Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə35/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   31   32   33   34   35   36   37   38   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
56 
AġIQ VALEH  
(Kərbalayi ġəfi – 1729-1822) 
 
 
EYLƏ 
 
Alçaqlı, ucalı dağlar, 
Halal eylə, hümmət eylə. 
Qarşı qarşı duran bağlar
Halal eylə, hümmət eylə. 
 
Köçüm gedir düzlərinən
Dövran sürdüm sizlərinən, 
Neçə gəlin, qızlarınan, 
Halal eylə, hümmət eylə. 
 
Valeh gedir bir murada
Sığınıbdı min bir ada
Ya gələ, ya gedə bada, 
Halal eylə, hümmət eylə. 
 
 
 


 
 
57 
 
 
DĠLBƏR 
 
Durum, dolanım başına, 
Aşığından küsən dilbər! 
Üzüm sürtüm göz-qaşına, 
Nə mən dinim, nə sən, dilbər! 
 
İtirmişəm maralımı, 
Bir sinəsi yaralımı, 
Gündüz səbrü qərarımı, 
Gecə yuxum kəsən dilbər! 
 
Bu nə adətdi insanda – 
İxtiyar qoymadı canda. 
Bu zülm olmaz, müsəlmanda – 
Kafərmisən, nəsən, dilbər?! 
 
Görmədim mən, sən tək yağı, 
Sinəmə çəkmisən dağı, 
Qara geyim mən, sən ağı, 
Görən desin usan, dilbər! 
 
Valeh
 
əzəldən bəy idi, 
Qaşların qəddini əydi, 
Mən nə dedim sənə dəydi? 
Bu mən, dilbər, bu sən, dilbər! 
 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin