Zərgərlik üsulları. Zinətin bədii formasını və dekorativ bəzək (naxıĢ)
məziyyətini gücləndirmək məqsədilə Azərbaycan zərgərliyində qədim zamanlardan
baĢlayaraq bir sıra texniki üsullar tətbiq olunmuĢdur. Zinət ustaları iĢ prosesində
həm yekcins metal (qızıl və ya gümüĢ), həm də cavahiratdan (ləl, yaqut, firuzə,
inci, brilyant, əqiq və s.) ibarət müxtəlif materialların ahəngdar qatıĢığından
istifadə etdiklərindən həmin üsulların, demək olar ki, hamısına mükəmməl
bələddilər. Bu və ya digər zinət növünün hazırlanması prosesində həndəsi, nəbati,
zoomorf və astral motivli naxıĢ ünsürləri tətbiq edilirdi [88].
Ġstehsal texnikasına görə zərgərlik məmulatı sadə, yaxud mürəkkəb
quruluĢda hazırlanırdı. Adətən, mürəkkəb naxıĢlı zinət növləri qarıĢıq tərkibli
olmaqla, qızıl və ya gümüĢün ləl-cavahiratla qatıĢığından ibarət müxtəlif
komponentlərdən düzəldilirdi. Bu növ zinətlər yerlik, haşiyə və mərkəz sahə
olmaqla, müxtəlif bəzək ünsürlərindən, çox vaxt isə əlavə bəndləyici hissələrindən
ibarət düzəldilirdi. Zinətin növündən asılı olaraq məmulatın ümumi özülü, yaxud
onun ayrı-ayrı bəzək ünsürləri iĢlənib hazırlanarkən bu hissələrin hər birinin
məzmununa uyğun material və nəqĢ motivi seçilirdi. NəqĢ ünsürünün istehsal
tələbinə uyğun olaraq, zinət növləri müvafiq texniki üsullarla düzəldilirdi.
Zərgərliyin ən qədim və bəsit üsullarından biri qəlibkarlıq olmuĢdur.
Azərbaycanın müxtəlif etnoqrafik bölgələrindəki məhəlli zərgərlik mərkəzlərində
bu üsul "basma", "basmaqəlib", "çaxma" və ya "çaxmaqəlib" adı ilə geniĢ
yayılmıĢdı.
Qəlibkarlıq texnikasının bir çox ünsürləri zərgərliyin hələ müstəqil sənət
növü kimi inkiĢaf etməsindən çox əvvəllər meydana gəlmiĢdi. Metal məmulatının
zahiri görkəminin müəyyənləĢməsində tökmə qəliblərin forma və nəqĢ ünsürlərinin
həlledici rol oynadığı Tunc dövrü sənətkarlarına artıq yaxĢı məlum idi. Dərin tarixi
kökləri olan bu əməli vərdiĢlər sonralar zərgərlik sənətində qəlibkarlıq üsulunun
formalaĢmasında mühüm rol oynamıĢdır.
Qəlibkarlıq məmulatının naxıĢ - bəzək ünsürləri, adətən, qabarıq formaya
malik olması ilə səciyyələnir. Zinət üzərində qabarıq naxıĢ ünsürləri, bir qayda
olaraq, qəlib və sümbə vasitəsilə düzəldilir. Qəlibkarlıq naxıĢları sümbə və ya
sərsümbədə qabarıq, çaxma qəliblərdə isə çökək forma kəsb etdiyindən iĢ
prosesində bunların hər ikisindən əlaqəli Ģəkildə istifadə edilirdi.
Qəlibkarlıq məmulatlarını hazırlamaq üçün ilk növbədə müxtəlif naxıĢ
çeĢnilərinə malik qəliblər düzəldilirdi. Bunun üçün əvvəlcə yumĢaq materialdan
(mum, gil, gəc) qəlibin modeli hazırlanır, sonra onun üzərində müvafiq naxıĢ
ünsürləri (badam, buta, arpa, qönçə, çiçək, ləçək, gül, həndəsi fiqurlar və s.)
iĢlənərək dekorativ Ģəklə salınır, daha sonra tökmə yolu ilə ondan bürünc qəlib əldə
edilirdi. Xüsusilə gümüĢkarlıq sənətində geniĢ tətbiq olunan bu tip qəliblər, bir
qayda olaraq, bürüncdən tökülürdü. Zinətin bəzək ünsürlərinin təkrarına yol
verməmək və onun bədii tərtibatına xələl gətirən yeknəsəqliyi aradan qaldırmaq
401
üçün bir qayda olaraq, məmulatın ümumi kompozisiyası müəyyən qədər
dəyiĢdirilir, yaxud ona bəndləyici nəqĢ ünsürləri əlavə edilirdi.
Çaxmaqəlib üsulunun meydana gəlməsi texniki baxımdan mütərəqqi hal
olmaqla, zərgərlik sənətinin inkiĢafında mühüm rol oynamıĢdır. Əmək
məhsuldarlığının artmasına imkan verən bu üsulun tətbiqi sayəsində zərgər böyük
diqqət və məharət tələb edən mürəkkəb əməliyyatları nisbətən qısa müddətdə
görməklə yüksək keyfiyyətli məhsul istehsal edirdi [89].
Qəlibkarlıq məmulatının istehsalı qızıl və ya gümüĢün təbəqə halına
salınmasından baĢlanırdı. Bundan sonra müvafiq qəlib vasitəsilə bəzək ünsürü
metal lövhə üzərinə köçürülürdü. Bunun üçün də əvvəlcə hər bir məmulat növünün
texniki tələblərinə müvafiq qatışıq ərinti hazırlanırdı. Ərinti hazırlamaq üçün metal
qatıĢığı müəyyən nisbətdə doğranıb "buta" adlanan odadavamlı xüsusi qaba yığılır
və körüklü kürə vasitəsilə qızdırılırdı. Ərintinin yaxĢı qatıĢmasını təmin etmək
üçün, bir qayda olaraq, onun üzərinə bura əlavə olunurdu. Ərinti yetiĢib hazır
olanda müvafiq formalı qəliblərə tökülürdü.
Ərinti zindan üzərində döymə yolu ilə tapdanıb nazik vərəq halına
salınırdı. Bir qayda olaraq qızıl isti, gümüĢ isə həm isti, həm də soyuq döymə
üsulları ilə tapdanıb yaymalanırdı.
Bu və ya digər zinətin dekorativ bəzək ünsürlərini əldə etmək üçün
əvvəlcə tələb olunan bəzək çeĢnisi müvafiq qəlibdən metal lövhəcik üzərinə
köçürülürdü. Bu məqsədlə qızıl və ya gümüĢ lövhə müvafiq qəlib üzərinə qoyulub
üstünə eyni ölçüdə qurğuĢun təbəqəsi çəkilirdi. Zərgər çəkicinin ehmal zərbələri ilə
yumĢaq qurğuĢun kütləsinin üzərinə döyəclədikcə metal lövhə qəlibin çökək nəqĢinə
çökürdü. Beləliklə, qəlib üzərindəki çökək nəqĢ və ya rəsmin qabarıq əksi qızıl, yaxud
gümüĢ lövhə üzərinə köçürülürdü [90]. Bundan sonra "pəstaha"nın saya hissəsi kəsilib
nəqĢdən ayrılırdı. "Zinət ülgüsünün biçilməsi" adlanan bu əməliyyat baĢa çatandan
sonra məmulatın bəndləyici ünsürləri hazırlanırdı. Bundan sonra zinət ülgüsü
taraĢlanaraq daha da dəqiqləĢdirilirdi. Bu iĢlər polad qələm, biz, bıçaq və s. kimi zərif
zərgərlik alətlərinin köməyi ilə görülürdü. Zinətin bəzək dekorunun daha da güclən-
dirilməsinə xidmət edən bütün bu iĢlər baĢa çatdırılandan sonra məmulatın ümumi
kompozisiyasını əmələ gətirən hissələr lehimləmə yolu ilə bir-birinə bəndlənirdi [91].
Basmaqəlib məmulatı qismən ucuz zinət növü sayıldığından gündəlik geyim və
məiĢətdə daha çox iĢlənirdi. Təsəkqabağı, cütqabağı, qoza düymə, kəmər (sal toqqa), vəznə,
Dostları ilə paylaş: |