Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə10/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   6   7   8   9   10   11   12   13   ...   126
Ultrabənövşəyi 
işıq 
mikroskopları. 
Ultrabənövşəyi  şüalar  insan  gözü  tərəfindən  qəbul 
edilmir.  Odur  ki,  hüceyrələrin  və  onların  quruluş 
vahidlərinin  bilavasitə  ultrabənövşəyi  şüalarla  adi 
mikroskopda 
öyrənilməsi 
mümkün 
deyil. 
Q.M.Brumberqin 
icad 
etdiyi 
ultrabənövşəyi 
mikroskopları  hüceyrə  tərkibinə  daxil  olan  maddələrin 
əksəriyyətinin  ultrabənövşəyi  şüaları  udaraq  özünə  xas 
spektrini  yaratması  prinsipinə  əsaslanır.  Bu  cür 
mikroskop  vasitəsilə  istər  canlı  istərsə  də  fiksə  edilmiş 
hüceyrələri tədqiq etmək olar.Müxtəlif şəffaf və rəngsiz 
obyektlər  qısadalğalı    ultrabənövşəyi  şüaları  udduqdan 
sonra  fərqli  spektrə  malik  olur.Obyektin  qısadalğalı 
ultrabənövşəyi  şüaları  udma  intensivliyindən    və 
xarakterindən  asılı  olaraq  onun  adi  işiq  mikroskopu  ilə 
görə  və  öyrənə  bilmədiyimiz  hissələrini  görə  bilir    və 
tədqiq edə bilirik. Son dövrlərdə  
ultrabənövşəyi mikroskopiya tədqiqat üsulu kimi tibbdə 
və 
biologiyada 
geniş 
istifadə 
olunur. 
Çünki 
ultrabənövşəyi  şüalar  fonunda  canlı  hüceyrədə  gedən 
müxtəlif  bioenergetik  proseslərlə  müşahidə  olunan 
hadisələri öyrənmək olar. Ultrabənövşəyi şüaların dalğa 
uzunluğu (0,290 mkm) görünən işıq şüalarından (0,400-
0,700  mkm)  xeyli  qısa  olduğundan  bu  mikroskopların 
böyütmə  imkanı  adi  işıq  mikroskoplarından  qat-qat 
yüksəkdir. Əgər adi işıq mikroskoplarında 0,2-0,3 mkm 
ölçüdə  hüceyrə  quruluşu  tədqiq  etmək  mümkünsə, 
ultrabənövşəyi  işıq  mikroskoplarında  isə  0,11  mkm  
ölçüdə obyekti tədqiq etmək mümkündür. 


 
19 
Ultrabənövşəyi  işıq  mikroskopları  vasitəsilə 
hüceyrədəki  bu  və  digər  maddələrin  miqdarının 
öyrənilməsi, 
hüceyrələrin 
quruluş 
vahidlərinin 
fotoşəkillərinin çəkilməsi də mümkündür. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin