Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə23/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   19   20   21   22   23   24   25   26   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
38 
BƏYƏNMƏZ 
 
Ay həzərat, bir zamana gəlibdir, 
Ala qarğa şux tərlanı bəyənməz. 
Oğullar atanı, qızlar ananı, 
Gəlinlər da qaynananı bəyənməz. 
 
Adam var ki, getməyəsən işinə, 
Adam var ki, dolanasan başına, 
Adam var ki, ayran tapmır aşına, 
Dindirərsən, yağlı nanı bəyənməz. 
 
Adam var, dağları gəzər sərsəri, 
Adam var, geyinər pustinən dəri, 
Adam var, mərfətdən yoxdur xəbəri, 
Adam var, sultanı, xanı bəyənməz. 
 
Adam var, dolanar səhranı, düzü, 
Adam var, döşürər gülü-nərgizi, 
Adam var, geyməyə tapammaz bezi, 
Adam var, al geyər, şalı bəyənməz. 
 
Adam var, çox işlər eylər irada, 
Adam var ki, yetə bilməz murada, 
Adam var ki, çörək tapmaz dünyada, 
Adam var, yağ yeyər, balı bəyənməz. 
 
Adam var ki, adamların naxşıdı, 
Adam var ki, anlamazdı, naşıdı, 
Adam var ki, heyvan ondan yaxşıdı, 
Dindirərsən, heç insanı bəyənməz. 
 
Adam var dəstinə verərsən güllər, 
Adam var, gözünə çəkəsən millər, 
Tufarqanlı Abbas, başına küllər, 
Nə günə qalmısan, qarı bəyənməz.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin