sm, diametri isə 12-15 sm-ə qədərdir. Əyribaza keçirilən qılınc gavahından
təxminən 3-4 sm qabaqda olur. Torpağı doğrayıb gavahın üçün "pay" ayıran
qılıncın uzunluğu 50-60 sm, eni 4-5 sm-dir. Əyribazla əlaqəli hissələrdən biri də
topaldır. Topalın, yəni kotanın oturacağının uzunluğu 1-1 m 20 sm, diametri 10-12
sm olub, dəndə ağacından hazırlanır. Topalın gavahın keçən "baĢ" hissəsi bir qədər
çərtilmiĢ olur, onun arxasında təxminən 10 sm uzunluğunda ayaq qoymaq üçün
olan hissə daban adlanır. Topalı və əyribazı bir-birinə möhkəmlətmək üçün daraq
adlanan ağac hissə olur. Onun hündürlüyü 70-80 sm-ə qədərdir. Darağın bir ucu
topalı deĢərək oraya, digər ucu isə əyribaza keçirilib çüylə bərkidilir. Topala
bərkidilən ağac dəstənin ortasına əyribazın qurtaracağı keçirilir. Bu hissədə Ģumu
77
dayaz və ya dərin götürmək üçün paralar (pazlar) vardır. Alt para vurulduqda
əyribaz aĢağı əyilir və Ģum dərin götürülür. Üst para vurulduqda isə əksinə,
əyribaz yuxarı qalxır və Ģum dayaz olur. Dəstənin uzunluğu təxminən 90 sm,
diametri isə 8-10 sm-dir. Kotanın taxtasının uzunluğu 1 m, eni 50-60 sm, qalınlığı
isə 4-5 sm-ə qədərdir. Taxta torpağı çevirir və xırdalayır. KəsilmiĢ torpağı əsasən
qaldırmaq üçün taxtanın ortası nisbətən çökək olur. Taxtanın qabaq hissəsi
əyribazla topala gəz edilərək pərçimlənir. Topalın təxminən ortasında taxtaya
"zamın" adlanan ağac bərkidilir. Zamının uzunluğu 8-20 sm, diametri 3-4 sm-dir.
Onun vəzifəsi taxtanı topal və əyribazdan nisbətən aralı, həm də möhkəm
saxlamaqdır. Taxtanın arxasında, üst hissəsinin qurtaracağında sağ əl ilə tutmaq
üçün dəstə düzəldilir. Taxta ilə dəstənin arasında möhkəmlik yaratmaqdan ötrü
kəndir burqaclanır. ġum zamanı qılıncı, taxta və gavahını üçün "haçakösöv"dən və
Ģətəldən istifadə edilir. Əyribazla ox qayıĢ vasitəsi ilə bir-birinə bağlanır.
Qara kotan ikitəkərli olur. Təkərlərdən biri (xam hissədəki) "kiçik",
"qıraq" təkər, digəri isə Ģum tərəfdəki iri "ləkər" təkəri adlanır. Hər iki təkər Ģinsiz
78
olur. Kiçik təkərin diametri 35-40 sm, böyük təkərinki isə 50-55 sm olur. Bu fərq
təxminən Ģumun dərinlik ölçüsü ilə uyğun gəlir. Yeri gəlmiĢkən qeyd etmək lazım-
dır ki, sahə ilk dəfə Ģum edilən zaman kiçik təkər oxdan çıxarılır ki, Ģumu dərin
götürmək mümkün olsun. Hər iki üzə bir baĢ (hov) gedildikdən, yəni Ģırım açıldıq-
dan sonra kiçik təkər yenidən oxa keçirilir. Bu baĢlanğıc - Ģırım "qarabas" adlanır.
Təkərlərə keçən oxun uzunluğu 1 m 80 sm, diametri 15-10 sm olub, möhkəm və
davamlı ağacdan hazırlanır. Qarakotanın oxu ilə dib kəllərin boyunduruğunu bir-
ləĢdirən hissəyə qır deyilir. Qır oxa ləkər təkərinə yaxın yerdən keçirilir. Qırın
uzunluğu 2 m 20 sm-dir. Onun oxa keçirilən hissəsinin altında qayıĢ keçirmək üçün
güctopalına bərkidilir. ġum zamanı gavahın üçün payın (torpağın) enli və dar veril-
məsi qır vasitəsi tarazlaĢdırılır. Bu məqsədlə də qırın oxa keçən hissəsinin sağ və
sol tərəfinə xüsusi paralar (pazlar) vurulur. Torpağı enli götürmək lazım gəldikdə
paranın soldan, dar götürdükdə isə sağdan vurulması tələb olunur. Bəzən qır vasitə-
silə tarazlaĢma alınmadıqda onu "kolbasan"la da əvəz etmək mümkündür. Kolba-
sanın bir ucu qıra keçirilərək çüy vasitəsi ilə bərkidilir, digər ucu isə sadəcə olaraq
oxa keçirilir və lazım gəldikdə onu sərbəst olaraq irəli və geriyə çəkmək mümkün
olur. Torpağı enli götürdükdə onu boĢaltmaq, dar götürdükdə isə əksinə, daraldıb
xüsusi para ilə (pazla) oxa bərkitmək lazımdır. Torpaq yumĢaq olduqda Ģum üçün
sahə enli, bərk olduqda isə dar götürülür. Kolbasan həm də kotanın qabağına gələn
çör-çöpü və kol-kosu basıb aĢağı yatırdır, məhz buna görə də ona kolbasan adı
verilmiĢdir.
Qırın altında "əjdaha" adlanan hissəsinin bir ucu xüsusi ağacla qır və
kolbasana, digər ucu isə boyunduruqlara əlavə olunan çatala bərkidilir. Çatal
xıĢlarda olan qayıĢ və zənciri əvəz edir. Göründüyü kimi, "əjdaha" gücü təkcə dib
kəllərə deyil, həm də qabaqkı boyunlara eyni dərəcədə paylayır. Qara kotana,
adətən, dörd boyun kəl qoĢulur. Lakin yerin quruluĢu və torpağın xüsusiyyəti ilə
əlaqədar olaraq, ona bəzən 6-8 və daha çox boyun öküz və ya kəl qoĢulurdu.
Kotana qoĢulan birinci boyun dib, ikinci boyun çərkov, üçüncü boyun minik,
sonuncu isə uc adlanırdı. Uca əlavə olaraq ağacdan düzəldilmiĢ kötük bağlanır.
Ucdakı kötük (toppuz) boyunlara ağırlıq salmaqla bərabər, həm də kotandakı ağac
və dəmir hissələri çıxartmaq və taxmaqda, paraların vurulmasında da istifadə
edilirdi. Adətən, kotanı idarə etmək üçün 2 çubuqçu (hodaqçı, bir nəfər isə
məcgəlçi (rəncbər) iĢtirak edir. Bəzən onların sayı kotana qoĢulan kəl və ya
öküzlərin cütündən asılı olurdu.
Cənubi Qafqazda VIII-IX əsrlərdən məlum olan qara kotan əkinçilik
alətlərinin inkiĢafı baxımından ən təkmilləĢmiĢ Ģum aləti hesab olmaqla, XIX əsr
və XX əsrin əvvəllərində Azərbaycanda geniĢ yayılaraq, xalqımızın əsrlər boyu
yüksək əkinçilik mədəniyyətinə malik olmasını sübut etmiĢdir [39].
Xeyli qoĢqu və iĢçi qüvvəsi tələb edən qara kotanı əksər hallarda ayrı-ayrı
kəndli təsərrüfatının təklikdə istifadə etməyə imkanı olmurdu. Lakin ayrı-ayrı
kəndlərdə, az da olsa, daha varlı kəndlilərin ayrıca qara kotanı olardı, belə imkanlı
79
Ģəxslərə isə "hampa" deyilirdi.
Əkinçiliklə məĢğul olan bölgələrdə, daha doğrusu, qara kotandan istifadə
edilən yerlərdə çox zaman onu iĢlətmək üçün qara kotanın ətrafında Ģərik və
ortalıqlar - birləĢmələr yaranırdı. Qara kotan ətrafındakı belə birləĢmələr,
Azərbaycan rayonlarında "avaca", "həmgəl, "mödgəm" [40], "Ģəriklik" və s.
adlandırılmıĢdır.
Bu birləĢmələr qoĢulan heyvanların sayına, kotanın ayrı-ayrı hissələrinə
və baĢqa səbəblərə görə yaradılırdı. Burada heç bir qoĢqu qüvvəsi və iĢ aləti
olmayan kəndlilər də iĢtirak edə bilir, hodaqçı - çubuqçu, məcgəlçi və s. kimi
iĢləyirdilər. ġumlanacaq sahə və ya kotanın iĢlək günü Ģərikin birləĢməyə qoyduğu
vəsaitlə müəyyənləĢdirilirdi. Kotana kim daha çox heyvan qoĢubsa, deməli, həmin
Ģəxs üçün daha artıq sahə Ģumlanırdı. Və ya kotanın sahibi baĢqa Ģəriklərə nisbətən daha
çox sahə Ģumlamaq hüququna malik idi.
BirləĢmədə iĢtirak edən kəndlilər ya öz əkin sahələrini Ģumlamaqla birləĢməni
baĢa çatdırır, ya da onu məhsul bölgüsünə qədər davam etdirirdilər [41]. Daha doğrusu,
onlar sərbəst olaraq istədikləri vaxt belə birləĢmələrdən çıxa da bilərdilər. Əkinçilər
arasında belə birləĢmələr xıĢın iĢlədilməsi zamanı da təĢkil edilərdi. Atalar sözündəki
"öküz öldü, ortaq ayrıldı" kəlamı da, Ģübhəsiz ki, əkinçilər arasında olan bu
birləĢmələrlə əlaqədardır. Lakin əksər hallarda bu birləĢmələr varlı kəndlilərin əlində
yoxsul kəndlilərin - Ģəriklərin əməyini istismar etmək üçün bir vasitəyə çevrildi.
Azərbaycan əkinçisi torpağın Ģumlanmasına xüsusi əhəmiyyət verirdi. Torpağın
xüsusiyyətindən, Ģumlama vaxtından və becəriləcək bitkinin növündən asılı olaraq o, bir
və ya bir neçə dəfə Ģumlanırdı. Torpağın ilk Ģumlanmasına "Ģum", ikinci Ģumlanmaya
"pərĢum", "düĢum", "ikiləmə", üçüncü Ģumlanmaya isə "seĢum" deyilirdi.
Əkinçilərimiz torpağın keyfiyyətli Ģumlanmasına məhsuldarlıq üçün bir Ģərt kimi
baxırdılar. Azərbaycanda Ģum əsasən payız və yaz aylarında aparılardı. Yazda Ģumlanan
sahəyə "yazlıq", payızda Ģumlanan sahəyə isə payız Ģumu və ya "güzdək" deyilərdi.
Bu baxımdan söylənmiĢ bir sıra zərbi-məsəllər dərin məna və məzmun kəsb edir.
"Döy məni, doyurum səni". "Torpağın qarası üz ağardar". "Torpaq ovuclayan, qızıl
ovuclar". "Torpaq deyər sən mənə tər ver, mən sənə zər" və s.
Əsrlər boyu taxılçılıqda məhsuldarlığı artırmaq məqsədilə torpağa xüsusi qayğı
göstərilmiĢdir. Azyararlı və çox becərilib yorğun düĢən sahəni münbitləĢdirmək
məqsədilə əkinçilər müxtəlif qaydalardan istifadə etmiĢlər. Bu məqsədlə biçilmiĢ taxıl
zəmiləri yandırılırdı. Bəzən də kövĢənə sürü və naxır sürülürdü. Nəticədə yandırılmıĢ
kövĢən və peyin torpağı qüvvəyə gətirirdi. Peyin və külün sahəyə səpilməsi daha geniĢ
yayılmıĢ və daha çox əhəmiyyət kəsb etmiĢdir.
80
Taxılçılıq təsərrüfatında mühüm əmək proseslərindən biri də toxumun seçil-
məsi və səpinidir.oxum seçmədə ən çox istifadə edilən üsul zəmilərdən sünbülün
seçilməsidir. Təcrübəli əkinçi zəmilərdəki gözəgəlimli iri, sağlam və dolu dənli
sünbülləri qırpar, baĢqa bir üsulla toxumçular xırmandakı dərzləri nəzərdən keçirib
münasib sünbülləri seçərdilər. Təxminən hər dərzdən 4-5 sünbül götürülərdi. Buna
"axta", "baĢaq" və ya "seçmə" üsulu deyilir. Bəzən də toxumluq üçün bütöv bir əkin
sahəsi ayrılardı. Daha keyfiyyətli toxum seçmək üçün "qırma" və "sındırma" üsulundan
istifadə edilərdi. Bu üsulla toxumçu sünbülü qırıb yalnız ortasını götürərdi. Bundan əlavə,
xırman sovruğunda əmbizin sağrısından daha iri dənlər toxumluq üçün ayrılardı.
Bəzən də xırmanda taxıl hövsərləndikdən sonra sağlam və iri dənlər toxum üçün
götürülərdi. Toxumluq üçün seçilmiĢ sünbül və dərzlər xırmanlarda ayrıca olaraq
döyülərdi.
Toxum müqəddəs hesab edilərdi. Toxuma haram qatılmazdı. Toxumun
oğurlanması günah sayılardı, onu qovurmazdılar. Borc verilməzdi, toxum
satılmazdı, lakin dəyiĢdirilərdi. Bir çanaq toxum, on çanaq taxıl əvəzi idi.
XX əsrin əvvəllərinə qədər Azərbaycanın bütün əkinçilik rayonlarında
toxum ancaq əllə səpilərdi. Toxumu daha təcrübəli mömin və "əli bərəkətli"
əkinçilər səpərdilər.
Adətən səpin üçün daha keyfiyyətli və məhsuldar toxum növü ayrılardı.
81
Toxumluq dən nəmlikdən, çox istidən və yaxud hər cür zərərvericilərdən
qorunardı. Səpin qabağı toxumluq dənin keyfiyyəti, onun becərmə münasibliyi bir
daha yoxlanılırdı.
Səpin zamanı "toxum döĢlüyü"ndən, bəzən də heybədən istifadə edilərdi.
Adətən döĢlüyün bir ucu əkinçinin belinə bağlanır, digər ucu isə sol əlində olur.
Əkinçi toxumu sağ əli ilə götürərək sahənin aĢağı baĢından yuxarıya doğru
qablama ilə (vərlə) səpirdi. Əl ilə aparılan səpin üsulu çox qədimlərdən əkinçiliklə məĢğul
olan xalqlar üçün eynilik təĢkil etmiĢdir. Toxum elə səpilməli idi ki, dənlər hər yerə eyni
sıxlıqda düĢsün. Toxumu sıx və ya seyrək səpmək məhsuldarlığa zərər verirdi. Əgər bir
qarıĢ yerə 5-7 dənə toxum düĢmüĢsə, səpin normal hesab edilirdi. Usta səpinçi gündə iki
hektardan artıq sahəyə toxum səpə bilirdi.
Azərbaycanda payız əkini əsasən sentyabr - oktyabr aylarında, yaz əkini isə
mart - aprel aylarında aparılırdı.
Ayrı-ayrı əkinçilik bölgələrində səpiləcək toxumun qədəri ruba, taqqa, kilə və s.
ilə ölçülərdi. Hər hektara təxminən 140-150 kq toxum səpilərdi. Sahəyə səpilən
toxumun qədəri yerli Ģəraitdən, toxumun növündən, səpinin vaxtından və bir sıra baĢqa
amillərdən asılı idi. Əkinçilər arasında "Bir buğda səpməsən, min buğda biçməzsən" və ya
"nə əkərsən, onu da biçərsən" zərbi-məsəlləri də geniĢ yayılmıĢdır.
Əkinçilər toxumu səpən kimi malalayırdılar. Bununla da onlar toxumun normal
inkiĢafı üçün Ģərait yaratmaqla, həm də onun zərərvericilər tərəfindən tələf olunmasının
qarĢısını alırdılar.
ġumlanmıĢ torpaqdan və səpiləcək bitkinin növündən asılı olaraq malalama
həmin sahədə bir və ya iki dəfə aparılırdı.
82
Azərbaycanda ĢumlanmıĢ torpağın əkinə hazırlanması üçün Ģumun əzilib hamar-
lanmasında və səpilmiĢ toxumun torpağa qarıĢdırılmasında müxtəlif quruluĢ və formalı
malalardan istifadə edilmiĢdir. Həmin malalar əkinçilər arasında Ģax mala, hörmə mala,
ağac mala, ağacdiĢli mala, dırmıq mala, dəmir mala və s. adlarla tanınmıĢdır. Bəzi
yerlərdə malaya "tapan" da deyilirdi. Adətən sahənin quruluĢundan, onun xıĢ və ya
kotanla Ģumlanmasından, yaxud becəriləcək bitkinin növündən asılı olaraq, iĢlədilən
malalar da müxtəlif olurdu. Lakin bəzi hallarda xıĢla ĢumlanmıĢ dağətəyi və ya qumsal
torpaqlardakı əkin sahələrinin səpin iĢində malalardan istifadə edilməzdi. Belə
sahələrdə səpindən sonra aparılan xıĢlama elə bir növ malalama iĢini görürdü.
ġax malalar əkinçilikdə ən qədimlərdən istifadə edilməklə [42] daha geniĢ
yayılmıĢdır. Onu ağacın qol-budaqlarından düzəldirdilər. Ağacın bir və ya bir neçə qolu
(budağı) kəsilib tək və ya birlikdə boyunduruğa ip və ya tənəklə bağlanardı. ġax
malanın üstünə torpağı daha yaxĢı əzməsi və toxumu lazımi səviyyədə basdırması üçün
ağır kötük də qoyulurdu. ġax maladan darı, mərci, və s. yazlıq bitkilərin səpini zamanı
daha geniĢ istifadə olunurdu.
XIX əsr və XX əsrin əvvəllərində əkinçilikdə toxuma mala və ya hörmə mala-
lar da geniĢ yayılmıĢdı. Bu malanı tənəkdən, vələs və s. ağacların çubuqlarından
83
toxumaqla (hörülməklə) düzəldirdilər. Bunun üçün 3-4 ədəd nisbətən yoğun 1-1,5 m
uzunluğunda ağaclar bir-birinə paralel halda qoyularaq çubuqla toxunardı. Bu
malalar payız və yaz əkini, həm də çəltik əkini üçün torpağın səpinə hazırlanmasında
iĢlədilirdi.
Ağac malalar XIX əsrdə Azərbaycanın əkinçilik təsərrüfatında ən geniĢ yayı-
lan mala növlərindən hesab olunur. Ağac malalar öz quruluĢlarına və formalarına görə
bir-birinə oxĢadığı kimi, ayrı-ayrı əkinçilik rayonlarında iĢlədilən belə malalarda
müəyyən fərqlər də olmuĢdur. Ağac malaların taxtasının uzunluğu 2 m, eni 20-25 sm,
qalınlığı 8-10 sm-dir. Belə malaların taxtasının iĢlək hissəsi həm diĢsiz (hamar), həm də
diĢli olur (ağac və ya dəmir diĢlər geydirilir). Ağac malaların qolu boyunduruğa keçirilir.
Qolda əl tutmaq üçün dəstək olur. Malalama zamanı malaçı bir əli ilə dəstəyi tutaraq
taxtanın üstündə dururdu [43].
Səpin keçiriləcək Ģumdan və becəriləcək bitkinin növündən asılı olaraq, mala-
lama həmin sahədə bir və ya iki dəfə aparılırdı. Adətən, mala Ģumun uzunu istiqa-
mətində çəkilərdi. Əgər ikinci dəfə Ģuma mala çəkmək lazım gələrdisə onda malalama
Ģumun eni istiqamətində aparılardı. Bəzən malalar ağır olsun deyə, onların üstünə daĢ
və ya əlavə yük də qoyulardı [44].
ġumun malalanmasında, daha doğrusu, onun səpinə hazırlanmasında yuxarıda
təsvir etdiyimiz malalardan baĢqa, əkinçilər çərçivəli mala, dırmıq və s. əmək alət-
lərindən də istifadə etmiĢlər. Əkin sahələri alaq otlarından alaqçın - Ģətə adlanan
xüsusi alətlərlə təmizlənirdi.
84
Taxılçılıqda məhsulun yığımı və döyümü də mühüm əmək prosesidir. Biçin
alətlərinin forma və quruluĢları, habelə biçin üsullan bir daha təsdiq edir ki, bu
sahədəki ənənəvi vərdiĢ və təcrübə əsrlər boyu o qədər də böyük dəyiĢikliklərə məruz
qalmamıĢdır. Belə ki, XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda biçində
iĢlədilən çin, oraq kimi əmək alətləri, arxeoloji qazıntılardan tapılmıĢ eyni alətlərlə
demək olar ki, oxĢarlıq təĢkil edirlər.
Azərbaycanda ən qədim dövrdən e.ə. I minilliyədək həlledici biçin aləti quraĢ-
dırma daĢ oraqlar olmuĢdur. Görünür taxılçılığın ilk mərhələsində yerli tayfalar biçin
prosesində nisbətən uzun və bir qədər də enli dəvəgözü və çaxmaq daĢından
düzəltdikləri lövhəciklərdən (bıçaqlardan) istifadə etmiĢlər. Yəqin ki, biçinçi heç bir əsasa
bərkidilməyən lövhəciyi sağ əlinə götürər, sol əlində çəngələdiyi taxıla sürtərək özünə
tərəf çəkməklə biçərmiĢ.
ġübhəsiz, dövrünə görə ən mükəmməl biçin aləti quraĢdırma diĢli daĢ oraqlar
olmuĢdur. Böyük əksəriyyəti dəvəgözü daĢından olan quraĢdırma oraqlar ağac, sümük,
xüsusilə çənə sümüyünə keçirilərmiĢ. Ən qədim daĢ orağın quruluĢunu bərpa etmək
baxımından Qazax rayonu ərazisində ġomutəpə qədim yaĢayıĢ yerindən tapılan bütöv
quraĢdırma oraq daha çox marağa səbəb olur. Uzunluğu 17 sm-ə qədər olan orağın
əsası içəriyə tərəf bir qədər əyilmiĢ və ona dörd ədəd daĢ parçası keçirilmiĢdir [45].
85
Azərbaycanda quraĢdırma oraqlar Neolit, Eneolit və Tunc dövrünə aid yaĢayıĢ
yerlərinin çoxundan aĢkar edilmiĢdir. QuraĢdırma oraqlar həmin dövrlərdə biçində
iĢlədilən daha xarakterik, həm də universal alət olmasını söyləməyə imkan verir.
Azərbaycan ərazisində Tunc dövründən, xüsusilə bu dövrün inkiĢaf
mərhələsindən tədricən metal oraqlar yayılmağa baĢlayır. Lakin daha əlveriĢli biçin alətləri
olan metal oraqlara hələlik çox nadir hallarda təsadüf edilmiĢdir. Görünür bu, hər Ģeydən
əvvəl, daĢ alətlərə hələ öz güclü təsirini göstərə bilməməsindən irəli gəlmiĢdir. Hələlik ən
qədim və yeganə mis oraq Naxçıvan ərazısındəkı Kultəpə qədim yaĢayıĢ yerindən aĢkar
edilmiĢdir [46]. Metaldan hazırlanan bu biçin aləti quruluĢunun sadəliyi etibarilə daĢ
oraqlardan o qədər də seçilmir. Tunc dövrünə aid metal oraq hələ XIX əsrdə Gədəbəy
ərazisindən əldə edilmiĢdir.
Aydın məsələdir ki, metal oraqların biçində tətbiqi taxılçılığın intensiv inkiĢafı
ilə sıx bağlıdır. Qobustan qayalarının birində e.ə. II minilliyin ortalarına aid edilən biçinçi
surəti və onun əlindəki alətin təsviri öz görkəmi etibarilə son zamanlara qədər iĢlədilən
çinlərə çox oxĢayır [47]. Deməli, tarixən metal biçin alətləri öz fonnalarına görə bir
qədər təkmilləĢsələr də quruluĢlarını əsasən saxlamıĢlar.
86
Azərbaycanda Dəmir dövrü abidələrindən aĢkar edilən və çoxluq təĢkil edən
mctal oraqlar son zamanlara qədər iĢlədilən dəmir oraqlarla demək olar ki, eynilik təĢkil
edir. Dəmirin geniĢ yayılması ilə taxılçılıq daha intensiv inkiĢaf edir. Bu inkiĢafın özü də
daha kamil biçin aləti olan çin və oraqları birinci yerə çıxarır. Əslində isə Dəmir
dövründə biçində daĢ oraqlar tamamilə aradan çıxır.
Bütün orta əsrlər boyu Azərbaycanda biçin alətləri dəmirdən hazırlanaraq taxıl-
çılıqda geniĢ istifadə edilmiĢdir.
XX əsrin əvvəllərinə qədər də əkinçilikdə əsas biçin aləti çin və oraq olmuĢdur.
Çin və oraq dəmir (metal) tiyədən və ağac sapdan ibarətdir. Həmin alətlər ayrı-ayrı
kəndlərdə dəmirçi ustalar tərəfindən hazırlanırdı. Onlar öz forma və quruluĢlarına görə
bir-birinə çox oxĢayırlarsa, çin diĢli, oraq isə diĢsizdir. Çinin tiyəsi dəmirçi ustalar
tərəfindən diĢənir, oraq isə daĢ bülövlə itilənirdi. Çin biçin üçün ən münasib alətdir.
Ġndi də dünyanın əkinçiliklə məĢğul olan ən qədim ölkələrində biçində ondan istifadə
edilir. Naxçıvan ərazisində taxıl biçinində "mərəndi" adlı alətdən də istifadə
edilmiĢdir. Mərəndinin tiyəsi diĢsizdir. Onun tiyəsi nisbətən iri olduğu üçün (1 m-ə
qədər) onunla daha çox taxıl sahəsini biçmək olurdu. Əkin seyrək, alçaq və ya alaqlı
olanda biçin zamanı dəryazdan da istifadə edilirdi.
Biçinçi səhər tezdən taxıl zəmisinə girərək biçinə baĢlardı. Biçinçi biçin zamanı
sol əlinə sümükdən, ağacdan və ya göndən hazırlanmıĢ barmaqlıq geyər, qoluna dolaq
- qolçaq taxar, belinə isə döĢlük bağlardı. O, əvvəlcə dərz bağlamaq üçün bəndəm
hazırlardı. Bəndəm dərz bağlamaq üçün qurĢaq rolunu oynayırdı. Bəndəm arpa və ya
buğdanın kökdən«çıxarılmıĢ gövdəsindən eĢilib düzəldilirdi. Bəzi hallarda bəndəmdə
elastiklik yaratmaq üçün üstünə su səpilirdi. Biçinçinin biçdiyi bir əl tutumu sünbül gövdəsi
bir bafa adlanırdı. On bafadan bir dərz bağlanardı. Hər on dərz isə bir xara hesab
olunardı [48]. Usta biçinçi gün ərzində 80-100 və bəzən də 120-yə qədər dərz biçə
bilirdi. BağlanmıĢ dərzlər həmin gün axĢam üstü xaraya yığılırdı.
87
Beləliklə də əkin sahəsində biçilmiĢ dərzlər xara ilə hesablanırdı. Biçinçi ilə
haqq-hesab da çox zaman xaranın sayına görə aparılırdı.
Azərbaycanda taxıl biçini əsasən iyun ayının ortalarından baĢlayaraq avqust ayı-
nın sonuna qədər davam edirdi. Adətən hər bir təsərrüfat öz əkin sahəsini öz qüvvəsilə
biçərdi. Lakin biçin zamanı iri təsərrüfatlar muzdlu fəhlə - biçinçi də tuturdular.
Zəmilərdəki bol taxılı biçmək üçün Cənubi Azərbaycandan biçinçilər gəlirdi.
Biçinçilər 4-6-7-10 nəfərlik dəstələrdə birləĢirdilər. Bu dəstələr yaxınlıq, yer-
lilik, qohumluq münasibətləri əsasında təĢkil olunurdular. Biçinçi dəstələrində qazanılan
məhsulun bölgüsü onların öz aralarındakı razılaĢmaya əsaslanırdı. Adətən, iĢ qabiliyyəti
eyni olan biçinçilər qazandığı məhsulu bərabər bölərdilər. Biçində o qədər də səriĢtəsi
olmayan biçinçilərə isə zəhmət haqqı nisbətən az verilirdi. Yəni əmək haqqı "zəhmətə
görə" bölünərdi. Belə bir bölgü "əslican" adlanırdı. Biçinçinin zəhmət haqqı əkin sahibilə
biçinçinin danıĢığından asılı olardı. Bəzən əkin sahibi biçinçiyə zəhmət haqqından əlavə
gündə 3 dəfə yemək verməli və həmçinin onu yatacaqla təmin etməli idi, yaxud da
biçinçiyə ancaq yatacaq verirdi. Bəzən biçinçiyə yemək əvəzinə un, buğda və ya arpa
verilərdi ki, bu da "cirə" adlanırdı.
XIX əsrin sonu - XX əsrin əvvəllərindəki məzənnəyə görə hər iyirmi
dərzdən ikisi, məhsul bol olduqda isə hətta iyirmidən üçü biçinçiyə çatırdı. Əgər əkin sey-
rək və ya alaqlı olardısa, belə halda biçinçiyə əmək haqqı günəmuzd verilərdi. Bəzən
də biçinçinin haqqı biçilmiĢ əkin sahəsinə görə hesablanırdı. Belə bir Ģərt "quruya biçin"
adlanırdı. "Quruya biçin" zamanı biçinçiyə zəhmət haqqı kimi biçilmiĢ sahəyə səpilən
toxumun miqdarı qədər taxıl verilərdi. Bəzən də biçinçiyə döyülmüĢ hazır məhsulun
ondan biri verilərdi ki, buna da "durudan haqq" deyilərdi. Biçinçinin haqqı pul ilə də
ödənilərdi. Pul ilə haqq-hesab çox halda Cənubi Azərbaycandan gələn biçinçilərlə
88
çəkilərdi. Biçinçi haqqının pul ilə ödənilməsi ancaq iri təsərrüfatlarda aparılırdı.
Biçinçi bir mövsümdə 70-80, 100-150, bəzən də daha çox dərz qazana bilərdi.
Əgər hər bir dərz 4-5 kq dən verərdisə, biçinçiyə 300-400 kq, bəzən də daha artıq buğda
və ya arpa çatırdı. Biçin əkinçilikdə ən ağır iĢ prosesi hesab olunurdu. Biçinçinin, xüsusilə
muzdla iĢləyən biçinçinin iĢinin ağır və zəhmətli olması atalar məsəllərində də öz əksini
tapmıĢdır. "Kotanın dəstəsi ilan olsa əlindən qoyma, çinin dəstəsi qızıl olsa əlinə alma"
və yaxud "Əkinçi ol biçinçi olma", "Dostun əksin, düĢmənin biçsin" [49].
Biçin iĢi tez və təxirəsalınmaz əmək prosesidir. Çünki biçində gecikmək - uduz-
maqdır, daha doğrusu, məhsul itkisidir. Ona görə də hər bir ailə çalıĢırdı ki, biçini tez və
vaxtında baĢa çatdırsın. Bu iĢdə iĢçi qüvvəsi çatıĢmadıqda və yaxud tavanasız ailələrə
kömək lazım olduqda qonum-qonĢu, həmkəndlilər bir-birlərinə yardım da edirdilər.
Adətən belə hallarda iməciliklər də təĢkil edilirdi.
Dərzlər döyüm üçün əkin sahəsindən xırmana daĢınardı. Bunun üçün müxtəlif
üsul, qayda və vəsaitlər mövcud olmuĢdur. Belə ki, dərzin daĢınmasından ötrü araba,
furqon, kirĢə və s. nəqliyyat vasitələrindən istifadə olunmuĢdur. Dərzlər xırmana at,
dəvə, öküz və ulaqlarla da daĢınardı. Arabalarla dərz daĢınarkən daha çox dərz
yükləməkdən ötrü ona dərzağacı qoyulardı. Dərzağacı arabanın dal və qabaq
laĢarlarına keçirilərək bərkidilirdi. Dərzağaclı arabaya yüzdən çox dərz yükləmək
olurdu. Dərzlərin tökülməməsi üçün onu sicimlə də bağlayırdılar.
Dağ və dağətəyi ərazidə kirĢə, at, öküz və ulaqla dərz daĢınardı. KirĢəyə əlliyə
qədər dərz yükləmək olurdu. Düzən rayonlarda isə dərzdaĢımada araba və furqonlardan
istifadə edilərdi. DərzdaĢıma zamanı bəzən ayrı-ayrı təsərrüfatlar bir-birlərinə
köməklik də edirdilər.
Qədim tarixə malik döyüm taxılçılıqda mürəkkəb əmək prosesi olub, bir sıra
mərhələlərdən keçir.
Dənin alınmasında ən qədim üsullardan biri sünbülün əl ilə ovuĢdurulmasıdır.
QırpılmıĢ sünbülün qılçığı qırılıb atıldıqdan sonra ovucun içində sürtülərək ovxalanır.
Nəticədə dən qılçıqdan çıxaraq yerə tökülür. Bu qayda çox ibtidai olmaqla bərabər, çətin
və əziyyətlidir. Bu sadə üsulla dən əldə etmək çox vaxt tələb edir və az məhsuldardır.
89
Əlbəttə, bu üsul döyüm prosesinin ilkin mərhələsini təĢkil edir. Güman ki, bu qayda
əkinçiliyin yığım iĢindən ayrıldığı bir dövrdə daha çox tətbiq edilmiĢdir.
Taxılçılığın əsas təsərrüfat sahəsinə çevrildiyi bir dövrdə - Neolit dövründə dö-
yümdə alət kimi ağac dəyənəklərdən daha çox istifadə edilmiĢdir. Adətən bunun üçün
kiçik torpaq sahəsi təmizlənir və döyülüb bərkidilir. Zəmilərdən gətirilmiĢ taxılın baĢı -
sünbülü həmin sahəyə tökülür və burada dəyənəklə döyülür. Dəyənək ağır və davamlı
ağac növündən düzəldilir. Onun uzunluğu təxminən 90-120 sm-ə qədər olur.
Dəyənəklə nisbətən daha çox dən döymək mümkün olurdu. Lakin bu üsulla döyüm
çox vaxt aparmaqla böyük zəhmət tələb edirdi.
Bu qədim və bəsit döyüm qaydalarından son dövrlərə qədər, az da olsa, taxıl-
çılıqda istifadə edildiyini etnoqrafik müĢahidələr təsdiq edir. Bunun da əsas səbəb-
lərindən biri toxumluq dənin əldə edilməsi olmuĢdur. Toxumluq üçün seçilən sünbül
bəzən göstərilən qayda üzrə döyülür və dən alınırdı. Bununla da dən zədəsiz və təmiz
qalırdı. Bundan baĢqa, kəndli ailələri dərzləri öz həyətyanı sahəsində, ya da əkin
sahələrinə yaxın olan yerdə toqqacla döyərdilər.
90
Azərbaycanda ən geniĢ yayılmıĢ döyüm üsulu dərzlərin xırmanda döyülməsidir.
91
Bunun üçün dərzlər sahədən daĢınaraq xırmana yığılardı. Xırman külək tutan və
hündür yerlərdə düzəldilərdi, diametri 50-70 m və bəzən daha böyük olan xırman
sahəsi əvvəlcə sulanır, bir-iki gündən sonra tapdanır, sonra buranın torpağı ağac və ya
daĢdan düzəldilən kirkirə - vərdənə (xırman kötüyü - xırman daĢı) adlanan alətlə bərkidilir,
daha sonra isə Ģaxdan, yaxud gəndalaĢdan düzəldilən süpürgə ilə hamarlanırdı -
Ģirələnirdi. Köhnə xırman yeri isə sulanır və ot-avardan təmizlənərək bərkidilirdi.
Beləliklə də taxıl döyümü üçün xırman hazır olurdu.
Adətən, xırman bir neçə təsərrüfatın, yaxın qohum ailələrin Ģərikliyi ilə düzəldi-
lirdi. ġəriklər öz dərzlərini xırmanda növbə ilə döyərdilər. Lakin daha varlı kəndlilərin ayrıca
xırmanları da olardı. Xüsusi xırmanlar onun sahibinin adı ilə də tanınardı.
93
Xırmanda hər bir təsərrüfatın dərzi ayrıca 100-200, 300-500 və daha çox
dərzlik taylara - xaralara yığılardı. Dərzin xırmanda döyülməsi üçün müxtəlif üsul və
qaydalardan istifadə edilmiĢdir.
Dənin xırmanda heyvanlar vasitəsilə
döyülməsində ən sadə və qədim üsul xırmana
tökülən - sərilən dərzin - taxılın üstündə
qaramalın bir-birinə çatılaraq sürülməsidir. Digər
bir qayda isə heyvanları xırmanın ortasında
basdırılmıĢ ağac dirəyə bağlayıb onun ətrafında
hərləməkdən ibarətdir. Atla döyüm prosesində isə
bir nəfər xırmanın ortasında duraraq atların
boğazına ipi salıb xırman boyu dolandırır.
Heyvanların
hərəkəti
taxılın
dırnaqla
döyülməsinə səbəb olur. Qədim zamanda bu
qaydalardan bütün taxıl növlərinin döyülməsində
istifadə edilmiĢdir. Lakin sonralar belə bir qayda
ilə əsasən arpa, darı və çəltik döyülərdi. Döyüm
prosesində taxılın yeyilməsi və korlanmaması üçün
bəzən heyvanın baĢına "ağızlıq" keçirilərdi.
Heyvanlarla döyüm bəsit qaydalarla
əsas döyüm alətləri vasitəsilə döyülən arasında
keçid mərhələsini təĢkil etmiĢdir.
Azərbaycanda e.ə. III minillikdən
etibarən cüt əkinçiliyinin inkiĢafı daha təkmil
döyüm qaydalarının tətbiqini tələb edirdi. Ona
görə də döyüm qaydaları dövrünə görə daha
əlveriĢli və münasib olmalı idi. Ehtimal ki, bu
dövrdən, bəlkə bir qədər də qədimdən döyümdə
sadə vəl və onun iĢlədilməsində iribuynuzlu
heyvanlardan istifadə edilmiĢdir.
Taxılın döyülməsində geniĢ iĢlədilən və
ən mühüm alət ağac vəllərdir. Azərbaycanda
hələ e.ə. II minilliyin sonlarına aid ağac vəl
Xanlar rayonu ərazisində aĢkar edilmiĢdir [50]. Bu
döyüm aləti əsrlər boyu öz quruluĢ və funksiyasını
olduğu kimi saxlamıĢdır. O, XIX əsr və XX əsrin
əvvəllərində də demək olar ki, əsas döyüm aləti
olaraq qalırdı.
Vəl daha davamlı olan ağac növündən
hazırlanırdı. Vəlin böyük və kiçik, ağır və yüngül
olması taxılın növü və iqlim Ģəraiti ilə də bağlıdır.
94
Dağ və dağətəyi bölgələrdə bir
qayda olaraq vəllər iri və qalın
olur ki, bu da döyüm prosesini
nisbətən asanlaĢdırır. Düzənlik
ərazidə isə əksinə, taxılın daha
quru olması ilə əlaqədar, vəllər
yüngül və kiçik həcmli olurdu.
Yerli Ģərait, taxılın növü və qoĢqu
qüvvəsindən asılı olaraq, ağac
vəllər iki növ - tay və qoĢa
olurdu. Tay vəl qoĢa vələ
nisbətən sadə, ağır və nisbətən
iri idi. Vəlin uzunluğu təxminən
1,5-1,7 m-ə qədər, eni 60-70 sm,
qalınlığı isə 4-6 sm olurdu. Ağac
vəlin
döyüm
prosesini
sürətləndirmək üçün onun alt -
iĢlək hissəsindəki gözlərə xırda
daĢ və daĢ parçaları pərçimlənir.
Bəzən bu daĢları xırda metal
parçaları da əvəz edir ki, bu da
prosesi xeyli tezləĢdirir. Vəlin
qabaq hissəsi bir qədər yuxarıya
doğru qaldırılmıĢ vəziyyətdə
düzəldilir. Bu, hər Ģeydən
əvvəl, vəlin xırmanda hərəkətini
nizama salır və küləĢin bir yerə
yığılmasının
qarĢısını
alır.
Vəllərin
qabaq
hissəsində
xüsusi göz və kərt açılırdı.
Həmin
hissəyə
-vəlbəndə
keçirilən ip vəli boyunduruğa
birləĢdirirdi. Vələ bir at və ya bir
boyun öküz qoĢulardı.
Döyümü tezləĢdirmək
məqsədilə xırmanda bir neçə at
və ya öküz qoĢulmuĢ vəllər sürülürdü. Bəzən döyüm prosesində vəlin üstünə
kiçikyaĢlı uĢaq mindirilər və ya daĢ parçası qoyulardı. QoĢa vəllər döyümdə daha çox
istifadə edilərdi.
Taxıl döyümündə istifadə edilən əmək alətlərindən biri də daĢ vəllər
olmuĢdur. DaĢ vəllər nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda geniĢ
95
yayılmıĢdı.
DaĢ vəl əsasən andezit-bazalt daĢından hazırlanırdı. Onun uzunluğu
təxminən 70-80 sm, eni 50-60 sm, qalınlığı 18-20sm, ağırlığı isə 70-80 kq-a
qədər olurdu. DaĢ vəlin
alt iĢlək hissəsi çopur-
çopur, nisbətən düz, üst
hissəsi isə mərkəzə
doğru
balıq
beli
formasındadır.
Öz
ağırlığına görə ancaq
heyvan qüvvəsi ilə
iĢlədilməsi
mümkün
olan daĢ vəllərin baĢ
hissəsində qayıĢ, ağac
və ya ip keçirmək üçün
xüsusi göz olur ki, bu
da həmin alətlə taxıl
döyərkən
öküz
və
kəldən
istifadə
edildiyinə dəlalət edir
[51].
DaĢ vəllərdən
Azərbaycanın əsasən
dağ
və
dağətəyi
ərazisində daha geniĢ
istifadə
edilmiĢdir.
Belə ki, təbii-iqlim
Ģəraitindən asılı olaraq,
bu rayonlarda yetiĢən
taxıl
növlərinin
gövdəsi möhkəm və
bərk olmaqla bərabər,
dəni də qılçıqdan çətin
ayrılır. Bunun üçün məhz ağır vəllər daha sərfəli və münasibdir. Ona görə bu
ərazidə taxıl döyümündə əkinçilərin daĢ vəllərindən istifadə etməsinə onların
çoxəsrlik təsərrüfat təcrübəsinin nəticəsi kimi baxmaq lazımdır.
Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmiĢdir ki, daĢ vəllər
döyümdə təxminən e.ə. II minilliyin ikinci yarısından istifadə edilməyə baĢlan-
mıĢdır [52].
Hazırlanması nisbətən asan və sadə quruluĢa malik olan döyümdaĢı dövr
etibarilə daha qədimdir. DöyümdaĢının uzunluğu 1-1,25 m-ə qədər olub, müxtəlif
96
diametrlidir. DaĢın üzəri ya kələ-kötür, ya da müxtəlif istiqamətdə oyulmuĢ
cızıqlardan ibarətdir ki, bu da taxılın döyülməsini asanlaĢdırır və tezləĢdirir.
DöyümdaĢının hər iki ucu oyularaq ox keçirilir. Oxun ucları ağac qol vasitəsilə
boyunduruğa bərkidilir. QoĢqu heyvanı xırmanda küləĢin üsrü ilə gəzən zaman bu
alət öz oxu boyunca fırlanır və taxılı döyür.
Taxılın döyülməsində əsrlər boyu istifadə edilən alətlərdən biri də carcardır.
ġərq ölkələrində imtiĢar tapan carcarın Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə
edildiyi hələlik dəqiq müəyyənləĢdirilməmiĢdir. Lakin bu qurğunun ilk sinifli cəmiyyət
dövründə döyüm prosesində iĢlədildiyini ehtimal etmək olar.
Ağac carcar daha
mürəkkəb quruluĢa malikdir.
Carcar davamlı ağacdan
hazır-lanaraq
üç
əsas
hissədən - çərçivə, ox və
oturacaqdan
ibarətdir.
Qolların qalınlığı 10-12 sm,
uzunluğu 2-2,5 m-ə qədər
olur. Möhkəm pərçimlənmiĢ
çərçivəyə
araba
oxuna
bənzər iki ox keçirilir.
Onların gövdəsinə təxminən
15-25 ədəd kərkiyə oxĢar
dəmir sancılır. Bu metal
hissələrin bəzən daĢ və
ağacdan düzəldilməsi də
məlumdur.
Çərçivənin
ortasına taxtadan düzəldilən
oturacaq bərkidilir. Carcar
xırmanda bir və ya bir boyun
qoĢqu qüvvəsi vasitəsilə
hərəkət etdikcə oxlar fırlanır
və dəmir diĢlər küləĢi doğrayıb əzir, lakin sünbülün əzilməsini lazımi dərəcədə təmin
edə bilmir və sünbül nisbətən diri qalır. Ona görə də bəzən taxıl dənə düĢərkən
carcardan sonra xırmanda vəl sürülür. Çox vaxt isə qalın küləĢli xırmanda əvvəlcə
carcar, sonra vəl sürülür. Buna görə carcarla vəl döyüm prosesində bir-birini
tamamlayır. Onu da xatırladaq ki, Cənubi Qafqazda ağac carcar o qədər intiĢar
tapmamıĢ və əsasən Naxçıvan ərazisində yayılmıĢdır.
XVII əsrdə Azərbaycanda olmuĢ fransız səyyahı J.ġarden Naxçıvan, Culfa,
Mərənd, Təbriz, Ərdəbil və Azərbaycanın baĢqa vilayətlərində carcardan geniĢ istifadə
edildiyini xəbər verir. Ehtimal ki, carcar Cənubi Qafqaza Cənubi Azərbaycan, Ġran və
Türkiyə vasitəsilə keçmiĢdir.
97
Taxıl döyümü zamanı
ağac yaba, Ģana, kürək, süpürgə,
xəlbir,
Ģadara,
hövsər,
Ģaxsüpürgə və baĢqa əmək
alətləri və əĢyalardan istifadə
edilirdi. Belə ki, döyülməkdə
olan
dərzlərin
(küləĢin)
çevrilməsində yabadan, ilkin
sovruqda
Ģanadan,
son
sovruqda isə kürəkdən istifadə
edilirdi. Xəlbir, hövsər və tabaq
isə
taxılın təmizlənməsində
lazım olurdu. Adətən xırmana
döyüm üçün bir dəfəyə yüzə
qədər dərz salmırdı (dərzlər
bəndəmdən açılaraq sərilirdi).
Döyüm iĢində bilavasitə iĢtirak
edən
xırmançılardan
biri
heyvanlan sürür, digəri küləĢi
yabalayaraq çevirir, üçüncü isə
sovruq
aparırdı,
Döyüm
prosesində küləĢ iki-üç dəfə
çevrilir, sonra isə küləĢqarıĢıq
dən əvvəlcə Ģana, daha sonra
kürəklə sovrulurdu.
Sovruq çətin və xüsusi ustalıq tələb etdiyi üçün bu iĢ daha bacarıqlı
xırmançı tərəfindən görülürdü. Sovruq zamanı küləyin olmaması doyümü
ləngidirdi. Xırmançıların bacarığından və qoĢqu qüvvəsinin sayından asılı olaraq,
hər gün xırmana bir-iki dəfə dərz sərməklə döymə aparılırdı.
Döyüm zamanı qadınlar və yeniyetmələr xırmanın qırağını süpürüb, at və
ya öküz sürür, su gətirir, taxıl təmizləyir və s. yardımçı iĢlər görürdülər.
Taxıl döyülüb əmbizləndikdən sonra onun qədərini bilmək üçün müxtəlif
ölçü vahidlərindən istifadə edilirdi. Onlardan çanaq, gilə, taqqa, urba, tağar, xalvar
və baĢqalarını göstərmək olar. Bu ölçü vahidləri ilə alınan məhsulun qədəri
müəyyənləĢdirilərdi.
Döyülən dərz Ģərikli olduqda məhsul xırmanda bölünərdi. Kəndli öz
borclarını da elə xırmanda verərdi.
Biçin və dərzdaĢımada olduğu kimi, döyüm zamanı da qonum-qonĢular
bir-birlərinə köməklik edərdilər.
Heç Ģübhəsiz, taxılın saxlanılması onun becərilməsi qədər vacib olan
Ģərtlərdəndir. Bu mühüm məsələ bütün ictimai quruluĢlarda daim diqqət
98
mərkəzində olmuĢdur. K.Marks yazır: "Məhsullar ehtiyatının ictimai forması hər
necə olsa da, onun saxlanması xərc tələb edir: məhsulu saxlamaq üçün təbiətdən
asılı olaraq, zərərli təsirlərin qarĢısını almaq üçün sərf edilməli olan çox və ya az
əmək istehsal vasitələri tələb edir" [53].
Əkinçi xalqımız taxılın saxlanılması üsul və qaydalarında geniĢ təcrübə və
vərdiĢə malik olduğundan, bu sahədəki müxtəliflik özünü daha aydın göstərmiĢdir.
Hələ çox qədimlərdə Azərbaycanda yaĢayan insanlar əkinçilikdən çox-çox qabaq
ərzağın saxlanılması qayğısına qalmıĢlar.
Neolit dövründə taxılçılığın meydana gəldiyi və inkiĢaf etdiyi Ģəraitdə
insanlar taxılın becərilməsilə yanaĢı, onun saxlanılması qayğısına qalmıĢlar. Onlar əldə
etdikləri məhsulu il boyu saxlamaq üçün sadı torpaq quyulardan daha çox istifadə
etmiĢlər.
Torpaq quyularda taxıl saxlanılmasına Tunc və Dəmir dövrlərinə aid yaĢayıĢ
yerlərində daha çox təsadüf edilir. Bu sadə və əlveriĢli taxıl saxlama qaydası orta əsrlərdə
öz əhəmiyyətini itirməmiĢdir, hətta bəzi zonalarda geniĢ intiĢar tapmıĢdır.
XIX əsr və XX əsrin əvvəllərində torpaq quyularda taxıl saxlanılması mövcud
olmuĢ və bunu etnoqrafik materiallar da təsdiq edir. Taxıl quyuları bir qayda olaraq
yaĢayıĢ binasının daxilində və yaxud da həyətində müvafiq yerdə qazılıb düzəldilirdi.
Torpaq quyular öz tutumlarına görə müxtəlif ölçülərdə olurdu. Quyular dərin-
liyi və diametrlərindən asılı olmayaraq, silindrik və kəsik konusvari olur. Torpaq
quyular əsasən taxıl, qismən də un saxlamaq üçün nəzərdə tutulur. Antik müəlliflərin
əsərlərində taxılın quyularda saxlanılması məsləhət görülür və ona üstünlük verilirdi.
Varron yazırdı ki, torpaq quyularda buğda əlli il, darı yüz ilə qədər qalır və öz
keyfiyyətini saxlayır [54]. Ona görə də quyularda taxılın saxlanılması daha münasib
99
bilinirdi.
Müxtəlif ölçülü quyular qazıldıqdan sonra onun dibi və divarları döyülərək möh-
kəmləndirilir. Lakin torpağın tərkibinin çox və ya az nəmli olub-olmaması əvvəlcədən
yoxlanılır. Ona görə də çox vaxt quyuların divarlarına suvaq çəkilib, qurudulur. Hətta
onun içində od qalayırlar ki, torpaq qurusun. Əksər halda isə taxılın nəm çəkib
çürüməməsi üçün quyunun yerini və divarlarını qalın küləĢ, qıjı, qamıĢ, biyan və s.-
lə örtürlər. KüləĢin divarda qalmasını təmin etmək məqsədilə onun üstündən nazik
çubuqları bir neçə yerdən əyib quyunun divarına iliĢdirirlər. Quyunun bu üsulla
hazırlanmasına "pəriskarlama" deyilir.
Quyuya taxıl doldurulduqdan sonra ağzı küləĢlə örtülür. KüləĢin üstünə
isə sal daĢ və ya qalın taxta qoyulub möhkəm qapanır. Sonra torpaqlanır və
Ģirələnirdi. Adətən pəriskar hər il təzələnir və quyu boĢalandan sonra ağzı açıq
saxlanılırdı.
ġübhəsiz, ən qədim və münasib taxılsaxlama qablarından biri irihəcmli
təsərrüfat küpləridir. Dulusçuluğun Neolit dövründə inkiĢafının bir səbəbi də
küplərdə ərzağın saxlanılması olmuĢdur.
Lakin bu dövrdə dulus məmulatı müxtəlif məqsədlər üçün istifadə
edilmiĢdir. Tunc dövründə iri təsərrüfat küpləri ərzaq saxlamaq məqsədilə daha
çox iĢlədilmiĢ və kütləvi xarakter almıĢdır. Bu məqsədlə istifadə edilən küplər ilk
sinifli cəmiyyət və feodalizm dövründə daha geniĢ intiĢar tapmıĢdır. Görünür bu
inkiĢaf əkinçiliyin əsas təsərrüfat sahəsi olması və məiĢətlə əlaqədar dulusçuluğun
100
geniĢ meydan alması ilə əlaqədar olmuĢdur.
Ġri təsərrüfat küplərində taxıl və unun saxlanılmasını arxeoloji və
etnoqrafik materiallar təsdiq edir. Ġrihəcmli küplər oturaq həyat tərzi keçirən və
taxılçılıqla məĢğul olan yerli əhali arasında daha çox iĢlədilmiĢdir. Oturacağı yastı
və gövdəsi qabarıq olan küplərin taxıl doldurulduqdan sonra ağzına küləĢ və ya
palaz parçası qoyulur. Yaxud da münasib gil ağızlıq, sal daĢ və taxta qapaqla
örtülür. Qırmızı və boz rəngli təsərrüfat küpləri müxtəlif həcmdə olur. Küplərin
hündürlüyü təxminən 1,5 m-dən 2 m-ə qədər çatır. Küp çox zaman yerə basdırılır.
Bəzən basdırılmayan və taxıl saxlanılan küplərə də rast gəlmək mümkündür.
Taxılın saxlanılmasında boylu və irigövdəli ağacdan hazırlanan godlardan
və taqqalardan da istifadə edilmiĢdir. God içərisi ovulmuĢ və ya yonulmuĢ quru
ağacdan düzəldilir. Quru qovaq və qarağacın içərisi daha tez çürüyüb tökülür və ya
içərisinin yonulması daha asan olur. Ona görə də god ən çox həmin ağac növlə-
rindən hazırlanır. Godlar müxtəlif ölçüdə: hündürlüyü təxminən 2-3 m, diametri
80-90 sm olurdu. Ən iri godlarda tağarlarla taxıl saxlanılırdı. Bir qayda olaraq
godun nəm çəkməməsi üçün onun altına 60-70 sm hündürlüyündə ayaqcıqlar
düzəldilir. Godun oturacağı taxta ilə örtülür. Ġçinə taxıl tökülərək ağzı qapanır. God
yağıĢ dəyməyən, nəm çəkməyən yerdə qoyulur. Taxıl götürmək lazım gəldikdə
godun aĢağı hissəsindən açılmıĢ deĢiyə tıxanmıĢ əski parçası çıxarılır və ya
düzəldilmiĢ taxta "ağızlıq" yuxarı qaldırılırdı. Lazım olan qədər taxıl
götürüldükdən sonra yenə deĢik qapanırdı. Görünür bu tip taxıl saxlayan qurğu
Tunc və Dəmir dövrlərindən iĢlənmiĢ və sonrakı əsrlərdə isə daha geniĢ Ģəkil
almıĢdır.
101
Taxıl saxlanılan kəndilər peyin qarıĢdırılmıĢ palçıqdan silindrik, habelə
dairəvi formalarda hazırlanırdı. Kəndilər müxtəlif böyüklükdə olub, təxminən 100-
150, 200-300 kq-a qədər taxıl tuturdu. Kəndinin aĢağı hissəsində taxıl götürməkdən
ötrü "külbə" adlanan göz qoyulur və taxıl töküldükdən sonra onun ağzı suvanırdı.
Ġri tutumlu kəndilərin sınmaması üçün o, bir neçə yerdən iplə sarınırdı ki, buna da
"qurĢaq" deyilirdi. Kəndi evdə, eyvanda və həyətdə üstüörtülü yerdə qoyulurdu.
Onlardan həm qə unu saxlamaq üçün istifadə edilmiĢdir. Taxıl və un saxlanılan belə
kəndilər təkcə Azərbaycanda deyil, həm də qonĢu ölkələrdə geniĢ yayılmıĢdır.
Taxılın saxlanılmasında hörmə çubuq
anbarlardan istifadə edilməsini etnoqrafik materiallar
təsdiq edir. Müxtəlif quruluĢ və həcmə malik olan
anbarlar göyəm, vələs, qarağac, fındıq və gilas
çubuqlarından hörülür. Çııbuqlar lazım olan ölçüdə yerə
basdırılıb bərkidilir. Sonra çubuqlar bir-birinə keçmə və
çarpazlaĢma yolu ilə aĢağıdan yuxarıya doğru hörülür.
Hazır anbarın oturacağı üçün ağac dayanacaq
düzəldilir. Anbarın baĢından taxıl tökülüb ağzı taxta ilə
bağlanır və üstü örtülür. Çox zaman taxıl dağılmasın,
nəm çəkməsin və hava keçməsin deyə, anbarın içi
suvanır, bəzən də anbar hər iki tərəfdən suvanır.
Anbardan taxıl götürmək lazım gəldikdə isə ya
qoyulmuĢ gözün tıxacı açılır, ya da dən onun ağzından
götürülür. Hörmə anbarlarda həcmindən asılı olaraq,
istənilən qədər taxıl saxlamaq olar. Anbar yağıĢ
döyməyən, nəm çəkməyən münasib yerdə qoyulur.
Görünür, hörmə anbarlarda taxıl saxlamağın tarixi
taxılçılığın tarixi qədər qədimdir. Çubuq anbarlar
sonrakı dövrlərdə, hətta XIX əsrdə də öz
əhəmiyyətini itirməmiĢdi. Son zamanlara qədər belə
anbarlarda buğda, arpa, xüsusilə qarğıdalı saxlanması
hallarına rast gəlmək olur.
Toxuculuğun inkiĢafı ilə əlaqədar, taxılın
daĢınıb saxlanılmasında yun çuval, kisə, xurcundan da
geniĢ istifadə edilmiĢdir. Çuval və kisələrə
doldurulmuĢ taxılı çox vaxt evdə, ya da xüsusi taxıl
damında saxlayırdılar. Taxılın nəm çəkməməsi üçün
çuvalın və kisənin altına daĢ və ağac qoyulur. Görünür,
bu növ qablarda taxıl saxlamaq qaydası ibtidai icma
quruluĢundan baĢlayaraq son zamanlara qədər öz
əhəmiyyətini itirməmiĢdir.
Taxılın saxlanmasında daha əlveriĢli və
102
münasib qurğu taxta anbarlar hesab edilir. Tay və qoĢa gözlü anbarlar taxtadan hazırlanır.
Əsasən düzbucaqlı quruluĢa malik olan taxta anbarların ayaqları olur. Bu oturacaqlar
qurğunu yerdən bir neçə santimetr hündürdə saxlayır. Bu dayanacaqlar qurğunun nəm
çəkməməsilə əlaqədardır. Anbarların gözə görünən qabaq hissəsi müxtəlif naxıĢlı
ornamentlərlə bəzədilirdi. Buna görə də bu anbarlara xalq arasında "bəzəkli" və ya
"doğrama anbar" deyilərdi. Anbarların tutumundan asılı olaraq, bunlarda 40-50
puda qədər taxıl saxlamaq olurdu. Arakəsməli (gözlü) belə anbarlarda müxtəlif
taxıl növləri saxlanırdı.
Anbarın hər bir gözündə taxılın götürülməsi üçün kiçik qapaqcıq
qoyulurdu. Adətən, anbarlar yaĢayıĢ evlərinin birinci mərtəbələrində və ya
təsərrüfat binalarının içərisinə qoyulurdu.
Ġrihəcmli və nisbətən mürəkkəb quruluĢlu taxta anbarlardan ilk sinifli
cəmiyyət dövründən istifadə edildiyini ehtimal etmək olar. Lakin bu tip qurğudan
sonrakı dövrlərdə daha geniĢ halda istifadə edildiyini söyləmək mümkündür.
Beləliklə də XX əsrin əvvəllərinə qədər Azərbaycanda taxılın
saxlanılması üçün quyu və anbarlardan baĢqa kəndi, toxunma səbət, çubuq anbar,
taqqa və godlardan, habelə çuval, kisə və s.-dən istifadə edilmiĢdir.
Taxılın saxlanması ilə əlaqədar bir məsələni də xatırlatmaq lazımdır.
Anbarlarda saxlanarkən onun xarab olmaması, ziyanvericilərdən qorumaq və
keyfiyyətini saxlamaq məqsədilə taxılın içinə müxtəlif otlar, nar qabığı, soğan və
xüsusilə, sarımsaq qoyulardı.
Taxılçılığın
etnoqrafik
baxımdan
tədqiqindən
tamamilə
aydın olur ki, bu təsərrüfat sahəsi
əsrlər boyu Azərbaycan xalqının
iqtisadi həyatında həlledici rola malik
olub, onun yaĢayıĢ və güzəranının
əsasını təĢkil etmiĢdir.
Azərbaycanlılar öz təsərrüfat
həyatı
və
məĢğuliyyətlərinin
müxtəlifliyi baxımından bir sıra
xalqlardan
fərqlənirlər.
Ölkənin
təbiətinin zənginliyi, təsərrüfatın
rəngarəngliyi və bir sıra ictimai-
iqtisadi amillər insanlar arasındakı
davranıĢa və münasibətə, daha
doğrusu,
onların
birgəyaĢayıĢ
qaydalarına
da
öz
təsirini
göstərmiĢdir.
Xalqımızın
həyat
tərzini, onların təsərrüfat həyatını və
məiĢətini
öyrənərkən
bu
103
münasibətlərdə mövcud olan və xeyirxah məzmun daĢıyan təmənnasız
köməkliklərin, əltutmanın və qarĢılıqlı yardımın cürbəcür forma, qayda və əsl
mahiyyətini görürük. Daha doğrusu, xalqımız qədim zamanlardan belə çətin
vaxtlarda, ehtiyac duyulduqda bir-birindən öz yardım əlini əsirgəməmiĢdir.
Beləliklə də xalqımızın bu xeyirxah əməlləri əsrlər boyu davam etməklə, lazım
gəldikdə təkrar olunmuĢ, bəzən öz forma və məzmununda yeni məna kəsb etmiĢ və
nəhayət, adət Ģəklini almıĢdır.
Əkinçilikdə köməklik və bir-birinə yardıma daha çox ehtiyac duyulurdu.
Torpağın Ģumlanmasından baĢlamıĢ biçin, dərzdaĢıma, döyüm, otçalımı, yaxud su-
varma arxlarının çəkilməsi və s. əmək proseslərində əkinçi əhalinin bir-birinə
kömək etməsi onlar arasında adət halını almıĢdı. Bu cür ağır və təcili görüləsi iĢlərdə
köməketmə adəti ən münasib bir hal olmaqla belə bəzən zəruri və əvəzedilməz
əhəmiyyətə malik olurdu. Belə ki, xeyli iĢçi və qoĢqu qüvvəsi tələb edən bu iĢlərin
öhdəsindən bir və ya iki ailə gələ bilmirdi. Bundan əlavə ailə baĢçısını itirmiĢ,
yaxud Ģikəst və ya xəstəsi olan ailələrə, ümumiyyətlə, tavanasız (kasıb) ailələrə
kömək edilərdi. Xalqın adətinə görə həmkəndlilər bir-birlərinə, çətinliyə düĢmüĢ
qonĢusuna yardım etməyə borclu idi. Məhz buna görə də köməketmə adəti
xeyirxah bir iĢ olmaqla kəndlilər arasında geniĢ yayılmıĢdı.
104
Azərbaycan kəndində qarĢılıqlı yardım adətləri iməcilik, əvrəz-avariz və
baĢqa adlarla tanınmıĢdısa da, onlar məzmun, məqsəd və mahiyyət etibarilə bir-
birinə yaxın və oxĢar olmuĢlar. Adətən bu köməkliklər təsərrüfat iĢləri üçün,
vəsaitin çatıĢmaması və iĢin təcili görülməsi üçün lazım olan iĢçi qüvvəsinin azlığı,
qoĢqu qüvvəsinin yoxluğu və s. ilə bağlı olurdu. Adətə görə köməkliklər nadir və
zəruri hallarda təĢkil edilərdi. Belə ki, birgə iĢ üçün köməyə ehtiyacı olan Ģəxs
kəndin ağsaqqalı ilə məsləhətləĢib, iĢin görülməsi müəyyən olunan gün haqqında
qohum-əqrəbaya, məhəllə adamına, bəzən də kənd camaatına xəbər verirdi. Xəbər
verilmiĢ adamlar həmin gün (iməcilik və ya əvrəz günü) iĢləməyə gələrdilər.
Ġmkanı olub, köməyə gəlməmək el arasında qəbahət sayılardı.
Əvrəz çox canlı və iĢgüzar Ģəraitdə baĢlanıb, iĢ gününün sonunadək davam
etdirilirdi. Adətə görə əvrəz iĢtirakçıları həmin gün iĢə daha tez çıxmağa və ya öz
əməkləri ilə baĢqalarından fərqlənməyə çalıĢırdılar. Əvrəzin belə iĢgüzar xüsu-
siyyətini özündə əks etdirən bəzi ifadələr xalq arasında indi də iĢlənməkdədir.
Məsələn, biri tələsik yemək yeyərkən ona: "Nə olub? Əvrəzdir bəyəm" deyirlər.
Bunun əksinə olaraq, ləng yol gedən adama isə "biyara getmirsən ki" və ya "Elə bil
biyara gedir" ifadəsilə müraciət edilir. Dilimizdə iĢlədilərək məsəl halına çev-
rilmiĢ həmin ifadələrin məna və məzmunu əvrəzin tam könüllülük əsasında keçi-
rildiyini bir daha sübut edir.
ġübhəsiz, əvrəzəçağırma adətən, görüləcək iĢdən və onun xüsusiyyətindən
asılı olurdu. Deyildiyi kimi, əvrəz görüləcək iĢin qurtarıb-qurtarmamasından asılı
olmayaraq, əksər hallarda bir gün davam edirdi. Axı, yoxsul kəndlinin bir gündən
artıq Ģumlanacaq torpaq sahəsi və ya da bir neçə günə görüləsi elə baĢqa iĢi də
olmurdu.
Adətə görə əvrəzi təĢkil edən Ģəxs iĢtirakçılara nahar verərdi. Daha
imkanlı kəndli isə əvrəzçilər üçün hətta qoyun da kəsərdi. Lakin çox kasıb ailələrə
əvrəzə gedənlər özləri ilə yeməklərini də aparardılar.
Əkinçilikdə
ayrı-ayrı
təsərrüfat
iĢlərinin
köməklik
məqsədilə
görülməsində onun iĢtirakçılan özünəməxsus məna və məzmun daĢıyan bir sıra
adət və Ģərtlərə də əməl etməli olurdular. Daha doğrusu, iĢin xüsusiyyətindən asılı
olaraq bəzən bəhsəgirmə, ĢərtləĢmə-mərcləĢmə və sair maraqlı yarıĢ və əyləncələr
də keçirilərdi. Məsələn, Ģum əvrəzi zamanı kimin kotanı tez iĢə çıxıb "qarabas" (ilk
Ģırım) açardısa, həmin kotanın rəncbərinə hörmət əlaməti olaraq nahar zamanı
qoyunun döĢ ətindən bozbaĢ verilərdi. Yaxud ona əl dəsmalı bağıĢlanardı. Adətən,
əvrəzdə kəl sınağı da keçirilərdi. Bununla da əvrəzdə iĢtirak edən kotanların ən
qüvvətli kəlləri müəyyənləĢdirilərdi. Bu cür bəhs zamanı daha güclü hesab edilən
kəllər kotanın dib boynuna qoĢulardı. Beləliklə də kotanı bir cüt kəl çəkməli idi.
ġərtləĢmə zamanı qalib kəl müəyyən olunmadıqda kotanın təkərləri də çıxarılardı.
ġərtə görə kotanı çəkməyə gücü çatmayıb dizini yerə qoyan kəl məğlub hesab
edilərdi. Qalib kəlin belinə əvrəzdə kəsilən qoyunun dərisi atılardı. Həmin dəridən
isə kəl üçün boyun yastığı tikilərdi. Əvrəzdə keçirilən kəl sınağı həmkəndlilər
105
arasında böyük marağa səbəb olardı.
Adətən, köməkliklər bəzi təsərrüfat iĢlərində, xüsusilə ot çalımı, taxıl
biçini və dərz daĢınmasında daha tez-tez təĢkil olunardı. Əkinçilikdə mövsümi
xarakter daĢıyan bu əmək proseslərini vaxtında və təcili həyata keçirmək üçün
birgə iĢçi qüvvəsi tələb olunurdu. Əkinçilərin dediyi kimi "Biçində gecikən
uduzur". Ona görə də əvrəzə çağırıldıqda taxıl biçməyi bacaran hər bir kəndli bu
iĢdə öz qonĢusuna və ya həmkəndlisinə, xüsusilə bu iĢin öhdəsindən gələ bilməyən
ailələrə əlindən gələn köməyi edirdi.
Bu birgə iĢdə, biçin və dərzin daĢınması zamanı onun iĢtirakçıları öz
yoldaĢlarından diribaĢlıqları ilə seçilməyə çalıĢırdılar. Adətə görə, ilk dərzi biçmiĢ
biçinçiyə, yaxud dərzi sahədən xırmana birinci gətirən arabaçıya hədiyyə verilərdi.
Bəzi hallarda biçin əvrəzi daha təntənəli keçirilərdi. Belə ki, kəndin və ya
məhəllənin ən yaxĢı biçinçisi burada tanınardı. Biçinə dəvət olunmuĢ biçinçilər,
zurnaçılar tərəfindən ifa olunan "Cəngi" sədası altında eyni vaxtda iĢə baĢlardılar.
Kim ilk dərzi hamıdan tez əkin sahibinin qarĢısına qoysaydı, əvrəzin qalibi, kəndin
ən yaxĢı biçinçisi hesab olunardı. Qalibə hədiyyə, xələt, xonça verilərdi. Əvrəz
qohumluq münasibətlərinə görə də təĢkil edilərdi. Əgər belə köməyə qız evinin
zəruri ehtiyacı olardısa, niĢanlı oğlan kəndin cavanlarını əvrəzə çağıraraq
qayınatasının otunu çaldırar, taxılını biçdirər və ya dərzini daĢıtdırardı. Əvrəz
zamanı baĢqalarından fərqlənməkdən ötrü oğlanın - gələcək bəyin qoluna qız
evindən göndərilmiĢ qırmızı dolaq bağlanardı. Əvrəz iĢtirakçılarına yemək oğlan
evi tərəfindən verilərdi.
Əkinçilikdə qohumluq münasibətlərinə əsaslanan belə köməklik forması
talıĢlar arasında da mövcud olmuĢdur. Əgər qayınataya taxıl biçmək, ot çalmaq və
baĢqa iĢlər üçün köməklik lazım olardısa, niĢanlı oğlanın evinə xəbər göndərilərdi
ki, "filan gün, adam götürüb iĢləməyə gəlsinlər". Belə köməklik talıĢlarda "yeznə
köməkliyi" ("zomoa ko") adlanırdı.
Köməketmə bəzən kənd icmasının ümumi istifadəsi üçün zəruri olan
mühüm təsərrüfat iĢlərinin görülməsi zamanı da həyata keçirilərdi. Suvarma
kanallarının çəkilməsi və ya təmiri, dəhnə və bəndlərin tikilməsi və sair böyük
zəhmət və iĢçi qüvvəsi tələb edən iĢlərdə də həmkəndlilər belə bir adətdən istifadə
edərdilər. Bəzən elə olurdu ki, su kanalı və arxlardan kəndin ancaq bir məhəlləsi
istifadə edirdi. Lakin lazım gəldikdə kəndin baĢqa məhəllələrindən gəlib həmin
məhlənin su kanallarının təmir və ya təmizlənməsinə kömək edirdilər.
ġübhəsiz ki, qədimdən öz məzmunu və mahiyyəti etibarilə könüllülük
əsasında xalqın bir-birinə göstərdiyi təmənnasız kömək adət Ģəklini alaraq əvrəz
adı ilə təĢəkkül tapmıĢ və formalaĢmıĢdır və bu, xalqımızın təsərrüfat həyatında
əsrlər boyu yaĢayaraq, qalıq halında da olsa, dövrümüzə qədər gəlib çatmıĢdır.
Yeri gəlmiĢkən qeyd etmək lazımdır ki, əvrəz Azərbaycanda həm də
mükəlləfiyyətlərdən biri kimi tanınmıĢdır. Daha doğrusu, bəy və mülkədarlar
xalqın bu adətindən sui-istifadə edərək, onu özləri üçün bir istismar vasitəsinə
106
çevirmiĢlər. ZəhmətkeĢ xalq isə belə əvrəzi onun məzmunundan irəli gələn və sinfi
məna daĢıyan adla "yüzbaĢı əvrəzi", "bəy əvrəzi" kimi tanıyaraq, əvrəzin əsl
mahiyyətindən ayırmıĢlar.
Ġməcilik də eyni ilə əvrəz kimi məna və məzmun daĢıyaraq Azərbaycanın
ayrı-ayrı etnoqrafik bölgələrində daha geniĢ yayılmıĢdı. Əvrəzdə olduğu kimi,
iməciliklər də zəruri və təcili görüləsi iĢ və ya sadəcə olaraq tavanasız və köməyə
ehtiyacı olan ailələrə yardım məqsədilə çağırılardı. Ġməciliklərdə də həm kiĢilər,
həm də qadınlar çox həvəslə iĢtirak edərdilər. Çəltikçilik təsərrüfatı ilə məĢğul olan
ailələrdə lazım gəldikdə Ģum, bicar, alaq, biçin və s. iĢlərdə iməciliklər keçirilərdi.
Belə ki, çəltik üçün Ģum gecikdikdə, Ģitil sancma gecikdikdə, əkini alaq otları
həddən artıq basdıqda və baĢqa hallarda əkin sahibi düĢmüĢ olduğu çətinlikdən
iməcilik keçirmək yolu ilə çıxardı. Ġməcilikdə iĢ həmin gün qurtarardısa, bu daha
böyük Ģənliyə səbəb olardı.
Lənkəran bölgəsində çəltik Ģitili sancmaq və alaq iĢi ilə ancaq qadınlar
məĢğul olur və bu iĢ prosesi zamanı keçirilən iməciliklərdə də yalnız qadınlar
iĢtirak edirdilər. Ġməcilik iĢtirakçıları olan qadın və yeniyetmə qızlar, fasilələrdə və
iĢdən sonra çalıb oxuyar, Ģən oyunlar təĢkil edərdilər, qadınlar iməcilik günü daha
təmiz və səliqəli geyinərdilər. Bəzən yaĢlı qadınlar belə günlərdə oğul və nəvələri
üçün qız da gözaltı edərdilər.
Deyildiyi kimi, köməkliklər, adətən həmkəndlilər, qonĢular, həm də
məhəllə adamları arasında olardı. Lakin belə köməklik adəti, nadir hallarda da olsa,
qonĢu kəndlər arasında mövcud olmuĢdur. Beləliklə ehtiyac olduqda Lənkəran
qəzasında Ərkivan, Boradigah, Xolmili, Ərçivan, ġiyəkəran, ġıxəkəran və baĢqa
kəndlərin əhalisi çəltik biçini və baĢqa iĢlərdə öz qonĢu kəndlərinə köməyə
gedərdilər. Yaxud Naxçıvan, Quba, Cəbrayıl, ġəki və s. qəzaların taxılçılıqla
məĢğul olan kəndlərinin camaatı belə köməkliklərdə fəal iĢtirak edərdilər.
Əkinçilikdə, Ģum, biçin, döyüm və sair iĢlərdə kəndlilər arasında "növbə"
adı ilə tanınan köməklik adəti də mövcud olmuĢdur. Bu birləĢmədə, adətən
tavanası eyni səviyyədə olan üç-dörd təsərrüfatdan artıq iĢtirak etmirdi. Həmin
təsərrüfatlarda kimin iĢi daha təcili (biçin, döyüm və s.) idisə, həmin iĢ görülər,
daha sonra ehtiyaca görə növbə ilə baĢqa iĢtirakçılar üçün iĢlərdilər. NövbələĢmə
ilə görüləsi iĢ, adətən 10-12 günə qurtarardı. Daha doğrusu, növbələĢmədə iĢtirak
edən təsərrüfatlar əsasən bir iĢ prosesinin (biçin, döyüm və s.) yerinə yetirilməsi
üçün birləĢir və həmin iĢ görülüb qurtardıqdan sonra bu birləĢmə dağılırdı.
Kəndlilər əkinçilikdə ayrı-ayrı iĢ proseslərini bu və ya baĢqa obyektiv
səbəblər üzündən müstəqil yerinə yetirə bilmədiyi hallarda "ortaqlıq" iĢ üsulundan
da istifadə edirdilər. ġübhəsiz ki, ortaqlığı doğuran səbəblərdən biri qoĢqu
heyvanlarının azlığı və ümumiyyətlə, "canlı" və "cansız" avadanlığın çatıĢmaması
olmuĢdur. Qaydaya görə bir neçə nəfər əkin sahibi öz heyvanlarını birgə qoĢaraq
dərz daĢıyır və onu xırmanda döyməklə iĢi baĢa çatdırırdı. Bəzən də ortaqlıq
torpağın Ģumlanıb qurtarması ilə bitirdi. Adətən ortaqlıq 5-10 gündən artıq
107
çəkməzdi. Yada bir mövsüm.
Ortaqlığın üzvləri arasında Ģum, biçin, dərzdaĢıma və döyüm gününün
bölgüsü, mövcud olmuĢ qaydaya görə, ortaqlığa verilmiĢ heyvanın sayı ilə
müəyyən edilərdi. Əgər kəndli ortaqlığa bir at və ya kəl qoĢmuĢsa bir gün, bir cüt
at və ya kəl qoĢmuĢsa iki Ģum və ya iki döyüm günü almaq hüququna malik idi.
Lakin onu da qeyd etmək lazımdır ki, belə ortaqlıqlarda qoĢqu heyvanı olmayan
kəndlilər də iĢtirak edə bilirdilər. Onlar isə çox vaxt sürücü, yabaçı, sovruqçu olur,
ümumiyyətlə, lazım olan iĢi görürdülər. Bunun müqabilində isə həmin kəndlilər
dərzin daĢınması üçün iĢ heyvanlarından bir və ya iki günlüyə istifadə etmək
hüququ qazanırdılar. Bu cür Ģərtlərlə təĢkil olunan ortaqlıq adəti sonrakı dövrlərdə
özünün əvvəlki "sadə əmək birləĢməsi" mahiyyətini itirərək, daha yoxsul kəndlilərin
istismar mənbəyinə çevrilirdi.
Təsərrüfatla əlaqədar yaranan belə köməkliklər dünyanın bir sıra xalqları ara-
sında da mövcud olmuĢdur. Belə ki, Qafqazda, Orta Asiyada, Avropa ölkələrində və
baĢqa yerlərdə müxtəlif adlarla tanınmıĢdır. Bu cür birgə yardım ruslarda "pomoçı" və
ya "toloka", "subbotnik", gürcülərdə "dadzaxili" və ya "ulami", özbəklərdə "xaĢar",
kumuklarda "bulka", ləzgilərdə "mel" və s. adlanmıĢdır.
Mövcud ictimai-iqtisadi amillərin tələbindən irəli gələn bu qarĢılıqlı yardım
adətləri və onun müxtəlif formaları xalqımızın əkinçilik təsərrüfatında daha geniĢ
yayılmıĢdır. Belə ki, əsasən süni suvarmaya və sadə kənd təsərrüfatı alətləri üzərində
qurulan Azərbaycan əkinçiliyində kəndlilərin bir-birinə köməketmə adətinə və hər cür
yardıma daha çox ehtiyacı var idi. Təsadüfi deyildir ki, bu birgə köməkliklərlə əlaqədar
olaraq xalqımız arasında "el gücü, sel gücü, yel gücü", "tək əldən səs çıxmaz", "el bir
olsa, dağı oynadar yerindən", "dil bir olsa, zərbi kərən sındırar" və s. zərbi-məsəllər
yaranmıĢdır.
Dostları ilə paylaş: |