Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə43/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   39   40   41   42   43   44   45   46   ...   126
S
Q
T
A
  -dirsə,   
insanda 
53
,
1



S
Q
T
A
  -dür.  Bu    sahədə    aparılan 
tədqiqatlardan alınan ən qiymətli  dəlillərdən biri DNT-də 


 
113 
(A+Q)  purin  əsaslarının  cəminin  (S+T)
,
  pirimidin 
əsaslarının  cəminə  bərabər  olmasını  müəyyənləşməsidir. 
Molyar  nisbətinə    görə  isə 
1


Q
S
T
A
.  Həmçinin  müəyyən 
DNT  molekulunda  A,  T  cütləri  digərində  S,  Q  cütləri 
üstünlük təşkil edə bilər. 
DNT-nin replikasiyası. Hüceyrənin fərdi inkişafının 
müəyyən  dövründə  xüsusən  mitoz  bölünməsindən  öncə 
hüceyrə tsiklinin S fazasında DNT molekulu ikiləşir yəni 
replikasiya  olunur.  Bu  zaman  DNT  molekulunun  ikiqat 
zənciri  replikasiya  başlanğıcı  adlanan  nahiyələrdən 
helikaza  fermentinin  iştirakı  ilə  açılmağa  başlayır.  DNT 
zənciri  açıldıqda  boş  qalan  hər  bir  zəncir  matrisa  kimi 
istifadə  olunaraq,  komplementarlıq  prinsipinə  tam  uyğun 
olaraq,  DNT-polimerazaların  və  bir  sıra  başqa  zülalların 
(və  fermentləin)  köməyi  ilə    yeni  zəncir  yığılır.  Belə  ki, 
hər bir adenin qarşısında timin, quanin qarşısında sitozin 
yığılır.  Nəticədə  bir  DNT  molekulu  əvəzinə    tamamilə  
əvvəlki  nukleotid  tərkibinə    malik  iki  “qız    DNT” 
molekulları  yaranır.  DNT-nin  yeni  əmələ  gəlmiş  hər  bir 
molekulunda    zəncirin  biri  əvvəlki    molekulundan  
götürülür,  digəri    isə  yenidən  sintez  olunur.  DNT-nin 
sintezi  fermentativ  prosesdir.  DNT  ancaq  nukleotidlərin 
yerləşməsi  ardıcıllığını  verir,  replikasiya    prosesini    isə 
zülal-ferment yerinə yetirir. Fərz edilir ki, ferment elə bir 
DNT-nin  uzun  molekulu  boyunca    onun  bir  ucundan  o 
birinə    doğru  sürünür  və  özündən  arxada    iki  eyni  DNT 
molekulu qoyur. Hüceyrədə xromosomların ikiləşməsinin 


 
114 
əsasında 
DNT-nin 
ikiləşməsi 
durur. 
İkiləşmiş 
xromosomlar qız hüceyrələrə bölüşməklə DNT üzərindəki 
irsi informasiyaları da qız hüceyrələrinə daşıyırlar. Elə ona 
görə  də  DNT-yə  hüceyrənin  irsiyyət  molekulu,  irsiyyət  
daşıyıcısı deyilir.  
DNT-hüceyrədə  olan  bütün  kimyəvi    birləşmələrdən 
bir  də  onunla  fərqlənir  ki,  DNT-nin  hüceyrədə  miqdarı  
həmişə  sabit  qalır.  Hüceyrədə  olan  molekullar  içərisində  
DNT yeganə  molekuldur ki, bütün fərdi inkişaf dövründə 
normal  şəraitdə
 
bir  qayda  olaraq
   
dəyişilmir  (normada 
qalır). 
                                                                                                      
 DNT  replikasiyası  DNT-nin  Uotson  Krik  modelinə 
tam  müvafiqdir  və  bu  modelə  görə    DNT-nin  fiziki-
kimyəvi  və  bioloji  xüsusiyyətlərini,  xüsusən  də 
hüceyrənin bölünməsi və proliferasiyası mexanizmini izah 
etmək mümkün olmuşdur. 
Uotson-Krik 
modelinin 
əsas 
xüsusiyyətləri 
aşağıdakılardır: 
1.  Hər  DNT  molekulu  iki  uzun  antiparalel  cütləşmiş 
polinukleotid    zəncirindən  ibarət  olub,  mərkəzi  ox 
ətrafında burulmuş ikiqat spiral əmələ gətirir. 
2.  Hər  bir  nukleotid  spiralın  oxuna  perpendikulyar 
səthdə yerləşir. 
3.  Zəncirlərdən  hər  biri  digəri  ilə  hidrogen  rabitələri 
ilə birləşir. 


 
115 
4.  Nukleotidlərin  birləşməsi    yüksək  dərəjədə 
spesifikdir. 
Belə 
ki, 
nukleotidlərin 
karbohidrat 
komponentlərinin (hissələri) arasındakı məsafə 11 A

 
-dir. 
5.  Zəncirlərdən  birinin  nukleotidlərinin  ardıcıllığı 
digər zəncirin nukleotidlərinin ardıcıllığını müəyyən edir. 
1-ci zəncirdə T, Q, S, T, Q, T,  Q,  Q, T, A-dirsə 
2-ci zəncirdə A, S, Q, A, S, A,  S,  S, A, T-olmalıdır. 
Uotson-Krik  modeli  DNT-nin  digər  xüsusiyyətlərini 
də  müəyyənləşdirməyə  imkan  verir.  Məsələn,  DNT 
molekulunu  qızdırmaq hidrogen rabitələrinin qırılmasına 
və zəncirlərin ayrılmasına  səbəb olur, molekulu tədricən 
soyutmaqla  yenidən  komplementar  zəncirlər  birləşərək 
ikiqat  zənciri  əmələ  gətirirlər.  Əgər  molekulu    sürətlə  
soyutsaq  komplementar  zəncirləri  ayrılıqda  almaq  
mümkündür, hətta həmin zəncirlərin digər RNT zənciri ilə  
hibridini də almaq mümkündür (Şəkil 32). 
 
 
 


 
116 
 
Şəkil 32. DNT molekulunun quruluşu 
 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin