Seçmə aşıq şeirləri
12
KAMĠL MÜRġĠDƏ
VARMASAN OLMAZ
Gəl ey qardaş Haqqı bulayım dersən,
Bir
kamil mürşidə varmasan olmaz,
Rəsulun cəmalın görəyim dersən,
Bir kamil mürşidə varmasan olmaz.
Necələr gittilər mürşid arayı,
Arayanlar buldu dərdə dəvayı,
Min kəz oxusan da ağdan qarayı,
Bir kamil mürşidə varmasan olmaz.
Gəl şimdi, qardaşlar, gidəlim belə,
Necə aşıqların bağrını dələ,
Cəbrail dəlildir, Əhmədə belə,
Bir kamil mürşidə varmasan olmaz.
Kadılar
mollalar cümlə gəldilər,
Kitabların həp bir yerə qoydular.
Sən bu elmi kimdən aldın dedilər
Bir kamil mürşidə varmasan olmaz.
YUNUS İMRƏ bunda məna var dedi,
Bir
kamil mürşidə sən də var şimdi,
Həzrəti Musaya, Xızra var dedi,
Bir kamil mürşidə varmasan olmaz.