A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə12/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   8   9   10   11   12   13   14   15   ...   102
 

 

 

 

 

 

 

SUVARMA 

 

Azərbaycanda  süni  suvarma  öz  qədimliyi  və  inkiĢafına  görə  suvarma 



əkinçiliyinin  mərkəzlərindən  hesab  olunan  Yaxın  ġərq  və  Orta  Asiya  ölkələri  ilə 

bir  səviyyədə  durur.  Burada  süni  suvarma  əkinçilikdə  mühüm  rol  oynamıĢdır. 

ġərqin torpaq-iqlim Ģəraiti arxlar və su anbarlarının vasitəsilə görülən süni suvarma 

iĢini əkinçiliyin əsası etmiĢdir [147]. 

Ölkədə  suvarma  əkinçiliyinin  tarixini  hələ  Eneolit  dövründən  izləmək 

olar.  Kür-Araz  düzənliyində  isə  suvarma  əkinçiliyinin  inkiĢafı  eramızdan  əvvəlki 

minilliklərdən hesab olunur. Bunu həmin ərazidəki suvarma sistemlərinin izləri bir 

daha sübut edir. Strabonun yazdığına  görə  Albaniyanın düzənlikləri arx və qeyri-

sular  vasitəsilə  Babilistan  və  Misir  torpaqlarından  daha  yaxĢı  suvarılır.  Beləliklə 

də, həmiĢə yamyaĢıl bir görkəmə malikdir. Bunun nəticəsində isə otlaq yerlərinin 

sayı-hesabı  yoxdur  [148].  Kürün  sağ  sahili  ərazisində  isə  suvarma  əkinçiliyinin 

mövcudluğu e.ə. I minilliyə aid edilir [149]. 

Azərbaycanın  düzənlik  ərazisində  suvarma  mənbəyi  kimi  çaylar  mühüm 

əhəmiyyət  kəsb  etmiĢdirsə,  dağətəyi  ərazidə  həm  çaylar,  həm  də  bulaqlar  və 

kəhrizlər suvarma əkinçiliyinin inkiĢafında əsas rol oynamıĢdır. 

Naxçıvan ərazisində diyarın qədim və məĢhur suvarma kanalı olan və öz 

baĢlanğıcını Arpa çayından götürən Fərhad arxının suyu ilə vaxtilə böyük bir ərazi 

məhsuldar və yararlı torpaqlara çevrilmiĢdir. 

Ġsti  iqlimə  malik  olan  Azərbaycanda  süni  suvarma,  demək  olar  ki,  cüt 

əkinçiliyilə eyni dövrdə meydana gəlmiĢ və bərabər inkiĢaf edərək geniĢlənmiĢdir. 

Süni  suvarmanın  zəruriliyini  ölkənin  təbiəti,  torpaq-iqlim  Ģəraiti  də  tələb  edirdi. 

Ümumiyyətlə, suvarmasız Azərbaycanda inkiĢaf etmiĢ əkinçilikdən danıĢmaq belə 




 

 

133 



olmaz.  Əks  halda  Azərbaycanın  quraqlıq,  xüsusilə  düzənlik  yerlərində  kənd 

təsərrüfatı bitkiləri yetiĢə və məhsul verə bilməzdi [150]. 

Qədim  yazılı  abidələrdən  olan  "Avesta"da  da  ġərq  ölkələrində  suyun  və 

suvarmanın əvəzedilməz əhəmiyyətindən bəhs edilərək deyilirdi: su olmayan yerdə 

nə həyat var, nə də məhsul ola bilər [151]. 

Ölkədə  yüzə  qədər  yaĢayıĢ  məskəninin  suvarma  ilə  əlaqədar  olaraq  ad 

daĢıması əhalinin iqtisadi həyatında suvarmanın nə dərəcədə mühüm rol oynadığını 

göstərmirmi?  Belə  kənd  adlarından  Hindarx,  Kəhrizli,  DaĢarx,  Dəhnə,  Kotanarx, 

Əmirarx və s. göstərmək olar. 

Ġri və kiçik çayların sahillərində məskunlaĢan yerli əhali suvarmanın üsul 

və  qaydalarını  daha  yaxĢı  bilməklə,  suvarılan  əkinlərin  becərilməsində  zəngin 

biliyə  malik  olmuĢ  və  onu  daha  da  inkiĢaf  etdirə  bilmiĢlər.  Beləliklə, 

mütəxəssislərin  "süni  suvarma  da,  demək  olar  ki,  əkinçilik  qədər  qədimdir"  fikri 

Azərbaycanın etnoqrafik materialları ilə də təsdiq olunur. 

Kür və Araz çaylarından çəkilmiĢ ana arxlar sahil ərazinin torpaqlarının əkinçilik 

üçün  yararlı  hala  salınmasında  mühüm  rol  oynamıĢdır.  Bundan  əlavə,  suvarma  arxları 

əkinçilikdə  məhsuldarlığın  artmasına  və  əkin  sahələrinin  geniĢlənməsinə  kömək 

etmiĢdir.  Beləliklə  də,  sututar  geniĢ  ərazidə  əkinçi  əhalinin  məskunlaĢmasına  əlveriĢli 

imkan və Ģərait yaranmıĢdır. Maraqlıdır ki, qədim suvarma arx və kanallarının qalıqlarına 

hazırda  Muğanın  suvarılan  ərazisində  rast  gəlmək  olar.  Hətta  həmin  qədim  kanalların 

bəziləri bərpa iĢləri aparıldıqdan sonra indinin özündə belə istifadə edilməkdədir. Muğanda, 

ümumiyyətlə,  iyirmi  doqquz  kanalın,  o  cümlədən  Muğanın  yalnız  Ģimalında  isə  doqquz 

kanalın yeri qalmaqdadır. Qədim suvarma arxlarından birinin yatağı Muğanın cənubundan, 

Qaradonlu ilə Biləsuvar arasından keçir [152]. 

BaĢlanğıcını Araz çayından götürmüĢ bir-birinə paralel olan üç böyük suvarma 

kanalı Mil düzünün torpaqlarının suvarılması üçün əsas rol oynamıĢdır. Bu kanallardan ən 

uzunu  təxminən  80  verstə  yaxın  olan  Hacı  Hüseyn  arxı  idi.  Ġkincisi,  ərazinin  nisbətən 

yuxarı hissəsini əhatə edən və uzunluğu 70 verstdən çox olan Govurarx idi. Üçüncüsü isə 

QaĢqay arxı idi ki, bunun da uzunluğu 60 verstə çatırdı [153]. Qeyd etmək lazımdır ki, son 

illərdə Mil düzündə aparılmıĢ arxeoloji tədqiqatlar  nəticəsində müəyyən olunmuĢdur ki, 

baĢlanğıcını Araz çayından götürən Govurarx eramızın II əsrindən sonra çəkilmiĢdir [154]. 

Arxeoloji  materiallar  və  yazılı  mənbələrə  görə  müəyyən  olunmuĢdur  ki,  V-VI  əsrlər 

Azərbaycan  tarixində  iri  müdafiə  qala  divarlarının  tikilməsi  və  möhkəmləndirilməsi, 

Ģəhərlərdə  müdafiə  divarlarının  yaradılması  və  həmçinin  də  suvarma  kanallarının 

çəkilməsilə fərqlənmiĢdir [155]. 

ġirvan düzənliyi Kür çayından çəkilmiĢ ana arxlar vasitəsilə suvarılırdı. Burada 

Xanarxın,  Govurarxın,  Qumlavar  və  baĢqa  kanalların  və  həm  də  qədim  süni  göllərin 

izləri qalmıĢdır [156]. 

Mil, Muğan, ġirvan, Qarabağ düzənlikləri və baĢqa yerlər qədimdən çəkilmiĢ 

bir çox süni suvarma kanalı və arxların, kəhriz və bulaqların, həmçinin də süni göllərin 

sayəsində məhsuldar torpaqlara çevrilərək Ģöhrət qazanmıĢdır. 



 

 

134 



Azərbaycan  daha  sonrakı  dövrlərdə  də  öz  əkinçilik  mədəniyyətinə  və  kənd 

təsərrüfatı bitkilərinin zənginliyinə, həm də suvarma Ģəbəkələrinin geniĢliyinə görə Ģöhrət 

qazanmıĢdır.  Kür-Araz  düzənliyi  və  indiki  Lənkəran  bölgəsinin  əhatə  etdiyi  ərazinin 

böyük  bir  hissəsi  məhsuldar  torpaqlar  kimi  tanınırdı.  Kür  və  Araz  çaylarının  suyu  ilə 

suvarılması mümkün olan ərazidə çoxlu pambıq yetiĢdirilir və burada bol arpa becərilirdi 

[157]. 


Ölkənin düzənlik rayonlarında suvarma iĢi orta əsrlərdə də xeyli inkiĢaf etmiĢdi 

[158].  Azərbaycanın  feodal  torpaq  sahibləri  suvarma  Ģəbəkəsindən,  yəni  arx,  kanal  və 

kəhrizlərdən  xeyli  gəlir  götürdükləri  üçün  onların  təmiri  və  yararlı  halda  olması  ilə 

maraqlanırdılar. XVIII əsrin ikinci yarısında Mil düzündə vaxtilə dağılaraq sıradan çıxmıĢ 

iri arxların bərpasına təĢəbbüs edilərək Kürək, Sarı, Gəmiçi, Ayaz, QaĢqay və  Xan arxları 

qaydaya sahnmıĢdır [159]. 

Azərbaycanın  Rusiyaya  birləĢdirilməsindən  sonra  Mil  və  Muğanın 

düzənlik torpaqları çar Rusiyasının diqqətini cəlb etməyə bilməzdi. Bu torpaqların 

məhsuldarlığı  və  əlveriĢli  iqlimi  pambıqçılığın  inkiĢafına  imkan  yaradırdı.  Bu 

ərazidə böyük pambıqçılıq bazası yaratmaq lazım gəlirdi. Çar hökuməti hələ XIX 

əsrin  ortalarından  Muğan-Salyan  düzənliyinin  suvarılması  haqqında  dövlət 

tədbirləri görməyə baĢladı. Belə ki, Cənubi Qafqazın Ģərqinin, o cümlədən Muğan-

Salyan düzənliyinin suvarılması üçün ümumi plan tərtib edildi. Lakin həmin layihə 

uzun  müddət  həyata  keçirilməyərək  qaldı.  Azərbaycanda  pambıqçılığı 

geniĢləndirmək  məqsədilə  XX  əsrin  əvvəllərində  burada  suvarma  kanallarının 

çəkilməsi  zəruriliyi  yenidən  qarĢıya  qoyuldu.  Nəhayət,  1900-cü  ildə  Muğanda 

suvarma sistemi tikintisinə baĢlanılır və bir il sonra Sancallar kanalı, 1902-1908-ci 

illərdə  isə  AĢağı  və  Yuxarı  Qolitsin  kanalları  çəkilir.  Daha  sonrakı  illərdə  AĢağı 

Muğan,  Yuxarı  Muğan  kanalları  iĢə  düĢür.  Beləliklə  də  1901-1917-ci  illərdə 

Muğanda dörd suvarma Ģəbəkəsi tikilir ki, bununla da ümumi magistral kanalların 

uzunluğu  210  km-ə  çatır  və  170  min  hektara  qədər  sahəni  suvarmağa  imkan 

yaranır. Bütün bu tədbirlər Muğanın suvarma problemini həll edə bilmədi. Belə ki, 

burada yenə də on minlərlə hektar torpağın suvarmaya ehtiyacı olduğu kimi qalırdı. 

Çar  hökuməti  yalnız  Muğan  düzünü  deyil,  həmin  illərdə  Mil  və  ġirvan 

düzlərinin  də  suvarma  problemini  həll  etmək  üçün  bu  torpaqlarda  da  suvarma 

kanallarının  çəkilməsi  məsələsini  irəli  sürdü.  Bu  məqsədlə  bir  neçə  layihə 

hazırlandısa da, bu layihələrdən heç biri həyata keçirilə bilmədi. 

XX  əsrin  əvvəllərində  ölkədə  kənd  təsərrüfatının  inkiĢafı  problemi 

suvarmanın  zəruriliyinə  olan  ehtiyacı  daha  da  artırırdı.  Bu  dövrdə  Azərbaycanın 

kənd  təsərrüfatındakı  geriliyin  əsas  səbəblərindən  biri  də  suvarma  üçün  suyun 

çatıĢmaması idi.  Həmin dövrlərdə  isə  Azərbaycan  kəndliləri "Su olsa  hər  Ģey öz-

özünə  düzələr"  [160]  deyirdilər.  Heç  Ģübhəsiz  ki,  suyun  olması  ilə  hər  Ģey 

düzəlməzdi.  Lakin  kəndlilər  çox  düzgün  olaraq  suvarma  suyunu  əkinçiliyin  əsası 

hesab edirdilər. 

Qədimdən  suvarma  əkinçiliyinin  inkiĢafı  üçün  daha  əlveriĢli  Ģərait  olan 



 

 

135 



torpaqlar  Azərbaycanın  dağətəyi  ərazisi  hesab  olunur  [161].  Bu  ərazidə  isə  əsas 

suvarma mənbəyi çaylar, bulaqlar və kəhrizlər olmuĢdur. 

Azərbaycanın  dağlıq  rayonlarında  az  da  olsa  əhali  əkinçiliklə  məĢğul 

olmuĢdur. Lakin burada əkinlər əsrlər boyu dəmyə becərilmiĢdir, daha doğrusu, bu 

ərazi üçün dəmyə əkinçilik - "dəmistan" daha xarakterik olmuĢdur. 

Ölkənin  dağətəyi  və  düzənlik  ərazisində  əkinçiliyin  inkiĢafında  kəhriz 

suvarma  sistemi  az  rol  oynamamıĢdır.  Naxçıvan  vilayətində,  Qarabağ  ərazisində, 

Gəncə-Qazax bölgəsində, AbĢeron torpaqlarında, hətta Lənkəran bölgəsinin dağlıq 

ərazisi hesab olunan indiki  Lerik rayonunda  qədim  kəhrizlərin qalıqları və  yaxud 

hazırda  istifadə  edilməkdə  olan  kəhrizlər  mövcuddur  [162].  Bu  suvarma  sistemi 

indinin  özündə  belə  demək  olar  ki,  öz  təsərrüfat  əhəmiyyətini  müəyyən  qədər  də 

olsa  saxlamıĢdır. Azərbaycanda  yerli əhalinin hələ e.ə.  I əsrdə kəhriz suvarma siste-

mindən istifadə etdiyi qeyd edilir [163]. 

ġəmkirçay ətrafında tarixən I—III əsrlərə aid olan kəhriz aĢkar edilmiĢdir [164]. 

Gəncə  ərazisində  taxıl  əkinləri  və  bağların  suvarılmasında  Gəncə  çayından,  habelə 

kəhriz sularından istifadə edilmiĢdir [165]. 

Orta əsrlərdə də Azərbaycan əkinçiliyində kəhriz suvarma sistemi mühüm rol 

oynamıĢdır. Həmin dövrdə Ģəhər əhalisinin su ilə təchizində xüsusilə Gəncə, Naxçıvan, 

ġəmkir,  Ordubad  və  baĢqa  orta  əsr  Ģəhərlərinin  içməli  suya  olan  tələbatının 

ödənilməsində  kəhriz  Ģəbəkəsinin  böyük  əhəmiyyəti  olmuĢdur.  Azərbaycan  isə 

Cənubi Qafqazda kəhriz suvarma sisteminin vətəni hesab olunur. 

Kəhrizlər xüsusi Ģəxslərə və ayrı-ayrı icmalara məxsus olardı. Bununla əlaqə-

dar olaraq, onun suyundan ya icmalıqla istifadə edilirdi, ya da kəhriz sahibləri müəyyən 

qeyd-Ģərtlərlə öz kəhrizlərindən su aparmağa icazə verirdilər. 

Əsas suvarma mənbəyi kimi, kənd təsərrüfatında Kür və Araz çaylarından isti-

fadə edilirdi. Bundan əlavə, əkinlər və bağlar yerli suvarma əhəmiyyətinə malik olan çay 

və bulaqlardan, yeraltı sulardan (qara sular) və baĢqa suvarma  mənbələrindən  istifadə 

edilməklə  suvarılırdı. Ölkədə suvarma  mənbəyi  kimi,  mindən  yuxarı irili-xırdalı  çay 

Ģəbəkəsindən istifadə edilmiĢdir. 

ġimal-Ģərqi  Azərbaycanda  əkinlər  əsasən  Samur  çayı,  Qaraçay,  Ağçay, 

Qusarçay, Qudyalçay, Vəlvələçay, Caqacuqçay və baĢqa xırda çay suları, həmçinin çoxlu 

bulaqlar və baĢqa suvarma mənbələri vasitəsilə suvarılırdı. 

Lənkəran bölgəsində (keçmiĢ  Lənkəran qəzasında) suvarma  mənbəyi  kimi, 

əsasən  Astaraçay,  Lənkərançay,  ViləĢçay  və  bir  sıra  xırda  çay,  istil  və  bulaqlardan 

istifadə edilmiĢdir. 

ġəki-Zaqatala bölgəsinin əkinləri Künkütçay, Quzeyçay, KiĢçay, ġinçay və 

baĢqa xırda çay Ģəbəkəsi, bulaqlar və s. ilə suvarılırdı. 

ġirvan əkinçiləri suvarma üçün Türyançay, Göyçay, Dəvəbatançay, Girdiman-

çaydan və habelə bulaq sularından istifadə edirdilər. 

Qazax və Gəncəbasarda əkinlər ġəmkirçay, QoĢqarçay, Gəncəçay, Ġncəçay, 

Ağstafaçay, Həsənsuçay, Axıncaçay və baĢqa çayların suyu ilə suvarılırdı. Bu bölgədə 



 

 

136 



həmçinin kəhrizlər də suvarmada mühüm rol oynayırdı. 

Qarabağ ərazisində əkinlər Tərtərçay, Qarqarçay, Quruçay və onların qolları 

ilə, bundan əlavə, kəhriz və bulaqlar vasitəsilə də suvarılırdı. 

Naxçıvan ərazisində əkinlər və bağlar Arpaçay, Əlincəçay, Naxçıvançay, Ordu-

badçay,  Gilançay  və  baĢqa  çayların  suyu  ilə,  həmçinin  də  kəhriz  və  göl  suları  ilə 

suvarılırdı. 

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Kür  və  AkuĢa  (Kürün  qolu) 

çaylarından çarxla (taxta çarx) su çıxarılaraq (qaldırılaraq) əkinlərə verilirdi. 

XX əsrin əvvəllərində təkcə Kür çayı üzərində 850-dən çox suqaldıran çarx  

iĢləyirdi. AkuĢa çayında isə çarxların sayı 600-ə qədər idi [166]. Yeri gəlmiĢkən qeyd 

etmək  lazımdır  ki,  həyətyanı  sahələri  suvarmaq  üçün  buna  oxĢar  çarxlar  vasitəsilə 

quyulardan da su çıxarılırdı. Lakin belə çarxlarla quyulardan su çıxarmaq üçün ona heyvan 

qoĢulurdu. 

Azərbaycanda pambıqçılığın getdikcə geniĢləndirilməsi suvarma suyuna olan 

tələbatı daha da artırırdı. 1900-cü ildən etibarən Kür və AkuĢa çaylarının sahillərində 

mühərriklə iĢləyən suqaldırıcı qurğular iĢə salınır [167]. Artıq, 1910-1915-ci illərdə Kür 

çayı üzərində suqaldırıcı belə qurğuların sayı yüzə çatırdı [168]. 

Suvarma mənbə və vasitəsi kimi, istillərdən də istifadə edilmiĢdir. Demək la-

zımdır  ki,  istillər  ancaq  Lənkəran  bölgəsində  mövcud  olmuĢ  və  bunlarla  çəltik  əkinləri 

suvarılmıĢdır [169]. 

Azərbaycanın təbiəti, torpaq-iqlim Ģəraiti və becərilən bitkilərin çoxnövlüyü 

öz növbəsində suvarma sistem və üsullarının müxtəlifliyinə də səbəb olmuĢdur. 

XIX əsrdə və XX əsrin əvvəllərində əsas suvarma mənbəyi kimi, yenə də çay- 

lardan,  bulaqlardan,  kəhrizlərdən,  göl  və  nohurlardan,  quyulardan,  su  anbarları  və 

istillərdən istifadə olunmuĢdur. 

Azərbaycanın suvarmaya əsaslanan əkinçilik təsərrüfatı əsasən iri və kiçik çay-

lardan götürülən kanal  və ana arxlar vasitəsilə  suvarılmıĢdır. Bu  məqsədlə də çaylardan 

kanal və ana arxlar ayrılır, həmin ana arxlardan isə ayrı-ayrı kəndlərin əkinlərini suvarmaq 

üçün  iri  və  ya  kiçik  qol  arxlar  çəkilirdi.  Arxlar  xüsusi  Ģəxslər,  daha  varlı  kəndlilər 

tərəfindən çəkilirdi. Həmin arxlar onu çəkdirən sahibinin adı ilə tanınırdı. Beləliklə  də 

çaylardan ayrılan ana arxlar hansı kəndin əkin sahəsini su ilə təmin edirdisə, adətən, 

onlara  (arxlara)  həmin  kəndin  adı  verilirdi,  yaxud  ana  arxın  çəkiliĢi ilə əlaqədar olan 

hadisə  və  oxĢarlıqla  əlaqədar  adlandırılırdı.  Qarqarçaydan  götürülən  ana  arx  Mahrızlı 

kəndinin əkinlərini suvardığına görə bu arx Mahrızlı arxı adlanırdı. Həmçinin də Vəlvələ və 

ġabran  çaylarından  götürülən  ana  arxlar  həmin  sudan  istifadə  edən  kəndlərin  adı  ilə 

Söhbətli arxı, Boyad arxı, Sarxan arxı kimi tanınırdı. 

Ayrı-ayrı çaylardan götürülən ana arxlar öz tutumuna görə fərqlənirdilər. Ana 

arx  çəkilərkən  onun  neçə  kəndə  və  nə  qədər  əkin  sahəsinə  su  verəcəyi  müəyyən-

ləĢdirilirdi. 

Adətən ana arxların uzunluğu su aparılacaq kənd və ya kəndlərin çaydan hansı 

məsafədə yerləĢməsindən asılı olurdu. Bəzən ana arxların uzunluğu 30 - 40 km və daha 



 

 

137 



çox  olurdu.  Ana  arxlar  əsasən  bir  kəndin  əkinlərini  suvarma  suyu  ilə  təmin  edirdi. 

Lakin bəzi hallarda onun  suyundan bir  neçə  kəndin camaatı da istifadə edirdi.  Belə  ki, 

Tərtərçaydan  götürülən  Lənbəran  ana  arxı  ilə  Qaraqoyunlu,  Ağalı,  Qaradəmirçi, 

Mehdili və Lənbəran kəndlərinin əkinləri suvarılırdı. 

XX əsrin əvvəllərində Azərbaycanda çaylardan çəkilən ana arxların ümumi sayı 

1200-dən  yuxarı  olmuĢdur  [170].  Suvarma  üçün  suyun  götürülməsi  mümkün  olan 

çaylardan demək olar ki, ana arxlar çəkilmiĢdir. 

Ana arxların çəkilməsi, yaxud bənd və dəhnələrin tikilməsində (basılması) 

sudan  istifadə  edəcək  bütün  kənd  camaatı,  bəzən  də  qonĢu  kəndlərin  camaatı  iĢtirak 

edirdi.  Adətə  görə  bu  iĢdən  boyun  qaçırmaq  el  arasında  qəbahət  sayılırdı.  Axı  on 

kilometrlərlə uzunluğunda olan ana arxların qazılması - çəkilməsi sürətli və coĢqun axan 

sulu  çaylarda  bənd  tikib,  dəhnə  basmaq,  bununla  da  suyun  səviyyəsini  qaldırıb,  onu 

ram edib ana arxlara yönəltmək bir o qədər asan iĢ prosesi deyildi. Ona görə də bu iĢ 

həmiĢə birgə görülmüĢdür. BaĢqa cür mümkün də deyildi. K.Marksın göstərdiyi kimi 

"...müəyyən əmək proseslərində... bataqlıqları qurutmaq, su bəndləri çəkmək, suvarma 

iĢlərində, kanal qazılmasında və sair iĢlərdə kooperasiya lazımdır" [171]. 

Adətən  ana  arxların  çəkilməsi,  təmiri,  bənd  və  dəhnələrin  tikilməsi  bir 

qayda olaraq erkən yazda görülərdi. Bunun üçün mirab və ya cuvarlar kəndin ağsaq-

qalına,  kənd  camaatına  xəbər  verərdi  ki,  "filan  gün  ana  arxları  və  ya  qol  arxları  tə-

mizləmək və yaxud təmir etmək lazımdır". Kənd camaatı müəyyən olunmuĢ gün iĢə 




 

 

138 



baĢlardı. Daha doğrusu, həmin gün hər evdən bir nəfər (bir bel) çıxardı. Qaydaya görə 

(əgər  ana  arxdan  bir  neçə  kənd  istifadə  edirdisə)  hər  bir  kəndin  camaatı  öz  ərazisini 

təmir edərdi. Beləliklə dəhnədən tutmuĢ bütün ana arx boyu hər kənd öz payını təmir 

edər və ya təmizləyərək qaydaya salardı. Qol arxlar isə hansı əkin sahəsinə gedirdisə, 

həmin  əkin  sahibləri  tərəfindən  təmir  edilərdi.  Bu  iĢdə  əmək  aləti  kimi  bel,  balta, 

külüng  və  yabadan,  nəqliyyat  vasitəsi  kimi  at,  ulaq,  araba,  furqon  və  s.  istifadə 

edilərdi. 

Suvarma əkinçiliyində ən geniĢ yayılan əsas əmək aləti bel olmuĢdur. Bel öz 

formasına görə sadə olmaqla, suvarmada, arx çəkiliĢində, bənd bağlamaq, yer belləmək 

və s. iĢlərdə istifadə edilirdi. Beli yerli ustalar hazırlayırdı. Bel küp (buna tiyə və dəmir 

də deyilir) təpcək və ağac sapdan ibarətdir. Bu alətə "su beli, həmçinin təpcəkli bel" də 

deyilir. Ayrı-ayrı bölgələrdə iĢlədilən bellərdə öz forma və oxĢarlıqlarına görə azacıq 

fərqlər olmuĢsa da, bu alətlə eyni iĢ görülmüĢdür. 

Naxçıvanda  bostan  və  tərəvəz  bitkiləri  üçün  lək  kəsmək  və  arx  çəkməkdə 

kərdivardan-mərküzdən də istifadə edilmiĢdir. Kərdivar 60-70 sm uzunluğunda, 20-25 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin