43
B) Desmosom zonalar. Onlar hüceyrənin apikal
ucuna yaxın zolaq şəklində yerləşirlər. Bu zolaq
sitoplazma tərəfdən lokalizə olunmuş aktiv filamentlər
yığımından ibarətdir.
C) Yarımdesmosomlar. Bunlar özlərini növbəti
desmosomların müəyyən hissəsi kimi göstərirlər.
Epiteli hüceyrələrini bazal membrana birləşdirirlər.
Adqeziya kontaktlarının reallaşmasında E-kadqerin,
desmakollin, desmoqlein və s. adqeziya mollekulları
mühüm rol oynayır (Şəkil 15).
Dostları ilə paylaş: