Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə40/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   36   37   38   39   40   41   42   43   ...   126
YAĞLAR 
 
Yağlar  (lipidlər)  –  bu  qrup  birləşmələr  onunla 
səciyyələnir  ki,    onlar  suda  həll  olmur,  lakin  benzol, 
petroleyn  efiri,  xloroformda  isə  yaxşı  həll  olurlar. 
Yağların  və  onlara  yaxın  olan  birləşmələrin    bu 
xüsusiyyəti 
onunla 
izah 
olunur 
ki, 
onların 
molekullarında uzun alifatik –CH-  zənciri və ya benzol 
həlqələri  yəni  polyar  və  hidrofob  qrupları  iştirak  edir. 
Lipidlər  öz  növbəsində  bir  neçə  qrupa  bölünür:  sadə 
lipidlər, steroidlər, mürəkkəb lipidlər. 
Sadə  lipidlər  –  yağ  turşularının  spirtli  efirləri 
olub,  nümayəndəsi  təbii  piy  və  mumdur.  Təbii  piy 
(qliseridlər)  çox  vaxt  triqliseridlər  adlanır.  Onlar  yağ 
turşuları və qliserinin 3 atomlu efirləridir. Onları bəzən 
öz  növbəsində  piy  və  yağlara  ayırırlar.  20
0
C-də  duru 
olanlara yağlar, bərk olanlara piylər deyilir. Adi piylərə 
mal piyi, donuz piyi, insan piyini, kakao yağını, yağlara-
balıq  yağı,  gənəgərçək  yağı,  günəbaxan  yağı  və  s. 
göstərmək olar. 
Mumun  isə  ərimə  dərəcəsi    təbii  yağlara  nisbətən 
daha  yüksəkdir,  mum  yağ  turşularının  və  qliserindən 
başqa bütün - spirtlərin efirləridir. Məsələn, arı mumu. 
Steroidlər – Bu lipidlərin tərkibində tsiklopentan-
perhidrofenantren  nüvəsi  olur.  Onlar  alifatik  həlqəvi 
strukturda  olub,  bir  və  ya  bir  neçə    doymamış  ikiqat  
rabitəsi  və  müxtəlif  yan  zəncirə  malik  olur.  Orqanizm 
üçün xüsusi əhəmiyyəti olan bir sıra  maddələr  steroid 


 
107 
təbiətlidir.  Məsələn, cinsi adrenokortikotrop hormonlar, 
D  vitamini,  öd  turşularını  steroidlərə  misal  göstərmək 
olar. Tərkibində OH qrupu saxlayan steroidlərə sterinlər 
deyilir.  Onlardan  ən  geniş  yayılanı  xolestrindir. 
Xolestrin-xolestrinpalmitat  şəklində  lanolin  tərkibinə 
(yunun  piyi)  daxil  olur,    həmçinin  beyində,  öddə, 
böyrəküstü vəzində də tapılmışdır. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin