Азярбайжан Республикасы Тящсил Назирлийи


Membranın nəql etmə mexanizmi



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə23/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   19   20   21   22   23   24   25   26   ...   126
 
                         Membranın nəql etmə mexanizmi 
 
İon kanallarının  (İK) hüceyrənin normal fəaliyyətində 
əhəmiyyəti  çox böyükdür. Onlar hüceyrə ilə xarici 
mühit arasında maddələr, enerji və məlumat 
mübadiləsinin saxlanmasında iştirak edirlər. Məsələn, 
ion kanalları  sinir və əzələ hüceyrələrində oyanma, 
tormozlanma, xarici siqnalların qəbulu və onlara cavabı  
uyğun reseptorlarla birlikdə təmin edirlər (Şəkil 23). 
Bilavasitə İK- ı oyanmanı oyanmış neyronlardan 
sinaptik ötürmə ilə digər hüceyrələrə  
 
       
  
 
        
Şəkil 23. Membranın nəql etmə mexanizmi 
 
 
 


 
63 
verirlər. Ümumiləşdirərək demək olar ki, orqanizmdə ən 
mühüm  fizioloji  proseslər  ion  kanalları  ilə  başlayır  , 
davam  edir  və  reallaşır.  Membranın  ion  kanalları 
ionların  hüceyrəyə  və  hüceyrədən  xaricə    hərəkətini 
təmin  edən  müxtəlif  diametrli  kiçik  zülal  borulardan  
ibarətdir.  İonların  ion  kanalları  ilə  hərəkəti  hüceyrə 
daxilində  və  xaricində  ion  qatılığının,  membranda  isə 
elektrik  potensialının  dəyişməsinə  səbəb  olur.  İK-dan 
başqa  plazmatik  membranda  müxtəlif  maddələrin 
daşınmasında iştirak edən digər nəqledici sistemlər var. 
Belə ki, maddələrin daşınmasında xüsusi zülallar və ya 
translokazalar  iştirak  edir.  İK-dan  fərqli  olaraq 
translokazalar 
maddələrin 
daşınma 
prosesində 
konfarmasion  dəyişikliklərə  uğrayırlar.  İK-nı  ətrafında 
zülal  “saplar”  yerləşmiş  “dəlik”  və  ya  “məsamə”  kimi 
qəbul  etmək  olar.  Bu  məsamələr  təsirdən  asılı  olaraq 
müəyyən  qədər  genişlənə  və  ya  darala  bilər.  Kanallar 
müxtəlif  quruluşa  və  formaya  malik  olduqları  üçün 
fərqli  keçiricilik  intensivliyinə,  tənzimlənmə  və 
tənzimləmə  mexanizminə  malikdirlər.  İon  kanalları  – 
inteqral  zülallardan  təşkil  olunmuş,  hüceyrə  ilə  mühit 
arasında ( hüceyrəarası sahə ) K
+
, Na
+
, H
+
, Ca
+
, Cl
+
  və 
həmçinin  su  molekullarının  keçiriciliyini  təmin  edir. 
Membranda akvaporin adlanan su kanalları mövcuddür. 
Bunları  ion  kanalları  adlandırmaq  olmaz.  Akvaporin  – 
zülal  kanallar  silindrik  qurluşa  malikdir,  ionlar  üçün 
keçirici  olmayan    bu  kanallar  vasitəsi  ilə  ancaq  su 
molekulları keçə bilir. 


 
64 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin