Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə33/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   29   30   31   32   33   34   35   36   ...   125
 
 


 
 
Seçmə aşıq şeirləri 
 
54 
 
 
 
EYLƏYƏM 
 
Harda gördüm bir şux, kaman qaşlını, 
İstərəm canımı qurban eyləyəm. 
Tutam zülfün ucun, dönəm başına, 
Bağrımı oduna büryan eyləyəm. 
 
Mən bilirəm qədrin sərxoş cavanın,  
Həlqə-həlqə zülfün, tər zənəxdanın. 
Bu gül əndamlının sərvi - rəvanın,  
Durum yerişinə seyran eyləyəm. 
 
Mən onun dərdinə oldum mübtəla, 
Şəmi xiyalıma o verir ziya, 
Xublardan ki, mənə gəlsə hər bəla, 
İstəməm ona mən dərman eyləyəm. 
 
Xublara vermişəm din-imanımı, 
Şövkətü-şanımı, adü-sanımı, 
Cəllad tək gözləri alsa canımı, 
Namərdəm mən əgər aman eyləyəm. 
 
Vaqifə rəhm eylə bari, ilahi, 
Agah et dərdimdən ol üzü mahi, 
Qədəm basıb bizə gəlsin nagahi, 
Bir gecə mən onu mehman eylərəm. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin