Göz
Okulyar
Okulyar
Obyektiv
Obyektiv
Obyekt
Obyekt
Kondensor
Kondensor
İşıq
mənbəyi
Anod
Katod
Elektron
məbəyi
25
Digər tərəfdən canlı hüceyrələr elektronların
intensiv hərəkətindən də zədələnirlər. Elektron
mikroskoplarının kəşf edilməsi hüceyrə haqqındakı
anlayışların çox genişlənməsinə səbəb olur.
CANLI HÜCEYRƏLƏRİN ÖYRƏNİLMƏ
ÜSULLARI
Canlı hüceyrələrin işıq mikroskoplarında qısa
müddət ərzində tədqiq etmək mümkündür. Hüceyrələri
daha dərindən uzun müddətdə tədqiq etmək lazım
gəldikdə, onları xüsusi kameralara keçirirlər. Bu
kameralar yastı, deşikli şüşə qablar olub, üzəri qapaqla
örtülür. Bəzən yığılıb açıla bilən kameralardan da
istifadə edilir. Tədqiq ediləcək ibtidai orqanizmlər,
sərbəst yaşayan təkhüceyrəlilər, qan hüceyrələri və ya
çoxhüceyrəli orqanizmin müəyyən toxumalarından
ayrılan hüceyrələr belə kameralarda tədqiq olunur.
Öyrənilən obyektdən, tədqiqatın məqsədindən asılı
olaraq hüceyrələr xüsusi qidalı mühitdə saxlanılır və
tədqiq olunur. Təkhüceyrəli orqanizmlər üçün belə
mühit onların yaşadığı xarici mühitdəki şəraitə uyğun
olan mühitdir. Bəzən laboratoriya şəraitində onların
yaşayıb çoxalması üçün təbii mühitə müvafiq şərait
yaradılır. Adətən belə mühit müxtəlif duzların
tarazlaşdırılmış məhlullarıdır ki, həmin məhlullara
onların qidasını təşkil edən mikroorqanizmlər və digər
ibtidailər daxil edilir. Qan hüceyrələri və ya digər
sərbəst yaşayan hüceyrələr plazma və ya xüsusi sintetik
mühitdə öyrənilir.
26
Toxuma və orqanların öyrənilməsində toxuma
kulturası üsulundan istifadə edilir. Toxuma kulturası
üsulunun ən sadə forması ondan ibarətdir ki, qidalı
mühitdə (qan plazması ilə rüşeym ekstraktının qarışığı
və ya sintetik mühitlə qan plazması qarışığı)
doldurulmuş kameraya canlı toxumanın kiçik bir hissəsi
keçirilir. Bir müddətdən sonra həmin toxumanın
hüceyrələri bölünür və böyüyürlər. Bu metodun
nisbətən dəyişdirilmiş variantı da vardır. Bu ondan
ibarətdir ki,toxumadan götürülmüş hissə ehtiyatla tripsin
və ya versen fermentləri ilə işlənir. Bu zaman
hüceyrələr bir-birindən ayrılır. Sonra bu ayrılmış
hüceyrələr qidalı mühit doldurulmuş şüşə kameraya
keçirilir. Bu mühitdə hüceyrələr kameranın dibinə
çökür, onun dibinə yapışır, bölünür, böyüyür, əvvəlcə
koloniya əmələ gətirir, sonra isə iri hüceyrə plastı əmələ
gətirirlər. Belə kameranı mikroskop altında müşahidə
etmək, hüceyrələrin bölünməsi, böyüməsi, inkşafını və
s. öyrənmək mümkün olur.
Hüceyrələrin bu cür öyrənilməsi üçün rüşeym
hüceyrələrini öyrənmək daha əlverişlidir. Yaşlı
orqanizmin hüceyrələri bu cür süni mühitdə
orqanizmdən kənarda çox çətinliklə böyüyüb, inkişaf
edirlər. Hüceyrələri bu cür toxuma kulturasında
öyrəndikdə süni mühiti vaxtaşırı dəyişmək lazım gəlir.
Bundan başqa orqanizmə xas olan temperatur mühitinin
saxlanılmasına da riayət etmək vacibdir. İstiqanlı
heyvanlar üçün 37
0
, soyuqqanlı heyvanlar üçün 20
0
temperatur mühiti yaratmaq tələb olunur. Toxuma
kulturasında hüceyrələrin normol inkişafını təmin etmək
27
üçün aseptik şərait yaratmaq, mühitin sterilliyini
qorumaq
da
vacib
şərtlərdən biridir. Hazırda
hüceyrələrin toxuma kulturasında saxlanılmasından
təkcə sitoloji məqsədlər üçün deyil, genetik, virusoloji,
biokimyəvi tədqiqatlarda da istifadə edilir. Canlı
hüceyrələrdə gedən proseslər mikroskopa geydirilmiş
fotoaparat vasitəsilə şəkli çəkilir, kinoaparat vasitəsilə
isə onlarda gedən prosesləri çəkmək mümkün olur.
Hazırda toxuma kulturasında öyrənilən hüceyrələrdə
gedən prosesləri öyrənmək üçün kinolentə çəkməyin
daha çox əhəmiyyəti vardır. Belə ki, hüceyrənin
bölünməsi, faqositoz, stoplazmanın hərəkəti, kirpiklərin
hərəkəti və s. kimi hüceyrə həyatında böyük əhəmiyyət
kəsb edən proseslər əyani olaraq kinolentində müşahidə
edilir.
Canlı
hüceyrələrin
öyrənilməsində
mikrocərrahiyyə üsulundan da istifadə edilir. Bu üsulun
mahiyyəti ondan ibarətdir ki, mikroskopa geydirilən
mikromanipulyator vasitəsilə onlardan istənilən hissələr
çıxarılır, hüceyrəyə müəyyən maddələr daxil edilir
(mikroinyeksiya) və s. aparılan əməliyyata mikroskopla
nəzarət edilir. Mikrocərrahiyyə üsulundan istifadə
etməklə nüvənin bir hüceyrədən digərinə köçürülməsi,
rüşeymin inkşafı dövründə blastomerlərin ayrılması,
hüceyrənin quruluş vahidlərini hüceyrədən çıxarmaq,
başqa hüceyrəyə daxil etmək, hüceyrəyə müəyyən
maddələr daxil etmək və s. işləri görmək olur ki, bu
zaman ayrı-ayrı hüceyrə vahidlərini hüceyrədəki
fizioloji proseslərdəki rolu müəyyənləşdirilir, müəyyən
28
maddələrin sitoplazma və nüvədə hərəkəti və s.
öyrənilir.
İki nüvəcikli hüceyrədən nüvəciyin birini
çıxarmaqla ikinci nüvəciyin özünü necə aparmasını
öyrənmək mümkündür. Bu üsulla öyrənmişlər ki,belə
halda hüceyrədən çıxarılmış nüvəciyin funksiyasını
ikinci nüvəcik öz üzərinə götürür və onun da vəzifəsini
yerinə yetirir.
Canlı
hüceyrələri öyrənərkən onları vital
rəngləyicilərlə rəngləyirlər. Bu rəngləyicilərdən turş
(göy tripan, karmin) və ya qələvi (neytral qırmızı, göy
metilen) təbiətli maddələri göstərmək olar. Bu maddələr
1:200000 nisbətində suda həll edilir ki, bu, da həmin
rəngləyicinin canlı hüceyrəyə təsirini minimum
səviyyəyə çatdırır. Hüceyrələrə vital rəngləyicilərlə təsir
etdikdə onlar sitoplazmada qranulalar şəklində toplanır.
Hüceyrə öldükdə isə həmin rəngləyicilər sitoplazmada
diffuz olaraq yayılır, sitoplazma və nüvəni də rəngləyir.
Mikroskoplar vasitəsilə tədqiq edilən obyektlərin
şəkli xüsusi qurğu ilə mikroskopa bərkidilmiş,
fotoaparat vasitəsi ilə çəkilir. Belə fotoaparatların
obyektivi çıxarılır. Mikroskopun optik sistemi
fotoaparatın obyektivini əvəz edir.
|