36
Şəkil 14. Bitki (B) və heyvan (A) hüceyrələrinin
quruluşu
Hüceyre qlafı
Bir çox hüceyrələrdə plazmatik membran üzərində
əlavə qalın bir örtük olur ki, o bitki, göbələk və
bakteriya hüceyrələrində hüceyrə divarı adlanır və işıq
mikroskopunda
aydın
görünür.
Hüceyrə divarı
ekstrasellulyar quruluş vahidi olub, plazmatik membran
üzərində yerləşir. Hüceyrə divarı hüceyrənin həyat
fəaliyyəti məhsullarından yaranır. Onun komponentləri
hüceyrədə sintez olunur, sitoplazmadan çıxarılır,
plazmatik membran üzərində toplanır. Hüceyrə
membranın polisaxarid kompleksinin quruluşu elədir ki,
38
təmin edir. Epidermis hüceyrələrində qılaf üzərində
mum toplanır ki, o da hüceyrədə suyun itməsinin
qarşısını
alır.
Əksər
ibtidailərdə
və
heyvan
hüceyrələrində plazmatik membran üzərində qlikokalis
qatı olur. Bu qat çox nazik və elastikdir, işıq
mikroskopu ilə müşahidə etmək olmur. Qlikokaliksin
tərkibinə 1% müxtəlif membran karbohidratları daxil
olur. Həmin karbohidratlardan - heksazamin, fruktoza,
sial turşusunu göstərmək olar ki, onlar uzun şaxələnən
zəncirvari polisaxaridlər olub, lipoproteid membranın
zülalları ilə birləşir. Qlikokaliksin quruluşu elədir ki, o
müxtəlif maddələrin diffuziyasının sürətini azaldır.
Burada hüceyrənin sintez etdiyi və qlikokalikslə bağlı
olan fermentlər toplanır. Bu fermentlər hüceyrədən
kənarda maddələrin həll olmasını təmin edir. Bu cür
parçalanma məhsulları olan amin turşuları, şəkərlər,
nukleotidlər və s. plazmatik membran məsamələrindən
keçərək hüceyrə tərəfindən mənimsənilir. Qlikokaliks
xüsusən bağırsaq epitelisində daha aydın görünür. Bir
çox ibtidailərdə (infuzor)
plazmatik membran hüceyrəyə
forma verən pellikulanın yaranmasında iştirak edir.
İnfuzorda pellikula hüceyrə səthində qalınlaşma əmələ
gətirir ki, o altıbucaqlı quruluşda olub, mərkəzində
kirpiklər yerləşir.
Pellikula hüceyrəyə forma və möhkəmlik verir.
Onun möhkəm olması həmçinin sitoplazma tərəfdən
kortikal qatın membrana birləşməsi ilə də əlaqədar olur.
Hüceyrə qilafının ikinci hissəsini qlikokaliks təşkil edir .
Qlikokaliks sitomembranın tərkibinə daxil olan
mürəkkəb zülalların (qlikoproteidlərin) quyruqlarından
39
və mürəkkəb lipidlərdən (lipoproteinlərdən) təşkil
olunub. Qlikokaliksdə həmçinin membranın səth
zülalları və inteqral zülallar yerləşir. Onların funksional
mərkəzləri qlikokaliksdə yerləşir. Bu zülallar ferment
rolu oynaya bilərlər. Qlikokaliksdə immunoqlobulinlər,
reseptorlar yerləşə və fermentlər yığıla bilər
(adsorbsiya).
Qlikokaliksin funksiyaları aşağıdakılardır:
1. Reseptor- qonşu hüceyrələri və hüceyrəarası
maddələri tanıyır və alınan siqnalın hüceyrə daxilinə
ötürülməsində iştirak edir
2.
Hüceyrəarası
əlaqələrin
tənzimlənməsində
iştirak edir.
3.
Posttranslyasiya dövründə yeni modifikasiya
olunmuş zülalların membranda səmtləşməsini
təmin edir.
4.
Maddələrin daşınmasında iştirak edir.
Hüceyrə qılafının üçüncü komponenti dayaq və
yığılan strukturlardan ibarət membran qatıdır. Membran
qatın tərkibinə yığıcı strukturlar- aktin filamentlər və
habelə
dayaq
aparatı
keratin
filamentlər,
mikroborucuqlar daxildir. Membranaltı qat bir tərəfdən
sitoskeletlə digər tərəfdən qlikokaliks reseptorları ilə sıx
bağlıdır.
Dostları ilə paylaş: