Bəzi zülalların molekul çəkisi
Sitoxrom J
13000
qlobolin
(insanda)
156000
92
Tripsin
24000 Katalaza
224000
Pepsin
38500 Kollagen
280000
Ovalbumin
43000 Tireqlobin
(donuzda)
650000
İnsulin
47800 Timonukleohiston
2150000
Hemoqlobin
(insanda)
68000 Tütün mozaykası
40000000
Üzvü maddələr içərisində zülallar ən mürəkkəb
maddələrdəndir. Onun strukturunun öyrənilməsi müasir
kimyanın ən böyük nailiyyətlərindən hesab olunmalıdır.
Zülallar polimer maddələr olub, nisbətən sadə
monomerlərin çox dəfələrlə təkrar birləşməsindən
təşəkkül etmişdir. İstər təbii, istərsə də süni
polimerlərin əksəriyyəti eyni monomerlərin təkrarından
sintez olunur. Zülal isə bu cür polimerlərdən fərqli
olaraq, nisbətən oxşar olsa da bir-birindən fərqlənən
amin turşuları monomerlərindən sintez olunur.
Zülalların tərkibinə daxil olan 20 amin turşusunu
aşağıdakı kimi təsnif etmək olar:
1.Monoamin monokarbon turşuları:
Qlisin (Gly – G)
Alanin (Ala – A)
Valin (Val – V)
Leysin (Leu – L)
Izoleysin (Ile – I)
2.Monoamin dikarbon turşuları
Qlutamin turşusu (qlutamat) (Glu – E)
Asparagin turşusu (aspartat) (Asp – D)
93
3.Diamin monokarbon turşuları
Arqinin (Arg – R)
Lizin (Lys v K)
Asparagin (Asn – N)
Qlutamin (Gln – Q)
4.Hidroksilli amin turşuları
Treonin (Thr – T)
Serin (Ser – S)
5.Kükürdlü amin turşuları
Sistin (Cys – C)
Metionin (Met – M)
6.Aromatik amin turşuları
Fenilalanin (Phe – F)
Tirozin (Tyr – Y)
7.Heterotsiklik amin turşuları
Triptofan (Trp – W)
Prolin (Pro – P)
Histidin (His – H)
Əksər zülal molekullarının tərkibinə 20 amin
turşusu daxil olur. Onlardan hər birində - NH
2
(amin
qrupu) və - COOH (karboksil qrupu) olan atomların
eyni qruplaşması iştirak edir. Amin turşularında bu
qrupların olması amin turşularının bir çox
xüsusiyyətlərini, o cümlədən amfoter xüsusiyyətini
müəyyənləşdirir (amin qrupu – qələvi, karboksil qrupu
– turş xüsusiyyətinə malikdir).
Amin turşularının bir-birinə oxşarlığı onların
hamısında amin və karboksil qrupunun olması ilə bitir.
Qalan xüsusiyyətlərinə görə 20 amin turşusu bir-
birindən kəskin surətdə fərqlənir. Amin turşusu
94
molekulunun karboksil və amin qrupundan kənarda olan
hissəsi yan radikal və ya yan qrup adlanır, polipeptid
daxilində isə bu yan zəncir adlanır. Amin turşularının
yan radikalları çox müxtəlifdir. Burada açıq SH zənciri
(leysin, valin, alanin), benzol həlqələri (fenilalanin,
tirozin), heterotsiklik rabitələr (histidin, triptofan),
kükürdlü zəncirlər (sistein, meteonin) və s. rast gəlinir.
Zülal molekulu yaranarkən amin turşuları onlar
üçün ümumi olan radikallarla birləşir. Belə ki, bir amin
turşusunun amin qrupu, digər amin turşusunun
karboksil qrupu ilə birləşərək bir molekul su ayrılır.
Azad olmuş valentlər hesabına amin turşularının
qalıqları birləşir. Birləşən amin turşuları arasında peptid
rabitələri NH CO- yaranır, nəticədə əmələ gələn
birləşmə peptid adlanır. İki amin turşusundan dipeptid,
üç amin turşusundan tripeptid və sair əmələ gəlir.
Beləliklə, çoxlu amin turşuları birləşərək polipeptid və ya
polimer əmələ gətirirlər (şəkil 29).
Şəkil 29. Polipeptid zəncirində amin turşularının birləşməsi.
Zülal molekulunun spesifikliyi onu əmələ gətirən
amin turşularının miqdarından, hansı ardıcıllıqla
birləşməsindən asılıdır. Belə ki, ayrı-ayrı zülal
molekulları öz aralarında həm amin turşularının
tərkibinə görə, həm amin turşuları halqalarının sayına
95
görə, həm də onların zəncirdəki düzülüş qaydasına görə
fərqlənirlər. Əgər hər bir amin turşusunu hərflə işarə
etsək, 20 hərfdən ibarət əlifba alınar. İndi 100, 200, 300
bu cür hərfdən ibarət «cümlə» düzəltsək, hər bir belə
«cümlə» bir zülal molekuluna uyğun olar. Cümlədə bir
və ya bir neçə hərfin yeri dəyişəndə cümlənin mənası
dəyişdiyi kimi, zülal molekulunda da amin turşularının
yerinin və miqdarının dəyişməsi zülal molekulunun
spesifikliyinin dəyişilməsinə səbəb olur. Hesablamalar
göstərmişdir ki, 2- amin turşusunun iştirakı ilə əmələ
gələn zülalların hərəsinin 100 amin turşusu qalığından
yarandığını təsəvvür etsək, müxtəlif zülal izomerlərinin
sayı 10
130
-a bərabər olar.
Zülal strukturunu müəyyənləşdirmək üçün birinci
növbədə onun hansı amin turşularından qurulduğunu
bilmək lazımdır. Müasir laborotoriyalarda bu iş demək
olar ki, avtomatlaşdırılmışdır. Məlum olmuşdur ki, bir
çox zülalların tərkibinə 20 amin turşusunun hamısı,
bəzi zülallarda 18, 19, 17 və s. amin turşusu iştirak
edir. Məsələn, kozein (südün zülalı), aktomiozin (əzələ
zülalı), albumin (yumurta zülalı) tərkibində aimn
turşularının bütün kompleksi (20) iştirak edir.
Ribonukleazada – 19, insulində – 18, salmində – 7 amin
turşusu iştirak edir. Hazırda əksər zülallar üçün amin
turşusu tərkibi müəyyən edilmişdir. Lakin 12 zülalda
(insulin, lizosim, ribonukleaza və s.) amin turşuları
tərkibi müəyyənləşməklə yanaşı, onların hansı
ardıcıllıqla zülal molekulunda yerləşməsi də
müəyyənləşmişdir. Məsələn, lizosim zülalı molekulu
129 amin turşusu qalığından əmələ gəlmişdir. 20 amin
96
turşusundan burada təkcə qlütamin iştirak etmir. Hər
bir amin turşusu ölçüsünün 3A
0
olmasını nəzərə alsaq
aydın olar ki, bir neçə yüz amin turşusu halqasından
ibarət olan zülal makromolekulu uzun bir zəncirdən
ibarət olmalı idi. Həqiqətdə isə bu zülal molekulu
qlobulalar (kürəciklər) şəklində olur. Deməli, nativ
zülallda (təbii) polipeptid zəncir müəyyən bir qaydada
burulmuşdur. Tədqiqatçılar göstərir ki, polipeptid
zəncirin burulmasında heç bir xaos, təsadüflük yoxdur.
Hər bir zülalın müəyyən, həmişə sabit düzülmə
xarakteri vardır. Zülal molekulunun mürəkkəb
strukturunda bir neçə quruluş səviyyəsi ayırd edirlər.
Zülalın quruluş səviyyəsinin ilk dəfə Lindenştrem-
Lanq rentgen-struktur analiz üsulundan istifadə edərək
müəyyənləşdirmişdir. Zülalın ilkin quruluş səviyyəsi
polipeptid zəncirin özüdür. Yəni öz aralarında
polipeptid rabitə ilə birləşmiş amin turşuları zənciridir.
Buradakı bütün rabitələr çox möhkəm kovalent
rabitələrdir. Quruluşun nisbətən yüksək səviyyəsi ikinci
quruluş səviyyəsi adlanır. Burada polipeptid zəncir
spiral halında burulur. Spiralın burumları sıx yerləşir və
qonşu burumlardakı atomlar və amin turşuları
radikalları arasında cazibə qüvvəsi yaranır. O cümlədən
qonşu burumlarda yerləşmiş peptid rabitələri arasında
hidrogen rabitələri yaranır (NH və CO qrupları
arasında). Hidrogen rabitələri kovalent rabitələrdən
xeyli zəifdir. Lakin təkrarlarla birləşdikdə möhkəm
spiral yaradır. Zülalın ikinci quruluşu sonra hər bir zülal
üçün sırf özünəməxsus, lakin qəribə bir şəkildə
bükülür. Bunun nəticəsində zülal molekulunda
97
mürəkkəb bir konfiqurasiya alınır ki, bu da zülalın
Dostları ilə paylaş: |