34
Bu
qrupa
bakteriya
və
göy-yaşıl
yosunları
(sianobakteriyalar) aid etmək olar. Onlarda genetik
məlumat halqa şəklində olan ikiqat DNT zəncirində
saxlanır. Prokariot hüceyrələr möhkəm hüceyrə divarı
ilə əhatə olunub və mitotik aparatdan məhrumdurlar.
Eukariot (yunanca, eu-yaxşı, karion-nüvə) hüceyrələr
isə qılaf, sitoplazma və nüvəyə malikdirlər. Onlar
prokariotlardan xromosomların sayına, hüceyrədaxili
membranlar sistemindən ibarət olan orqanoidlərin və
formalaşmış nüvənin mövcudluğuna görə fərqlənirlər.
Eukariotlar
irsiyyətin
maddi
daşıyıcıları
olan
xromosomların yeni əmələ gələn hüceyrələr arasında
bərabər paylanmasını təmin edən mitotik aparata
malikdirlər. Lakin mövcud fərqlərə baxmayaraq bütün
hüceyrələr müəyyən ümumi prinsiplərə malikdirlər:
genetik məlumatın DNT-də yerləşməsi, hüceyrəyə xas
əsas həyati xüsusiyyətlərdə oxşarlıq və s.
Eukariot hüceyrələr aşağıdakı komponentlərdən
ibarətdir
(Şəkil 13).
1.
Dostları ilə paylaş: