Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə14/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   10   11   12   13   14   15   16   17   ...   126
II  FƏSIL 
 
HÜCEYRƏ  NƏZƏRİYYƏSİNİN   
YARANMASI  VƏ  ƏHƏMİYYƏTİ 
 
Hüceyrə  nəzəriyyəsinin  yaranması  biologiya 
elminin ən vacib kəşflərindən biri olaraq  həmin dövrdə 
canlı  materiya  haqqında  mövcud  olan  idealist  fikirləri 
alt-üst 
etmiş 
və 
sitologiya, 
histologiya 
və 
embriologiyanın  əsasını  təşkil  edərək,  bu  elmlərin 
inkişafına güclü təkan vermişdir. 
1838-ci  ildə  A.Şleyden  sitoqenez  adlandırılan 
nəzəriyyə  yaradır  və  ilk  dəfə  hüceyrənin  bölünməsini, 
hüceyrənin  daxili  tərkibi  ilə,  əsasən  onun  nüvəsi  ilə 
bağlı  olduğunu  əsaslandırır.  Bundan  sonra  Şvann 
sitoqenez  prosesində  bütün  orqanizmlərin  mikroskopik 
strukturlarının  ümumi  inkişaf  qanunauyğunluqlarına 
malik  olduğunu  göstərmiş  və  bu  da  bütün  toxuma  və 
orqanların  hüceyrələrində  ümumi  oxşarlığın  olması 
fikrini irəli sürməyə imkan vermişdir. 
Beləliklə  T.Şvann  genetik  prinsiplərə  əsaslanaraq, 
hüceyrə nəzəriyyəsini əsaslandırdı. T.Şvanna görə bütün 
bitki  və  heyvan  orqanizmləri  oxşar  quruluşlu 
hüceyrələrdən təşkil olunmuşlar. 
R.Virxov 1858-ci ildə hüceyrə haqqındakı bilikləri 
təbabətə  tətbiq  etdi  (Şəkil  10).  Bundan  sonra  alimləri 
hüceyrələrin  mənşəyi  məsələləri  maraqlandırır. Bir  sıra 
alimlər,  eləcədə  Şleyden  və  Şvann  (Şəkil  11)  
hüceyrələrin  canlı  maddədən  təşəkkül  etməsi  haqqında 
fikri  irəli  sürdülər.  Nəhayət,  R.Virxov  1859-cu  ildə 
hüceyrə  nəzəriyyəsini  yenidən  işləyib  genişləndirdi  və 


 
30 
sitoqenez anlayışı əvəzinə «omnis cellula e cellula» yəni 
«hər bir hüceyrə hüceyrədən» müddəasını irəli sürdü və 
bu da hüceyrə nədən əmələ gəlir sualına düzgün  cavab 
oldu. 
 
 
   
Şəkil 10. R.Virxov 
 
Lakin hüceyrə nəzəriyyəsinin yaranmasından əvvəl 
bir  çox    alimlərin  nailiyyətləri  olmuşdur.  1824-1827-ci 
illərdə  fransız  alimləri  A.Dyutroşe,  F.Raspayl, 
P.Tyurpen  belə  bir  fikir  irəli  sürdülər  ki,  topacıq  və 
qovuqcuqlar  (hüceyrələr)  bütün  bitki  və  heyvan 
toxumalarının  elementar  struktur  vahidləridir.  Bu 
cəhətdən  çex  alimi  Y.Purkinyenin  işlərini  qeyd  etmək 
lazımdır.  O,  1837-ci  ildə  «nüvəli  dənəciklər» 
nəzəriyyəsini  irəli  sürmüşdür.  1834-1847-ci  illərdə  rus 
histoloqu  P.F.Qoryaninov  hüceyrəni  canlı  orqanizmin 
quruluş modeli olması haqqında  fikri formalaşdırdı.  


 
31 
Hüceyrə nəzəriyyəsinin müddəaları müasir dövrdə 
hüceyrələrin  quruluşu,  çoxalması,  bir-biri  ilə  əlaqəsi, 
qocalması,  ölməsi  və  yerinə  yetirdiyi  funksiyalar 
haqqında  məlumatlarla  zənginləşib.  Müasir  hüceyrə 
nəzəriyyəsinin aşağıdakı müddəaları var:  
 
 
                          
Şəkil 11. T.Şvann 
 
1.
 
Hüceyrə  canlı  orqanizmlərin  ən  kiçik  quruluş  və 
funksiya vahididir. 
2.
 
Müxtəlif  orqanizmlərin  hüceyrələri  quruluşuna, 
kimyəvi  tərkibinə,  həyat  fəaliyyətinə  və  maddələr 
mübadiləsinə görə oxşardır. 


 
32 
3.
 
Hüceyrələrin çoxalması ana hüceyrənin bölünməsi 
yolu  ilə  baş  verir  (omnis  cellula  cellula  -  hər 
hüceyrə hüceyrədən). 
4.
 
Mürəkkəb çoxhüceyrəli orqanizmlərdə  hüceyrələr 
mənşəyinə, 
formasına, 
yerinə 
yetirdikləri 
funksiyalarına  görə  ixtisaslaşaraq  toxuma  və 
orqanları əmələ gətirirlər. 
5.
 
Orqanlar  toxumalardan  ibarətdir,  onlar  öz 
aralarında  sıx  əlaqədə  olub,  hüceyrəarası  maddə 
sinir  və  humoral  sistemlərin  fəaliyyəti  ilə 
tənzimlənir. 
 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin