Азярбайжан Республикасы Тящсил Назирлийи


Flüoressent  mikroskopları



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə11/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   7   8   9   10   11   12   13   14   ...   126
Flüoressent  mikroskopları.  Canlı  hüceyrələrin 
öyrənilməsində 
flüoressent 
mikroskopların 
və 
flüoressent  rənglənmələrin  də  çox  böyük  əhəmiyyəti 
vardır  (Şəkil  7).  Bu  üsulun  mahiyyəti    ondan  ibarətdir 
ki,  bir  çox  maddələr  işıq  enerjisini  udduqda  onlar 
işıqlanır (flüoressensiyaya uğrayır). Məsələn, yarpaqdan 
ayrılmış  xlorofildən  işıq  şüası  keçdikdə  qırmızı  rəngdə 
görünür.  A  və  B  vitaminləri,  bakteriyaların  bəzi 
piqmentləri də flüoressensiya qabliyyətinə malikdir. Bu 
cəhət  bakteriyaları bir- birindən fərqləndirməyə imkan 
verir.  Lakin  hüceyrədəki  bir  çox  maddələrin  öz 
flüoressensiyası  olmur.  Belə  maddələrə  yalnız  xüsusi 
flüoressen  rəngləyicilərilə  təsir  etdikdə  onlar  müxtəlif 
rənglərə  boyanırlar.  Belə  rəngləyicilərə  flüoroxromlar 
deyilir.  Flüoroxromlar  da  digər  vita  rəngləyicilər  kimi 
çox zəif qatılıqda (1:10000, 1:100000) istifadə edilir.                           


 
20 
 
Şəkil 7. Flüoressent mikroskopu 
 
Flüoroxromların 
əksəriyyəti 
hüceyrə 
komponentlərinin  hər  birini  spesfik  rəngdə  rəngləyir. 
Məsələn,  narıncı  akridin  dezoksiribonuklein  turşusunu 
(DNT)  yaşıl  rəngdə,ribonuklein  turşusunu  isə  (RNT) 
narıncı  rəngə  boyayır.  Ona  görə  də  narıncı  akridinlə 
flüoressensiya  üsulu  hazırda  DNT  və  RNT-nin 
hüceyrədə  lokalizasiyasını  müəyyən  edən  əsas 
üsullardan  biri  kimi  istifadə  edilir.  Bu  üsul  ilə  canlı 
hüceyrədə  bu  və  ya  digər  kimyəvi  maddənin 
miqdarını,yerləşməsini  və  s.  öyrənmək  olar.  Bundan 
başqa  flüoroxromlar  hüceyrə  komponentlərinin    kəskin 
rənglənmələrini  təmin  edir  ki,  bu  da  öz  növbəsində 
hüceyrədə  istənilən  quruluş  vahidini  tapmağa  onun 
lokalizasiyasını,  quruluşunu  öyrənməyə  imkan  verir. 
İşıq  mənbəyi  kimi  göy  və  bənövşəyi  şüaların 
flüoressensiyyasından  istifadə  etmək  üçün  aşağı  voltlu 


 
21 
lampaya  malik  bioloji  mikroskoplardan  istifadə  edilir. 
Bunun üçün mikroskopa flüoressensiya yaradan göy işıq 
filtri və artıq  göy şüaları aradan qaldıran sarı işıq filtri 
əlavə edilir. 
Ultrabənövşəyi  şüalardan  flüoressensiya  mənbəyi 
kimi 
istifadə 
etdikdə 
isə 
xüsusi 
flüoressent 
mikroskoplarından  istifadə  edilir.  Bu  mikroskopların 
optika  sistemi  ultrabənövşəyi  şüaları  buraxan  kvarsdan 
düzəldilmişdir. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin