Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə37/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   33   34   35   36   37   38   39   40   ...   126
Monosaxaridlər  –  sadə  şəkərlər  olub,  emprik 
dusturu  C
n
(H
2
O)
n
-dir.  Onların  tərkibindəki  karbon 
atomlarının  miqdarından  asılı  olaraq,  triozalar, 
pentozalar,  heksozalar  və  heptozalar  ayırd  edilir. 
Pentoza,  riboza  və  dezoksiriboza  nuklein  turşuları  
molekulları  tərkibinə  daxil  olur.  Pentoza,  riboza 
fotosintezdə  böyük  rol  oynayır.  Heksoza-qlükoza 
hüceyrə üçün enerji rolunu oynayır. Digər heksozaların 
da  özünəməxsus  rolu  vardır.  Məsələn,    qalaktoza 
disaxarid  laktozanın  tərkibinə  daxil  olur,  fruktoza 
saxarozanın əsas tərkib hissəsini təşkil edir və s. 
Disaxaridlər  –  iki  monosaxaridin  bir  molekul  su 
itirməklə  kondensasiyasından  əmələ  gəlir.  Emprik 
düsturu  C
12
H
22
O
11
-dir.  Bunlardan  bitkilərdə  ən  çox 
yayılanları saxaroza və maltoza, heyvanlarda laktozadır. 
Saxaroza  (qamış  şəkəri  və  ya  çuğundur  şəkəri)  bir 
molekula  qlükoza  və  bir  molekula  fruktozadan  təşkil 
olunmuşdur.  Laktoza  (süd  şəkəri)  qlükoza  və 
qalaktozadan  ibarətdir.  Maltoza  isə  iki  molekul 
qlükozadan əmələ gəlir. 


 
104 
Polisaxaridlər 
– 
çox 
böyük 
miqdarda 
monosaxaridlərin 
(heksozaların) 
kondensasiyası 
nəticəsində  müvafiq miqdarda su itirməklə əmələ gəlir. 
Onların  emprik  düsturu  (C
6
H
10
O
5
)
n
-dir.  Hidroliz  
zamanı    onlardan  sadə  şəkərlər    əmələ  gəlir.  Ən  çox 
bioloji    əhəmiyyət  kəsb  edən  polisaxarid  nişasta, 
qlikogen  və  sellülozadır.  Nişasta  və  qlikogen  bitki  və 
heyvan  hüceyrələrində  ehtiyat  qida  maddəsi  rolunu 
oynayırlar.  Sellüloza  isə  hüceyrə  qılafının  tərkibinə 
daxil olur. 
Nişasta  molekulası  2  uzun  polimerdən:  amilaza-
xətti  polimer,  amilopektin-şaxəli  polimerdən  təşkil 
olunmuşdur. Hər iki polimer  D qlükozadan əmələ gələn 
uzun zəncirdir. Qlikogen heyvan hüceyrəsində rast gəlir
monomeri qlükoza olub, orqanizmdə enerji mənbəyidir. 
Demək  olar  ki,  bütün  hüceyrə  və  toxumalarda  olur. 
Lakin ən çox qaraciyər hüceyrəsində və əzələ liflərində 
olur. 
 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin