Elektron mikroskopları. Elektron
mikroskoplarının icad edilməsi hüceyrə quruluşunun
öyrənilməsində yeni dövr açdı. İşıq mikroskopundan
fərqli olaraq elektron mikroskopunda yüksək enerjiyə
malik (200 eV-400 eV) elektron selindən istifadə
edilir.1931-ci ildə R.Rudenberq ixtira etdiyi elektron
mikroskopa görə patent aldı.1932-ci ildə isə M.Knol və
E.Ruski
elektron
mikroskopunun
ilk
prototipini
yaratdılar. E.Ruskinin bu işi 1986-cı ildə Nobel
mükafatına
layiq
görüldü.
Müasir
elektron
mikroskoplarında(şəkil 8)4A 0 ölçüdə hüceyrə
komponentlərini tədqiq etmək mümkündür. Elektron
mikroskoplarının adi mikroskoplardan fərqi ondan
ibarətdir ki, elektron mikroskopunda işıq mənbəyi
əvəzinə elektron selindən istifadə olunur. Optik şüşə-
linzalar isə elektromaqnit sahəsi ilə əvəz edilmişdir.
Elektron mikroskopunda elektron selinin hərəkət sxemi
şəkil 4-də verilmişdir.
22
Şəkil 8.Müasir Tranmissiya Elektron mikroskopu
Elektron mənbəyi kimi (katod) elektron cərəyanı
ilə şiddətli qızdırılmış volfram sapdan istifadə edilir.
Qızdırılmış volfram sapdan çıxan elektron seli anoda
doğru yönəlir. Elektronların katoddan anoda doğru
hərəkəti getdikcə artan elektron potensialı hesabına
yaranır.
Anodun mərkəzində kiçik deşik olur, həmin
deşikdən elektronlar keçir və elektron dəsti kondenson
linzasını əvəz edən elektromaqnit sarğıda fokuslaşır və
obyektə doğru yönəldilir. Kondensor linzasını əvəz
edən elektromaqnit sarğı elektronları dağılmağa
qoymur, onları toplayaraq tədqiq olunan obyektə
yönəldir(Şəkil 9).
23
Bu məqsədlə müayinə olunacaq bioloji obyektləri
(mikrob, virus, hüceyrə və s.) müxtəlif qarışıqlardan
(qida mühiti, duz, toxuma və s.) təmizləmək lazımdır.
Təmizlənmiş obyekt kolloiddən hazırlanmış xüsusi
zərif pərdə üzərinə keçirilir. Kolloidal pərdəni
hazırlamaq üçün amin asetatda hazırlanmış 1,5%
kolloid məhlulu suyun üzərinə tökülür.Bu məhlul
buxarlandıqdan sonra çox zəif pərdə (0,0000001sm
qalınlığında) yaranır ki, bunu da kiçik gözcüyü olan
metal toz üzərinə keçirirlər.
Elektronlar şüşədən keçmədiyinə görə elektron
mikroskopunda bu pərdə əşya şüşəsini əvəz edir.
Elektron seli obyektdən keçdikdən sonra ondan alınan
obyektin böyüdülmüş əksi obyektivin böyüdülmüş əksi
obyektivin linzasını əvəz edən ikinci elekromaqnit
sarğıya düşür. Bundan sonra elektron seli okulyarı və ya
proyeksiya linzasını əvəz edən 3-cü elektromaqnit
sarğıya düşür. Beləliklə obyektivin böyüdülmüş əksi
xüsusi flüoressent ekranda çox aydın sürətdə görünür.
Elektron mikroskopunda tədqiq edilən obyektin şəklini
də çəkmək mümkündür. Elektron mikroskoplarında
ancaq fiksə edilmiş hüceyrə preparatları tədqiq edilir.
Canlı hüceyrələrin elektron mikroskoplarında tədqiq
edilməsi mümkün deyil. Bu da onunla əlaqədardır ki,
mikroskopda elektronların hərəkəti ancaq vakuum
şəraitində mümkündür. Bu şəraitdə isə hüceyrə
tərkibindəki suyun çıxması ilə əlaqədar olaraq onda
həyati proseslər yayınır
24
Şəkil 9. İşıq (solda) və elektron (sağda)
mikroskopundə şüaların hərəkəti.