39
və mürəkkəb lipidlərdən (lipoproteinlərdən) təşkil
olunub. Qlikokaliksdə həmçinin membranın səth
zülalları və inteqral zülallar yerləşir. Onların funksional
mərkəzləri qlikokaliksdə yerləşir. Bu zülallar ferment
rolu oynaya bilərlər. Qlikokaliksdə immunoqlobulinlər,
reseptorlar yerləşə və fermentlər yığıla bilər
(adsorbsiya).
Qlikokaliksin funksiyaları aşağıdakılardır:
1. Reseptor- qonşu hüceyrələri və hüceyrəarası
maddələri tanıyır və alınan siqnalın hüceyrə daxilinə
ötürülməsində iştirak edir
2.
Hüceyrəarası
əlaqələrin
tənzimlənməsində
iştirak edir.
3.
Posttranslyasiya dövründə yeni modifikasiya
olunmuş zülalların membranda səmtləşməsini
təmin edir.
4.
Maddələrin daşınmasında iştirak edir.
Hüceyrə qılafının üçüncü komponenti dayaq və
yığılan strukturlardan ibarət membran qatıdır. Membran
qatın tərkibinə yığıcı strukturlar- aktin filamentlər və
habelə
dayaq
aparatı
keratin
filamentlər,
mikroborucuqlar daxildir. Membranaltı qat bir tərəfdən
sitoskeletlə digər tərəfdən qlikokaliks reseptorları ilə sıx
bağlıdır.
Dostları ilə paylaş: