2.8. Vermikultura və biohumus. Hazırlanması və
tətbiqinin ekoloji aspektləri
2.8.1. Vermikulturanın xarakteristikası
Kənd təsərrüfatı ekologiyasının qarşısında duran əsas vəzifələrdən biri
biogeosenoji örtüyün və onun ayrılmaz hissəsi olan aqroekosistemlərin har-
monik inkişafının optimal sxeminin yaradılmasıdır. Əgər son 15-20 ilin
nəticələrini obyektiv qitymətləndirsək, kənd təsərrüfatı istehsalının məhsul-
darlığını yüksəltməyin çətin olduğunu görərik. Bunun birinci səbəbi-antro-
pogen texnologiyalarla ekoloji sistem qanunları arasında dərin uyğunsuzluq
olması, bu və ya digər təbii komplekslərində tətbiq olunan texnologiyaların
təsirinin qiymətləndirilməsinin olmamasıdır. Torpağa bu cür münasibət çox
qədimlərdən mövcuddur. Hazırda onun məhsuldarlığında proqress var, eyni
zamanda bu məhsuldarlığın daimi mənbələrinin dağılmasının proqressi də
mövcuddur. Qəbul etməmək olmaz ki, bu tezis bizim zəmanəmizdə öz əhə-
miyyətini itirməyib, əksinə, kifayət qədər geniş təsdiqini alıb, çoxplanlı
neqativ ekoloji hadisələrdə reallaşıb.
Yuxarıda deyilənlər aqroekosistemlərdə məhsuldarlıq prosesinin sis-
temli idarəolunmasının vacibliyindən danışır. Bunun əsasını qoyan təbii
(biotik və abiotik) sistem əmələ gətirənlərin mövcud uçotu, onların funksi-
210
yalarının və inkişafının xüsusiyyətlərinin savadlı qiymətləndirilməsidir.
Məhsuldarlıq prosesi əlbəttə çox mürəkkəb dinamik sistemmdir. Hansı ki,
qarşılıqlı əlaqədə olan ayrı-ayrı yarımsistemlərdən 600 fərd yaşayır, onda 1
ildə qurdların emal etdiyi torpaq 400-600 t/ha olar.
Qurdların təbii şəraitdə yaratdıqları kaprolitlərin miqdarı nəhəngdir.
Moskva ətrafında, məsələn çoxillik otların tarlasında boz torpaqlarda (180
qurd 1 m
2
-də) 1 ildə 53 t/ha karolit formalaşır. Orta Asiyada N.A.Dimonun
fikrincə 1 m
2
-də 150 fərd olmaqla illik kaprolit məhsulu 120 t/ha-ya çatır.
Dostları ilə paylaş: |