Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə106/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   102   103   104   105   106   107   108   109   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
168 
 
 
 
 
DARIXDIM 
 
Axşam da qəribdi, mən də qəribəm
Nələr ürəyimdən keçdi, darıxdım. 
Zalım ayrılığın kamil ovçusu
Ox atdı sinəmi deşdi, darıxdım. 
 
Nə kövrək saatdı, nə kövrək andı, 
Nəfəsim təngidi, ürəyim yandı. 
Kəpəzdən bir çəngə bulud boylandı, 
Xəyal uzaqlara uçdu, darıxdım. 
 
Qoy yazım varağı qalmasın ağı, 
Kim çəkər həsrəti Bəhmən sayağı. 
Çox da müqəddəsdi Gəncə torpağı, 
Kəlbəcər yadıma düşdü, darıxdım. 
 


 
 
169 
 
 
 
MƏN OLMALIYAM 
 
Qartal o zirvədən belə en, belə, 
İnsanam, zirvədə mən olmalıyam. 
Günəş yandıranda ana torpağı,  
Duman olmalıyam, çən olmalıyam. 
 
Zirvədən salıbdı yolu babalar,  
fikri kamal ilə dolu babalar. 
Müqəddəs yaşayıb ulu babalar, 
Mən də fitnələrdən gen olmalıyam. 
 
Kədər toy gətirməz, düyün gətirməz, 
Sükunət dünyaya bir ün gətirməz. 
Ağlamaq heç kimə ağ gün gətirməz
Nə qədər həyat var, şən olmalıyam. 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin