M Ü n d ə r I c a t



Yüklə 351.63 Kb.
Pdf просмотр
səhifə1/5
tarix23.06.2017
ölçüsü351.63 Kb.
  1   2   3   4   5

 

1

                                                                                   



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

M Ü N D Ə R İ C A T 

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin mətbuat və kütləvi 



informasiya vasitələrinin nümayəndələrinə müraciəti............................................................. 3 

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təyin edilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin sərəncamı..................................................................................... 6 

Azərbaycan Respublikası Ali  Məhkəməsinin məhkəmə kollegiyaları  sədrlərinin təyin 

edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı................................... 7 

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı................................................................... 8 

Ali Məhkəmənin məhkəmə sistemində yeri, səlahiyyəti, tərkibi və strukturu......................... 11

Ali Məhkəmədə 2010-cu ildə baxılan işlər haqqında ümumi məlumat................................... 14

Ali Məhkəmənin məhkəmə kollegiyalarında və Plenumunda icraat....................................... 16

Ali Məhkəmənin məhkəmə kollegiyalarında 2010-cu ildə ədalət mühakiməsinin həyata 

keçirilməsi vəziyyətinə dair məlumat: .................................................................................... 17

Cinayət kollegiyası................................................................................................................... 17

Hərbi kollegiya......................................................................................................................... 20

Mülki kollegiya........................................................................................................................ 22

İnzibati - İqtisadi kollegiya...................................................................................................... 26

Ali Məhkəmənin Plenumu....................................................................................................... 30

Ali Məhkəmənin Aparatı və İşlər idarəsi................................................................................. 34

Ali Məhkəmənin 2010-cu ildə  beynəlxalq əlaqələri............................................................... 38

Azərbaycan Respublikası Milli Məclisinə Seçkilərlə  əlaqədar Ali Məhkəmədə Venesiya 

Komissiyası ilə birlikdə Beynəlxalq Konfrans, həmin Konfransda Ali Məhkəmənin sədri 

Ramiz Rzayevin giriş sözü....................................................................................................... 44

Ali Məhkəmənin bir qrup hakimlərin təntənəli surətdə  təqaüdə yola  

salınması mərasimi................................................................................................................... 47

Ali Məhkəmənin fəaliyyətinin maliyyələşdirilməsi................................................................. 49

Ali Məhkəmənin İnternet səhifəsi............................................................................................ 50

Ali Məhkəmənin bülleteni....................................................................................................... 51

Kütləvi informasiya vasitələri nümayəndələrinin Ali Məhkəmə ilə  

əlaqə qaydası………………………………........…................................................................ 52


 

3

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin 



mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələrinə 

M Ü R A C İ Ə T İ 

 

Hörmətli xanımlar və cənablar! 

 

 

Bu gün Sizinlə hər il keçirilən ənənəvi görüşə 



toplaşmışıq. Biz artıq  altıncı  dəfədir ki,  görüşür, 

fikirlərimizi bölüşürük.  

 Öncə  nəzərinizə çatdırım ki,  2010-cu ildə 

Ali Məhkəmənin daha da müasirləşdirilməsi 

istiqamətində  həyata keçirilən tədbirlər davam 

etdirilmişdir. 

İndi Azərbaycanda Avropa 

 

kontinental məhkəmə sistemi  tətbiq olunur. Hər 



həftə  Ali Məhkəmədə keçirilən seminarda 

beynəlxalq hüquqi aktlar, xüsusən də  “İnsan 

hüquqlarının və  əsas azadlıqlarının müdafiəsi 

haqqında” Avropa Konvensiyasının  presedent  

hüququ öyrənilir.  Hakimlərin  və  dəvət olunmuş 

beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, 

Avropa dövlətlərinin  məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən 

xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir.  Məhkəmə prosesində    ən yeni 

informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim 

prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır. 

 Ali 

Məhkəmənin  funksiyası və fəaliyyət dairəsi barədə  yəqin ki,  bilirsiniz.  



Xatırladıram ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə 

əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və  ixtisaslaşdırılmış 

məhkəmələrin  icraatına aid edilən işlər üzrə  Ali Məhkəmə orqanı olmaqla  


 

4

kassasiya qaydasında  ədalət mühakiməsini həyata keçirir, məhkəmə təcrübəsini 



ümumiləşdirərək, məhkəmə təcrübəsinə aid məsələlər üzrə  tövsiyyələr verməklə 

ölkədə sosial ədalətin bərqərar olmasını təmin edir.  

2010-cu ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

sərəncamları ilə Ali Məhkəmənin  kollegiya  sədrləri və  kollegiyalara yeni  

hakimlər təyin olunmuşdur. Mən dövlətimizin başçısı möhtərəm cənab  İlham 

Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan 

Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı    bəzi tədbirlər 

və    “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq  Şurası haqqında” 

Azərbaycan Respublikasının Qanunlarına  dəyişikliklər  və  əlavələr edilməsi 

barədə” Qanununu xüsusi qeyd etmək istəyirəm.   Həmin Qanunla  Ali 

Məhkəmədə  iqtisadi mübahisələrə  dair işlər üzrə    məhkəmə kollegiyasının 

bazasında inzibati-iqtisadi kollegiya yaradılmışdır.  

 Ali 

Məhkəmə    ölkəmizdə  sabitliyin, demokratiyanın hüquqi dövlətdə 



davamlı təmin edilməsinə nail olmaq üçün hakimlərin  müstəqil olmasına önəm 

verir. Yəqin ki, hakimlərin müstəqilliyi olmadan  hüquqi dövlətin  

mümkünsüzlüyü  və  əksinə, hüquqi dövlətsiz  hakim müstəqilliyinin də real 

olmaması prinsipinə  Sizi inandırmağa ehtiyac yoxdur. 

2010-cu ildə Ali Məhkəmənin kollegiyalarının fəaliyyətində  nəzərə 

çarpacaq irəliləyiş olmuşdur. 

2010-cu ildə baxılmış işlərin sayı ötən ilə nisbətən  10,1 faiz  artmışdır. 

Ali Məhkəmənin Plenumunun  2010-cu ildə 7 iclası  keçirilmiş, 48 qərar 

çıxarılmışdır. 

2010-cu ildə Ali Məhkəmədə  vətəndaşların  ərizə  və  şikayətlərinə, digər 

müraciətlərinə baxılmasına, onlara  hüquqi cəhətdən  əsaslı  və düzgün cavab 

verilməsinə diqqət artırılmışdır.  

Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşayidə olunmuşdur. Əlavə 

kassasiya şikayəti ilə bağlı müraciətlər də  azalmışdır. 



 

5

Bunlar onu göstərir ki, aşağı instansiya məhkəmələrində    çıxarılan  



qərarlarda  qanunvericiliyin daha düzgün tətbiq edilməsi təmin edilir. 

Sizlərə  Ali Məhkəmənin 2010-cu il fəaliyyətinə dair məlumat kitabçası 

təqdim olunub.  Fikrimizcə,  həmin məlumat kitabçası ilə görülən işlər  və ədalət 

mühakiməsinin həyata keçirilməsi vəziyyəti barədə    Sizlərdə  dolğun təsəvvür 

yaranmasına nail ola biləcəyik.  

Siz müəyyən məsləhətləşmələr və məlumat üçün Ali Məhkəmənin mətbuat 

katibinə və ictimai əsaslarla fəaliyyət göstərən “spiker-hakim”lərə, yəni “danışan 

hakim”lərə müraciət edə bilərsiniz. 

 

 

Hörmətli jurnalistlər! 



 

Sizə yaradıcılıq uğurları arzulayıram. Ali Məhkəmə ilə daha sıx əməkdaşlıq 

etməyə dəvət edirəm.   

 

 

Hörmətlə,  

 

 

 

 

 

Ramiz Rzayev  

Azərbaycan Respublikası 

Ali Məhkəməsinin sədri

                         

 

 

          

 

 

 

 

 


 

6

R.Y.RZAYEVİN AZƏRBAYCAN RESPUBLİKASI ALİ 



MƏHKƏMƏSİNİN SƏDRİ TƏYİN EDİLMƏSİ HAQQINDA 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun 



olaraq qərara alıram:  

Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin 

edilsin.  

 

 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

 

                                                                          Bakı şəhəri, 19 aprel 2010-cu il 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

7

AZƏRBAYCAN RESPUBLİKASI  



ALİ MƏHKƏMƏSİNİN MƏHKƏMƏ KOLLEGİYALARI 

SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN 

RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 



tutaraq qərara alıram:  

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin 



məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:  

 

Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri  



Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri  

Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri  

Tapdıq Şükür oğlu Mahmudov - Hərbi Kollegiyanın sədri  

 

 



 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 29 dekabr 2010-cu il

 

 



 

 

 



 

8

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi 



haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNİN 

Q Ə R A R I 

1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 

131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan 

Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə  və 97-ci maddəsinin ikinci 

hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına  əsasən 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

 

1.1. 2010-cu il  iyulun 21-də  səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan 



Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər: 

Allahverdiyev Qəhrəman Əli oğlu, 

Dadaşov İlqar Ağababaş oğlu, 

Əliyev Fərhad Kazım oğlu, 

Əsədov Bağır Həbib oğlu, 

Hidayev Şahmurad Əzizağa oğlu, 

Hüseynov Azər Soltanhəmid oğlu, 

Kalbalıyev Aslan Kalbalı oğlu, 

Məmmədova Şəlalə Ağakərim qızı, 

Mirzəliyev Əsəd Abdulla oğlu, 

Mirzəyev Hikmət Abbas oğlu, 

Rəsulbəyova Nigar İmran qızı, 

Rüstəmov Əli Məhəmməd oğlu, 

Şadıyev Ənvər Əhməd oğlu. 



 

9

1.2. 2010-cu il  avqustun 28-də  səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan 



Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər: 

Əliyev Ələsgər Əliabbas oğlu, 

Kərimov Fərhad Abdulkərim oğlu, 

Qoldman Tatyana Aleksandrovna, 

Yusifov Şahin Yaşar oğlu. 

1.3. 2010-cu il  sentyabrın 2-də  səlahiyyət müddəti bitən Hafiz Qəmbər oğlu Nəsibov 

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.  

1.4. Vəzifələrinin dəyişdirilməsi ilə  əlaqədar olaraq Səadət  İnayət qızı  Bəktaşi və Mehparə 

Tofiq qızı  Əhmədova Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən,  İmran 

Teymurxan oğlu Hacıqayıbov  Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad 

edilərək, 2010-cu il avqustun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri 

təyin edilsinlər. 

1.5. Vəzifəsinin dəyişdirilməsi ilə  əlaqədar olaraq Gülzar Lətif qızı Rzayeva 2010-cu 

il  avqustun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.  

2. Bu Qərarın 1.1-ci bəndi 2010-cu il iyulun 21-dən, 1.2-ci, 1.4-cü və 1.5-ci bəndələri 2010-cu 

il avqustun 28-dən, 1.3-cü bəndi 2010-cu il sentyabrın 2-dən qüvvəyə minir. 

  

Azərbaycan Respublikası 

Milli Məclisinin Sədri                                                    

 

   O.Əsədov 

 

Bakı şəhəri, 22 iyun 2010-cu il 



№  1040-IIIQR     

 

10

Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi 



haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNİN 

Q Ə R A R I 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 

131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan 

Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə  və 97-ci maddəsinin ikinci 

hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına  əsasən 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1.  Nəsirov İnqilab Maşallah oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi 

təyin edilsin. 

2. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir. 

 

Azərbaycan Respublikası 

Milli Məclisinin Sədri                                                    

 

   O.Əsədov 

 

Bakı şəhəri, 21 dekabr 2010-cu il 



№  20-IVQR     

 

 


 

11

Ali Məhkəmənin məhkəmə sistemində yeri, səlahiyyəti, 



tərkibi və strukturu 

 

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə  əsasən   Azərbaycan 

Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış  məhkəmələrin icraatına aid 

edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. 

Ali Məhkəmə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxildir, mülki və 

iqtisadi mübahisələrə dair işlər üzrə, cinayət işləri və cinayət təqibi ilə bağlı digər 

materiallar üzrə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir. 

Ali Məhkəmə Azərbaycan Respublikasının Bakı şəhərində təşkil edilmişdir və onun 

yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. 

Ali Məhkəmə Plenumdan və dörd məhkəmə kollegiyasından  ibarətdir. 

“Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan  Respublikasının qanununa 

dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 22 iyun 2010-cu il 

tarixli Qanununa əsasən Ali Məhkəmənin “mülki işlər üzrə,  iqtisadi nübahisələrə dair işlər 

üzrə, cinayət işləri və    hərbi məhkəmələrin işləri üzrə kollegiyalarının” adları 

dəyişdirilərək müvafiq surətdə  “mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət 

kollegiyası və hərbi kollegiya” adlandırılmışdır. 

Azərbaycan  Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan  

Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyasının tərkibinin  təşkili barədə” 8 oktyabr 

2010-cu il tarixli qərarına əsasən məhkəmə kollegiyalarında işlərə baxılması üçün hər bir 

üç hakimdən ibarət olan məhkəmə tərkibləri yaranmışdır. Həmin qərara uyğun olaraq: 



Mülki kollegiya - kollegiya sədrindən və on üç nəfər hakimdən ibarət beş məhkəmə 

tərkibi, 



İnzibati-iqtisadi kollegiya - kollegiya sədrindən və altı  nəfər hakimdən ibarət iki 

məhkəmə tərkibi, 



Cinayət kollegiyası - kollegiya sədrindən və altı hakimdən ibarət iki məhkəmə 

tərkibi, 



Hərbi kollegiya - kollegiya sədrindən  və üç  hakimdən ibarət bir məhkəmə tərkibi.  

 

12

Ali Məhkəmənin Plenumuna onun bütün hakimləri daxildir. 



Ali Məhkəmənin Plenumu üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə  səlahiyyətli 

sayılır. 

Plenum baxılan məsələlər üzrə qərar qəbul edir. 

Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə yolu ilə  səsvermədə  iştirak 

edənlərin səs çoxluğu ilə qəbul edilir. Plenumun üzvləri məhkəmə işləri üzrə səsvermədə 

bitərəf qala bilməzlər. 

Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə  məhkəmə qərarları, bəraət hökmü, 

bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları 

səsvermədə iştirak edən Plenum üzvlərinin  üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.  

Ali Məhkəmənin hakimlərinin sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

müəyyən edilir və onlar bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə 

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilir. 

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli fərmanı ilə Ali 

Məhkəmənin hakimlərinin sayı 11 ştat vahidi artırılaraq 38 hakim ştatı müəyyən 

edilmişdir. 

 Ali  Məhkəmə 2010-cu ildə  Ali Məhkəmənin sədrindən, məhkəmə kollegiyalarının 

sədrlərindən və hakimlərindən - cəmi 32 hakimdən ibarət tərkibdə fəaliyyət göstərmişdir. 

Ali Məhkəmənin yanında Elmi-Məsləhət Şurası fəaliyyət göstərir. 

 

 

 



 

 

 



 

 

 



 

 


 

13

Azərbaycan Respublikası Ali Məhkəməsinin strukturu 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Ali Məhkəmə Aparatı 

rəhbərinin xidməti  

Məhkəmə təcrübəsinin 

ümumiləşdirilməsi və məhkəmə  

statistikasının

 

təhlili şöbəsi

 

Analitik və 

qanunvericiliyin 

sistemləşdirilməsi 

şöbəsi 

Vətəndaşların 

qəbulu və 

müraciətləri ilə iş 

şöbəsi  

Ali Məhkəmə Plenumunun 

katibliyi 

Cinayət kollegiyasının 

katibliyi 

İnzibat-İqtisadi kollegiyanın 

katibliyi 

Benəlxalq əlaqələr 

şöbəsi 

Mülki kollegiyanın  

katibliyi 

Məhkəmə  

nəzarətçiləri  sektoru 

İşlər müdirinin xidməti 

 

Dövlət qulluğu və 



kadr məsələləri 

sektoru

Hərbi kollegiyanın  

katibliyi 

İnformasiya 

texnologiyaları şöbəsi 

Maliyyə - təsərrüfat 

şöbəsi 

Ali Məhkəmənin muzeyi 

 

Kitabxana  

 

Ali Məhkəmənin mətbəəsi 

 

Arxiv 



Ali Məhkəmənin 

yeməkxanası 

Azərbaycan Respublikası Ali Məhkəməsi 

Ali Məhkəmənin sədri 

Ali Məhkəmənin sədr müavini 

Cinayət  

kollegiyasının 

sədri 

Hərbi  

kollegiyanın  

sədri 

Mülki  

kollegiyanın  

sədri

Inzibati-İqtisadi 

kollegiyanın  

sədri

Ali Məhkəmənin Aparatı 

Ali Məhkəmənin İşlər idarəsi 

 

14

 Ali Məhkəmədə  2010-cu ildə baxılan işlər haqqında ümumi məlumat 

 

Ali Məhkəmənin məhkəmə kollegiyalarında və 



Plenumunda  2010-cu ildə    cəmi   5 354    işə, o 

cümlədən: 

 -  Cinayət kollegiyasında  881  nəfər haqqında  747 

işə,  


 - Hərbi kollegiyada 103  nəfər  haqqında  92  işə, 

 - Mülki kollegiyada  3 924 işə,  

 - İnzibati-iqtisad kollegiyasında 543 işə,  

 - Plenumda isə  48 işə baxılmışdır. 

  Ali Məhkəmədə 2010-cu ildə baxılmış işlərin sayı 

2009-ci ilə nisbətən  bütövlikdə  492  iş,  yəni  10,1 



artmışdır. 

       Aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, 2009-ci illə müqayisədə 2010-ci ildə 

Ali Məhkəmədə  baxılan işlərin sayı: 

-Cinayət kollegiyasında   100  iş, ( 15,4%) ; 

-Mülki kollegiyada  237 iş (6,4%) ; 

- İnzibati-iqtisad kollegiyasında 137 iş (33,7%) ; 

-Plenumda isə 25 iş ( 108,6%) artmış; 

-Hərbi kollegiyada isə 7 iş ( 7%) azalmışdır.  

 

       Məhkəmə statistik məlumatlarından görünür ki,  Respublikanın birinci instansiya ümumi 



və hərbi məhkəmələri tərəfindən 2010-cu ildə 11706 iş üzrə, 14313 nəfər, o cümlədən birinci 

instansiya ümumi məhkəmələr tərəfindən  10113  iş üzrə  12413  nəfər, hərbi məhkəmələr 

tərəfindən isə  1593 iş üzrə 1900 nəfər  müxtəlif cəzalara məhkum edilmiş, bu müddətdə 34 

nəfərə bəraət verilmişdir.  

       Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2010-ci ildə məhkum edilənlərin 

sayı  2009-cı ilə nisbəiən 183 nəfər azalmışdır. 

Qeyd olunan müddətdə Respublikanın birinci instansiya ümumi və  hərbi məhkəmələr 

tərəfindən məhkum edilənlərdən  2277  nəfər barəsində hökmlərə apellyasiya şikayəti və 

protesti  əsasında müvafiq apellyasiya məhkəmələri tərəfindən baxılmışdır ki, bu da birninci 

instansiya məhkəmələri tərəfindən ümumi məhkum edilənlərin  15,8% faizini təşkil edir. 



 

15




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə