Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə21/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   17   18   19   20   21   22   23   24   ...   126
Inteqral 
zülal 
fosfolipid 
xolestrin 
Reseptor 


 
51 
Membran  lipidlərinin  xarakter  xüsusiyyətlərindən 
biri  odur  ki,  onların  molekulu  funksional  cəhətdən  iki 
hissədən:  elektrik  yükü  saxlamayan  qeyri  qütblü  yağ 
turşularından  ibarət  quyruq  və  elektrik    yüklü  qütblü 
başcıqdan ibarət  olur.  Qütblü başcıq  hissə  mənfi  yüklü 
olur, bəzən neytral da (həm mənfi, həm də müsbət yüklə 
yüklənmiş) ola bilir. Qeyri qütblü quyruq hissə onların 
yağlarda  və  üzvü  həlledicilərdə  yaxşı  həll  olmasını 
təmin  edir.  Əgər  qütblü  lipidləri  su  ilə  qarışdırsaq 
mitsellərdən  ibarət  emulsiya  yaranır.  Bu  zaman 
yüklənməmiş  hidrofob  quyruq  hissə  mitsellərin 
mərkəzində  eyni  cinsli  faza  əmələ  gətirəcək,  hidrofil 
başlıq  hissə  isə  su  fazasında  toplanacaq.  Xolestrin 
özlüyündə  mitseli  əmələ  gətirə  bilmir,  lakin  lipidlərin 
qütblü hissəsindəki mitsellərə qarışır və nəticədə qarışıq 
tipli  mitsellər  yaranır.  Əksinə  lipidlərə  bir  qədər  su 
əlavə  etsək,  onda  sanki  mitsellər  tərs  üzünə  çevrilir: 
onların  hidrofob  quyruq  hissələri  yağ  fazasında,  yüklü 
hidrofil 
başcıqları 
isə 
mitsellərin 
daxilində 
yerləşəcəkdir. 
Hüceyrələrdəki  müxtəlif  membranlar  bir-birindən 
lipidlərin  miqdarına  görə  fərqlənirlər.  Məsələn, 
plazmatik  membranda  35-40%, mitoxondrilərdə  isə 27-
29%  lipid  olur.  Tərkibində  ən  çox  lipid  olan  (80%) 
plazmatik  membran  sinirlərin  miyelin  qılafını  əmələ 
gətirən  Şvann  hüceyrələrində  olur.  Eyni  zamanda 
məlum  olmuşdur  ki,  hüceyrə  membranları  bir-birindən 
digər  tərkibinə  görə  də  fərqlənirlər.  Məsələn  heyvan 
hüceyrələrinin  membranları  xolestrinlə  zəngin  (~30%) 


 
52 
olub,  tərkibində  lesitin  azdır.  Əksinə  mitoxonridlərin 
membranı fosfolipidlərlə zəngin, xolestrini isə azdır. 
Endoplazmatik  şəbəkənin  membranında  lestin 
(fosfotidil  xolin)  70%,  plazmatik  membranda  isə  25-
30% olur.    
Ümumiyyətlə  plazmatik  membranda  xolestrin  və 
sfinqolipidlərin  miqdarı  çox  və  eyni  zamanda 
fosfolipidlərin 
tərkibində 
isə 
doymuş 
və 
monodoymamış  yağ  turşuları  üstünlük  təşkil  edir. 
Mitoxondri,  endoplazmatik  şəbəkə  və  bir  sıra 
orqanoidlərin  membranında  isə  xolestrin,  sfinqolipidlər 
az və polidoymamış yağ turşuları isə çox olur.  Görünür 
elə  buna  görə  də  plazmatik  membranın  möhkəmliyi 
orqanoidlərin membranına nisbətən zəif olur.  
Membranlar  zülal  tərkibinə  görə  də  müxtəlif 
olurlar  (Şəkil  18).  Zülalların  bir  hissəsi  membran 
lipidlərilə  başcıq  hissəsi  ilə  ion  (duz)  rabitələri  ilə 
birləşir.  Digərləri  isə  lipidlərin  qütblü  hissələri  (düz) 




Ca
Mg
,
  ionları  il  birləşir.  Məlum  olur  ki,  membran 
zülallarının  çoxu  iki  hissədən:  elektrik  yükü  ilə  zəngin 
və qeyri qütblü amin turşularından (qlitsin, alanin, valin, 
leytsin) ibarət olur.  
 


 
53 
         
 
 
Şəkil 19. Hüceyrə membranının quruluşu. 
 
Belə  zülallar  membranın  yağ  qatında  elə  yerləşir 
ki, onların qütblü sahələri sanki hidrofob yağ hissəsinin 
içərisinə daxil olur.  
Zülalların  hidrofil  hissələri  isə  lipidlərin  başcıq 
hissəsi  ilə  birləşir  və  su  fazasına  doğru  yönəlmiş  olur 
(şəkil  19).  Ona  görə  də  lipidlərin  hidrofob  hissələri  ilə 
qarşılıqlı  əlaqədə  olan  belə  zülallar  praktiki  olaraq  su 
fazasına çıxmırlar. Onları ancaq membranı zədələməklə 
və ya üzvü həlledicilərlə ondan ayırmaq mümkün olur.  
 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin