dırılmasını bir sıra ekoloji göstəricilərin dəyişdirilməsi yolu ilə aparmaq
280
olar: sıxlığı və məkanca yerləşdirməni; fenoloji xüsusiyyətləri-birinci
həftədə cücərtilərin birgə çıxışı və onların inkişafının intensivliyi; məkanın
və ehtiyatların maksimum istifadəsini təmin edən, sortlar qarışığının seçil-
məsi hesabına aqrosenopopulyasiyaların differensasiyası.
2.11.5. Aqrolandşaftların ekoloji qiymətləndirilməsinin metodoloji
əsasları
Ərazinin kənd təsərrüfat təşkili onun landşaft-tipoloji və regional
müxəlifliyini nəzərə almaqla həyata keçirilməlidir. Ərazinin rasional təşki-
linin mühüm vəzifələrindən biri aqrolandşaftın elə morfoloji görünüşünü
yaratmaqdır ki, təkcə yüksək məhsuldarlığı ilə fərqlənməsin, həm də ekoloji
müxtəlifliyi, estetik cəlbediciliyi və saniar-gigiyenik tələbatlara cavab ver-
məsilə fərqlənsin.
Kənd təsərrüfaı ərazisinin bu cür təşkilinə torpaq fondunun landşaft
müxtəlifcinsliyinin uçotu və analizi, dərindən öyrənilməsi əsasında çatmaq
olar. Burada vacib normativ krieriya aqrolandşaftların yol verilən eyni ob-
razlıq səviyyəsidir: ərazinin texnoloji şəraitinin (torpaqların ölçüləri və kon-
fiqurasiyaları və s.) və biotik tərkibinin (meşələrin sahəsi, tarlalar, çəmənlər,
kolluqlar, bataqlıqlar və s.) optimal əlaqələndirilməsidir.
Ekoloji nöqteyi nəzərindən müasir landşaft - qarşılıqlı əlaqədə və tə-
sirdə olan komponentlərin bütöv sistemidir. Landşaftdan ağılla isifadə olun-
ması prosesi üçün konkret praktiki vəzifənin həllinin nəzəri-metodoloji
əsasları hazırlanmalıdır. Bu zaman birinci dərəcəli əhəmiyyətli məsələ
müasir landşaftın davamlılığının qiymətləndirilməsi (o cümlədən aqroland-
şaftların) və onun optimallaşdırılmasıdır. ―Davamlılıq‖ dedikdə, landşatın
xarici təsirlər zamanı öz strukturunu və funksiyalarını saxlamaq qabiliyyəti
başa düşülür. Landşaftların optimallaşdırılması landşaftın müxtəlif tərkib
hissələri arasında mövcud olan əlaqələrin saxlanması və modifikasiyasına
görə kompleks tədbirlərin həyata keçirilməsidir.
Landşaftın opimallaşdırılması və ekoloji davamlılığının qiymətlən-
dirilməsi zamanı aşağıdakı anlayışları nəzərə almaq tövsiyyə olunur. Mə-
sələn, torpaq-meliorativ şəraitin analizi və qiymətləndirilməsi üçün torpağın
əsas təsnifat vahidinə görə onların sahəsi, aqrokimyəvi xarakteristikası, ero-
ziyaya uğramış torpaqların sahəsi, sürüşmələr, ikinci duzlafma, bataqlaşma
və s. haqda məlumatlar lazımdır. Neqativ təbii proseslərin səbəbləri açılmalı
və onların inkişafının tendensiyası, müəyyənləşməli, əlverişsiz hallarla mü-
barizə tədbirləri sistemi hazırlanmalıdır. Kənd təsərrüfatında mənimsənilmə
üçün perspekivli sahələrin və bunun üçün lazım olan meliorativ işlərin
müəyyənləşdirilməsi çox mühümdür.
V.M.Fridlandın (1967) təklif etdiyi konkret ərazinin antropogen də-