Ribonuklein turşuları (RNT). Ribonuklein
turşularının
bir
neçə
növü
vardır.
Onlar
molekullarındakı nukleotidlərin miqdarına, molekulun
uzunluğuna, molekul çəkisinə və ifa etdikləri
vəzifələrinə görə bir-birindən fərqlənirlər. Lakin onlar
üçün ümumi olan cəhətlər də vardır. O da ondan
ibarətdir ki, bütün ribonuklein turşuları bir qat zəncirdən
təşkil olmuşlar. RNT-lər də polimerdirlər. Onların
monomerləri nukleotidlərdir. Həmin nukleotidlər DNT-
dəki nukleotidlərin eynidir. Lakin bir fərq var ki, DNT
molekulundakı timin əvəzinə RNT-də timinə çox yaxın
birləşmə olan urasil durur. Timin urasildən bir metil
qrupunun artıq olması ilə fərqlənir. Beləliklə, timinə