Qeyd etdiyimiz kimi sitoplazma üç hissədən
ibarətdir: Hioloplazma, orqonoidlər və törəmələr
(hüceyrədaxili törəmələr).
Hioloplazma – Hioloplazmanın hüceyrə şirəsi,
sitozol və yaxud hüceyrə matriksi adlandırırlar. Burada
hüceyrə
mübadiləsinin
əsas
prosesləri
gedir.
Hioloplazma mürəkkəb kolloid sistemdir. O aşağı
elektron sıxlığına malik homogen, xırda dənəvər
maddə molekullarından təşkil olunmuşdur. Kimyəvi
tərkibi zülal, nuklein turşuları, polisaxarid,lipid və
qeyri-üzvü maddələrdən ibarətdir.
Hioloplazma öz aqreqat halını dəyişə bilər.