Seçmə aşıq şeirləri
192
ZƏLĠMXAN YAQUB
(1950)
ÇƏKƏR
Görüş var bir ömrü versən də azdır,
Görüş var getməyə adam can çəkər.
Görüş var şadlığı sığmır illərə,
Görüş var fərəhi bircə an çəkər.
Yaşasan ən
şirin arzuyla, kamla,
Sevincin
sel olar, dərdinsə damla.
Ürəkdən
verilən xoş bir salamla
Əli əl isidər, qanı qan çəkər.
Ayrılıq
həyatda hər şeydən çətin,
Min bir əzabı var bir məhəbbətin.
Gəlməsən yandırar
məni həsrətin
Gələrsən nazını Zəlimxan çəkər.
Dostları ilə paylaş: