 

distansiyasında  isə  həmin  dövrdə  üzümlüklərdən  hər  il  46500  tunq  [78]  Ģərab,  1736 

tunq araq alınırdı [79]. Göründüyü kimi, Azərbaycanın bu üzümçülük rayonunda hələ 

XIX əsrin birinci yarısında həmin təsərrüfat sahəsilə sıx bağlı olan Ģərabçılıq da inkiĢaf 

etmiĢdi.  Artıq  XIX  əsrin  50-ci  illərində  bu  rayonda  Ģərabçılıq  təsərrüfatda  baĢlıca 

yerlərdən birini tuturdu. 

Öz dadlı-ləziz üzüm növləri ilə Naxçıvan da ta qədimdən məĢhurdur. Bu əra-

zinin təbii-coğrafı Ģəraiti üzümçülüyün inkiĢafına, baĢqa sözlə, onun daha səciyyəvi  və 

münasib  üsullarla  yetiĢdirilməsinə  səbəb  olmuĢdur.  Etnoqrafik  materiallar  göstərir  ki, 

Azərbaycanın baĢqa zonalarından fərqli olaraq, burada qıĢın sərt keçməsi ilə əlaqədar, 

tənəklər  Ģaxta  vurmasın  deyə,  qıĢda  torpağa  basdırılır  və  yaz  ağzı  üzə  çıxarılırdı. 

Tənəkləri donvurmadan qorumaq üçün tətbiq edilən bu qədim üsul Azərbaycanda ancaq 

Naxçıvan  ərazisində  yayılmıĢdır.  Bu  ərazidə  kiĢmiĢ  və  mövüc  istehsalı  üçün  daha 

əlveriĢli üzüm növləri yayılmıĢdır. Burada yetiĢən arnaqırna adlı üzüm növünün 2-3 

kiloqramından  (baĢqa  növlərin  isə  5-6  kq-dan)  1  kq  mövüc  alınır.  Bu  ərazidə  əskəri, 

xərci,  misqali,  haçabaĢ,  ağagörməz,  [80]  Xəlilli,  RiĢbaba,  xatınbarmağı,  kiĢmiĢi, 

keçiməməsi, tülkü quyruğu, Hüseyni, mərməri, bəndi, taifi, Ģəfayi, Əhmədi, arnaqırna, ağ 

qulyabi,  yalançı  qulyabi,  naxĢabi,  arazbari,  xozani,  təmbəyi,  növrəst,  Ģahani,  Yaqubi, 

Gəncə adlı qırmızı üzüm növləri yetiĢdirilirdi [81]. 

Ümumiyyətlə,  XIX  əsrin  40-cı  illərində  Bakı  qəzasında  1396,  Qubada 

2160, ġamaxıda 1252, Nuxada 2556, Lənkəranda 271, ġuĢada 2803 üzüm bağı var 

idi [82]. Beləliklə  də, bəhs  edilən dövrdə  Azərbaycanda  üzümçülük bir təsərrüfat 

sahəsi kimi geniĢlənməkdə idi. 

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda üzümçülük təsərrüfatı 

daha geniĢ miqyasda inkiĢaf etməyə baĢlayır. Bu  dövrdən baĢlayaraq Azərbaycan 



 

 

184 



qəzalarında  ayrı-ayrı  mülkədarlara  məxsus  olan  iri  üzümçülük  təsərrüfatları 

yaranıb inkiĢaf etməyə baĢlayır. BaĢqa sözlə, üzümçülükdə kapitalist münasibətləri 

geniĢlənirdi. 

Bu  dövrdə  Azərbaycanın  üzümçülük  təsərrüfatında  yerli  ənənəvi  üzüm 

növləri ilə yanaĢı, xaricdən gətirilən yeni üzüm növləri də yetiĢdirilməyə baĢlanır. 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  də  Göyçay,  ġamaxı,  Bakı, 

Yelizavetpol,  Qazax,  Cavad,  ġuĢa,  ƏrəĢ,  CavanĢir  qəzaları  Azərbaycanın  əsas 

üzümçülük  rayonları  hesab  edilirdi.  Göyçay  qəzası  üzümlüklərin  sahəsinə  görə 

Bakı  quberniyasında  birinci  yeri  tuturdu.  1873-1875-ci  illərdə  ġirvan  ərazisində 

əgər 1441 desyatin üzüm sahəsi var idisə, 12 ildən sonra bu ərazinin ancaq dövlət 

kəndlərində üzümlüklərin sahəsi 2605 desyatinə çatmıĢdı ki, bunun 520 desyatini 

ġamaxı qəzasının, 2085 desyatini isə Göyçay qəzasının payına düĢürdü [83]. 1895-

ci  ildə  ġamaxının  55  kəndində  ümumi  sahəsi  6529  desyatin,  Göyçayın  160 

kəndində isə ümumi sahəsi 8291 desyatinə qədər üzüm bağları var idi [84]. Həmin 

ildə Bakı quberniyasında 10105 desyatin üzümlükdən 374421 pud məhsul yığılmıĢ 

və 838800 vedrə Ģərab istehsal edilmiĢdi. Yelizavetpol quberniyasına məxsus olan 

38988  desyatin  üzüm  bağından  1126434  pud  məhsul  toplanmıĢdı.  Naxçıvan 

qəzasında  isə  1870-ci  il  məlumatına  görə  1454  desyatin  üzüm  bağından  335167 

pud məhsul yığılmıĢdı [85]. 

1897-ci  il  məlumatına  görə  Azərbaycan  qəzalarında  üzümçülüyün 

vəziyyəti cədvəldəki kimi olmuĢdur [86]. 

Göründüyü 

kimi,  Bakı  quberniyasında  Göyçay,  Yelizavetpol 

quberniyasında  isə  Yelizavetpol qəzası üzüm  məhsulunun istehsalına  görə  birinci 

yeri tuturdu. Üzümçülük əsasən iri kapitalist təsərrüfatının əlində cəmlənmiĢdi. 

XIX  əsrin  ortalarında  alman  kolonisti  Xristofor  Foryer  tərəfindən 

Yelizavetpol  quberniyasında  salınan  üzüm  bağları  artıq  əsrin  sonunda 

Azərbaycanda  ən  böyük  kapitalist  təsərrüfatına  çevrilmiĢdi  Foryer  qardaĢlarının 

164 desyatin üzüm bağı var idi ki, bunun 124 desyatinində yerli, 40 desyatinində 

isə xaricdən gətirilən üzüm növləri becərilirdi. Təsərrüfat hər il 70 min vedrə Ģərab 

satırdı [86]. Öz dövrü üçün hər cür texniki avadanlıq və müasir əkinçilik alətləri ilə 

təmin  edilən  həmin  təsərrüfatda  istehsal  edilən  Ģərab  nəinki  Rusiya,  hətta  xarici 

bazarlarda da Ģöhrət qazanmıĢdı. Foryer qardaĢlarının üzüm bağlarının xeyli hissəsi 

ġəmkir dəmiryol stansiyası yaxınlığındakı Qarayeri adlı ərazidə yerləĢirdi. Burada 

200 desyatin  məhsul  verən  bağ  var  idi.  Artıq,  1910-cu  ildə  bu  təsərrüfatda  üzüm 

bağlarının  sahəsi  400  desyatinə  çatdırılmıĢdı  ki,  burada  yerli  növlərlə  yanaĢı 

Sotern,  Rislinq,  Aliqote,  Tokay,  Pinoblen,  Merlo,  Bordo,  Kaberne,  Murved, 

Malben, Pinoqri, Mauzak adlı xarici üzüm sortları da yetiĢdirilirdi [88]. 

Yelizavetpol  quberniyasında  belə  təsərrüfatlar  tək  deyildi.  Sadıllı 

torpaqları  və  habelə  baĢqa  mülklər  digər  alman  kolonisti  Hummel  qardaĢlarına, 

Qaraçanax  mülkləri  knyaz  Qorçakova,  ġəmkirin  Qaraarx  adlı  mülkləri  knyaz 

S.Qolitsinə  və  ġəmkir  bəyi  Novruzova  məxsus  idi  [89].  Bu  üzümlüklər  dövrünə 




 

 

185 



görə  texnikanın  son  nailiyyətləri  ilə  təmin  edilib,  həm  də  daha  yaxĢı  üsullarla 

əkilib-becərilirdi [90]. 

Yelizavetpol  quberniyasında  üzümçülüyün  inkiĢafına  təkan  verən 

amillərdən biri də bu ərazinin dəmir yoluna yaxınlığı idi. Dəmir yolu quberniyada 

istehsal  edilən  üzüm  və  Ģərabın  satıĢı  üçün  nəinki  Cənubi  Qafqaz  və  hətta 

Rusiyanın  daxili  bazarlarına  da  yol  açdı.  Quberniyanın  dəmir  yolu  boyunca 

yerləĢmiĢ  əhalisi  üzüm  məhsullarına  tələbatın  artdığını  və  çoxlu  qazanc 

götürəcəklərini  hiss  edərək  əvvəllər  heç  bir  təsərrüfat  əhəmiyyəti  olmayan 

torpaqları becərərək üzümlüklərə çevirdilər. Beləliklə də, 16 il ərzində quberniyada 

Ģərab istehsalı (Rusiyaya göndərilən üzüm nəzərə alınmadan) 7 dəfə artmıĢdı [91]. 

Məhz  bunun  nəticəsidir  ki,  1900-cü  ildə  təkcə  Gəncə  rayonunda  üzümlüklərin 

sahəsi 3529 desyatinə çatmıĢdı ki, bu da 70-ci illərə nisbətən iki dəfə çox idi [92]. 

Bu  inkiĢaf  quberniyada  daha  sonrakı  illərdə  də  davam  etmiĢdir.  Belə  ki,  1897-ci 

ildə  quberniyada  toplanan  üzüm  1677264  puddan,  1913-cü  ildə  iki  dəfə  artaraq 

3380350 puda çatmıĢdı [93]. 

1897-ci  ildə  Naxçıvan  qəzasında  üzümlüklərin  sahəsi  520,2  desyatin, 

alınan  məhsul  isə  193365  pud,  Zaqatala  dairəsində  üzüm  bağları  767,7  desyatin, 

istehsal  olunan  məhsul  121590  puda  bərabər  olmuĢdur  [94].  1913-cü  ildə  isə 

Naxçıvan  qəzasında  üzümlüklərin  sahəsi  iki  dəfə  artaraq  1014  desyatinə, 

məhsuldarlıq  isə  405892  puda  çatmıĢdı.  Zaqatala  dairəsində  də  bu  sahədə  xeyli 

irəliləyiĢ  gözə  çarpır.  Belə  ki,  üzüm  sahəsi  1897-ci  ilə  nisbətən  çox  artmasa  da 

məhsuldarlıq xeyli çoxalaraq 265700 puda çatmıĢdı [95]. 

Beləliklə,  Azərbaycanda  1897-ci  ildə  üzüm  bağlarının  sahəsi  12789,9 

desyatin, alınan məhsul isə 4549793 pud olduğu halda, 1913-cü ildə üzümlüklərin 

sahəsi 24714 desyatin, istehsal olunan məhsul isə 5739242 puda bərabər idi [96]. 

Lakin  burada  bir  məsələni  də  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  bağlarından 

toplanan  məhsulun  heç  də  hamısı  qeydə  götürülmürdü.  Belə  ki,  həmin  məhsulun 

müəyyən hissəsi ara bazarlarında satılır, taxıl, ət və süd məhsullarına dəyiĢdirilirdi. 

Buna görə də Azərbaycanda istehsal olunan üzümün qədəri Ģübhəsiz ki, göstərilən 

bu rəqəmlərdən xeyli artıq olmuĢdur. 

Azərbaycanın üzümçülük təsərrüfatındakı bu yüksəliĢə baxmayaraq onun 

inkiĢafına  mənfi  təsir  göstərən,  ləngidən  müxtəlif  ictimai-iqtisadi  səbəblər  də 

mövcud  olmuĢdur.  Hər  Ģeydən  əvvəl,  burada  islam  dininin  təsirini  qeyd  etmək 

lazımdır. Ġslam azərbaycanlıların Ģərabçılıqla məĢğul olmasını günah hesab edirdi. 

Üzümçülüklə  məĢğul  olan  azərbaycanlı  dinin  təhriki  ilə  nəinki  spirtli  içki 

içməməli,  hətta  üzüm  məhsullarını  xristianlara  satmamalı  idi.  Bütün  bunlara 

baxmayaraq, azərbaycanlılar içərisində Ģərab çəkmək üçün xristianlara açıq Ģəkildə 

üzüm  satanlar  da  var  idi.  Əlbəttə,  belə  bir  Ģəraitdə  Azərbaycan  kəndlərində 

üzümçülüyü  geniĢ  inkiĢaf  etdirmək  çox  çətin  olurdu  [97].  BaĢqa  bir  səbəb  isə 

üzümlüklərin  əsasən  köhnə  üsullarla  əkib-becərilməsi,  daha  doğrusu,  təsərrüfatda 

aqrotexniki  tədbirlərin  tətbiq  edilməməsi  hesab  edilə  bilərdi.  Məhz  bunun 



 

 

186 



nəticəsidir  ki,  kapitalist  təsərrüfatları 

müstəsna  olmaqla,  xırda  kəndli 

təsərrüfatlarına  məxsus  olan  kiçik 

üzüm 


bağları 

tez-tez 


müxtəlif 

xəstəliklərə tutulur və məhv olurdu. 

Azərbaycanda  üzümçülüyün 

yeni  əsaslar  üzrə  inkiĢaf  etdirilməsi 

məqsədilə  müəyyən  tədbirlər  də 

görülmüĢdü. 

1898-ci 

ildə 


Yelizavetpol 

quberniyasının  əsas 

üzümçülük  rayonlarına  üç  nəfər 

mütəxəssis  təlimatçı  göndərilmiĢdi. 

Onlar yerlərdə üzümlüklərin vəziyyəti 

ilə  tanıĢ  olub,  xəstəliklərə  qarĢı 

mübarizə  tədbirləri  hazırlamalı  və 

üzümçülərə 

tənəklərin 

müalicə 


üsullarını  öyrətməli  idilər  [98]. 

Bundan  əlavə,  üzüm  bağlarına 

kimyəvi  dərman  səpmək  texnikasını 

öyrətmək  məqsədilə  Quba  qəzasında 

sınaqlar 

da 


keçirilmiĢdi 

[99]. 


Azərbaycanda  üzümçülüyün  inkiĢafı 

üçün görülən tədbirlərdən biri də XIX 

əsrin sonıında Mərdəkanda və Qubada 

açılan bağçılıq məktəbləri hesab edilə 

bilər. 

Bu 


məktəblərin 

üzüm 


bağlarında aqrotexniki tədbirlər tətbiq 

edilir  və  əhali  burada  yeni  üsullarla 

tanıĢ  olurdu.  Əlbəttə,  bütün  bunlar 

üzümçülük  təsərrüfatının  inkiĢafı 

üçün  irəliyə  doğru  atılan  müsbət 

addımlar  idi.  Lakin  bu  tədbirlər  çox 

cüzi  olmaqla  yanaĢı,  həm  də  Azərbaycanın  bütün  üzümçülük  rayonlarını  əhatə 

etmirdi.  Azərbaycanın  XX  əsrin  əvvəllərindəki  üzümçülük  təsərrüfatı  əsasən 

özünün  ənənəvi  xüsusiyyətlərini  saxlamıĢ  və  bu  zəmində  də  onu  inkiĢaf  etdirə 

bilmiĢdir. 

Azərbaycanda  üzümlüklər  müxtəlif  üsullarla  becərilmiĢdir.  Bir  qayda 

olaraq  üzüm  bağı  salınması  nəzərdə  tutulan  sahə  Ģumlanır  və  düzəldilir.  Sonra 

üzüm çubuqları əvvəldən hazırlanmıĢ çalalara basdırılırdı. 

Üzümçülükdə tənəklərin becərilməsi baxımından xalq arasında geniĢ yayılan 

və  ən  qədim  üsullardan  biri  "xiyabani"  adlanır.  Azərbaycanın  əksər  üzümçülük 



 

 

187 



rayonlarında bu üsulla becərilən üzüm tənəkləri çəkil, qarağac, dağdağan və bir sıra 

baĢqa  ağaclara  qaldırılırdı.  Belə  üzümlüklərdə  tənəklərin  budanması  və  onlara  qulluq 

etmək,  xüsusilə  məhsulun  dərilməsi  çətinlik  törədir.  Üzüm  bağlarının  salınmasında 

baĢqa  bir  üsul  tənəklərin  paya,  qamıĢlara  və  digər  dayaqlara  qaldırılmasıdır.  Xalq 

arasında  "molla  çəpəri"  adlanan  bu  üsulla  tənəkləri  becərmək  üçün  əvvəlcədən 

düzəldilmiĢ kəcik təpəciklərə qarğı sancılırdı. 

Qarğıların ucları isə birləĢdirilərək möhkəm bağlanırdı. Dayaq vəzifəsini görən 

həmin  qarğılara  tənəklər  iliĢdirilib  bərkidilirdi.  Bu  qayda  ilə  üzüm  becərmək  üçün 

Azərbaycanın bir sıra rayonlarında, hətta mədəni qamıĢ plantasiyaları da salınmıĢdı. 

Üzümlüklər "kələsər" üsulu ilə də becərilmiĢdir. Bu üsulda tənəklərin aĢağı his-

səsinə çubuqlar sancılır. Lakin Azərbaycanın bəzi zonalarında, xüsusilə AbĢeronda üzüm 

tənəkləri  sadəcə  olaraq  torpağın,  qumun  üzərinə  sərilməklə  becərilir  və  məhsul 

götürülür. 

Üzümlüklər lazım olan vaxtlarda suvarılır, dibi bellənir, alaqdan təmizlənir və 

budanırdı. Tənəklərin budanması təcrübəli üzümçülər tərəfindən aparılırdı. Budanmada 

qayçı  və  əl  miĢarından  istifadə  edilirdi.  Tənəklərin  budanması  iĢinə  onun  yarpaqları 

töküləndən sonra (payızın sonunda) baĢlanırdı. 

Tənəklərin müxtəlif ziyanvericilərdən qorunması üçün bir sıra sadə və təsirli 

tədbirlər də görülürdü. Tənəklərin gövdəsinə və yarpaqlarına bir neçə dəfə göy daĢ suyu 

səpilirdi. 

Əsrlər  boyu  üzümün  dərilməsi  və  daĢınmasında  müxtəlif  həcm  və 

quruluĢlu hörmə çubuq səbətlərdən geniĢ istifadə olunmuĢdur [100]. Azərbaycanda 

üzümdən  Ģərab  bir  neçə  üsulla  hazırlanırdı.  Çox  güman  ki,  ən  qədim  Ģərabalma 

üsullarından biri taxta və saxsı qablara əl ilə üzümü sıxmaq olmuĢdur. Lakin xalq 

arasında geniĢ yayılan üsullardan biri, iri diametrli ağac və təknə novlarda üzümün  



 

 

188 



ayaqla  əzilməsidir.  Eyni  qayda  ilə  üzümün  əzilməsində  içərisi  ovulmuĢ  iri  sal 

daĢlardan  (axurlardan)  da  geniĢ  istifadə  edildiyini  etnoqrafik  müĢahidələr  təsdiq 

edir. 

 

 



Bir  qayda  olaraq  təzə 

dərilmiĢ  üzüm  təxminən  iki-üç 

gün  qaldıqdan  sonra  ağac  nova 

və  ya  axura  tökülür.  Üzüməzən 

daĢın  uzunluğu  təxminən  1,5-2 

m-dək,  eni  70-90  sm,  dərinliyi 

35-50  sm-ə  qədər  olur.  Maili 

vəziyyətdə 

qoyulan 

həmin 


alətlərin  bir  ucundan  Ģirənin 

axması üçün dəlik açılır. ƏzilmiĢ 

üzümün  Ģirəsi  isə  axaraq  küplərə 

tökülür. 

Küpün 

içərisindəki 



Ģirəyə  bir  qədər  üzüm  cecəsi 

qatılır  və  bir  həftə  saxlanılır. 

Küpdəki  Ģirə  qıcqırma  prosesi 

nəticəsində  bir  neçə  müddətdən 

sonra Ģəraba çevrilir. Hazır Ģərab 

süzgəcdən  keçirilərək  cecədən 

ayrılır  və  yenidən  küplərə  doldurulur.  Daha  sonra  Ģərab  küpünün  ağzı  möhkəm 

bağlanır  və  hava  keçməməsi  üçün  gil  ilə  undan  düzəldilmiĢ  xəmirlə  möhkəm 

suvanır. 

Dahi Azərbaycan Ģairi Nizami Gəncəvi bu münasibətlə yazırdı: 

 

 

DaĢınır Ģərabçın dolu səbətlər,  



Axır iĢçilərin üz-gözündən tər.  

Salxımlar sıxılır bütün baĢabaĢ  

Axır Ģirələri küplərə bir baĢ [101]. 

 

Azərbaycanda  üzümdən  yalnız  Ģərab  deyil,  turĢaĢirin  (boza),  sirkə, qoraba, 



abqora,  riçal,  kiĢmiĢ  və  s.  hazırlanmıĢ  və  istifadə  edilmiĢdir.  Bu  göstərilənlərin 

içərisində  turĢaĢirin  xüsusi  yer  tutmuĢdur.  ġərabın  "günah"  hesab  edilməsilə 

əlaqədar  olaraq  xalq  spirtsiz  içkilər  hazırlamıĢdır.  Belə  içkilərdən  biri  turĢaĢirin 

olmuĢdur.  Bu  barədə  XIII  əsr  Venesiya  səyyahı  Marko  Polonun  məlumatı  daha 

qiymətlidir: Üzüm Ģirəsini azca qaynadandan sonra buxarlanma gedir, qalan maye 

Ģərab deyil,  baĢqa  cür adlanır və  Ģirin dada  malikdir. Dini qaydaya  görə  qadağan 

edilməyən  bu  mayeni  içirlər  [102].  Bu  içki  xalqın  məiĢətində  mühüm  yer 

tutmuĢdur. Səyyahın  nəql etdiyi  kimi, turĢaĢirini almaq üçün üzüm əvvəlcə əzilir 




 

 

189 



Ģirəsi qazanda bir qədər qaynadılır. Bir qayda olaraq qaynama, Ģirənin yarısı qalana 

qədər  davam  etdirilir.  Daha  sonra  hazır  məhsul  saxsı  küplərə  tökülüb  lazım  olan 

vaxta  saxlanılır.  Sarı-qırmızımtıl  rəngdə  olan  turĢaĢirin  çox  ləzzətli  içki  olub, 

vaxtilə Azərbaycanda geniĢ yayılmıĢdı. 

Azərbaycanda  üzümdən  hazırlanan  digər  spirtsiz  içki  qoraba  adlanır. 

Alınan Ģirə tiyanlarda qatılaĢana qədər qaynadılır və müvafiq qablarda saxlanılırdı. 

Qoraba  içilən  zaman  ona  bir  qədər  su  da  qatılır.  ġirin  dadı  olan  qoraba,  adətən 

yağlı  yeməklərdən  sonra  içilir.  Ləzzətli  içki  sayılan  qoraba  həm  də  insanın 

bədənində sərinlik yaradır [103]. 

YetiĢməmiĢ  üzüm  suyundan  hazırlanan  içkilərdən  biri  də  abqora  (qora 

suyu) adlanır. DərilmiĢ qora  təknənin və  ya  tabağın  içinə  tökülür və  əl  ilə sıxılıb 

suyu çıxarılır. Qora suyu ələk və ya süzgəcdən keçirilir və bundan sonra saxsı və 

ya ĢüĢə qaba doldurulur. Küp və ya baĢqa qablarda saxlanan abqora bir müddətdən 

sonra ağzı möhkəm bağlanır. Bir sıra yeməklərdə istifadə edilən abqora qırmızımtıl 

olub, turĢməzə dada malikdir. Abqora xəmir xörəklərində daha çox iĢlədilir. 

Azərbaycanda 

üzüm 

sirkəsindən  də  geniĢ  istifadə 



edilmiĢdir.  Sirkənin  alınması 

üsulu  xeyli  asan  olub,  xalq 

arasında 

geniĢ 


yayılmıĢdır. 

YetiĢmiĢ üzüm giləsi salxımı ilə 

birlikdə əzilir və iri küpə tökülüb 

bir müddət sərin yerlə saxlanılır. 

ġirənin  qıcqırması  üçün  küpün 

içinə  dəmir  parçası,  çörək, 

kömür  və  s.  atılır  ki,  bu  da 

mayenin  Ģəraba  çevrilməsinin 

qarĢısını alır. Küpün içərisindəki 

Ģirə  ara  bir  qarıĢdırılır.  Küpdə 

qıcqırma 

dayandıqda 

sirkə 

süzgəcdən 



keçirilir, 

sonra 


yetiĢmək  -  "gəlmək"  üçün  bir 

neçə 


vaxt 

günün 


altında 

saxlanılır.  Sirkə  tökülmüĢ  qabın 

ağzı  hava  keçməsin  deyə,  bərk 

bağlanır.  TurĢ  dada  malik  olan 

sirkədən 

əsasən 


xəmir 

xörəklərində istifadə edilir. 

Üzümdən  doĢab  da 

(bəkməz) 

hazırlanır. 

DoĢab 


hazırlamaq üçün yetiĢmiĢ üzümü 


 

 

190 



əzib  Ģirəsini  çıxarır,  alınmıĢ  Ģirəyə  az  miqdarda  tut  ağacının  külü  və  ya  xüsusi 

tərkibə malik sarı torpaq qatılır. Qatılan torpaq və ya kül Ģirənin tərkibini dəyiĢdirir 

və turĢuluğunu azaldır. Alınan Ģirə süzgəcdən keçirilir. ġirə maye təxminən yarısına 

qədər  qaynadılıb  qatılaĢdırılır.  DoĢab  Ģirin  dada  malik  olub,  ondan  Azərbaycan 

mətbəxində,  xüsusilə  halva  və  s.  hazırlanmasında  geniĢ  istifadə  edilir.  DoĢabdan  bəzi 

yeməklərin hazırlanmasında və xalq təbabətində də istifadə olunur. 

Üzüm riçalı biĢirmək üçün üzüm Ģirəsi qaynadılıb doĢab halına düĢdükdən sonra, 

içərisinə  yetiĢmiĢ  üzüm  gilələri  tökülür.  DoĢabla  gilənin  çəkisi  eyni  olur.  Qayna-

dıldıqda  üzüm  giləsi  biĢir  və  nisbətən  qatılaĢaraq  riçal  alınır.  Riçalla  çay  içilir  və 

yavanlıq kimi yeyilir. 

Üzümdən  alınan  məhsullardan  biri  də  kiĢmiĢdir.  KiĢmiĢin  hazırlanma 

qaydası  o  qədər  də  çətin  deyildir.  KiĢmiĢ  əsasən  tumsuz  üzüm  (kiĢmiĢi  növü) 

növlərindən  hazırlanır.  Bunun  üçün  dərilmiĢ  üzüm  salxımları  xüsusi  ayrılmıĢ  sahəyə 

(ot, küləĢ, saman və s. döĢənmiĢ sahəyə) sərilir. Salxımlar 15-20 gün açıq havada qalır, 

daha sonra qurumuĢ üzüm gilələri asanlıqla salxımlardan ayrılır. 

KiĢmiĢin yumĢaq qalması və rəng alması üçün səbətə doldurulmuĢ gilələr tiyan-

dakı qaynar (suya tut ağacı, tənək külü və ya sarı torpaq tökülür) suyun içərisinə salınır 

və iki-üç dəqiqədən sonra çıxarılıb qurudulur. Bununla da gilələr boz və ya sarı rəngə 

düĢür. Beləliklə də kiĢmiĢ alınır. 

Azərbaycanda üzümdən mürəbbə, mövüc, sucuq da hazırlanırdı. Üzümçülər hər 

üzüm  növünün  hansı  məhsul  üçün  daha  səciyyəvi  olduğunu  çox  yaxĢı  müəyyən 

edirdilər. 

Xalqımız qədim təsərrüfat sahəsindən biri olan üzümçülükdə böyük təcrübəyə 

və  empirik  biliyə  malik  olduğu  kimi  onun  məhsulundan  ləziz  yeməklər,  cürbəcür 

içkilər və çərəzlər də hazırlaya bilmiĢlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

191 



 

 

 




 

 

192 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin