Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə25/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   21   22   23   24   25   26   27   28   ...   126
 
SİTORESEPTOR ANLAYIŞI 
 
Reseptorlar-kimyəvi  təbiətinə  görə  hüceyrədə 
müəyyən  spesifik  funksiyalar  yerinə  yetirən  xüsusi 
zülallardır.  Onlar  hüceyrənin  səthində,  sitoplazmada, 
nüvədə  yerləşərək  hormonlar  neyromediatorlar,  böyümə 
faktorları,  sitokinlər  və  ya  hüceyrənin  təsirinə  digər 
xarakterik 
reaksiyalar 
göstərirlər. 
Özlərinin 
lokalizasiyasından  asılı  olaraq  onları  iki  yerə  bölmək 
olar:  səthi  reseptorlar  və  hüceyrədaxili  reseptorlar. 
Hüceyrədaxili  reseptorlar  sitoplazmatik  və  nüvə 
reseptorlarına 
bölünürlər. 
Səthi 
reseptorlar 
sitomembranın  xarici  zülallarından  və  qlükokaliksdən 
yaranırlar.  Onlar  polyar    liqandlar  (hormonlar, 
neyromediatorlar, böyümə faktorları və s.) üçün nəzərdə 


 
66 
tutulub  hüceyrə  daxilinə  keçə  bilmirlər,  öz  təsirlərini 
xarici  reseptorlarla  və  ikinci  ötürücü  vasitələrlə 
göstərirlər.  Reseptorlar  funksiyalarına  görə  katalitik 
reseptorlara,  ion  kanalları  ilə  əlaqəli  olan  reseptorlara, 
K-  zülalarla  əlaqəli  olan  reseptorlara  və  sitoskeleti 
hüceyrəkənarı  matrikslə  əlaqələndirən  reseptorlara 
bölünürlər. 
 


 
67 
Yağda  həll  olan  siqnallar,  məsələın  hormonlar  və  bəzi 
vitaminlər  sadəcə  olaraq  membrandan  diffuziya  edə 
bilirlər.  Onların  reseptor  zülalları,  adətən  hüceyrə 
daxilində olur. Əksinə, siqnalların böyük əksəriyyətinin 
liqandı  suda  həll  olan  komponentlər  və  ya  fiziki 
təsirlərdir,  ona  görə  də  onlar  membranın  lipid 
təbəqələrini kəsib hüceyrə daxilinə keçə bilmirlər. Buna 
görə  də  onların  reseptorları  membrana  sarınmış  olurlar 
və hüceyrə səthi reseptorları adlandırılır. Hüceyrə səthi 
reseptorları  zülal  molekulları  olub  üç  rayondan  təşkil 
olunmuşlar:  (1)  transmembran  spiral  rayon;  (2) 
hüceyrəxarici  ilgəklər;  və  reseptorun  N-sonluğu  (3) 
hüceyrədaxili  sitoplazmatik  ilgəklər  və  reseptorun  C-
sonluğu. 
Bu 
zülallar 
hüceyrəxarici 
ilgəklərlə 
liqandlardan  alınmış  siqnalları  hüceyrə  daxilinə  ötürür 
və  hüceyrədaxili  ilgəklərlə  siqnallar  ilkin  siqnal 
mesencerlərinə (vasitəçilərinə) ötürülür 
 
Şəkil 24. Hüceyrə səthi reseptorlar.Bu reseptorlar membrana 
sarınaraq hüceyrə xaricində olan siqnalları təyin edib onları 
hüceyrə daxilinə ötürürlər. 


 
68 
Hərçənd ki, hüceyrə səthi reseptorlar siqnalları qəbul 
edib hüceyrə daxilində ötürmək yollarına görə 
fərqlənirlər, amma bütün eukariotik reseptorlar əsasən 
üç fərqli böyük ailəyə bölünürlər:  
1. İon kanalları ilə əlaqəli reseptorlar
2. G-zülallarla əlaqəli reseptorlar; 
3. Fermentlə əlaqəli reseptorlar.  

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin