A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə69/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   65   66   67   68   69   70   71   72   ...   102
BAġMAQÇILIQ VƏ ÇƏKMƏÇĠLĠK 

 

BaĢmaqçılıq. AĢılı dəri məmulatı arasında ayaqqabı (başmaq, nəleyin, məst, 

çəkmə, lafçın, dübəndi, qondara, çust, çarıq və s.) istehsalı baĢlıca yer tuturdu. AĢılanmıĢ 

malın (gön, sağrı, ətvi, tumac, müĢkü və s.) xeyli hissəsi məhz ayaqqabı istehsalına  sərf 

olunurdu. 

Məmulat növləri üzrə sənətdaxili ixtisaslaĢma ilə əlaqədar olaraq, ayaqqabı 

istehsalının  müstəqil  sənət  səciyyəsi  daĢıyan  müxtəlif  sahələri  (baĢmaqçılıq,  çək-

məçilik, çustçuluq, çarıqçılıq, pinəçilik və s.) yaranmıĢdı. 

KeçmiĢdə baĢmaq milli geyim kompleksinin baĢlıca ünsürünə çevrilmiĢdi. ġəhər 

əhalisinin böyük əksəriyyəti, kənd əhalisinin isə müəyyən qismi baĢmaq geyirdi. Bu 

səbəbdən də ayaqqabı istehsalında baĢmaqçılıq mühüm yer tuturdu. 

BaĢmaq dükanlarına sənət və ticarət mərkəzlərinin, demək olar ki, hamısında 

təsadüf  edilirdi.  BaĢmaq  istehsalı  mərkəzləri  arasında  Ģəhər  baĢmaqxanaları  xüsusi 

mövqeyə  malik  idi.  XIX  əsrin  30-cu  illərində  Azərbaycan  Ģəhərlərində  327  nəfər 

baĢmaqçı  var  idi  [132].  XIX  əsrin  ortalarında  onların  sayı  579  nəfərə  çatmıĢdı  [133]. 

BaĢmaqçılığın inkiĢafı baxımından ġamaxı və Nuxa Ģəhərləri xüsusilə fərqlənirdi. 

XIX  əsrin  ortalarında  ġamaxıda  227,  Nuxada  isə  147  nəfər  baĢmaqçı  iĢləyirdi 

[134].    

 

 

 



 

 

 



 

Əsasən bazarı məhsul hazırlamaqla məĢğul olan baĢmaq dükanları xırda əmtəə 

istehsalı səciyyəsi daĢıyırdı. 

BaĢmaq dükanları bir qayda olaraq, Ģəhərin gur ticarət həyatına malik mərkəz 

hissələrində, bazar və məscid meydanlarının kənarında yerləĢirdi. Ġstehsal prosesi alçaq 

miz  üzərində  icra  olunduğundan  iĢıq  düĢmək  üçün  dükanın  pəncərələri  döĢəməyə  çox 

yaxın  düzəldilirdi.  BaĢmaqçı  dükanlarında  kiĢi  və  qadın  baĢmağı  ilə  yanaĢı,  Ģəhər 

əhalisi arasında dəbdə olan  nəleyin, dübəndi, qondara  və  s.  kimi ayaqqabı  növləri  də 

hazırlanırdı. 

Qadın və kiĢi baĢmaqları təkcə ölçüsünə görə deyil, həmçinin, rənginə görə də 

fərqlənirdi. Məlum olduğu kimi, tumac və müĢkünün qara, qırmızı, yaĢıl, sarı, qızılı və s. 

rənglərinə təsadüf olunurdu. Ən çox bəyənilən baĢmaq rəngi qara olmuĢdur. Xüsusilə 

kiĢilərin  baĢmağı  qara  rəngdə,  əksər  hallarda  isə  qara  müĢküdən  tikilirdi.  Qadın 

baĢmaqları hər cür rəngdə hazırlanırdı. 

BaĢmaq istehsalında sağrı, gön, müşkü, tumac, müşənbə və ətvi baĢlıca yer tuturdu. 

XX  əsrin  əvvəllərindən  etibarən  baĢmaqçılar  satınalma  padoĢ,  Ģavro,  xrom  və  s. 

kimi sənaye məmulatları da iĢlətməyə baĢlamıĢdılar. 

BaĢmağın dabanına söyüd ağacından yonulub hazırlanmıĢ "top", onun üstün-

dən isə sifariĢlə dəmirçiyə düzəltdirilmiĢ nal vurulurdu. 

Sağrı və müĢküdən hazırlanmıĢ baĢmaq əhali arasında daha yüksək tutulurdu. 

Sağrı baĢmağın istehsal mərkəzləri arasında ġuĢa Ģəhəri mühüm yer tuturdu. Ona görə 

də  ətraf  mahalların  əhalisi  arasında  ġuĢada  istehsal  olunmuĢ  sağrı  baĢmaqlar  "Qala 

baĢmağı" adı ilə geniĢ Ģöhrət qazanmıĢdı. 




 

 

418 



BaĢmaq dükanlarının istehsal ləvazimatı əndazə (ülgü), qəlib, çərməki, mixət, 

xul, kərki, pədaval (qayış), biz, iynə, qazan, tüktəpən, iplik, mum və çirişdən ibarət idi. 

Material "dəzgə" adlanan alçaq baĢmaqçı mizi üzərində doğranırdı. 

BaĢmağın altı aĢılı gön və ya sağrıdan, üzlüyü tumac və ya müĢküdən olub ülgü 

əsasında  biçilirdi.  BaĢmağın  kənar  kəfi  ətvidən,  üzünün  astarı  müĢəmbədən  biçilirdi. 

BaĢmaq dükanlarında uĢaq, qadın və kiĢi ayağına uyğun olaraq müxtəlif ölçülərdə baĢmaq 

tikilirdi.  YaĢlı  adamlar  üçün  "zənənə",  "miyanə"  və  "mərdanə"  olmaqla  üç  ölçüdə 

ülgü iĢlənirdi. 

BaĢmağın astarı əvvəlcə "çiriĢ" vasitəsilə üzlüyə yapıĢdırılır, sonra onun ətra-

fına  "kəf‖  çəkilirdi.  Kəfin  kənarları  yenə  də  çiriĢ  vasitəsilə  baĢmağın  altlığına  yapıĢ-

dırılırdı. Kəfin qabaq hissəsi bərkiyəndən sonra daban topu öz yerinə salınırdı. Topun 

yanları  boyunca  kəfın  kənarları  baĢmağın  altlığına  tikilirdi.  BaĢmaqçılar  arasında  bu 

əməliyyat  "topun  kökünü  tutma"  adlanırdı.  Bundan  sonra  tüktəpən  vasitəsilə  baĢmağın 

dabanına,  top  ilə  kəfın  arasına  tük  təpilirdi.  Bunun  sayəsində  baĢmağın  daban  hissəsi 

elastik hala düĢürdü. 

BaĢmaq istehsalında həm əməli, həm də dekorativ məqsəd daĢıyan müxtəlif 

tikiĢ  növləri  tətbiq  olunurdu.  Adətən,  baĢmağın  dabanı  "təlbə",  üzlüyün  ağız  bəxyəsi 

"qoĢasırıq", topun ətrafı "kökləmə" adlanan tikiĢ növləri ilə tikilirdi. Qadın baĢmaqlarının 

daban təlbəsi çox vaxt metal simlə tikilirdi. 

BaĢmaq hazır olandan sonra onun dabanına nal vurulurdu. BaĢmaqdan fərqli ola-

raq, nəleyinlərin dabanı alçaq və nalsız olurdu. 

Toy libası üçün nəzərdə tutulmuĢ baĢmaq, bir qayda olaraq, bəzəkli hazırlanırdı. 



 

 

419 



Adətən,  gəlin baĢmağının dabanına əlvan rəngli tumacdan "gül", bunun  üstündən  isə 

sifariĢlə zərgərə qızıl  və  ya gümüĢdən  kəsdirilmiĢ "daban" adlanan  nazik  metal  lövhə 

vurulurdu. Bəzən əsilzadə qadınlar üçün buyurtma hazırlanan "zənənə baĢmağ"ın üstü 

məxmərdən  tikilirdi.  Belə  baĢmaqların  üzlüyü,  bir  qayda  olaraq,  güləbətin  sapla 

naxıĢlanıb bəzədilirdi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin