TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


ANTĠK ALBANĠYANIN SĠYASĠ HƏYATI



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə109/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   105   106   107   108   109   110   111   112   ...   157
ANTĠK ALBANĠYANIN SĠYASĠ HƏYATI 

 

Eramızdan  əvvəl  IV-II  əsrlərdə  Albaniyanın  siyasi  həyatı,  Albaniya 



dövlətinin meydana gəlməsi. Yazılı qaynaqlar göstərir ki, Əhəmənilərin hakimiyyəti 

Qafqaz  silsiləsinə  qədər  uzanan  bir  ərazini  əhatə  edirdi.  Lakin  Zaqafqaziya,  o 

cümlədən  Şimali  Azərbaycan  sakinlərinin  Əhəmənilərdən  asılılığının  demək  olar 

yalnız  adı  vardı;  yoxsa  nə  ilə  izah  etmək  olar  ki,  məsələn,  kadusilər,  albanlar  və 

sakasenlər  Makedoniyalı  Aleksandrın  qoşunlarına  qarşı  farsların  müharibəsində  İran 

təbəələri  kimi  deyil,  Mada  satrapı  Atropatın  müttəfiqləri  kimi  çıxış  etmişdilər. 

Bununla  birlikdə  Əhəmənilərin  hökmranlığı  alban  tayfalarının  siyasi  həyata 

qoşulmasına,  onlarda  sinifli  cəmiyyətin  və  dövlətin  meydana  gəlməsi  proseslərinin 

intensivləşməsinə  səbəb  olmaya  bilməzdi.  Güman  etmək  olar  ki,  ilk  vaxtlarda 

Kaspisahili  tayfaların,  o  cümlədən  albanların  xeyli  hissəsi  ümumi  bir  ad  -"kaspilər" 

adını  daşımışdır.  Əgər  belədirsə,  Hellada  üzərinə  gedən  Kserks  qoşunlarının 

tərkibində  adları  çəkilən  "kaspilər"  sırasında,  ola  bilsin,  albanlar  da  varmış. 

Albanların siyasət meydanına eramızdan əvvəl IV əsrin son sülsündən gec olmayaraq 

çıxması  şübhə  doğurmur.  Artıq  eramızdan  əvvəl  III  əsrin  başlanğıcında  Kaspi 

sahillərini  gəzən  Patrokl  başqa  tayfalar  sırasında  albanların  da  adını  çəkmişdi  - 

Strabonun albanlardan danışanda Patrokla istinad etməsi də bunu təsdiqləyir. Arrianın 

əsərindən  aydın  olur  ki,  yunanlar  düşmənlə  üz-üzə  gələndə  albanları  (silah  və 

geyimlərindən)  dərhal  tanımışdılar.  Farslar  öz  tarixinin  böhranlı  anında  albanların 

qoşununu  Əhəmənilər  ordusunun  sıralarının  mərkəzində,  İran  şahının  və  onun 

qvardiyasının  yaxın  əhatəsində  yerləşdirmişdilər.  Albanları  madalılar  da,  farslar  da 

tanıyırdılar. 

Arxeoloji  tədqiqat  nəticələrindən  göründüyü  kimi,  Albaniya  əhalisinin 

hellinizm  dünyası  ölkələri  ilə  ticarət  və  mədəni  əlaqələrinin  yaradılması  bilavasitə 

Makedoniyalı Aleksandrın yürüşlərinin ardınca gələn dövrə aid edilməlidir. Bunu, hər 

şeydən  əvvəl,  tapılmış  sikkələr,  eləcə  də  arxeoloji  materiallardan  göründüyü  kimi, 

Albaniyada  sırf  yunanlara  məxsus  bir  adətin  olması  -  ölünün  ağzına  və  ya  başının 

altına sikkə qoyulması da aydın göstərir. 

Qafqaz Albaniyasına müxtəlif vaxtlarda soxulan tayfalar onun siyasi həyatında 

və  burada  cərəyan  edən  etnik  proseslərdə  müəyyən  rol  oynamışlar.  Onların  arasında 

skiflərdən  başqa  saklar  da  vardı,  saklar  vaxtilə  bir  vilayəti  işğal  etmişdilər  və  bu 

vilayətin  adı  "onların  adlarına  görə  Sakasena  qalmışdı"  [ S t r a b o n ] .   Saklar 

eramızdan  əvvəl  VII  əsrdə  Ön  Asiyanın  siyasi  hadisələrində  fəal  rol  oynayırdılar, 

onlar  (sakesinlər)  kadusilər  və  albanlar  ilə  birlikdə  eramızdan  əvvəl  IV  əsrin  son 



329 

 

sülsündə  farsların Makedoniyalı  Aleksandrın qoşunlarına  qarşı  müharibəsində  Mada 



satrapı Atropatın müttəfiqləri kimi iştirak edirdilər. 

Eramızdan  əvvəl  son  iki-üç  əsrdə  Şimali  Azərbaycan  sakinləri  şimaldan 

soxulan  massaget  -  sarmat  tayfaları  ilə  üz-üzə  gəlməli  oldular,  bir  qədər  sonra  bu 

tayfalar Kaspi sahil zolağının bir hissəsində Mazkut (Massaget) çarlığı yaratdılar. 

Eramızdan əvvəl son əsrlərdə yuxarı aorslar deyilən sarmat-massaget mənşəli 

tayfalar  Şimali  Azərbaycan  və  Cənubi  Dağıstanın  alban  tayfalarının  həyatında 

müəyyən rol oynayırdılar. 

Göstərilən  dövrdə  aorslar  Kaspisahili  şimal-qərb  vilayətləri  üzərində 

hökmranlıq  edən  ən  güclü  birlik  idi.  Eramızdan  əvvəl  son  iki-üç  əsrdə  onlar  Ön 

Asiyadan gələn, Albaniyadan keçərək Şimali Qafqaza və daha uzaqlara gedən ticarət 

yolunu  əllərində  saxlayırdılar.  Onlar,  Strabonun  dediyinə  görə,  "Kaspi  dənizi 

sahillərinin böyük bir hissəsinin sahibi idilər... ermənilərdən və midiyalılardan hind və 

Babil malları alır, dəvə karvanları ilə daşıyıb satırdılar". 

Orta  Dağıstan  vilayətlərinin  hansı  yerlərindəsə,  "udi  tayfasından...  yuxarıda" 

yaşayan  utidorslara,  görünür,  udilər  ilə  aorsların  qarışması  nəticəsində  əmələ  gələn 

alban-sarmat  tayfası kimi baxmaq lazımdır. Lakin ola bilər ki, "utidorslar" "uti (udi) 

aorsları" deməkdir, yəni udilər arasında yaşayan aorslardır (müqayisə et: lyko-syroi - 

"likiya  suriyalıları",  celto-ligures  -  "kelt  liqurları",  celto-sythae  -  "kelt  skiflər"  və 

başqaları). 

Böyük  Dəhnə  kəndinin  (Şəki  rayonu)  yaxınlığında  aşkara  çıxarılmış  yunan 

kitabəsində  ( I -II   əsrlər)  Evnon  adına  rast  gəlinir.  Bu  adı  I  əsrdə  aors 

hökmdarlarından biri daşımışdır. 

Antik  dövrdə  Şimali  Azərbaycan  vilayətlərində  yaşayan  tayfalarda  dövlətin 

sosial  institut  kimi  meydana  gəlməsi  məsələsi  indiyədək  izah  edilməmiş  qalır.  Daha 

sonralara  aid  mənbələrdə  olan  cüzi  məlumat  belə  hesab  etməyə  imkan  verir  ki, 

eramızdan  əvvəl  I  əsrdə  Albaniyada  dövlət  artıq  mövcud  idi.  Arxeoloji  materiallar 

antik  Albaniyada  sinfi  bölgünün  olduğunu  göstərməklə  bu  məsələnin  həllinə  kömək 

edir,  sinfi  bölgü  isə,  məlum  olduğu  kimi,  dövlət  qurumunun  meydana  gəlməsi  üçün 

zəruri  ilkin  şərtdir.  Arxeologiya  məlumatı  eramızdan  əvvəl  I  minilliyin  ikinci 

yarısında Albaniyanı xeyli inkişaf etmiş oturaq əkinçi-maldar təsərrüfatına malik olan 

bir  ölkə  kimi  təsvir  edir.  Albaniyada  suvarma  əkinçiliyi  vardı  və  o,  yalnız  təbii 

suvarmaya  deyil,  həm  də  geniş  qol-budaq  atmış  irriqasiya  qurğularına  əsaslanırdı; 

belə  irriqasiya  qurğularının  olması  nəzərdən  keçirilən  dövrdə  Albaniyada  əməyin 

məqsədyönlü  təşkilindən  xəbər  verir.  Bütün  bunlar,  əlbəttə,  müəyyən  zor  aparatı 

olmadan mümkün deyildi. 

Həmin  materiallar  eramızdan  əvvəl  son  əsrlərdə  və  eramızın  ilk  əsrlərində 

alban cəmiyyətində nəinki çox dərin əmlak təbəqələşməsi baş verdiyini bariz şəkildə 



330 

 

sübut  edir,  həm  də  sinfi  təbəqələşmənin  kifayət  qədər  aydın  mənzərəsini  yaradır. 



Yaloylutəpə qəbirlərinin, küp qəbirlərin avadanlığı bunu tam aydınlığı ilə göstərir. 

Bununla  əlaqədar  olaraq,  çoxsaylı  qliptika  abidələri  -  məsələn,  xüsusi 

mülkiyyətin mövcud olmasını açıq-aşkar göstərən üzük-möhürlər xüsusi maraq kəsb 

edir. 


Artıq eramızdan əvvəl I minilliyin ortalarında Albaniya ərazisində daş, şüşə və 

metal möhürlər yayılmışdı. Belə metal üzük-möhürlər eramızdan əvvəl V-IV əsrlərdə 

antik dünyada və Şərqdə də yaxşı məlum idi. 

Bütün  bunlar  təqribən  eramızdan  əvvəl  I  minilliyin  ortalarında  və  ikinci 

yarısının  başlanğıcında  antik  Albaniyanın  sosial-iqtisadi  münasibətlərində  baş  verən 

köklü  dəyişikliklərə  sübutdur.  Qədim  Albaniya  vilayətlərində  sənət  yüksək  inkişaf 

səviyyəsinə çatmışdı. Lap qədimlərdən məlum olan metallurgiya və metal emalından, 

dulusçuluq  və  toxuculuqdan  əlavə,  burada  yarımqiymətli  daşlar  emalı,  fil  dişindən 

məmulat hazırlanması, balıq yapışqanı, müxtəlif məlhəmlər və i.a. istehsalı kimi yeni 

sahələr  meydana  gəlir.  Keramika  istehsalının,  zərgərliyin    inkişafı  davam  edir.  

Albaniyada dəmirişləmə, xüsusilə onun bir sahəsi olan silahsazlıq son dərəcə yüksək 

səviyyəyə  çatmışdı.  Alban  ustaları  qılınclar,  xəncərlər,  oxlar,  nizələr,  dəbilqələr 

qayırırdılar. 

Alban dövrünün məskənlərində müxtəlif quruluşlu bir çox dulusçuluq kürələri 

aşkar  edilmişdir.  Qazıntılar  nəticəsində  böyük  miqdarda  sabit,  ənənəvi  formalı  qab-

qacaq, xeyli bədii keramika əşyaları tapılmışdır. Keramika məhsullarının bir çoxunda 

ustaların  nişan-damğasına  rast  gəlinir.  Hər  usta  eynitipli  məhsulun  müəyyən  bir 

növünü  hazırlayırdı  ki,  bu  da  nəinki  dulusçuluğun  müstəqil  bir  istehsal  sahəsi  kimi 

ayrıldığını, həm də dulusçular arasında müəyyən ixtisaslaşma getdiyini göstərir. 

Son  illərin  qazıntıları  hellinizm  dövrü  Albaniyasında  damüstü  kirəmit 

istehsalından  danışmağa  imkan  verir,  kirəmit  istehsalı  isə  şəhərlərdə  əsaslı  tikinti 

işləri  aparıldığına  dəlalət  edir.  Alban  zərgərlərinin  sənətkarlığı  yüksək  inkişaf 

səviyyəsinə  çatmışdı.  Bu  dövrdə  Albaniyada  nəinki  sənət  əkinçilikdən  ayrılmışdı, 

həm də sənətin öz daxilində əhəmiyyətli bir şaxələnmə və dar ixtisaslaşma vardı. 

Albaniya  beynəlxalq  ticarət  yollarından  və  quldarlıq  sivilizasiyasının  ən 

mühüm  mərkəzlərindən  kənarda  deyildi.  Arxeoloji  materiallar  alban  tayfalarının 

Zaqafqaziya, Şərqi Ön Asiya, Kiçik Asiya tayfaları və xalqları ilə, Suriya ilə, Misirlə, 

Egey aləmi ilə əlaqələrinin nisbətən sıx olduğunu sübut edir. 

Qəbələdə bulla hazırlamaq üçün biçilmiş xammalın olması, yerli məhsul olan, 

möhür  basılmış,  qaytan  izləri  qalmış  onlarca  bulla  tapılması  erkən  hellinizm 

zamanından  başlayaraq  Albaniyanın  iqtisadi  həyatının,  xüsusən  ticarətinin 

səviyyəsinə çox mühüm sübutdur. Həmin bullalar eramızdan əvvəlki son yüzilliklərdə 

və  eramızın  ilk  əsrlərində  Qafqaz  Albaniyasının  paytaxtında  aparılan  ixrac-idxal 

əməliyyatlarına bariz sübutdur. 




331 

 

Yazılı  qaynaqlar və  arxeoloji  materiallar aydın şəkildə  göstərir ki,  eramızdan 



əvvəlki  son  iki-üç  yüzillikdə  Albaniyada  şəhərlər  və  şəhər  həyatı  nisbətən  yüksək 

səviyyəyə çatmışdı. 

Hellinizm  dövrü  Albaniyasının  şəhərləri  artıq  siyasi-inzibati  və  strateji 

mərkəzlər,  ticarət-sənət  və  mədəniyyət  mərkəzləri  idi.  Antik  Albaniyanın 

urbanizasiyası  əsaslı  sosial-iqtisadi,  siyasi  və  mədəni  təbəddülatlarla  yanaşı  gedirdi. 

Albaniya  şəhərləri  öz  xarakterinə  və  quruluşuna  görə  qonşu  vilayətlərin  antik 

şəhərlərindən bir o qədər seçilmirdi. Artıq eramızdan əvvəl I mi n i l l i y i n  ortalarında 

sosial-iqtisadi  münasibətlərdə  baş  vermiş  böyük  dəyişikliklər nəticəsində Albaniya 

şəhərlərində  də  əmlak  bərabərsizliyi  yaranmış,  cəmiyyət  sosial  cəhətdən 

təbəqələşmişdi.  Hellinizm  dövrü  Albaniyasında    azad    əhalinin,    yoxsullar    və  

əyanların      mövcud  olduğu  məlumdur.  Kaspilər  arasında  "ən  varlılar  və  əyanlar 

(hakimiyyət başında duranlar)" vardı. Antik Albaniyada həm tacirlər, həm də kahinlər 

vardı,  qulları  olan  məbəd  vilayəti  mövcud  idi.  Sosial-iqtisadi  inkişafın  nisbətən 

yüksək  səviyyədə  olması,  sənətin  əkinçilikdən  ayrılması,  pul  tədavülünün, 

zərbxanaların, əyanların, tacirlərin, qulların, şəhərlərin, şəhər həyatının olması - bütün 

bunlar  hellinizm  dövrü  Albaniyasında  sinifli  cəmiyyətin,  dövlətin  mövcud  olduğuna 

parlaq  sübutdur.  Eramızdan  əvvəl  III  əsrdən  gec  olmayaraq  meydana  gələn  və  artıq 

eramızın hüdudundan uzaq Romada Albaniyanın "birinci" şəhəri kimi tanınan, kifayət 

qədər  möhkəmləndirilmiş  böyük  və  bütün  əlamətlərdən  göründüyü  kimi,  zəngin  bir 

şəhərin  -  Qəbələnin  mövcud  olması  faktının  özü  ölkədə  dövlətin  və  çar 

hakimiyyətinin  olduğuna  sübutdur.  Buna  görə  də  Strabonun  albanlarda      "indi   

(seyrəltmə  bizimdir  -  məsul  red.)  bütün  tayfaları  bir  çar  idarə  edir"  sözləri  ən  geci 

eramızdan əvvəl III əsrə aid edilməlidir. 

Makedoniyalı  hökmdara  qeyri-adi  bir  hədiyyə  bəxş  etmiş  "Albaniya  çarı" 

haqqında  Yuli  Solin  də  məlumat  vermişdir.  Ola  bilsin  ki,  hələ  eramızdan  əvvəl  IV 

əsrin son sülsündə albanlarda "çarlar" varmış, çünki antik müəllif açıq-aydın yazır ki, 

"biz  bu  b a r ə d ə   o x u m u ş d u q " ,   bu  isə  şübhəsiz,  bizə  gəlib  çatmayan  hansısa 

mənbəyə işarədir. 

Mada-Əhəməni  ənənələri  erkən  hellinizm  zamanında  Albaniyada  sinifli 

cəmiyyətin  və  dövlətin  meydana  gəlməsinə  və  təşəkkül  tapmasına  təkan  verməyə 

bilməzdi.  Görünür,  Albaniya  tayfaları  bir  sosial  institut  kimi  dövlətlə  ilk  dəfə  hələ 

Əhəmənilərin hökmranlığı zamanı rastlaşmışdılar. 

Atropat  dövründə  alban  tayfalarının  siyasi  meydana  çıxması  Albaniyada 

dövlətin  meydana  gəlməsinə  xeyli  dərəcədə  təkan  vermişdir,  o  zaman 

atropatenalıların  hökmdarı  ilə  albanlar  arasında  müttəfiqlik  münasibətləri,  bəlkə  də, 

müttəfiqlik - xəracvermə münasibətləri vardı. 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin