Neandertal - yeni tipli insanlar yaĢamıĢdır.
Dikqamətli və beyin tutumu Homo
habilisdən 2 dəfəyə qədər böyük olan bu
insanlar fiziki görünüĢünə və həyat
tərzinə görə müasir insana daha yaxın
olmuĢlar. Onların Ģüurunun daha da
inkiĢaf
etməsinin
mühüm
göstəricilərindən biri rəngləri, rəng
çalarlarını qavraya bilmələridir. Tağlar
mağarasından qırmızı, sarı, yaĢıl, qəhvəyi, qara, ağ rəngli və bu rənglərin 20-dən çox
çalarında daĢ məmulatları aĢkar edilməsi bunu açıqca göstərir.
Azərbaycanda Neandertal adamın qalığı - bud sümüyü Urmiya gölü
yaxınlığında Tamtama mağarasından aĢkar edilmiĢdir. Bu tapıntı 40-50 min il əvvələ
aiddir və ibtidai insanların Azərbaycan ərazisində ən qədim çağlardan üzü bəri fasiləsiz
yaĢamını davam etdirdiyini sübut edir. Mağara sakinləri ovçuluqla məĢğul olmuĢlar.
Buradan çoxlu maral, öküz, at sümükləri tapılması bunu təsdiqləyir [8].
Mustye dövründə kortəbii sürü münasibətləri tədricən arxada qalmıĢ, nəsil,
qəbilə icması yaranmağa baĢlamıĢdır. Neandertal qəbirləri həmin dövrdə uzunmüddətli
birgə yaĢayıĢ nəticəsində xəstənin, Ģikəst olanın qayğısına qalmaq kimi ümumilik
münasibətlərinin qərarlaĢmasını gostərir. Bu, qarĢılıqlı yardım elementlərinin
21
formalaĢmasını, dəstə üzvlərinin bir-birinin qayğısına qalmasını düĢünməyə ciddi
əsas verir. Hər halda, bu dövrdə "qəbilə ərəfəsi" birliklərinin yaranması Ģübhə
doğurmamalıdır.
Orta Paleolit dövrünün sonunda insanın bədən quruluĢunun təbii Ģəraitin,
iqlimin, uzunmüddətli əmək proseslərinin təsiri ilə dəyiĢib müasir Ģəklini alması baĢa
çatdı, Homo sapiyens - ağıllı insan yarandı.
Üst Paleolit (40 min - 14 min il əvvəl) dövründə nəsil icması qəti Ģəklini
aldı, qan qohumluğuna və əmlak ümumiliyinə əsaslanan bu ibtidai insan kollektivi sabit,
davamlı və mütəĢəkkil hala çatdı. Nəsil icmasının ilk mərhələsində ana xaqanlığı -
matriarxat mövcud idi. Ġcmanın idarə olunmasında, təsərrüfat iĢlərində qadın aparıcı
rol oynayırdı. Bu, qəbilə üzvlərinin ərzaqla təmin olunmasında yığıcılıqla məĢğul olan
qadınların əsas yer tutması, qohumluğun ana xətti ilə müəyyən edilməsi, uĢaqların
qayğısına anaların qalması kimi amillərlə bağlı idi.
Üst Paleolit dövründə insanların əmək alətləri hazırlaması, təsərrüfat iĢi, həyat
tərzi, dünyaya baxıĢı inkiĢaf edir, mühüm dəyiĢikliklər baĢ verirdi. Bu dövrdə daĢdan və
sümükdən daha təkmil,
universal
əmək
alətləri
hazırlanması çoxalır. Ġbtidai
incəsənət
nümunələrinin
yaranması, sümük, daĢ və
buynuzdan müxtəlif fiqurlar
düzəldilməsi, mağara divan
və qaya parçaları üzərində
rəsmlər
çəkilməsi
bu
dövrdən baĢlayır. Üç böyük
irqin formalaĢması da üst
paleolit dövrünə təsadüf
edir.
Mezolit dövründə
(e.ə. XII-VIII minilliklər)
buzlaĢma dövrü əsasən baĢa
çatdı.
Ġqlimin
mülayimləĢməsi ilə nəbatat
və heyvanat aləmi də
dəyiĢərək, təxminən müasir
dövrə uyğun Ģəklini aldı [9].
Bu dövrdə kiçik ölçülü
(mikrolit)
alətlərin:
ox
ucluqları, bıçaqlar, bizlər,
çeĢidli qaĢov və kəsicilərin
hazırlanması geniĢ miqyas
22
aldı, ox və kaman ixtira edildi, daĢ balta düzəldilməsinə baĢlandı. Qobustanda bu dövrə
aid qayaüstü rəsmlər içərisində ox və kamanla silahlanmıĢ adi insan böyüklüyündə
təsvirlər [10] ovçuluğun insanların həyatında çox mühüm rol oynamasına iĢarədir.
Mezolit dövrünün mühüm yeniliklərindən biri insanların balıqçılıqla geniĢ
miqyasda məĢğul olmağa baĢlamalarıdır. Qobustan qaya rəsmlərində çoxlu qayıq, balıq
və balıq toru təsvirləri bununla əlaqədardır. Arxeoloji qazıntılar zamanı Qobustandakı
yaĢayıĢ məskənlərindən tor toxumaq üçün iĢlədilən sümük alətlər, qarpunlar, balıq və
suiti sümükləri tapılması da bunu aydın göstərir.
Mezolit dövrünə aid Qobustanda aĢkar edilmiĢ erkən qayaüstü rəsmlərin baĢ-
lıca mövzusu həmin ərazidə ovlanan heyvanlarla bağlıdır. Bir neçə rəsmdə isə keçi və
maral təsvirləri üzərində nal Ģəkilli daĢla zərbə endirilməsi və onların yaralanması əks
olunubdur. Alimlərin fikrincə, bu, ovdan qabaq heyvanları ovsunlamaq inancı ilə
bağlıdır [11]. Etnoqrafik müĢahidələrə görə son zamanlara kimi Oğuz rayonunda
ovçular dağ keçisinin ləpirinə mismar çalır, bununla ovun uzağa getməməsi üçün
ovsunlama etdiklərinə inanırdılar.
Mezolit dövründə mənimsəmə təsərrüfatı formaları insanların ərzaqla təmin
edilməsində baĢlıca yer tutmaqda davam edirdi. Bununla bərabər, ibtidai əkinçilik və
maldarlıq vərdiĢləri də yaranmaqda idi. Ġqlim və landĢaft kompleksində baĢ verən
dəyiĢikliklər, ovlanan heyvanların sayının azalması insanların çıxıĢ yolları aramasını
Ģərtləndirdi. Yığıcılıqla məĢğul olmaqla ərzaq ehtiyatını artırmaq cəhdləri dənli bitkilər
becərilməsinə gətirib çıxardı. Azərbaycanda və Qafqazın digər bölgələrində yabanı
dənli bitkilərin mövcudluğu buna imkan verdi. 1928-ci ildə Ümumittifaq Tətbiqi
Botanika Ġnstitutunun direktoru, prof. N.Ġ.Vavilov Böyük və Kiçik Qafqazın dağətəyi
bölgələrində çöl tədqiqat iĢləri apararkən ən qədim buğda növü - Triticum dicoccum adlı
növlə tanıĢ olmuĢ, Osetiya və indiki Ermənistan ərazisində həmin dövrdə bu buğda
növünün becərilməkdə olduğunu müĢahidə etmiĢdi [12]. Yabanı buğda növlərinin
Azərbaycanın müxtəlif bölgələrində aĢkar edilməsi bu bitkinin çox qədim çağlardan yerli
sakinlərə bəlli olduğunu göstərir [13]. Yabanı arpa növü isə Biləsuvar-ĠmiĢli bölgəsində
günümüzə qədər qalmaqdadır.
Bu dövrdə regionda iri və xırda buynuzlu heyvanların (qoyun istisna
olmaqla) vəhĢi növləri mövcud idi. Bunu qədim insan məskənlərindən aĢkar edilmiĢ
çoxsaylı heyvan sümükləri aydın göstərir. Qədim insanların onları ovlaması Qobus-
tanın qayaüstü rəsmlərində əks olunubdur.
Ġnsanlar uzun müddət ərzində onları əhatə edən mühiti müĢahidə etmiĢ, bitki və
heyvanların necə artıb çoxaldığını izləmiĢdilər. Bu müĢahidələr əkinçilik və mal-
darlığa keçməyə zəmin hazırladı. Mezolit dövründə bu sahələr üzrə biliklərin top-
lanması daha intensiv xarakter alır və əkinçilikdən, maldarlıqdan getdikcə çox ərzaq əldə
edilməsi mümkün oldu.
Dostları ilə paylaş: |