214
kultura biohumus istehsal etməklə yanaşı, təsərrüfat yönümlü müxtəlif
istiqamətli istifadə üçün perspektividir. Biokütlənin yüksək qidalılıq dəyəri,
bir sıra xəstəliklərin yaranmasına və inkişafına mane olan bir çox maddə-
lərin olması buna təminat verir. Vermikulturanın heyvandarlıqda istifadəsini
nəzərə alıb, 1 t üzvi qida, əvvəl deyildiyi kimi, qurdlar-emal etdikdə 600 kq
humusdan başqa 100 kq qurdların biokütləsində toplanır. Qurdların toxma-
larında quru maddə 17-23% təşkil edir. Proteinin miqdarı 60%. lipidlər -
6...9 %, azotlu ekstraktiv maddələrin 7-16 %-ə çatır. Qurdların bədənində
müvafıq emal etdikdən sonra zülal unu hazırlanır ki, aminturşuları tərkibinə
görə ətə yaxındır, qlitsin istisna olmaqla, bütün əvəzolunmayan amin-
turşuları onun tərkibində daha çoxdur. Kənd təsərrüfatı heyvanların və quş-
ların qida rasionuna qurdların biokütləsinin əlavə olunması məhsul çıxımı-
nın artmasına və onun keyfiyyətinin yaxşılaşmasına gətirir. Belə ki, 104 gün
ərzində rasiona 1% qurd biokütləsi əlavə edildikdə, toyuqların yumurtaması
20 % artır. Eyni zamanda proteinin miqdarı çoxalıb. İnəklərin qida rasio-
nuna 0,5 kq təzə qurd biokütləsi əlavə etdikdə süd sağımı 22% artır. Qurd-
ların biokütləsində və tərkibində proteinin miqdarının yüksək olmasına
xüsusi fikir vermək lazımdır, hansı ki, 68-82% arasında tərəddüd edir. Bəzi
tədqiqatçılar hesab edir ki, yüksəkqiymətli zülalın sənaye üsulu ilə intensiv
istehsalı üçün təbiətdə onların analoqu yoxdur.
Vermikulturanın tibbdə, farmakologiyada, kosmetika sənayesində
tətbiqi maraqlıdır. Qurdların müxtəlif tipli ekstraktları tibbi preparatlar kimi
istifadə olunur, dəri üçün qoruyucu kosmetika kimi və s. Belə ki, vermi-
kulturadan alınan ekstraktlar əsasında maz hazırlanıb ki, ekzema, lişay aşağı
ətrafların varikoz xorasında effektlidir. Göz xəstəliklərində istifadə olunan
preparatlar alınmışdır və s.
Çin təbabətində torpaq qurdların 2 mln ilə yaxın istifadə olunur, artıq
son vaxtar burada müasir metod və texnologiyalarla virusəleyhinə və şiş-
əleyhinə zərdablar hazırlanır.
Hesab olunur ki, vermikultura zülal tərkibinə görə heyvan əti və balıq-
dan, soya paxlasından, dəndən, quru süddən çox üstündür, ancaq qida
əlavəsi kimi effektiv istifadə olunan göyyaşıl yosunla müqayisə etmək olar.
Dostları ilə paylaş: