TEXNĠKĠ BĠTKĠLƏR
Azərbaycanda taxılçılıq, çəltikçilik, ipəkçiliklə yanaĢı, bir sıra texniki
bitkilər də becərilmiĢdir. Lakin texniki bitkilərin becərilmə tarixi taxılçılıqla
müqayisədə o qədər də qədim deyildir. Hələlik ən qədim texniki bitkinin tarixi e.ə.
I minillikdən baĢlayır.
Heç Ģübhəsiz, texniki bitkilərin becərilməsi yüksək əkinçilik
mədəniyyətinə əsaslanırdı. Azərbaycanda əkinçilik mədəniyyətinin yüksəlməsi isə
ilk sinifli cəmiyyətdə və xüsusilə feodalizm dövrünə təsadüf edir. Əhalinin iqtisadi
həyatında texniki bitkilər əsrlər boyu taxılçılığa nisbətən ikinci dərəcəli rol
oynamıĢdır. Azərbaycanda becərilən texniki bitkilər içərisində iqtisadi cəhətdən
daha əhəmiyyətlisi pambıq, tütün, zəfəran, boyaq kökü, kətan və çətənə (kəndir)
olmuĢdur.
Dostları ilə paylaş: |