Азярбайжан Республикасы Тящсил Назирлийи


G-zülallarla  əlaqəli  reseptorlar



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə27/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   23   24   25   26   27   28   29   30   ...   126
G-zülallarla  əlaqəli  reseptorlar,  siqnal  reseptordan 
daxili  mesencerlərə  (vasitəçilərə)  ötürülür.  Bunlar  ən 
çox müxtəlifliyə malik olan reseptorlar ailəsidir, güman 
olunur  ki,  bu  ailənin  nümayəndələrinin  sayı  mindən 
artıqdır.  Bunlara  müxtəlif  tipli  reseptorlar  o,  cümlədən 
görmə  reseptorları,  adrenargik  və  başqa  hormonal 
reseptorlar, odorant (iy və dad bilmə) reseptorlar və sair 
aiddirlər.  Bu  ailəyə  daxil  olan  bütün  reseptorlar  7 
transmebran  spirala,  üç  hüceyrəxarici  ilgəyə  və  N-
terminal  ilgəyinə  və  üç  hüceyrədaxili  ilgəyə  və  C-
sonluq  ilgəyinə  malikdirlər.  Bu  ailənin  bütün 
nümayəndələri N-sonluğa yaxın zonada 1-dən 3-ə qədər 
qlikozilləşmə  saytına  malikdirlər.  Reseptor  zülalın 
qlikozilləşməsi  guman  olunur  ki  onun  membranda 
stabilliyini  artırır.  Çox  geniş  müxtəlifliyə  malik  olan 
kimyəvi  və  fiziki  siqnalllar  bu  reseptorlarla  qəbul 
olunur.  Bu  zaman  liqand  reseptorun  hüceyrəxarici 
ilgəkləri  ilə  (məsələn  adrenargik  reseptorlarda  olduğu 
kimi)    və  ya  transmembran  spiralda  olan  piqment 
molekulu  ilə  (məsələn  rodopsinlərdə  olduğu  kimi) 
əlaqədə 
olaraq 
reseptorun 
konformasiyasında 
dəyişikliyə  səbəb  olur.  Bu  dəyişiklik  siqnalın 
hüceyrədaxili ilgəklərlə yaxınlıqda, membrana birləşmiş 
birinci  siqnal  mesencerinə  (vasitəçisinə)  –  quanin 
nukleotid  birləşdirən  heterotrimer  zülala  (G-zülal) 
ötürülməsinə  səbəb  olur.  G-zülallar  bir  α  subvahiddən 
və 
bir-birindən 
ayrılmayan 
heterodimer 
β,γ-
subvahidlərindən  təşkil  olunmuş  heterotrimerdirlər. 
Qeyri-aktiv  vəziyyətdə  G-zülalın  α-subvahidi  GDP 


 
70 
birləşmiş  vəziyyətdə  olur.  Reseptorla  fəallaşmış  G-
zülalda α-subvahid GDP-ni buraxıb GTP ilə birləşir ki, 
bu  da  onun  β,γ-dimerdən  ayrılmasına  səbəb  olur  və 
ayrılmış  α-GTP  reseptordan  alınmış  siqnalı  ikinci 
mesencerlərə 
(vasitəçilərə) 
ötürür 
(Şəkil 
25). 
Quruluşuna  görə  bu  tipli  siqnal  zülalları  bakteriyalarda 
da tapılmışdır. 
 
Şəkil 26. G-zülallarla-əlaqəli reseptorlar 
 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin