25
BƏNÖVġƏNĠ
Başına döndüyüm,
ay qəşəng Pəri,
Adətdir, dərərlər yaz bənövşəni!
Ağ nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altına düz bənövşəni.
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşıq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən
gətirmiş,
Heyif ki, dəriblər az bənövşəni.
Başına döndüyüm,
bağa gəl, bağa,
O gözəl hüsnündən bağa nur yağa,
Dəstə-dəstə dərib taxar buxağa,
Bənövşə qız iylər, qız bənövşəni.
Səhər
olcaq şeyda bülbül oxuşdu,
Hökm olundu, süleymanlar yerişdi,
Sərt qış gəldi, gülün vaxtı sovuşdu,
Daha iyləmərik biz bənövşəni.
Qurbani der: könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?
Ayrılıqmı çəkib boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.
Dostları ilə paylaş: