Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə41/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   37   38   39   40   41   42   43   44   ...   126
Mürəkkəb lipidlər  -  hidroliz olunduqda spirt və 
efirlərdən başqa digər birləşmələr də ayrılır. Sterinlərlə 
birlikdə  mürəkkəb  lipidlər  lipoidlər  adlanır.  Lipoidlər 
əsasən  hüceyrə  komponentlərinin,  xüsusilə  hüceyrə 
membranı tərkibinə daxil olurlar. Hüceyrədə ən çox rast 
gələn 
lipoidlərdən 
fosfotidləri, 
qlikolipidləri, 
korotinoidləri və s. göstərmək olar. 
Fosfatidlər  (fosfolipidlər)  -  fosfor  turşularının 
diefirləri  olub,  qliserin,    sfinqozin,  xolin,  etanol  amin, 
serin,  inozitlə  birləşmələr  əmələ  gətirə   bilir.  Bu qrupa 
lesitinlər,  kefalinlər,  inozitidlər,    plazmologenlər 
(asetilfosfatidlər) daxildir. 
Qlikolipid və sfinqolipidlər onunla səciyyələnir ki, 
onların  tərkibində  qliserin  amin  spirti  sfinqozinlə  əvəz 
edilmişdir. Bu qrupa  sinirlərin mielin qılafı  tərkibində 
olan sfinqomielin, tərkibində qalaktoza və ramnoza olan 
serobrozidlər,  sulfat  turşusu  olan  sulfatidlər  və 
qanqliozidlər 
aiddir. 
Qanqliozidlər 
hüceyrə  
membranasında  iştirak  etməsinə    görə  daha  çox 
əhəmiyyət kəsb  edir. Güman edilir ki, onlar viruslarda 
reseptor  rolunu  oynayır  və    eyni  zamanda  ionların 
membrandan keçməsində iştirak  edirlər. 


 
108 
Karotinoidlər  -  heyvan və bitki piqmentləri olub 
(C
40
H
56
)  iki  alifatik  həlqəyə  malik  zəncirdən  ibarətdir. 
Yerkökünə  karotinlər  narıncı  rəng  verir  və  yerkökündə 
karotinoidlər  arasında  β-karotin  daha  üstünlik  təşkil 
edir.  Heyvan  orqanizmində  karotinlər  çox  vaxt    dəridə 
toplanır  və  ona  tünd  rəng  verir.  Karotinlər  bitkilər 
aləmində daha geniş yayılmışdır və 

-, 

- və γ- karotin 
formalarında  rast  gəlinir.  Həmin  karotinlərdən  xüsusilə 

  karotindən  heyvanlar  A  vitamini  sintez  edirlər.  A  
vitamininə  çox  yaxın  birləşmə  retinendir.  A 
vitaminindən retinen təkcə onunla fərqlənir ki, retinendə 
A  vitaminində  olan  spirt  qrupu  aldehidlə    əvəz 
olunmuşdur.  Retinen  zülal  kompanenti    ilə  birlikdə 
görmə purpurunu əmələ gətirir (tor qişada). 
Karotinoidlərə 
xas  digər  piqment-likopindir. 
Likopin  yetişmiş  pomidora  qırmızı  rəng  verir. 
Karotinoidlərə 
kimyəvi 
cəhətdən 
qohum 
olan 
piqmentlərdən 
biri 
ksantofillərdir.  Nümayəndəsi  
lyütein-xloroplastlarda  olur,  lakin  xlorofil  çox  güclü 
piqment    olduğundan    onun  görünməsinə  mane  olur. 
Payızda  havaların soyuması ilə əlaqədar olaraq xlorofil  
parçalanıb, azaldıqda lyütein  biruzə çıxır. 
Karotinoid    və  porfirinlərdən    (xlorofil, 
hemoqlobin) 
başqa, 
bioloji 
cəhətdən 
qiymətli 
piqmentlərdən flavinləri göstərmək olar. Onlar sarı rəng 
verir  və    sarımtıl-yaşıl  flüoressensiyaya  malikdirlər. 
Flavinlərə südün tərkibindəki laktoflavin və  riboflavin 
(vitamin  B
2
)  aiddir.  Onlar  flavoproteidlər  şəklində  
suksinatdehidrogenaza, 
alkoholdehidrogenaza, 


 
109 
kzantinoksidaza və  amin turşularının oksidazaları kimi 
çox əhəmiyyətli fermentlərin tərkibinə daxil olurlar. 
Digər yağa bənzər maddələrə ksantosianinlər, bəzi 
melaninə    bənzər  fenol  polimerləri  aiddirlər  ki, 
onlarında  nümayəndələri  tokoferol  (vitamin  E), 
filloxinonlar -Vitamin K, ubixinon (koferment Q) və s.-
dir.  Bioloji  cəhətdən  lipidlərin  -  hüceyrədə  rolu    çox 
müxtəlifdir:  qliseridlər  enerji  mənbəyidirlər,  suitində, 
balinalarda  dəri  altı  piy  həmçinin  soyuqdan  qorunmaq 
rolunu    oynayır.  Fosfolipidlər  və  serebrozidlər  əsasən 
sinir toxumasında  rast gəlinir və mielin qılafı tərkibinə 
daxil  olurlar.  Steroidlərdən  öd  turşuları  zülalların 
emülqatoru  rolunu  oynayır,  xolestrin  epidermis  və 
saçların  mexaniki  funksiyasını,  steroid  hormonlar 
maddələr  mübadiləsi  və  çoxalmanı  tənzim  edir. 
Lipoproteidlər  hüceyrə  membranında,  nüvədə,  qanda 
xüsusi vəzifələr yeriən  yetirirlər. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin