102
fəaliyyəti proseslərinin yerinə yetirilməsində istifadə
olunur.
Zülalların funksiyalarından biri də onun hərəkət
funksiyasıdır. Hüceyrələrin və orqanizmlərin bütün
hərəkət növləri-ali heyvanlarda əzələlərin hərəkəti,
ibtidailərdə kirpik və qamçıların hərəkəti, bitkilərin
hərəkət reaksiyaları (küsdüm otunda, şeh bitkisində)
onlardakı zülal molekulları ilə əlaqədardır. Bu zülallar
ATF-lə təmasda olduqda onu parçalayır, özləri isə
qısalırlar. ATF-nin parçalanmasından alınan enerji
mexaniki enerjiyə çevrilir və hərəkət baş verir.
Nəhayət zülalların əsas funkisalarından biri də
onların inşaat funksiyalarıdır. Belə ki, hüceyrə və onun
quruluş vahidlərinin qurulmasında zülal molekulunun
çox böyük rolu var. Hüceyrə membranı, hüceyrə daxili
membranlar, orqanoidlər, xromosomlar və s. tərkibində
zülal var. Gözün buynuz qişası, qan damarları, qanın
fibrinogeni, saçlar və s. zülal təbiətlidir.
Dostları ilə paylaş: