Maye azot gübrələrindən ammonyaklılar istifadə olunur, hansı ki,
azot sulu və susuz ammonyak kimi daxil olur. Fosfor gübrələri superfosfat
və ikiqat superfosfat, eləcə də mürəkkəb birləşmələr: ammofos, diammofos,
nitriammofoska, karboammofoska kimi təmsil olunurlar. Kalium gübrələ-
rinə kalium xlorid, kalium sulfat, təbii kalium duzları (silvinit) daxildir.
Mineral gübrələrin alınması üçün istifadə olunan xammalda (fosforitlər,
apatitlər, kalium duzları), bir qayda olaraq, böyük miqdarda toksiki qarı-
şıqlar olur. Amciddi təhlükə yaradır, hansı ki, gübrələrdə kifayət qədər olur.
Superfosfatda (mq/kq) olur: Co (1-9), Ni (7-32), Cu (4-79), Pb (7-92),
Cd (50-170), Zn (50-1430), Cr (66-243), As (1,2-2,2), W (20-180). Fosfo-
gipsdə 2%-ə qədər stronsium və 0,5%-dək flor olur. Fosfor gübrələrində
florun zəhərli birləşmələri olur. Kalium gübrələrində ballast elementləri (Cl,
Na) olur, hansı ki, toplanaraq torpağın münbitliyini azaldır. Sapropeldə
kadmiumun miqdarı quru çəkidə 50-100 mq/kq təşkil edir.
Aktiv çirkləndiricilər – tərkibində çoxlu miqdarda xrom, sink, nikel,
marqans olan çirkab sularıdır.
AM-ın neqativ təsiri aşağıdakı sıra ilə artır: Zn – Ni – Cr – Co – Cu –
Pb – Hg. Müəyyən olunmuşdur ki, AM-la çirklənən torpaqlarda məhsul-
darlığın azalması müşahidə olunur: dənlilərdə 20-30% , şəkər çuğundurunda
35% , kartofda 47% və paxlalılarda 40%.
Fizioloji turş mineral gübrələr torpaqda turşuluğu artıraraq, toksiki
elementləri bitkinin mənimsəyə bilmədiyi formadan mənimsənilən formaya
keçirməklə mobilizə edir.
Torpağa aqrokimyəvi vasitələrin mümkün olan aşağıdakı pozitiv və
neqativ təsirləri var:
● torpaq məhlulunun turşlaşması və qələviləşməsi;
● kation və anionların fiziki-kimyəvi və kimyəvi udulmasının güc-
lənməsi və ya zəifləməsi;
● torpaq məhlulunda ionların qatılığının dəyişməsi;
● AM və digər toksiki kimyəvi elementlərin mütəhərrikliyinin
dəyişməsi;
351
● mikroelementlərin bitki üçün mənimsənilən formasının qatılığının
dəyişməsi;
● üzvi maddələrin minerallaşmasının güclənməsi;
● humifikasiyanın güclənməsi;
● kök yumruları və sərbəst bakteriyaların atmosferin molekulyar
azotunu bioloji fiksasiyasının dəyişməsi;
● torpağın ümumi bioloji və fermentativ aktivliyinin dəyişməsi;
● torpağın qida elementlərinin effektliyinin dəyişməsi;
● qida elementlərinin bitkilərə daxil olmasında üzə çıxan antaqo-
nizminin yaranması;
● bitkidə toksiki elementlərin və birləşmələrinin YVQ həddini keçən
və məhsulun keyfiyyətini azaldan miqdarının toplanması;
● qida elementlərinin miqrasiyasının güclənməsi və onların ətraf
mühitdə itkisinin artması.
Ekoloji gərginliyin azaldılması yolları aşağıdakı tədbirləri həyata
keçirməkdən ibarətdir:
● mineral gübrələrin kimyəvi tərkibinin onların istehsal texnologiya-
ları kamilləşdirməklə yaxşılaşdırılması;
● gübrə və bitki mühafizə vasitələri ekoloji təhlükəsiz olmalıdır;
● yerli şəraiti nəzərə almaqla, bitkinin qida elementlərinə olan tələba-
tının operativ təyin olunma metodlarının tətbiq olunması, bitkilərin gübrənin
və torpağın azot, fosfor və kaliumunu mənimsəmə əmsalının yüksəldilməsi;
● kök qidalanmasını optimallaşdırmaqla, gübrələrin istifadə olun-
masının elmi texnologiyalarına riayət olunması;
● mineral azotun üzvi ―immobilizasiya‖ formasında möhkəmləndiril-
məsi üçün kompleks tədbirlərin tətbiqi; bioloji azotun mənimsənilmə
səviyyəsinin yüksəldilməsi.
Bakterial gübrələrin geniş tətbiqi tövsiyyə olunur ki, bu da istifadə
olunan sənaye tullantılarının həcminin azalmasına və beləliklə də ətraf mü-
hitə kimyəvi presin azalmasına səbəb olur (bəzi bakterial gübrələrin xarakte-
ristikası cədvəl 3.21 –də verilib).
Dostları ilə paylaş: |