Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə22/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   18   19   20   21   22   23   24   25   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
36 
 
YANDIRAR 
Bəd övladı əzəl başdan tanıram, 
Çör-çöp yığar, yad ocağın yandırar. 
Səhər durar ar-namusun gözləməz, 
Suyu tökər, öz ocağın söndürər. 
Ulğun cuşa gəlsə, köpük yağ olmaz, 
Söyüd bar gətirsə, bağça, bar olmaz, 
Zibil təpə olsa, güllük dar olmaz, 
Yel əsəndə alçaqlara endirər. 
Abbas bu sözləri deyər sərindən, 
Arxı vurun, suyu gəlsin dərindən, 
El bir olsa, dağ oynadar yerindən, 
Söz bir olsa, zərbi kərən sındırar. 


 
 
37 
 
OLMAZ 
Özündən kiçiyi işə buyurma, 
Sözün yerə duşər, heç miqdar olmaz. 
Hər nə ki, kar görsən öz əlinlə gör, 
İnsan öz işində cəfakar olmaz. 
Özündən böyüyün saxla yolunu, 
Düşən yerdə soruş ərzi-halını, 
Amanat, amanat qonşu malını, 
Qonşu yox istəyən, özü var olmaz. 
Soruşun, Qul Abbas, halın necədir? 
Gündüzlərim ay qaranlıq gecədir. 
Sərv ağacı hər ağacdan ucadır, 
Əsli qıtdır, budağında bar olmaz. 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin