mm olan ərazilərdə rütubətli dağ kolları və alçaq dağlığın arid meĢələri, 600-1400 mm
olan ərazilərdə meĢələr yaranır. Yüksək dağlığın alp çəmənlikləri üçün orta illik
yağıntının miqdarı 600-900 mm tələb olunur [15].
Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla da zəngindir. Azərbaycanın ən
qiymətli sərvəti ilk növbədə neft və qazdır. Neft və qaz qədim zamanlardan ölkəni
ĢöhrətləndirmiĢdir. Heç də təsadüfı deyil ki, Azərbaycana "Odlar yurdu" deyirlər.
Azərbaycanın yeraltı sərvətlərinə dəmir, mis, qızıl, gümüĢ, civə, qurğuĢun, maq-
nezium, xrom, titan, kobalt, polimetallar, molibden, kvars, kükürd, alunit, daĢ duz və s.
faydalı qazıntılar da aiddir.
Azərbaycanın mineral suları və sərin bulaqları da onun milli sərvətidir.
Azərbaycanın mineral suları kimyəvi tərkiblərinə görə on bir tipə bölünür:
hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-sulfatlı, hidrokarbonatlı-
17
xloridli-sulfatlı, xloridli, sulfatlı-xloridli, kükürdlü və b [16].
Azərbaycanın təbii-coğrafı Ģəraitinin qısa xarakteristikasından tamamilə aydın
olur ki, bu ərazidə insanlar çox qədim zamanlardan məskən salmıĢ və güzəran keçir-
miĢlər. ƏlveriĢli iqlim Ģəraiti, münbit torpaqlar, zəngin yerüstü və yeraltı sərvətlər bu
ölkəni Azərbaycan xalqının ilkin ocağına çevirmiĢ, xalqın qaynar həyatı bu ərazidə
keçmiĢdir.
|