Membranın nəql etmə mexanizmi
İon kanallarının (İK) hüceyrənin normal fəaliyyətində
əhəmiyyəti çox böyükdür. Onlar hüceyrə ilə xarici
mühit arasında maddələr, enerji və məlumat
mübadiləsinin saxlanmasında iştirak edirlər. Məsələn,
ion kanalları sinir və əzələ hüceyrələrində oyanma,
tormozlanma, xarici siqnalların qəbulu və onlara cavabı
uyğun reseptorlarla birlikdə təmin edirlər (Şəkil 23).
Bilavasitə İK- ı oyanmanı oyanmış neyronlardan
sinaptik ötürmə ilə digər hüceyrələrə
Şəkil 23. Membranın nəql etmə mexanizmi
63
verirlər. Ümumiləşdirərək demək olar ki, orqanizmdə ən
mühüm fizioloji proseslər ion kanalları ilə başlayır ,
davam edir və reallaşır. Membranın ion kanalları
ionların hüceyrəyə və hüceyrədən xaricə hərəkətini
təmin edən müxtəlif diametrli kiçik zülal borulardan
ibarətdir. İonların ion kanalları ilə hərəkəti hüceyrə
daxilində və xaricində ion qatılığının, membranda isə
elektrik potensialının dəyişməsinə səbəb olur. İK-dan
başqa plazmatik membranda müxtəlif maddələrin
daşınmasında iştirak edən digər nəqledici sistemlər var.
Belə ki, maddələrin daşınmasında xüsusi zülallar və ya
translokazalar iştirak edir. İK-dan fərqli olaraq
translokazalar
maddələrin
daşınma
prosesində
konfarmasion dəyişikliklərə uğrayırlar. İK-nı ətrafında
zülal “saplar” yerləşmiş “dəlik” və ya “məsamə” kimi
qəbul etmək olar. Bu məsamələr təsirdən asılı olaraq
müəyyən qədər genişlənə və ya darala bilər. Kanallar
müxtəlif quruluşa və formaya malik olduqları üçün
fərqli keçiricilik intensivliyinə, tənzimlənmə və
tənzimləmə mexanizminə malikdirlər. İon kanalları –
inteqral zülallardan təşkil olunmuş, hüceyrə ilə mühit
arasında ( hüceyrəarası sahə ) K
+
, Na
+
, H
+
, Ca
+
, Cl
+
və
həmçinin su molekullarının keçiriciliyini təmin edir.
Membranda akvaporin adlanan su kanalları mövcuddür.
Bunları ion kanalları adlandırmaq olmaz. Akvaporin –
zülal kanallar silindrik qurluşa malikdir, ionlar üçün
keçirici olmayan bu kanallar vasitəsi ilə ancaq su
molekulları keçə bilir.
|