Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə19/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   15   16   17   18   19   20   21   22   ...   126
Zəncirbənd  tipli  təmas.  Hüceyrə  membranın 
daxilə çökməsi ilə yaranan çıxıntının digər yanaşı duran 
hüceyrənin  girintisinə  daxil  olmaqla  yaranır.  Hüceyrə 
membranının  bu  cür  çökməsi  invaqinasiya  adlanır. 
Zəncirbənd  tipli  təmasda  membranlar  arası  münasibət 
sadə təmas formasında olduğu kimidir. Lakin bu zaman 
membranların  təması  daha  sıx  olur.  Bu  cür  təmas 
xüsusilə böyrək epitelisi hüceyrələrində rast gəlinir.  
Sıx  qapanma  tipli  təmas  toxuma  kulturasında 
fibroblast hüceyrələrində, rüşeym epitelisi ilə mezenxim 
arasında,  vəzi  hüceyrələrində,  bağırsaq  hüceyrələrində 
rast  gəlinir.  Bu  təmasla  əlaqədə  olan  hüceyrələrdə  iki 
plazmatik  membranın  xarici  qatları  maksimum 
yaxınlaşmış olur. Çox vaxt iki osmiofil xarici membran 
2-3  nm  qalınlığında  ümumi  bir  membran  əmələ  gətirir. 
Bəzən  membranlar  bütün  səthləri  ilə  deyil  müəyyən 
sahələrdə  belə  birləşərək  hüceyrənin  apikal  hissəsində 
(yuxarı bağırsağın içərisinə baxan sahədə) qurşaq əmələ 
gətirirlər.  Odur  ki,  hər  bir  hüceyrə  bu  qurşaqla  əhatə 


 
46 
olunmuş  olur,  morfoloqlar  ona  qapanmış  təmas  adı 
vermişlər.  Təmasın  qurşaqla  örtülən  sahəsi  hüceyrələr 
arasındaki  məsafəyə  makromolekullar  və  ionların 
keçməsinin  qarşısını  alır.  Bununla  bağırsağın  daxilini 
xarici mühitdən qoruyur.  
 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin